İrəvan şəhərinin kameral təsviri
- 1831-ci il
1-ci yazı
“İrəvan
şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi,
tərtib və giriş mətninin müəllifi Nazir Əhmədli
araşdırmasındakı kameral təsvirlərdə
vurğulanır ki, İrəvan şəhərinin yerləşdiyi
yer belədir: “Əcəmi dilində “Rəvan”, ermənicə
“Erevan” adlanan və İranla bağlanmış Türkmənçay
sülh traktatı ilə Rusiya dövlətinə birləşdirilən
bu şəhər 40 və 41-ci dərəcələr
arasında şimal en, 62 və 63-cü dərəcələr
arasında uzunluq dairəsində yerləşməklə,
Araz çayından şimala 5 saatlıq, Eçmiədzin
monastırından şərqə doğru 3 saatlıq məsafədə
olmaqla, Gümrüdən keçən qış yolu ilə
Tiflisdən 321 verst, Abarandan keçən yay yolu ilə 271
verst məsafədə yerləşir. Yerləşdiyi yer belədir:
təpəlik ərazilər baş Pəmbək dağ silsiləsindən
cənuba doğru tədricən aşağı enir. Qırxbulaq çayının Zəngi
çayına töküldüyü yerdən bir qədər
yuxarıda təpələr qurtarır, lakin şərq və
qərb tərəfdən Araza doğru iki qanad enir, Araz
düzənliyində tədricən itib gedir və amfiteatr əmələ
gətirir. İrəvan şəhəri
şimal tərəfi sərt və həddindən artıq
daşlıq olan bu ərazidə yerləşir”.
Sərhədləri:
“İrəvan şəhəri qərbdə məhsulsuz
Yeğvard çölü ilə həmsərhəddir. Şimalda böyük Eçmiədzin yoluna qədər
xatırlatdığımız sərt və daşlı
çıxıntı ilə (onun yuxarısından
Qırxbulaq mahalı başlayır), şərqdə
Çölməkçi kəndinin bağları və ondan
cənuba doğru uzanan dağların daşlı qanadı, nəhayət,
cənubda Zəngibasar mahalı ilə həmsərhəddir”.
Tutduğu
ərazi: “Bu şəhər öz böyük bağları
ilə kifayət qədər geniş əraziləri tutur və
həmin ərazini gözlə təyin etmək olur. Zəngibasar
körpüsündən Dəmirbulaq ətrafındakı ərazilər,
Abbasdərə, Köşəkli, Abihəyat, Dərəbağ,
Qızılqala məhəllələri, kəndlərdən
Zənginin sağ tərəfi ilə Dəlmə və
Noraguğ ətrafları və geriyə 20 verstdən az deyil. Bu ərazilərin 9/10
hissəsini bağlar tutur”.
“İrəvan
şəhəri aşağıdakı hissələrdən
ibarətdir:
1. Şəhər
hissəsi
2. Təpəbaşı
hissəsi
3. Dəmirbulaq
hissəsi
Ən böyük olan Şəhər hissəsi İrəvanın
şimal-şərq ərazisini əhatə edir; Təpəbaşı
hissəsi qərb, Dəmirbulaq hissəsi isə cənub-şərq
hissəsini tutur.
Bu hissələrə
öz xüsusi adı olan aşağıdakı əlavə
məhəllələr də daxildir:
Şəhər
hissəsinə aid olanlar:
1)
Çölməkçi kəndindən aşağıda
yerləşən Abbasdərə məhəlləsi;
2) Kənəkir
yolundan sağ tərəfdə yerləşən Köşəkli
məhəlləsi;
Təpəbaşı
hissəsinə aid olanlar:
1) Kənəkir
yolundan solda yerləşən Abihəyat məhəlləsi;
2) Zəngi
çayının solunda, Kənəkir kəndindən
aşağıda yerləşən Qızılqala məhəlləsi;
3) Zənginin
həmin tərəfində, Qızılqala məhəlləsindən
aşağıda yerləşən Dərəbağ məhəlləsi;
4)
Körpüdən yuxarıda, həmin yerdə yerləşən
Dərəkənd məhəlləsi;
5) Zənginin
o biri tərəfində, Dərəbağla üz-üzə
yerləşən Dəlmə məhəlləsi;
6)
Noraguğ məhəlləsi;
Bütün
bu məhəllələr bağlardan ibarətdir və
qış vaxtı buralarda heç kim
yaşamır.
