Erməni vandalları İrəvan
qalalarını necə yox ediblər?
1-ci yazı
Akademik Yaqub Mahmudov: “Ermənilər İrəvan bölgəsindəki
bütün tarixi abidələrimizi
dağıdıblar”
Ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiası və bu amansız prosesdə törətdikləri vəhşiliklər haqqında təkzibedilməz faktlar mövcuddur. Bu yazıda tarixçi Güntəkin Nəcəflinin erməni vandallarının yox etdiyi İrəvan qalaları ilə bağlı araşdırması təqdim olunur. Ön sözün müəllifi və elmi redaktor akademik Yaqub Mahmudov bildirir ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci il mayın 29-da erməni dövləti yaradılmasından əvvəl, bütün tarixi dövrlərdə həmin torpaqlar həmişə Azərbaycana məxsus olub. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar, çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar: “Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda cərəyan edib. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) tapşırığı ilə yazılmış Oğuznamədə – Əbu Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsərində oğuz türklərinin soykökündə duran Oğuz xaqanın məhz burada – Göyçə gölü (1918-ci il mayın 29-da Azərbaycan torpağı olan kecmiş İrəvan xanlığının ərazisində erməni dovləti yaradıldıqdan sonra Göyçə gölünün adı 1930-cu ildə ermənilər tərəfindən dəyişdirilib “Sevan” adlandırılıb - müəl.) ətrafındakı Azərbaycan torpaqlarında yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərib, burada da dünyadan getmiş, dəfn olunmuşlar. İlk mənbələr təsdiq edir ki, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə, müasir Ermənistan Respublikasının ərazisi ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olub. Bu ərazi sonrakı tarixi dövrlərdə də Azərbaycan sülalələri olan Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarların idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olub. Orta əsrlərdə Azərbaycan hakimləri olan Çuxursəd əmirləri və İrəvan xanlarının idarə etdikləri bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi”.
Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) yarandığı zamandan başlayaraq Çuxursəd bölgəsi və İrəvan məntəqəsi daha da sürətlə inkişaf edib: “İstər orta əsr səyyahları, istərsə də XVIII-XIX əsrlərə aid müxtəlif dilli ilk mənbələr İrəvan bölgəsindəki İrəvan, Qaranquş, Keçi Qalası, Qaraqala, İmamvårdi, Sərdarabad, Talın, Gümrü, Şörəyel və digər qalalar haqqında məlumatlar verirlər. Həmin məlumatlar da bu qalaların sahiblərinin – bölgənin aborigen əhalisinin məhz Azərbaycan türkləri olduğunu təsdiq edirlər.
İrəvan qalasının tutulması ilə Şimali Azərbaycanın bütün ərazisi Rusiya imperiyasının tərkibinə qatıldı. İşğaldan sonra Qacarlar İranı və Osmanlı dövləti ərazilərindən köçürülüb gətirilən ermənilər İrəvan bölgəsində mövcud olan bütün tarixi abidələrimiz kimi, İrəvan qalalalarını, o cümlədən Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsi tarixinin ən şanlı və ən parlaq simvolu olan İrəvan və Sərdarabad qalalarını da dağıdıb məhv etdilər”.
Tədqiqat İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub.
Tarixçi Güntəkin Nəcəfli bildirir ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri Azərbaycan türkləri idi. Lakin tarixin amansız axarlarında, 1918-ci ildə İrəvan şəhəri ermənilərə güzəşt edildi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq erməni dövləti yaradıldı.
İrəvan (Çuxursəd) bölgəsinin yerləşdiyi ərazi qədim dövrdə və erkən orta əsrlərdə Urartu, Əhəməni, Sasani, Ərəb Xilafəti, orta əsrlərdə Sacilər, Salarilər, Şəddadilər, Səlcuqlar, Atabəylər, Hülakülər, Cəlairilər və hətta Teymur dönəmində də Azərbaycanın sərhədləri daxilində olmuşdu. Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) yarandığı zamandan başlayaraq Çuxursəd adlanan bu bölgə və onun mərkəzi İrəvan şəhəri daha da sürətlə inkişaf etmişdi.
