“Ərk qalası əfsanəsi”
poemasında bəşəri motivlər: məhəbbət və
sədaqət
Əsrlərdən bəri xalqın yaddaşından, Azərbaycan folklorundan süzülüb gələn ibrətamiz bir eşq əfsanəsinin motivləri üzərində qurulmuş “Ərk qalası əfsanəsi” poemasında Məhəmməd Biriya məhəbbət və inam, sevgi və etibar, sədaqət və dözüm kimi bəşəri duyğuları tərənnüm edir. Azərbaycan xalqının böyük tarixinin günümüzədək gəlib çatmış nişanəsi, möhtəşəm bir tarixi abidə olan Ərk qalası Təbrizdə ucaldılıb. Mənbələrə görə, “İranda Mədain sarayına bərabər tutulan Təbriz Ərk qalası (Əlişah qəsri) öz dövründə dünyanın ən böyük müsəlman memarlıq nümunəsi olub. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə 1338-1345-ci illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumu zamanı xəsarət alıb”.
Güneyin görkəmli şairi Yadulla Məftun Əmini “Ərk qalası” şerində də aydın surətdə göstərir ki, “Bizim əsrdə İranda baş vermiş bütün mütərəqqi hərəkatlar (inqilablar-E.F.) öz başlanğıcını bu qaladan alıb.” Şair lirik qəhrəmanın dililə əsrlərin sınaqlarına, sərt rüzgarlarına, daxili və xarici düşmənlərin, mürtəce qüvvələrin amansız hücumlarına məruz qalan, ancaq bütün hücumlara sinə gərərək məğrur dayanan, elin sipərinə çevrilən bu yenilməz qalanı vəsf edir:
Ey Ərk, ey bir sinəsini min bəlayə sipər edən alınmaz qala!..
Ey Ərk, ey istiqlalımızın ölməz nişanəsi, sənə əbədi eşq olsun!..
Tarix boyu bir çox zalımların qılıncı sənin ayağının altında sınıbdır.
“Ərk qalası” əfsanəsinin yarandığı vaxtdan uzun illər, əsrlər, qərinələr ötüb. Ancaq bu qalanın tikintisi ilə bağlı yaranmış ibrətamiz əfsanə xalqın, mütəfəkkir ədiblərimizin ruhunda, təfəkküründə bütün dövrlərdə öz yerini qoruyub saxlayıb və qəhrəmanlıq, sevgi, vəfa, etibar, sədaqət rəmzi kimi nəsillərdən-nəsillərə ötürülərək tarixin yaddaşında daşlaşıb. “Zavallı xəlqinin dərdin gərəkdir Biriya çəksin, Bu yolda qanıma batsam, böyük bir iftixarım var”, - missiyası ilə yaşayan və yazıb-yaradan Məhəmməd Biriyanın da məramı o dövrün milli ruhunu, yaşam tərzini, ideyalarını yenidən qələmə almaqla heç zaman tükənməyən böyük eşq, məhəbbət duyğularının əbədiyaşarlığına diqqəti çəkmək, insanın, bəşər övladının kamilləşməsində, özünə qayıdışında böyük rol oynadığını sübuta yetirməkdir. Biriya yaratdığı obrazların dili ilə bütün sirli məqamlara, onu düşündürən suallara cavab tapır və baş verən qarşısıalınmaz mürəkkəb situasiyaları necə aşdığını göstərir. Yalnınz eşqin, məhəbbətin xəyanət və rəzalətə qalib gələcəyini vurğulayır. Eşqsiz, məhəbbət-siz bir ürəyin tar-mar olduğunu əsər boyu oxucunun diqqətinə çatdırır. Ürəyi məhəbbətlə, pak sevgi ilə çırpınan şair haqqa, həqiqətə çatmanın yolunu da elə bunda görür. Biriya ixtiyar bir qocanın oğlunu, ömür-gün yoldaşını itirdikdən sonra dünyanı dərk etdiyini kədərli ovqatla anlatdıqdan sonra elə yaratdığı obrazın dili ilə bir çox sirli məqamların, əsl həqiqətin üzərindən pərdəni götürür:
Qoca sonra dedi: - Ay oğul, inan,
İnsan bir gəmidir, dənizdir cahan.
Unutma acıqlı dalğadır
həyat,
Dalğasız bir dəniz olurmu, heyhat,
Çox
zaman açmamış
qönçə solubdur,
Kim bilir, həyatda
nələr olubdur.
Möhtəşəm saraylar edilmiş xərab,
Zülmdən olunmuş ürəklər
kəbab.
