Qafqazın terror dövləti

 

Dünyada 150 terror aktı törədib

 

(Əvvəli ötən sayımızda)

 

Partlayış nəticəsində 47 nəfər həlak olmuş, 85 nəfər yaralanmışdır. Əməliyyat məlumatları göstərir ki, Ermənistan xüsusi xidmət orqanları öz terror fəaliyyətlərinin həyata keçirilməsi üçün digər terrorçu separatçı qurumlarla çox yaxın əlaqələr yaratmağa müvəffəq olmuşlar. 19 mart 1994-cü ildə Bakı metropoliteninin «20 yanvar» stansiyasında həyata keçirilən partlayış bunu sübut edir. Bu partlayış zamanı 14 nəfər ölmüş, 49 nəfər yaralanmışdır. Əməliyyatın gedişindən aydın olur ki, partlayış Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş separatçı «Sadval» hərəkatı tərəfindən həyata keçirilmişdir. Ermənistan xüsusi xidmət orqanları ilə «Sadval»ın əlaqəsi 1992-ci ildən başlanır.

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin həmtəsisçisi Emin Əliyev onu da qeyd edib ki, «Sadval»ın imkanlarından istifadə etmək məqsədilə 1992-ci ildə Ermənistandan Dağıstana bu təşkilatın fəalları üçün külli miqdarda silah-sursat partlayıcı maddələr göndərilmişdir. Bundan bir neçə ay sonra Ermənistan xüsusi xidmət orqanlarının «Sadval»ın əməkdaşlığı sahəsində Bakı metropolitenində daha bir terror aktı həyata keçirilir. «28 may» «Gənclik» stansiyaları arasında tuneldə qatar partladıldı. Partlayış nəticəsində 14 nəfər həlak olur, 54 nəfər yaralanır. Terror aktı Azərbaycan vətəndaşı milliyyətcə ləzgi olan A.Aslanov tərəfindən həyata keçirilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, Qarabağ uğrunda döyüşlərdə əsir düşmüş A.Aslanov əsirlikdə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunmuşdur. A.Aslanovun bir terrorçu kimi ideoloji cəhətdən yetişdirilməsində erməni milli-separatizminin başçısı Zori Balayan Dağlıq Qarabağ separatçılarının lideri, Ermənistanın eks-prezidenti Robert Koçaryan xüsusi rol oynamışlar. Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində terror aktları zamanı «Sadval»dan istifadə etməsində əsas məqsədlərdən biri ölkəmizdə yeni milli münaqişə ocağı yaratmaqdır. Metro partlayışını bir ləzginin həyata keçirilməsi ilə ermənilər Azərbaycanda ləzgi-azərbaycanlı qarşıdurması yaratmaq istəyirdilər. Lakin hər iki qardaş xalqın nümayəndələri başa düşür ki, xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş hər hansı bir ləzginin hərəkəti min illik dostluğa son qoya bilməz. O da məlum olmuşdur ki, Azərbaycanda yaşayan 30 mindən çox erməni Ermənistan MTX- tərəfindən bir dəfə olsun əməkdaşlığa cəlb edilməmişdir!