İrəvan bölgəsi möhtəşəm qalalarının və hərbi istehkamlarının daha çox olması ilə Azərbaycanın digər bölgələrindən fərqlənirdi. Bölgənin yadelli işğalçılarından qorunmasında bu qalalar böyük rol oynamışdı. Müxtəlif dilli orta əsr mənbələri və Rusiya işğalından sonra tərtib edilən rusdilli mənbələr İrəvan bölgəsindəki İrəvan, Qaranquş, Keçi Qalası, Qaraqala, İmamvårdi, Sərdarabad, Talın, Gümrü, Şörəyel və digər qalalar haqqında məlumatlar verirlər. İrəvan şəhəri Osmanlı dövlətinin sərhədlərinə yaxın olduğu üçün Şah İsmayıl onun möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş və bu şəhərdə daha bir qala – Qaranquş qalasını tikdirmişdi.
XVII əsrin II yarısında İrəvanda olmuş fransız səyyahı J.Şarden yazırdı: “Qalaya (İrəvan qalası – red.) yaxın, haradasa min addımlıq bir məsafədə, şimal tərəfdə yerləşən təpədə kiçik bir qala da var. O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilib. Orada iki yüz adam yerləşə bilər. Bu kiçik qalanın adı Keçi qalasıdır”.
1805-ci ildə Üçkilsəni tutan rus qoşunları Keçi qalasını da ələ keçirmişdi. Sərdarabad qalası İrəvan qalasından sonra ikinci ən böyük qala-şəhər olmaqla bərabər Azərbaycanın ən möhtəşəm orta əsr qalalarından biri idi. Qalanın əsası İrəvan xanı Hüseynqulu xan Qacar tərəfindən təqribən 1810-cu ildə qoyulub. Araz çayının sol sahilində yerləşən Sərdarabad qalasının ikiqat hörgülü, hündür divarları uzunsov dördbucaqlı formasında idi. Top yerləşdirmək üçün uzun (yan) divarlarda 6, qısa divarlarda isə 4 bürcü var idi. Dərin xəndəklə əhatə olunan qalanın dövrəsi 4 verstə yaxın idi. Burada Sərdarın sarayından başqa 700-dək ev, 1 məscid, 33 dü- kan, 16 dəyirman, 1 ding, 4 yağçəkən zavod, 1 boyaqxana və sərdara məxsus geniş bağ vardı. Əhalisi əkinçilik, maldarlıq, xırda ticarət, bez toxuculuğu, dəmirçilik, dərzilik və digər sənət sahələri ilə məşğul olurdular.
İrəvan bölgəsində tikilmiş qalalar içərisində ən möhtəşəmi və mənbələrdə daha çox xatırlanan İrəvan qalasıdır. İrəvan qalasının salınması ilə bağlı ilk yazılı məlumat Səfəvilər dönəminə aiddir. İrəvan şəhərinin əlverişli coğrafi mövqeyini nəzərə alan böyük Azərbaycan hökmdarı “Şah İsmayıl 915-ci il (m.1509/1510) tarixində Zəngi çayının şərq sahilində qala salınması üçün Rəvanqulu xanın adına fərman göndərmişdi. 7 il müddətinə salınmış bu qala Rəvanqulu xanın şərəfinə İrəvan qalası adlandı”.
ÕVII əsrin ortalarında İrəvanda olmuş fransız səyyahı Jean-Bartiste Tavarnier İrəvan şəhər-qalasını təsvir edərkən onun iki hissədən – içəri şəhər və bayır şəhərdən ibarət olduğunu qeyd edirdi. Qalanı təsvir edən səyyah yazırdı: “İçəri şəhərdə yalnız xan özü, ordu başçıları və hərbiçilər yaşayırlar. Qalada yerləşən xanın imarəti çaya baxır. Xan çox güclüdür və onun hər zaman sərhədi qorumağa qadir ordusu var”. ÕVII əsrin 70-ci illərinin əvvəllərində İrəvanda olmuş fransız səyyahı J.Şarden içəri şəhərin, yəni qalanın təsvirini verib: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar. Qalanın müdafiəsi üçün iki min əsgər ayrılıb. Hakimin sarayı qalanın içərisindədir”.