Ölkələr dağılıb, doğranıb
şahlar
Yaranmışlar edib saysız günahlar.
Qeyd etdiyimiz
kimi, poemada təsvir edilən bu məqamlar bir üzü həqiqət, digər üzü yalan olan dünyanın mənasını, insana ömrünün və bu ömrü yaşadığı sürədə
törətdiyi əməllərin
qayda-qanunlara zidd olan, haqlı və haqsız tərəflərini önə
çəkir. İnsanın varlığı, yaxud yoxluğu qədər dəyəri olmayan maddi dünyaya
aldanmanın, onun zahiri görüntüsünə,
cah-cəlalına uyub
özünü itirməyin
əleyhinə olan şairin məqsədi, əslində insanın hər şeydən öncə özünə
və dünyanı dəyərli edən ideyalarına, məhəbbətinə
önəm verməkdir.
O, “Ərk qalası əfsanəsi” poemasında
dünyalarca malı-mülkü
olan zəngin bəylərin, xanların
adi, sadə bir qul qədər
dəyərə malik
olmadığını vurğulayır.
Qara qulun qəlbindəki böyük sevgi onun mənən böyüklüyünü, müqəddəsliyə,
ilahi duyğulara inamını açıqlayan
yeganə əsas cəhətlərdəndir. Zamanı ötən bir əfsanədən bəhs
olunan bu poemada əsas qəhrəman-Qara qul məhəbbətin gücü
ilə həqiqətə
varır. Qocanın
nəql etdiyi rəvayəti şair özünəxas təhkiyə
ilə oxucuya çatdırır:
Babam eşitmişdi şeyx babasından,
Ərkin
qalasını tikdirən
zaman,
Qara Qul adında cavan var imiş.
Həmişə gülərək şad yaşayarmış.
Nə çox xörək yeyib, nə çox yatarmış,
Ərkin lap başına kərpic atarmış.
Keçəndə oradan qədim hökmüran,
Qulun qüdrətinə oluban heyran,
Dönüb xadimindən eylədi
sual-
Ora kərpic
atmaq deyilmi məhal?
Xadim ərz eyləyir: - Əziz hökmüran
Zövqilə hər işi görərsə insan,
Təbiidir ki, çatar bütün murada.
Lakin bəzən xəyanət
yuvasına çevrilən
insan qəlbinin nələrə qadir olduğunu bilən şair hökmranın diqqətini cəlb edən, zəhməti, əziyyəti, sevgisi, ləyaqəti ilə insanların gözündə
ucalan Qara Qulun xoşbəxtliyinə
xələl gətirmək
istəyən qara qüvvələri də nəzərdən qaçırmır,
onların məkrli niyyətlərini, mənasız
istəklərini ifşa
edir. Belə ki, Xadimin hökmdar
qarşısında itaətkarlığı
və Qara qulu tərif etdiyi səhnə onun və hakiminin
iç üzünü
açır, çirkin
niyyətlərini aşkara
çıxarır. Qara
Qul qədər saf və ləyaqətli
olmayan, məhəbbətin
fəzilətini anlamayan
Xadim onun qalanın tikintisində göstərdiyi qeyri-adi cəldliyin, əmək rəşadətinin sevdiyi
qadına olan sevgisindən, böyük
eşq və həvəsindən qaynaqlandığını
bəyan edir:
- Zövqsüz bəşərə
olmaz iradə
Zövqsüzlər qalar daim cəfadə.
Yaşadır bu qulu bir zövq, o həsrət
Söylədi hökmüran: - Dur
səsini kəs!
Məgər bizdə yoxdur o zövq, o həvəs?
Sənin
bu sözlərin yalandır yalan!
Xadim dedi: - Əfv et, böyük hökmüran
Həqiqi
zövq ilə eşqin qüdrəti
Payidar eyləmiş
bütün xilqəti.
Ağasına doğrunu, həqiqəti söylədiyini isbat etmək üçün Xadim hiyləgər, imansız anasından kömək istəyir və bu addımla
da özünü çətinliyə salır. Müdrik şair
xadimin xislətində
də çatışmazlıqların
olduğunu vurğulayır.
