“Parlament sədrinin
qadın olması çox yaxşı
nümunədir”
Qüdrət Həsənquliyev: “Prezidentin
və xalqımızın
yeni parlamentdən gözləntiləri çoxdur”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini
oxucularımıza təqdim
edirik:
- Azərbaycanda ilk dəfə
parlament azlığını
təmsil edən deputat MM-in sədr müavini seçildi. Bununla yanaşı, bəzi bitərəf deputatlar da komitə sədri oldular. Bunun daha geniş çevrəni əhatələyəcəyi
gözləntisi də
vardı. Bu prosesi necə qiymətləndirirsiniz?
- Parlamentdə ikinci ən çox deputatla təmsil olunan partiyanın (Vətəndaş Həmrəyliyi
Partiyası 3 deputatla
– Sabir Rüstəmxanlı,
Rafael Hüseynov və
Fəzail İbrahimli təmsil olunur – red.) nümayəndəsinin sədr
müavini və komitə sədri, digər partiya təmsilçilərinin bəzilərinin
komitə sədrlərinin
müavini təyin olunması bir yenilikdir və çox mütərəqqi
haldır. Bu, Milli Məclisin çoxpartiyalılıq prinsipi
əsasında fəaliyyətinə
dair qanunvericiliyin tələblərinin icrası,
siyasi islahatların başladılmasıdır və
mütləq siyasi sistemin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Prezident parlamentdəki çıxışında
qeyd etdi ki, Milli Məclisin
müvafiq komitələri
qanunların icrasına
nəzarət etməlidir. Bu və xüsusilə dövlət büdcəsinin
vəsaitlərindən istifadəyə
nəzarət etmək
məqsədilə Büdcə
komitəsinin yaradılması
və deputatların bu prosesdə birbaşa iştirakı daha məqsədəuyğun
olardı. Dünyanın bir çox ölkələrində parlamentdə
Büdcə komitəsinə
müxalifət nümayəndəsi
rəhbərlik edir.
Büdcə vəsaitlərindən səmərəli istifadə
üçün belə
bir komitənin yaradılması son dərəcədə
zəruridir.
- Parlamentdə belə bir situasiya var:
vitse-spikerlər həm
də komitə sədrləridir. Sizcə, bu
iki vəzifənin eyni deputata verilməsi
həmin vəzifələrin
icrasında problem yaratmayacaq
ki?
- MM sədrinin müavinlərinin
həm də komitə sədri olması təcrübəsinə,
məncə, son qoymalıyıq.
Belə çıxır ki, müavinlərin ya işi yoxdur, ya da çox
azdır. Əslində
komitələrlə iş
müavinlər arasında
bölünməlidir. 15 komitənin
olmasını nəzərə
alsaq, hər müavin beş
komitənin işinə
nəzarət etməlidir.
Düşünürəm ki, Milli Məclisin komitələri
haqqında yeni qanun qəbul olunmalı, bəzi komitələr birləşdirilməli,
daha zəruri istiqamətlər üzrə
yeni komitələr yaradılmalıdır. Bu məsələlər zamanla
tərəfimizdən qaldırılacaqdır.
- Parlamentdəki bu dəyişiklik digər hakimiyyət qollarına da təsir edə
bilərmi? Hansısa müxalif baxışları
ilə seçilən
gənc fəalın icra və yaxud
digər strukturda təmsilçiliyinə necə
baxırsınız?
- Dövlət və hökumət başçısı
müxalif düşüncəli
hər hansı siyasətçinin fəaliyyətinə
ehtiyac hiss edərsə,
onu icra orqanına dəvət edə bilər. Bu, sivil dünyada
qəbul olunmuş bir haldır. Həmin şəxs dəvəti qəbul edərsə, mən bu məsələdə
hər hansı problem
görmürəm və
bunu yalnız alqışlayaram.
- Siz ən fəal,
ictimaiyyətlə işləməyi
bacaran və ciddi təkliflərlə çıxış edən
deputatlardan biri, ölkənin aparıcı
siyasi partiyalarından
birinin rəhbərisiniz.