Dəmirbulaq
hissəsinə aid olanlar:
1) Dəmirbulaq
hissəsinin cənub tərəfində, çox mənzərəli
kurqan şəklində olan Xosrovabad məhəlləsi;
2) Qala ilə Xosrovabad məhəllələrinin
arasındakı boş sahəni tutan Zəvzikar məhəlləsi”.
İrəvan şəhərinin iqlimi çox
qeyri-sağlam olduğuna görə burada müxtəlif səbəblərdən
çoxlu ölüm halları baş verir. Burada
azacıq soyuq da ölüm gətirir, çünki təcrübə
göstərir ki, yerli sakinlər kimi qalın və düyməli
arxalıq geyməklə sağlamlığı qorumaq olar.
İsti paltar almaq üçün az
imkanı olan aşağı rütbəli şəxslər
soyuqlamadan və özünü ərzaq və sudan gözləməyənlər
ölürlər. Həm də təcrübə göstərir
ki, istilər xəstəliklərin yaranmasına gözlənildiyindən
az səbəb olur. Yerli
adamların ilin bütün fəsillərində çuxa
geyməsi də bunu sübut edir. Bataqlıqlardan
yayılan üfunətli buxarlar da xəstəliklərin
yayılmasına səbəb olur”.
Şəhərin
xarici görünüşü: “İrəvanda bütün
Asiya şəhərlərində olduğu kimi küçələr
dar və əyri-üyrüdür. Bu
küçələr iki cərgə alçaq,
yaraşıqsız və çiy kərpiclə
hörülmüş divarlardan əmələ gəlib,
çox hissəsi isə çay daşı və kobud
palçıqla hörülmüş həyət divarlarının
arasında qalan hissədir. Bu
yaraşıqsız divarlarda arabir möhkəm
bağlanmış alçaq qapılara rast gəlinir. Əsas küçələrin ortası ilə su
axır və küçənin hər iki tərəfindəki
evlərin sahibləri köndələninə qoyulmuş
borularla bu suyu öz həyətlərinə döndərərək
bağ-bostanlarını suvarırlar. Bu su
yolları yuyub aparır, yay vaxtı çuxur və
palçıqlı yerlər əmələ gəlir,
qış vaxtı isə küçələrdə donaraq
onları çox vaxt keçilməz edir.
Həyətlərin içi daha xoşagələndir. İmkanlı
adamlar evlərinə girəndə böyük bağın
içindən keçirlər. Bağla
evin arasına isə səliqə-sahmanla daş döşənib,
böyük tut və qoz ağaclarının kölgə
saldığı həyətin ortasında daş hovuz var. Bu
evlərin içərisi həyət tərəfə
açılan pəncərələrlə
işıqlandırılır. Bütün
divarı tutan bu pəncərələr müxtəlif rəngli
şüşələrdən yığılır. Onlar müxtəlif və gözəl şəbəkə
əmələ gətirir. Bu cür otaqlar yay vaxtı
gözəl olur, qışda isə orada adam
yaşamır. Buraya onu da əlavə etmək lazımdır
ki, ev o birilərdən nə qədər
aralı və küçənin bağlı sonunda olsa o qədər
bahalı hesab olunur. İmkanlı ailələrin
daxili otaqları çox səliqə-sahmanlıdır.
Divarlar ağ və əla suvaqla
suvanıb. Demək lazımdır ki,
suvaqçılar bu işdə çox bacarıqlıdır
və paytaxtımızdakı sarayların ən dəbdəbəli
otaqlarını bəzəyə bilərlər. Hər bir otaqda olduqca gözəl buxarı olsa da,
istifadə etmirlər, çünki sakinlər əsasən
manqalla qızınırlar.
