“Kitabi-Türkmən lisani” oğuznaməsi  “Kitabi-Dədə Qorqudun üçüncü nüsxəsidirmi?!   

 

3-cü yazı

 

Fikrimizi daha aydın və sadə şəkildə izah etməyə çalışaq. Məsələn, aşıq bir dastanı 7 gecəyə də danışa bilər, 1 günə də. O, məclisdən, zamandan, şəraitdən və s. asılı olaraq mətni genişləndirib-qısalda bilir. Lakin bu genişlətmə və qısaltmalar ixtiyari seçimə deyil, konkret qanunauyğunluğa əsaslanır. Yəni dastan mətnində dinləyicinin bilmədiyi, ancaq aşığa məlum olankontaminasiya düyünləri”, sadə bir ifadə ilə desək, qısaltma-genişlətmə mexanizmləri var. Aşıq mətni məhz bu mexanizmlərin hesabına genişlədib-qısalda bilir. Yoxsa, ixtiyari əməliyyatlar aparsa, dastan adlanan mətn öz epik bütölüyünüestetik cazibəsini itirər. Bu cəhətdən “Kitabi-Dədə Qorqudun on birinci boyundakı Qazanın söylədiyi 2-ci nəğmə “Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsinin kontaminativ işarəsi, yaxud düyünüdür. Yəni nəğmə bütün hallarda həmin əhvalat-süjetə işarə verməklə məhz onu bildirir. Bu, o deməkdir ki, “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsi “Kitabi-Dədə Qorqudun 11-ci boyundakı nəğmənin alt qatı, kontaminativ potensiyası, əlavəsidir. Başqa sözlə, 11-ci boyu söyləyən ozan zaman, şərait, auditoriyas. asılı olaraq bu süjeti on birinci boyun tərkib hissəsi kimi söyləyə də bilər, söyləməyə də. Beləliklə:

1. “Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsi “Kitabi-Dədə Qorqudun 11-ci boyundakı nəğmənin kontaminativ düyünü kimi məhz həmin boyun içinə daxildirbir düyün-əlavə kimi heç bir halda eposun 12-lik sistemini dağıdan 13-cü boy ola bilməz.

2. “Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsi bilavasitə yazılı abidə olan “Kitabi-Dədə Qorqudun deyil, şifahi “Dədə Qorqudeposunun kontaminativ əlavəsidir. Çünki “Kitabi-Türkmən lisani” də, “Kitabi-Dədə Qorqudda bütün hallarda şifahi “Dədə Qorqudepos nüvəsinin yazılı törəmələri – paradiqmalarıdır. Yəni “Kitabi-Türkmən lisanibirbaşa yazılı “Kitabi-Dədə Qorqud” dastanının deyil, məhz şifahi “Dədə Qorqudeposunun Türkman/Türkmən epoxasındakı davamıdır. Bu halda o, heç bir şərtlər daxilində yazılı “Kitabi-Dədə Qorqudun üçüncü əlyazması ola bilməz.

Buraya qədər “Kitabi-Türkmən lisani” oğuznaməsi ilə “Kitabi-Dədə Qorqud” dastanı arasındakı əlaqələrdən danışarkən “epos”, “dastan”, “şifahi dastan”, “yazılı dastan” terminlərindən çox istifadə etdik. Bunun səbəbi onunla bağlıdır ki, “üçüncü əlyazmaçılar” məhz bu anlayışların məna sahə və sərhədlərini bir-birinə ya bilərəkdən, ya da bilməyərəkdən qarışdıraraq bir absurd teatrı yarada bilmişlər.

Maraqlıdır ki, Türkiyə sahəsi tədqiqatlarda şifahi “Dədə Qorqudeposu və dastanı ilə yazılı abidə olan “Kitabi-Dədə Qorqudçox vaxt fərqləndirilmir, elə eyni bir şey kimi təqdim olunur. Halbuki bunların fərqləndirilməsi son dərəcə vacib məsələdir. Çünki sözü gedən mutasiya məhz bu termin-anlayışlara etinasızlıqdan, yaxud onları bir-birinə qarışdırmaqdan irəli gəlib.

Eposetnosun milli təfəkkür tərzini bütünlükdə əhatə edən epik düşüncə sistemidir. Akademik Nizami Cəfərov yazır ki, “epos”, sadəcə, dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan – potensiyasıdır. Onu tam halında bərpa etmək mümkün deyil, mövcud mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin təsəvvür ideya-estetik, poetexnoloji, linqvistiks. komponentlərin üzvi vəhdətindən ibarətdir.

Mərhum prof. Məhərrəm Cəfərli alimin bu fikrini şərh edərək yazır: “N.Cəfərovun epos haqqındakı bu fikri mürəkkəb məzmuna malikdirmüasir dövrdə dastana baxışın əsasında durur. Beləliklə, epos anlayışı (N.Cəfərova görə – R.Q., S.R.) aşağıdakı məzmunu əhatə edir:

a) Epos xalqın dastan potensiyasıdır...

b) Eposda dastançılığın bütün süjetləri motivləri cəmlənir...

c) Epos xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edir...”

