Milli Kitabxanada növbəti treninq
Martın
2-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə Milli Kitabxananın Treninq Mərkəzində Sumqayıt,
Abşeron, Xızı,
Zəngilan, Qubadlı
və Şuşa Mərkəzi kitabxanalarının
əməkdaşları üçün
Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video
Suite proqramlarının tədrisi
məqsədilə treninqlərin
açılışı olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov treninqi açaraq, informasiya texnologiyalarının kitabxanalara tətbiqinin vacibliyindən, bugünkü cəmiyyətdə
kitabxanaların qarşısında duran vəzifələrdən,
treninqdə tədris olunacaq proqramların
kitabxana-informasiya xidmətinin təşkilində
əhəmiyyətindən danışıb və mütəxəssislərə
uğurlar
arzulayıb. Daha sonra Milli Kitabxananın direktoru
Kitabxananın trener müəllimlərini
mütəxəssislərə təqdim edib.
Treninq çərçivəsində
müdavimlər Milli Kitabxanada
gedən yeni iş
üsulları və xidmət növləri ilə də əyani
tanış olacaqlar. Treninqlər bir həftə davam edəcək.
Sonda müdavimlərə sertifikatlar
təqdim ediləcək.
Xalq Cəbhəsi.- 2020.- 3 mart.-
S.16.