XX əsrin əvvəllərində Fransanın Belçikada (Brüssel) səfiri olmuş, fransız tədqiqatçı Herbet Moris (1871-1929) İrəvanlı Məhəmməd Rza bəyə həsr etdiyi tədqiqat əsərində (“İran səfirliyi XIV Lüdoviqin qəbulunda”, Paris, 1907) fransız səyyahı J.Şardenin İrəvan şəhər-qalası ilə bağlı yazdıqlarını öz əsərində bir daha təqdim edib. Müəllif əlavə olaraq qeyd edir ki, İrəvan (içəri şəhər – red.) oval formalı, dördbucaqlı qala idi. Torpaq və gil kərpicdən tikilmiş qala üç divardan ibarət idi. Qala şimal-qərbə doğru dibindən Zəngi çayının axdığı 300 futdan (təqribən 91 metr – red.) çox dərinliyi olan dik uçurumun kənarınadək uzanırdı. Qala darvazaları dəmirdən idi, maneələr, dırmıxlar və gücləndirilmiş qaravulxana ilə təchiz edilmişdi. Qalada xanın sarayı uçurumun kənarında yerləşirdi.
XVII əsrdə İrəvanda olmuş Osmanlı səyyahı Evliya Çələbi İrəvan qala-şəhəri ilə bağlı maraqlı məlumatlar vårib: “Möhkəm dəmirdən hazırlanmış üç darvazası var. Təbriz qapısı cənub tərəfə, Måydan qapısı və ya Yayla qapısı şimal tərəfə açılır. Çövkən meydanı burada yerləşir. Qərb tərəfə açılan Körpü qapısına Əcəm dilində “Darvazeyi-Pol” deyərlər. Osmanlıdan qalmış 700 ədəd böyük və kiçik topları var. Digər sursat və cəbbəxanalarının da sayı-hesabı yoxdur.
...Burada 3 min qala gözətçisi, 3 min xan ordusu və 7 min əyalət əsgəri var. Bura bir neçə dəfə õanlar õanlığı olmuşdu. Burada qazi, molla, şåyõül-şərif, kələntər, darğa, münşi, yasavul ağası, qoruqçubaşı, åşik ağası, dizçökən ağa, 7 nəfər måhmandar və şåõbəndər var”.
Səfəvi-Osmanlı müharibələri zamanı İrəvan qalasının dağıdılması və yenidən bərpasına gəlincə, İrəvan şəhəri əlverişli coğrafi mövqedə yerləşdiyi üçün XVI-XVII əsrlərdə baş verən Səfəvi-Osmanlı müharibələri dövründə Osmanlı ordusunun başlıca hücum hədəfinə çevrilmiş və İrəvan qalası dəfələrlə əldən-ələ keçmişdi.
1514-cü il avqustun 23-də Sultan Səlim Çaldıran döyüşündə Şah İsmayılı məğlub edərək Təbrizi ələ keçirsə də, tezliklə geri dönmək məcburiyyətində qaldı. 1552-ci ilin əvvəlində Ərzurum hakimi İskəndər paşa Səfəvilərin sərhədini pozaraq Çuxursədə hücum edib İrəvan bazarını yandırdı və geriyə qayıtdı. Sultan Süleymanın 1554-cü ildə Azərbaycana IV yürüşü zamanı İrəvan bölgəsi Osmanlı ordusunun növbəti hücumuna məruz qaldı və iyulun 18-də İrəvan qalası ələ keçirilərək tamamilə qarət edildi. Şah Təhmasibə, oğluna və əmirlərə məxsus saraylar dağıdıldı, bağ və bağçalar yerlə-yeksan olundu.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 19 mart.-
S.13.