Nar: İnanclardan
xalq təbabətinə, mətbəxinə
kimi
1-ci yazı
Nar obrazı ilə bağlı inanclar Azərbaycan, eləcə də ümumən Türk xalqlarında geniş yayılıb. Tarixən narın meyvəsinin sirli quruluşu, habelə, başlıcası min bir dərdin dərmanı olması onu daha da məşhurlaşdırıb, dillərdə dastanlaşdırıb. Nar Azərbaycan mətbəxində geniş şəkildə istifadə olunur. Payız fəsli əksər meyvələr kimi narın da mövsümüdür. Hər bir kəs çalışır ki, bu möcüzəvi meyvədən mümkün qədər dadsın. Başqa tərəfdən, müxtəlif xörəklərdə də nardan istifadə olunur. Folklorda mifoloji bir meyvə olan narla bağlı yuxugörmədə, xalq inanclarında, əfsanələrdə, məsəllərdə, nağıllarda, manilərdə, ninnilərdə, bilməcələrdə rast gəlinir. Xalq təbabətində nardan geniş şəkildə istifadə olunur.
Nar obrazı məşhur xalq mahnısında da obrazlaşıb. “Meyvələrdən 3 meyvə var. Üçü də balam yeməli: biri alma, biri heyva, biri nar”. 3 meyvənin “yeməliliyi” təbii ki, şərtidir. Şübhəsiz, Azərbaycan təbiətində yetişən bütün meyvələrin insan orqanizmi üçün böyük faydası var. Ancaq 3 meyvənin ayrıca seçilməsi də təsadüfi deyil. Ona görə ki, insan orqanizmi üçün gərək olan maddələr daha çox bu meyvələrdə var. Bu meyvələrin adlarının ayrıca qabardılması, inanclaşdırılması yüzillərdən bəri xalqın məişətində, mətbəxində, təbabətdə çoxsaylı sınaqlardan keçirilməsi ilə şərtlənir.
Narın ilk dəfə Çində yarandığı ehtimal olunsa da, sonradan məlum olub ki, bu meyvə Çinə yalnız bizim eradan əvvəl 100-cü ildə gətirilib. Tac formasını xatırladan bu meyvə qədim zamanlardan Şərqdə bütün meyvələrin şahı hesab olunurdu. Nar Asiya mənşəlidir və insanların istifadə etdiyi ilk meyvələrdəndir. Qədimdə isə onu “ehtiras meyvəsi” adlandırırdılar. Bəziləri isə nara “karfagen alması” adını vermişdi”.
***
Nar ağacı, meyvəsi ilə bağlı aşağıdakı atalar sözü və məsəl diqqət çəkir: Nar ağacı - istək ağacı. Nar üstündən turp yeməzlər.
Nar ağacının istək
ağacı olması ilə bağlı inanc
özünü məşhur aşıq
havasında səslənən “Bir nar çubuğunu
basdırdıq yerə” misrasında da
göstərir. El arasında deyirlər, nar, alma, armud
hər kəsin dilək ağacıdır.
Onları əkib-becərən xeyir tapar. Qədim Türk inanclarında dünyanın oxu sayılan “müqəddəs
ağac” fikri sonralar İslamda cənnətin nar və xurma ağacları
ilə əvəzlənib.
Dağlıq Şirvanda (Ağsu rayonunun Kalva kəndi) iqlimlə bağlı olaraq nar ağacı bitmir, bitsə də, meyvə yaxşı yetişmir. Bilindiyi kimi,
nar ağacı istilik sevir. Yeri gəlmişkən, “ağac-istək”
mövzusunda həmin bölgədə olmuş
əhvalat haqda bilgi vermək istərdim. Araşdırmaçı
Qalib Soltanoğlu “Kalvalı Əli Dədə” kitabında yazır: “Rəhmətlik Əfşan Kərimova (Abbas Kərimovun həyat yoldaşı –
Q.S.) deyərdi ki, Abbas məşhur zurnaçı Əli Kərimovun doğmaca qardaşı idi. Özü də Əli ilə sənətə gedirdi. Zurnada, balabanda, tarda
gözəl çalırdı.