Buralarda mebel məlum deyil, yer zəngin və
böyük xalılarla döşənib. Divarlarda iki mərtəbəli
taxçalar var - aşağı mərtəbədə
sandıq və mücrü, yuxarı mərtəbədə
isə gülab suyu doldurulmuş şüşə qab
qoyurlar. Nadir hallarda arağa və
çaxıra da təsadüf edilir. Bəzən
oraya kitab, bəzi evlərdə qab-qacaq, meyvə, bəzən
hansısa rəsm əsəri qoyurlar. İçərisindən
fərqli olaraq evlərin xarici görünüşü
xoş təsir bağışlamır, yəqin bunu ona
görə edirlər ki, başqaları onu varlı hesab etməsin.
Hazırkı mənzillərin təsviri sakinlərin
öz evlərinin içərisinə də çölü
qədər laqeyd olduğunu göstərir. Mənzil
mükəlləfiyyəti təhlükə doğurur, sakinlər
bilirlər ki, əgər evi yaxşı bəzədilsə,
post üçün evini əlindən ala bilərlər. Lakin İrəvan evlərinin qəmgin
görünüşü gözəl bağları ilə
bir qədər yaraşığa minir. Burada
təbiət öz gözəlliklərini tam nümayiş
etdirir”.
Əhalisi:
“İrəvan şəhərinin əhalisi
aşağıdakı kimidir:
Azərbaycanlılar:
“Şəhər hissəsi - 802 ailə, 1.627 kişi, 1.527
qadın, cəmi 3.199 nəfər; Təpəbaşı hissəsi
- 594 ailə, 1.333 kişi, 1.264 qadın, cəmi 2.537 nəfər;
Dəmirbulaq hissəsi - 411 ailə, 789 kişi, 806 qadın, cəmi
1.595 nəfər. Cəmi 1.807 ailə, 3.749 kişi,
3.582 qadın, 7.331 nəfər.
Yerli ermənilər:
Şəhər hissəsi - 244 ailə, 530 kişi,
468 qadın, cəmi 998 nəfər. Təpəbaşı
hissəsi - 277 ailə, 589 kişi, 587
qadın, cəmi 1.176 nəfər. Cəmi 521 ailə, 1.119 kişi, 1.055 qadın, 2.174 nəfər.
Boşalar:
Təpəbaşı hissəsi - 46 ailə, 101 kişi, 94 qadın, cəmi 195 nəfər.
İrandan
köçürülən ermənilər: şəhər
hissəsi - 231 ailə, 598 kişi, 513
qadın, cəmi 1.111 nəfər;
Təpəbaşı
hissəsi - 87 ailə, 187 kişi, 187 qadın, cəmi 374 nəfər;
Dəmirbulaq hissəsi - 48 ailə, 118 kişi, 112 qadın, cəmi
230 nəfər. Cəmi 366 ailə, 903 kişi,
812 qadın, 1.715 nəfər;
Türkiyədən
köçürülən ermənilər: Şəhər
hissəsi - 8 ailə, 14 kişi, 16
qadın, cəmi 30 nəfər;
Təpəbaşı
hissəsi - 3 ailə, 11 kişi, 7
qadın, cəmi 18 nəfər. Cəmi 11 ailə, 25 kişi, 23 qadın, 48 nəfər.
Şəhər
hissəsindəki bütün əhali - 1.285 ailə, 2.769 kişi, 2.569 qadın, cəmi 5.398 nəfər.
Təpəbaşı hissəsindəki bütün əhali
- 1.007 ailə, 2.221 kişi, 2.079 qadın,
cəmi 4.300 nəfər. Dəmirbulaq hissəsindəki
bütün əhali - 459 ailə, 907 kişi,
918 qadın, cəmi 1.825 nəfər;
Bütün
İrəvan şəhəri üzrə əhali: cəmi
2.751 ailə, 5.897 kişi, 5.566 qadın,
11.463 nəfər.
Sərdarın idarəsi altında bu hissələrin əhalisi
təqribən bərabər idilər. Dəmirbulaq
hissəsi müharibədən daha artıq ziyan çəkib.