“Epos” anlayışı, ümumən üç məna səviyyəsini əhatə edir:

1. Paradiqmatik səviyyə: etnosun gerçəklik haqqında epik təsəvvürlər sistemiepik dünya modeli;

2. Sintaqmatik səviyyə: epik dünya modelini gerçəkləşdirən sözlü mətndastan;

3. Janr səviyyəsi: bütün epik janrları birləşdirən sistem.

Beləliklə, “epos” – milli epik düşüncə sistemi, “dastan” – onu bədii söz kodu səviyyəsində gerçəkləşdirən mətndir. Bu haldaDədə QorqudOğuz milli düşüncə sistemini bütövlükdə əhatə edən eposdur. Onun tarixən iki məna paradiqması var:

1. ŞifahiDədə Qorquddastanı: Bu, “Qorqud Ata” mifik nüvəsindən başlanan, Oğuz epoxasından keçən oğuzların milli xalqlara diferensiasiya etdiyi dövrə qədər davam edən sonra milli eposlara transformasiya olunan epik ənənədir.

2. İki nüsxədən (Drezden Vatikan) ibarət yazılıKitabi-Dədə Qorquddastanı: Bu, şifahiDədə Qorquddastanının konkret məkan-zaman nöqtəsində yazılı şəkildə qeydə alınmış şəklidir.

ŞifahiDədə Qorquddastanı minillər boyunca dəyişərək inkişaf etmiş, “Kitab-Dədə Qorquddastanı isə öz inkişafını donduraraq, əlyazma şəklində daşlaşıb.

HəmKitabi-Dədə Qorquddastanı, həm Kitabi-Türkmən lisanioğuznaməsi bilavasitə şifahiDədə Qorqudeposunun yazılı şəkilləridir. Ən başlıcası, “Kitabi-Dədə Qorqudbir dastan olduğu halda, “Kitabi-Türkmən lisaniöz funksional tipologiyasına görə dastan yox, Türkman/Türkmənlərin ezoterik-müqəddəs kitabıdır. YəniKitabi-Dədə Qorquddastanındakı Oğuz igidlərinin qəhrəmanlığından bəhs edən boylar ozanlar tərəfindən geniş publika qarşısında ifa olunan bədii-estetik funksiyalı mətnlər olduğu halda, “Kitabi-Türkmən lisanioğuznaməsi baxşı/ozanlar tərəfindən ancaq “40-lar”(“40 şagird”) məclisində oxunan 40 neofit tərəfindən öyrənilən, mənimsənilən, əsasındabəy-igidlikimtahanı verilənərgənlik bitiyi”, “inisiasiya kodeksi”, başqa sözlə, “ağastatusunda olan subyektlərinbəy-igid”, “alp-ərənstatusuna keçirilmə ritualının ezoterik/batinitörə kitabıdır”.

Əgərüçüncü əlyazmaçılaraffektiv-emosional durumlarından qurtulub, mətni tələsmədən oxuya soyuq başla düşünə bilsə idilər, o halda funksional struktur tipologiyası baxımındanKitabi-Dədə Qorquddastanından tam fərqli olanKitabi-Türkmən lisanioğuznaməsini onun üçüncü nüsxəsi, yaxud üçüncü əlyazması olması qərarını verməzdilər.

Qeyd edək ki, bu abidələr arasındakı tipoloji fərqiKitabi-Türkmən lisani”niGünbət əlyzamasıadı altında çapa hazırlayan tərtibçilər kollektivi müşahidə etmişdir: “Dədə Qorqud kitabı”nın əldə olan əlyazmalarının öyrənilməsi mövcudluğu bizdə heç bir şübhə doğurmayanDədə Qorqudəlyazmalarının ortaq qaynaqlarının olduğunu sübut etdiyi kimi, ayrıca yazılı sözlü mənbələrə malik olduqlarını da göstərir. Bu baxımdan, Drezden Vatikan əlyazmaları birlikdə bir qolu təşkil etdikləri halda, Günbət əlyazması daha qısa bir mətn olmasına baxmayaraq, hal-hazırda təkbaşına başqa bir qolu təmsil edir.”

Tərtibçilər kollektivi sözü gedən əlyazmanın başqa əlyzamalarla əlaqəsi Oğuz dastanları içərisindəki yerindən bəhs edərkən eyniləşən məqamları (mövzu, deyim, parça s.) göstərdikləri kimi, fərqlərə diqqət yetiriblər. Onlar yazırlar:

Günbət əlyazması tərtibat baxımından ağırlıq etibarilə soylar (Soylamalar nəzərdə tutulur: əlyzamada həmin parçalar “soy” adlandırılır – R.Q., S.R.) əsasında qurulub.

Drezden Vatikan əlyazmaları məzmun baxımından birləşdiyi halda, Günbət əlyazmasında bunlarda olmayan parçalar, mövzular şəxslər s. məlumatlar yer alıb.