O, kəndçi oğlu
idi, mən isə bəy qızı. Bir-birimizi dərin məhəbbətlə
sevirdik. Atamgilin bəhanəsi
bu idi ki,
həyətində zoğal
ağacı olmayan evə qız vermirik. (Bu, çox
maraqlıdır!) Üstəlik, Abbas zurnaçıdır.
Qısası, biz zurnaçıya qız vermirik. Abbas sənəti məhəbbətə qurban
verdi. O, çıxılmaz durumda
qalıb sənəti
atdı, biz həyat qurduq. Abbas balaca mağaza
açdı. Bu əhvalat 1917-ci ildə olub. Sonradan Abbas kolxozun
ilk mühasiblərindən biri oldu. 1932-ci ildə isə onu tutdular…”.
Mifoloji düşüncədə
nar gözəllik qaynağı, eləcə
də gözəlləşdirici
ünsür olması,
gözəllliyə dair
bütün keyfiyyətlərin
qəhrəmana keçməsinə
inam yaşamaqdadır. Krım əfsanəsi
olan “Çinar, Nar ve Sərv”də deyilir ki, dəniz
kənarında yaşayan
bir balıqçı
ilə arvadının
üç qızı
var. Nar adlı ikinci qızın ağlı, fikri çox itidir. Ancaq gözəl və
yanaqları qırmızı
olmadığı üçün
ata-anası ilə dalaşan qızın tək arzusu yoldan gəlib-keçənlərin
ona baxıb heyranlıqla seyr etmələridir. Ata-anaya saygısız olan çinar, nar və sərvə
qarğış edilir.
Göylərdən gələn səs
qızları arzularına
görə cəzalandırır.
Çinar adlı qız
çinar ağacına,
Sərv adlı qız sərv ağacına, Nar adlı qız isə çəhrayı çiçəkli
bir nar ağacına
dönürlər. Hər
kəs nara
heyran-heyran baxar, ancaq kimsə yaxınlaşıb gözəl
çiçəklərini qoxulamaz. Çünki onların qoxusu
olmaz. Meyvələrinin içi qıpqırmızıdır,
insanları doyurmaz, susuzluğunu yatırmaz”.
Əfsanədən çıxan nəticədə
insanın zahiri gözəlliyə yox, daxili gözəlliyə önəm verməsinin gərəkliyi vurğulanır. Qızların, xüsusən Nar adlı qızın zahiri gözəllik axtarışı
əslində yerinə
yetmir. Ona görə ki,
gözəl gülləri
ətirsizdir. Ancaq narın
minillərdir insanlara bəxş etdiyi gözəlliyin (ağac forması, çiçəkləri,
xüsusilə də meyvəsi) insanları heyran etdiyi üçün
əfsanə mövzusuna
çevrilib. Ümumiyyətlə, türk mifologiyasında ağacın kultlaşdırılması
çox dərin köklərə malik inanclara bağlıdır.
Bu köklər o qədər dərindir ki, onun izləri
bu gün belə türk xalqlarının, o cümlədən
Azərbaycan-türk xalqının
düşüncəsində yaşayır.
Azərbaycanın demək olar, bütün bölgələrində
ağac pirləri var.
Bu pirlərin çoxu
doğuluş inancı
ilə bağlıdır. Uşağı olmayan qadınlar bu pirləri tez-tez ziyarət edirlər. Bunun kökündə ağacın əcdad olması, uşaq verməsi haqqında mifik təsəvvür durur.
Orta yüzillərdə
Osmanlı (indiki Türkiyə - E.Q.) mədəniyyətində
nar, sevilən qıza göndərilərək
evlənmə təklifi
edilirmiş. Anadoluda hələ bəzi
bölgələrdə gənclər
sevdiyi qıza evlənmək istədiyini
əlində tutduğu
narla ifadə edirlər. Aytən Gökçərlə ölümsüzləşən
“Yedi Qocalı Hürmüz” musiqisinin - “Tanrım, mənə üç dənə... üç də yetməz beş dənə, beş də yetməz yeddi dənə… ver, ver, ver,
ver… ver Allahım ver…” deyə oxunan ünlü şərqisi,
“Yalnız qullar”dakı
“Bu gələn yar olaydı, əlində nar olaydı” sözündə, bu gələnəyə bağlı
bilgiləri dəstəkləyir.