Qala isə müqayisəolunmaz dərəcədə
ziyan çəkib. Ona görə də
şəhərin hissələri arasında yenidən
bölgü aparılmalıdır.
İrəvan
şəhərinin imtiyazlı əhalisi:
Şəhər
hissəsi - azərbaycanlılar:
3 xan ailəsi,
18 kişi, 17 qadın, cəmi 35 nəfər
25 bəy
ailəsi, 78 kişi, 63 qadın, cəmi
141 nəfər
12 mirzə
ailəsi, 30 kişi, 24 qadın, cəmi 54
nəfər
23 molla
ailəsi, 99 kişi, 87 qadın, cəmi
186 nəfər
18 seyid
ailəsi, 49 kişi, 52 qadın, cəmi
101 nəfər
Ermənilərdə:
2 bəy
ailəsi, 4 kişi, 3 qadın, cəmi 7 nəfər
1 mirzə
ailəsi, 1 kişi, 3 qadın, cəmi 4 nəfər
5 ruhani
ailəsi, 23 kişi, 12 qadın, cəmi 35
nəfər.
Cəmi
89 ailə, 302 kişi, 261 qadın, 563 nəfər.
Təpəbaşı
hissəsi Azərbaycan türkləri:
1 xan ailəsi,
4 kişi, 2 qadın, cəmi 6 nəfər
12 bəy
ailəsi, 43 kişi, 28 qadın, cəmi 71
nəfər
6 mirzə
ailəsi, 33 kişi, 16 qadın, cəmi 49
nəfər
20 molla
ailəsi, 69 kişi, 48 qadın, cəmi
117 nəfər
10 seyid
ailəsi, 21 kişi, 25 qadın, cəmi 46
nəfər.
Ermənilərdə:
3 məlik
ailəsi, 13 kişi, 13 qadın, cəmi 26
nəfər
8 ruhani
ailəsi, 32 kişi, 23 qadın, cəmi 55
nəfər
Cəmi
63 ailə, 227 kişi, 165 qadın, 192 nəfər.
Dəmirbulaq
hissəsi - Azərbaycan türkləri:
14 bəy
ailəsi, 46 kişi, 46 qadın, cəmi 92
nəfər
1 mirzə
ailəsi, 1 kişi, 1 qadın, cəmi 2 nəfər
7 molla ailəsi,
13 kişi, 16 qadın, cəmi 29 nəfər
11 seyid
ailəsi, 22 kişi, 19 qadın, cəmi 41
nəfər
3 dərviş
ailəsi, 6 kişi, 4 qadın, cəmi 10 nəfər
Ermənilərdə:
3 məlik ailləsi. 12 kişi, 10
qadın, cəmi 22 nəfər
5 bəy
ailəsi, 16 kişi, 13 qadın, cəmi 29
nəfər
1 mirzə
ailəsi, 1 kişi, 3 qadın, cəmi 4 nəfər
13 ruhani
ailəsi, 55 kişi, 35 qadın, cəmi 90
nəfər
Cəmi
36 ailə, 88 kişi, 86 qadın, 174 nəfər
İrəvan
şəhəri üzrə Azərbaycan türkləri:
4 xan ailəsi,
22 kişi, 19 qadın, 41 nəfər
51 bəy
ailəsi, 167 kişi, 137 qadın, 304 nəfər
19 mirzə
ailəsi, 64 kişi, 41 qadın, 105 nəfər
50 molla
ailəsi, 181 kişi, 151 qadın, 332 nəfər
39 seyid
ailəsi, 92 kişi, 96 qadın, 188 nəfər
3 dərviş
ailəsi, 6 kişi, 4 qadın, 10 nəfər
Ermənilərdə:
3 məlik ailəsi, 13 kişi, 13 qadın, 26 nəfər
5 bəy ailəsi. 16 kişi, 13 qadın, 29 nəfər
1 mirzə ailəsi, 1 kişi, 3 qadın, 4 nəfər
13 ruhani ailəsi, 55 kişi, 35 qadın, 90 nəfər
Cəmi 188 ailə, 617 kişi, 512 qadın, 1.129 nəfər.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 14 mart.- S.13.