Oğluna kömək
etdiyini düşünən,
onun yüksək vəzifədə qalması
üçün hər
cür alçaqlığa,
ev yıxıb
pislik etməyə hazır olan, din pərdəsi altında iblis üzünü məharətlə gizləyən
qarı özünü
tez-tələsik Qara qulun arvadına yetirir. Şirin dilini işə salaraq sadəlövh gəlinin qəlbinə yol tapır, ərinin adi, yoxsul bir fəhlə
olduğunu, meymuna bənzər Qara qulun ona yaraşmadığını,
bu gözəlliklə
zəngin bir adamın-çoxdan bəri
onu sevən oğlunun yarı ola biləcəyini,
saraylarda komfortlu həyat yaşamağa layiq olduğunu söyləyir. Sevgisi ərinin ona
olan eşqilə müqayisədə çox
zəif olan səbatsız gəlin yüngül, rahat həyatın zahiri parıltısına aldanır.
Qara Qulun sevgisi ilə
sadə və xoşbəxt həyat yaşamasına rəğmən,
çox asanlıqla Yasəmən qarının
qurduğu hiylə toruna düşür.
Bu ibrətamiz hekayət,
poemada hər bir obrazın, xüsusilə Yasəmən
qarı kimi napak, sözü ilə əməli üst-üstə düşməyən
xəbis, iblis xislətli qadınların,
bədniyyət insanların,
günahsızları günühkar
duruma düşürən,
evlər yıxan varlıqların mənhus
düşüncə və
əməllərini aydın
şəkildə açıqlayır:
Bir para qarılar iblisə bənzər,
Qoca tülkü
kimi olur hiyləgər.
Damarlarda
axar qızıl qan kimi,
Aldadar adamı bir şeytan kimi
Sehirlər düzəldər cadular
qurar
Qəmli
ürəklərə gizlin
od vurar.
Edər
bülbülləri gülündən
cüda
Onun işlərinə heyrandır
qəza
Qarı
rol oynayıb əfsanələrdə
Abad qəsrlərdə, viranələrdə
Qurub dəsisələr, böyük
fitnələr
İgidlər qanını edibdir hədər?
Gərəkdir onlara uymasın bəşər.
İmansız qarıdan etməsən
həzər -
Mənim tək dünyada sərgərdan gəzər.
Məhəmməd Biriya əsərdə Yer üzünün əşrəfi olan insanın bu kimi hallarda fikrindən
dönə biləcəyinin
istisna olmadığını
da nəzərdən qaçırmır. Bu nüansı
unutmayan şair hadisələrin sonunda qarşılıqlı təzadlardan
yaranan əsl həqiqəti üzə çıxarır, Ərk
qalasının yalnız
sevgi, eşqə sədaqət üzərində
qurulduğunu bəyan
edir.
Məhəbbətinə sadiq olan Qara
qulun həyatını
Ərk qalasının
taleyilə bağlayan
şair bununla hər bir insanın,
bəşər övladının
içində ucalan məhəbbət qalasını
da əks etdirməkdədir. Biriya “Ərk qalası
əfsanəsi” poemasında
sevginin xəyanət üzərində qələbəsini
xeyirin şərə
qalib gəlməsi kimi səciyyələndirir.
Məhəmməd Biriya əsl sənətkar məharəti
ilə tarixən “bütün şairlərin
müraciət etdikləri
məhəbbət mövzusunu
da yeni biçimdə
şeirə (poemalarına
da-E.F.) gətirə bildi. Əsas məsələ məhəbbətdə duyğu
ilə kamalın üz-üzə qoyulmasıdır.”
O, həm sırf lirik-romantik, həm də tənqidi realism, satirik ruhlu əsərlərinə
ictimai-siyasi rəng qatdı və yeni məzmun çalarları ilə bəzədi. Lakin şair “Ərk qalası əfsanəsi” poemasında bir daha göstərdi ki, ölkələri fəth etmiş hökmdarlar, fironlar belə, bir gün fani dünyadan
köçünü çəkəcək,
yer üzündən silinib gedəcəklər,
lakin qəlblərdə,
ürəklərdə heykəlləşən
müqəddəs sevgi,
paklğını qoruyub
saxlayan və ürəklərdə heykəlləşən
ülvi məhəbbət
bütün pisliklərə
qalib gələcək,
əbədiyyətədək yaşayacaq. Əsərlərinin
“özünəməxsusluğu, orijinal ədəbi-bədii
tapıntıları, heç
kiminkinə bənzəməyən
dəst-xətti Məhəmməd
Biriyanın ümumazər-baycan
ədəbiyyatı tarixində
yaşamasının, əbədi
qalmasının” təminatçısı
oldu, adını mədəniyyət tariximizin
səhifələrinə yazdı…
Esmira Fuad
Filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2020.- 9 may.-
S.14.