Anadoluda
bir çox inanc və adətin
mövzusu olan narla bağlı daha bir fakt:
evin içində nar patladılır, parçalanan dənələrinin
ətrafa dağılmasıyla
evə bərəkət
gətirəcəyi inancı
var. Anadolu və Orta Doğuda evlilik törənlərindən
sonra evlənənlərə
doğulacaq uşaqlarını
təmsil edən nar dənələri yedirilməsi və başlarına səpilməsi
gələnəyi də
yaşayır.
Ağac, bitki aləmiylə ruhsal vəhdət, insanın, nəslin, soyun, icmanın nəbatatla bağlılığı
türklər qədər
heç bir xalqda izlənmir. Ağac, bitki,
göylük, nəbatat
türk mədəniyyətinin
mühüm anlayışıdır.
Ağac simvolu türk şamançılığının, əsatir və folklorunun, etnoqrafiyasının,
xalq sənətinin özəyini təşkil
edir. Buna görə də türk mifoloji sistemlərinin tədqiqində
ağac simvolunun təfsiri xüsusi əhəmiyyət kəsb
edir. İnanca görə nar
ağacının dibini
zibilləmək olmaz,
yoxsa məhsul verməz. Ona görə ki,
ağac küsür.
Azərbaycan əfsanəsi “Daşa
dönən əjdaha
ilə nara dönən qız”da deyilir: “Pir Babanın
kimsəylə görüşməyə
qoymadığı qızı
atası evdə olmayanda bir oğlana
aşıq olur. Pir Baba oğlanı öncə əjdəhaya, sonra daşa, oğlana olan sevgisindən ağlayıb üzülən
qızını da o daşın yanında nar ağacına çevirir. Burada qızın
saf sevgisi önə çəkilir,
xalq ağlında, düşüncəsində sevgiyə,
sevənə dərin
sayğı ifadə olunur.
Alma, heyva, nar ağacları Anadoluda bolluq və bərəkətin rəmzidir. Bunlardan
nar qədim yunandan islama kimi bütün yaşayan və yox olmuş inanış və toplumsal kultlarda yer alan
bir meyvədir. Anadoluda istifadə edildiyi hər dönəmdə bolluq və bərəkəti simvollaşdırıb.
Dönəmin bərəkət tanrısı olaraq ifadə edilən kult hamisi isə
(Kibələ), onun elində, ya da ətrafında nar fiquruna yer
verilir. Nar, doğumu və artmağı da təmsil edir. Bərəkətli olması, birin
min olması halıdır.
Nar, əncir və
üzüm kimi tək kökə bağlı, çoxdənəli
bir bitki olaraq bərəkət simvoludur.
Anadoluda meyvələrin bolluq-bərəkət
gətirdiyinə aid inanclara
bunları misal gətirmək olar. Alma və nar artmağı
simvollaşdırır. Yuxuda nar görmək nəslin bərəkəti
olaraq yozulur. İlin sonunda qapının önündə nar dənələnincə evin
bərəkəti artar.
Yemək zamanı nar yeyərkən narın dənəsinin yerə düşməsi bərəkərin az olacağına işarədir.
«Müqəddəs ağac»
motivləri Azərbaycan
incəsənət nümunələri
üzərində sonrakı
dövrlərində də
başqa bir janrında, nəsil artımı və əbədilik kimi simvollari özündə əks etdirərək əsasən, xalçaçılıq
sənət nümunələri
üzərində geniş
yayılıb. Bu simvol
tunc dövründə
həyat ağacı təsəvvürü ilə
bağlı inacları
özündə birləşdirib.
Çox
ehtimal ki, onun ilk variantları da birbaşa nəsil artımı inamı ilə bağlı olub. Çox maraqlıdır ki, bu fikir qədim
mifoloji dünyagörüşlərində
də özünə
məxsus yer alıb. Azərbaycan xalqlarının folklor ənənələrində
«Dünya ağacı»
kosmik aləmlə birbaşa bağlanır.
Məsələn: Dünya
ağacı inancları
ilə bağlı olan «Nar qızın nağıl”ında nar ağacının barı
olan, narların içindən çıxaraq
uçub gedən hurilərdən bəhs olunur.
Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2020.- 9 iyun.-
S.14.