Sizin parlamentdə komitə sədriliyinə
namizədliyinizin irəli
sürüləcəyi barədə
ictimai rəy vardı...
- Əslində, komitə
sədrinin müavini təyin olunmağım mənim üçün sürpriz oldu. Çünki parlament çoxluğu bu barədə mənimlə hər hansı ilkin söhbət etməmişdi.
Təklif məni qane
etdiyindən, etiraz etmədim və məni müdafiə etmiş hər kəsə öz minnətdarlığımı bildirirəm, onların etimadını doğrultmağa
çalışacam. Mən parlament fəaliyyətinə
başladığım gündən
Dövlət quruculuğu
və hüquq siyasəti komitəsinin üzvü olmuşam və vəzifəmi layiqincə yerinə yetirməyə çalışmışam.
Bizim komitənin sədri Əli Hüseynlinin sədrin 1-ci müavini təyin olunması həm də komitəmizin fəaliyyətinə
verilən yüksək
qiymətdir. İnşallah, biz komitənin yeni seçiləcək üzvləri
ilə birlikdə hüquqi islahatların aparılması istiqamətində
işlərimizi daha geniş miqyasda davam etdirəcəyik.
- Parlamentdə müstəqil
Azərbaycan tarixi üçün daha bir ilk də yaşandı: Milli Məclisin sədri xanım oldu...
- Parlament sədrinin qadın olması çox yaxşı nümunədir. Hökumətdə də qadınların
sayının artırılmasına
ehtiyac var. Nəzərə
alın ki, Sahibə xanım böyük parlamentar təcrübəsi və
diplomat bacarığı olan
bir siyasətçidir.
Kollektivlə işləməyi bacarır və deputatların böyük
hörmətini qazanmışdır.
Hesab edirəm ki, YAP uğurlu seçim edib. Onun seçilməsində qadın olması bəlkə də sonuncu faktordur. Qadınların irəli çəkilməsinə
gəldikdə isə,
böyük Cavid deyirdi ki, bəşəriyyət
qadınla yüksələcək.
- Prezident İlham Əliyev Milli Məclisdə geniş çıxış etdi. Sizcə, əsas vurğu nə idi? Prezidentin yeni parlamentdən gözləntiləri nələrdir?
- Prezidentin hər il parlamentdə bu cür illik məruzələrlə
çıxış etməsinə böyük
ehtiyac var. Bunun qanunvericiliyə salınması vacibdir. Prezidentin
çıxışı geniş və əhatəli
idi. Təklif edərdim ki,
bizim deputatlar həmin
çıxışa ya yenidən qulaq assınlar, ya da mətnini təkrar oxusunlar.
Prezidentin və xalqımızın yeni parlamentdən gözləntiləri çoxdur. Hazırda ölkəmizə
qarşı böyük bir
mənəvi terror başladılıb. Bu məqsədlə əxlaqsız insanlardan istifadə olunur.
Əxlaqsızlığı təbliğ etməklə dini ekstremizmin
yayılması üçün münbit şərait yaradılır. Prezident
dünyəvi dövlətçiliyimizə, siyasi
sabitliyə qarşı ola biləcək
təhdidlərdən, insanlarımızı narahat
edən digər məsələlər və onların aradan qaldırılması istiqmətində
görülən və görüləcək işlər
barədə danışdı. Parlament
qarşısında ciddi
məsələlər qaldırdı. Siyasi
sistemdə aparılacaq islahatlar, siyasi partiyaların rolunun
artırılması istiqamətində görüləcək
işlərin anonsunu verdi.
Çox istərdim ki,
parlament böyük keçid dövrünü
yaşayan ölkəmizdə quruculuq işlərinə öz
töhfəsini versin, güclü iqtisadiyyata malik hüquqi dövlət
qurmaq üçün
zəruri qanunlar qəbul edə bilsin...
Xalq Cəbhəsi.- 2020.- 12 mart.- S.3.