Faktlardan aydın olur ki, Ermənistan dövləti terrorçuluğu, münasibətlərin müəyyənləşdirilməsində güc tətbiq edilməsini, qonşu dövlətlərin işlərinə qarışmaqda separatçı təşkilatların xidmətlərindən istifadəni rəsmi dövlət siyasəti səviyyəsinə yüksəltmişdir. Həmçinin bu da açıq həqiqətdir ki, Ermənistan Respublikasının eks-prezidentləri Robert Koçaryan Serj Sarkisyan başda olmaqla zorakılığın həyata keçirilməsi Azərbaycan Respublikasının qanuni ərazilərinin qəsb edilməsi fonunda öz siyasi karyeralarını qurmuşdurlar. Sonralar Serj Sarkisyan BMT tribunasından bütün dünyanın gözünün içinə baxa-baxa Xocalı qətliamında iştirakından fəxrlə danışacaqdı! Hazırki prezident Nikol Paşinyan Qarabağ müharibəsində iştirak etməsə nəinki bu terror işğala qarşı münasibət bildirmiş, əksinə, terrora ənənəvi dövlət dəstəyinin mutasiya olunmuş forması ilə bu qətllərə, işğala, terrora haqq qazandırmışdır. Erməni terrorçuluğu təcavüzkarlığı ilə bağlı siyasi mübarizədə bir məqamı xüsusi vurğulamaq istərdim. Ölkə başçısı İlham Əliyev hələ Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın sessiyasındakı 29 aprel 2004-cü ildə çıxışında konseptual prinsipial yanaşma nümayiş etdirərək mütəşəkkil cinayətkarlığın artmasının mühüm səbəblərindən biri kimi müvafiq dövlət strukturlarının bu sahəyə zəif nəzarət etməsi ya bəzən ümumiyyətlə nəzarət etməməsi olduğunu bildirmişdir. O Azərbaycanın bu məsələdə narahatçılığını xüsusi qeyd edərək demişdi ki, Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən, terror bazalarından biri məhz bizim işğal edilmiş ərazilərimizdir. Daha sonra aşağıdakı məsələlər avroparlamentarilərin diqqətinə çatdırılmışdır:

«Dağlıq Qarabağ Respublikası» deyilən ərazidə narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında da öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Onları «Dağlıq Qarabağ Respublikası»nın bədnam rəhbərləri müdafiə edir. Həmin rəhbərlər narkotiklərin satışından gələn pulları Azərbaycanın işğal olunmuş ərazisini əldə saxlamaqmuzdlulara haqq ödəmək üçün istifadə edirlər. Yaxşı məlumdur ki, Rusiyanın keçmiş rəhbərləri özlərinin müvafiq strukturlarına Ermənistana qanunsuz yolla bir milyard dollarlıq silah ötürməyə icazə vermişdilər. Həmin silahların çox hissəsi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində yerləşdirilmişdir. Mən sual edirəm Ermənistan və Dağlıq Qarabağ bu silahları almaq üçün bu qədər pulu hardan tapdı? Bu regiondakı vəziyyəti bilən hər kəsə aydındır ki, Ermənistanda iqtisadi vəziyyət çox pisdir. Ermənistan əsas etibarilə xarici yardımlar hesabına yaşayır. Daimi iqtisadi tənəzzül ucbatından yüz minlərlə insan Ermənistanı tərk etmişdir. Cavab aydındır. Ya onlar həmin silahları pulsuz alıblar- buna güman çox azdır- ya da narkotiklərin satışından əldə olunan pulla alırlar. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət bu qondarma «respublikanı» «çirkli pulların» yuyulması sahəsində məşhurlaşdırmışdır. Ermənilər Dağlıq Qarabağın ərazisində silahlı birləşmələrə təlim keçirlər. Bu birləşmələr terrorizmə qarşı beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır. İ.Əliyev eyni zamanda Ermənistanın beynəlxalq ictimaiyyətin gözü qarşısında işğal edilmiş Azərbaycan torpaqlarında radioaktiv maddələrin basdırılması haqda məlumatları da Avropa parlamentarilərinin nəzərinə çatdırmışdır. Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə və sülhyaratma missiyalarında dünyanın qabaqcıl dövlət və beynəlxalq təşkilatları ilə əməkdaşlıq etmiş və etməkdə də davam edir. Bu məqamda ABŞ-ın Arkanzas ştatında hakimhüquqçu olan məşhur Semyuel Uimzin araşdırmalarından danışmaq məsələyə daha dərin aydınlıq gətirərdi. Qeyd edək ki, o Arkanzas Universiteti Hüquq Fakültəsinin hüquq elmləri üzrə doktoru olmaqla yanaşı Arkanzas ştatının konstitusiyasının yenidən hazırlanması üçün təşkil edilmiş komissiyanın üzvü kimi nüfuzlu bir şəxs idi. O ömrünün sonlarında Ermənilərin Böyük Hiyləgərliyi Kitabları serialındakı məşhur kitabı "Ermənistan: Terrorçu "xristian" ölkənin gizlinləri" (Armenia: The Secrets of a "Christian" Terrorist State – 2002) əsərini qələmə aldı. Əsərin 357-ci səhifəsində deyilir:Soruşula bilər ki, bəs Əfqanıstana Azərbaycan kimi yaxın olan Ermənistan terrorizmlə mübarizə istiqamətində nə etmişdir? Cavabheç nə”dir! Ermənistanın qoşunlara, silah-sursata ehtiyacı vardır ki, 1992-ci ildə öz müsəlman qonşusu Azərbaycandan qanunsuz yolla zor gücünə qamarladığı torpaqları əldə saxlaya bilsin. Bu vaxt ərzində amerikan-erməni kolonistləri Birləşmiş Ştatlarda xeyli görmüşdür. Nyu-Yorkda fəaliyyət göstərən amerikan-erməni hüquqşünası Van Qriqoryan Amerikanın Erməni Assembleyasına başçılıq edir. Mister Qriqoryan bəyan etmişdir ki, onun təşkilatı “onların" 1992-ci ildə qəbul edilmiş Azadlıq Aktının 907-ci maddəsi adlı federal qanunun ləğvinə etiraz edir, belə ki, Birləşmiş Ştatlar-Azərbaycan əməkdaşlığından qorxmaq üçün Ermənistanın ciddi əsasları olacaqdır; bu, onların iki yüz yaşı olan “qədim” vətənlərinə ziyan vuracaqdır. Nyu-Yorklu amerikan-erməni 1993-cü ildə Ermənistanla müharibəyə kömək üçün Üsamə bin Ladenin adamlarının bir neçə qrupunu dəvət etdiyinə görə Azərbaycan hökumətini ittiham edir. Əslində isə bin Ladenin öz pulunun çoxunu Ermənistanda saxlaması haqqında ABC agentliyi xəbər yaymışdır. Nəticədə amerikan-erməni kolonistləri həmin şəbəkəyə saysız-hesabsız məktublar və elektron poçt məktubları göndərərək, habelə çoxlu telefon zəngləri edərək həmin faktın bəyan edilməsinə öz etirazlarını bildirmişdir. Həqiqət ermənilər üçün vacib element deyildi. Onlar üçün ən vacibi o idi ki, televiziya ekranlarında həmin əhvalat Ermənistanın üzərinə pis kölgə salmışdı.’’ Semyuel Uimz bu kitabı yaza bilmək üçün öz şəhəri xaricində Vaşinqton, London, Paris, Roma, Moskva, İstanbuls. şəhərlərə səfər edib bu ölkələrin kitabxana və arxivlərində araşdırmalar etmiş və adı çəkilən əsəri qələmə almışdır. Ermənistana gedib oradakı arxivlərdə də araşdırma aparmaq istəməsinə baxmayaraq ona Ermənistan hökuməti icazə verməmişdir. Kitab səbəbiylə Ermənilər tərəfindən ölümlə təhdid edildiyini, təhqir edildiyini israrla ictimaiyyətə bildirən, nə müsəlman, nə də türk olan S.Uimz bu kitabın nəşr edilməsinin üzərindən bir il keçməmiş "infarkt" diaqnozuyla şübhəli bir şəkildə 25 Yanvar 2003-də vəfat etmişdir. Araşdırmalarımıza görə dünyada 30-a qədər erməni terror təşkilatı yaradılmış və müxtəlif ölkələrdə fəaliyyət göstərmişdirlər.

Ermənistan dövləti də məhz bu terror təşkilatlarının “fəaliyyətləri” nəticəsində dünya dövlətlərini, dövlət adamlarını təhdid edərək, qətl və terror aktları törətməklə bir erməni dövləti ilə “təmin ediliblər”. Qafqazda bir terror dövləti vardır artıq! Cənubi Qafqazın digər ölkələri olan Azərbaycan və Gürcüstanda heç bir terror təşkilatı yaradılmamış və dəstəklənməmişdir. Ya bu terrorçu dövləti susdursunlar, ya da kənara çəkilsinlər susduraq!

 

Cavid

 

Xalq Cəbhəsi.- 2020.- 11 iyun.- S.9.