Günbət əlyzamasında dil xüsusiyyətləri baxımından şərqi türkcəyə aid sözlər az miqdarda da olsa, formal xüsusiyyətlərini daha çox saxlamış moğolca elementlər var. Drezden xüsusilə Vatikan əlyazması qədim Oğuz türkcəsinin Anadolu sahəsinə yaxınlaşdığı halda, Günbət əlyzamasının xüsusilə ikinci qatı Oğuz türkcəsinin Azərbaycan İran sahəsinə yaxınlaşmaqdadır.

– Yazı baxımından Günbət əlyzaması Oğuz türkcəsinin Anadolu sahəsində yazılan əsərlərdən ayrılaraq, bir çox nöqtədə şərqi türkcənin yazı ənənəsinə yaxınlaşır... Ancaq şərqi türkcə ilə yazı üslubu kontekstində təsbit edilən bu yaxınlıq tam olmayıb, məlum əlyazmalarda da Anadolu sahəsindəki yazı üslublarının istifadə edildiyi görünür.

Göründüyü kimi, tərtibçilər kollektivi “Kitabi-Türkmən lisanininin “Günbət əlyzaması” adlandırdıqları mətni ilə “Kitabi-Dədə Qorqudun nüsxələri arasında iki fərq layı aşkarlamışlar:

1. Poetik struktur və mətn tipologiyası fərqləri;

2. Dil-üslub fərqləri.

Alimlər kollektivinin dəqiq şəkildə müşahidələrindən göründüyü kimi, “Kitabi-Türkmən lisanini ilə “Kitabi-Dədə Qorqudpoetik struktur və mətn tipologiyasına görə tamamilə fərqli mətnlərdir. “Kitabi-Türkmən lisanini mətn strukturu istər onu təşkil edən elementlərin özü, istərsə də həmin elementlərin düzümü baxımından “Kitabi-Dədə Qorqudun mətn strukturu ilə heç bir halda üst-üstə düşmür. Yəni bu əlyzama mətnləri tam fərqli poetik struktur tipologiyalarına malikdirbu mənada “Kitabi-Türkmən lisaniheç bir halda “Kitabi-Dədə Qorqudun üçüncü nüsxəsi və əlyazması hesab oluna bilməz.

Digər tərfdən,“Kitabi-Türkmən lisani” ilə “Kitabi-Dədə Qorqud” arasında onların hər ikisininOğuz kağan” nüvəsinə bağlılıqları səbəbindən müəyyən ortaq motiv və obrazların olmasına baxmayaraq, “Kitabi-Türkmən lisani”abidəsi “Kitabi-Dədə Qorquddan fərqli obraz və motivlər “qalereyasına” malikdir. Halbuki “Kitabi-Türkmən lisaninin “Kitabi-Dədə Qorqudun üçüncü nüsxəsi və əlyazması sayılması üçün bu əlyazmaların motivlər “qalereyasının” müəyyən tənasüblərdə bir-birinin eyni olması, bir-birinin kopyası olması lazımdır. Belə bir eyniləşmənin olmadığı şəraitdə “üçüncü əlyazama” söhbəti tamamilə yersizqeyri-elmi yanaşmanı ifadə edir.

Dil xüsusiyyətlərinə gəldikdə bildirmək istərdik ki, biz professional dilçilərin səlahiyyət dairəsinə girməyi özümüz üçün artıq hesab etsək də, tərtibatçılar kollektivinin də təsbit etdikləri dil-üslub fərqləri bizə yenə də “mətn tipologiyası” baxımından müəyyən nəticəyə gəlməyə imkan verir. Bu cəhətdən, “Kitabi-Dədə Qorqudun dili Oğuz epoxasının dili olduğu halda, “Kitabi-Türkmən lisaninin dili posoğuz epoxasının, yəni Türkman/Türkmən dilini nümayiş etdirir. Başqa sözlə, “Kitabi-Türkmən lisanidil xüsusiyyətləri (tipologiyası) baxımından da bilavasitə “Kitabi-Dədə Qorqudun üçüncü nüsxəsi və əlyazması deyil.

Beləliklə, müəlliflər kollektivi “Günbət əlyazması” adlandırdıqları “Kitabi-Türkmən lisaninini tamamilə haqlı olaraq arxaik “Oğuznamə” ənənəsi ilə əlaqələndirirlər. Lakin onlarla razılaşmadığımız yeganə əsas məqam ondan ibarətdir ki, doğru olaraqOğuz dastanının başqa bir parçası” hesab etdikləri bu oğuznaməni nə üçünsə məhz yazılı abidə olan “Kitabi-Dədə Qorqudun “fərqli məlumatlara malikyeni bir əlyazması hesab edirlər.

 

Ramazan QAFARLI

filologiya üzrə elmlər doktoru, professor

 

Seyfəddin RZASOY

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2020.- 5 mart.- S.14.