Səhəndin “Sazımın sözü” poemalar silsiləsində
“Ağac” mifopoåtik obrazı
1-ci yazı
Ağac arxetipi, sakral-ilahi kökü olan ağac obrazı Azərbaycan xalqının mənəviyyat tarixi, inanclar dünyası, mifoloji təfəkkürü ilə sıx bağlıdır. Ağac obrazı mifik yaddaşda, eləcə də yazılı ədəbiyyatda həm də “Həyat ağacı” (həmçinin “Nəsil ağacı-Şəcəre-yi Tuba”) kimi təqdim olunur və bu təqdimatda əsasən artım, xeyir-bərəkət, yaşama bağlılıq, həyat qaynağı, əbədiyyət anlamlarını ifadə edir. Çox maraqlıdır ki, Bulud Qaraçorlu Səhənd xalqa məhz hardan gəlib hara getdiyini anlatmaq üçün intibah abidəmiz “Kitabi Dədə Qorqud” dastanının altı boyunu nəzmə çəkərək “Dədəmin kitabı” - “Sazımın sözü” silsilə poemalarını qələmə alıb, eyni zamanda bu əsərlərdə mənsub olduğu xalqın milli kimliyini göstərib. O, poemalarında ağac arxetipinə müraciət edərək öz fikir və düşüncələrini bu mifopoetik obrazın vasitəsilə ifadə edib, xalqın folklorunun, onun tarixi keçmişinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin, adət-ənənələrinin qədimliyini, özəlliyini daha təsirli və parlaq şəkildə ortaya çıxarıb, bədxahlarına, haqqını tanımayanlara onun ağız ədəbiyyatını, folklorunu tanıtmaq amacı ilə yazıb-yaradıb, bu yolda qələminin və təfəkkürünün gücü ilə mübarizə aparıb.
“Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir... Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir...”
Öz kökünü, ilkini və qaynağını, hardan gəlib hara gedəcəyini yaxşı bilən Bulud Qaraçorlu Səhənd də xalqın folklorunun onun tarixi keçmişinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin, adət-ənənələrinin qədimliyini, özəlliyini daha təsirli və parlaq şəkildə ortaya çıxardığını, bədxahlarına, haqqını tanımayanlaraonun ağız ədəbiyyatını, folklorunu tanıtmaq amacı ilə yazıb-yaradır, bu yolda qələminin və təfəkkürünün gücü ilə mübarizə aparırdı. O, xalqa məhz hardan gəlib hara getdiyini yansıtmaq üçün intibah abidəmiz “Kitabi Dədə Qorqud” dastanının altı boyunu nəzmə çəkib, “Sazımın sözü” və “Dədəmin kitabı” poemalarını qələmə alıb, eyni zamanda bu əsərlərdə mənsub olduğu xalqın milli kimliyini göstərib. “Ümumən bu qəbilli şeir və poemaların əsas ruhunu soykökə qayıdış, tarixə və folklora yaradıcı münasibətin poetik təzahürləri kimi də qiymətləndirmək mümkündür.”
Deməli, “Ağac öz şirəsini, həyat gücünü köklərdən aldığı kimi, “Kitabi-Dədə Qorqud” da milli ədəbi-estetik düşüncəmizin kökləri kimi ədəbiyyatımızı tarixən qidalandırıb. Elə buna görə də düşünürük ki, müasir şeirimizdə Dədə Qorqud obrazının elmi ədəbiyyatlardan bəlli olmayan estetik cizgiləri, bədii təxəyyüllə süslənmiş poetik semantikası birbaşa milli yaddaşımızın Qorqud kökləri (arxetipləri) ilə bağlıdır”.
Ümumiyyətlə, Ağac arxetipi, sakral-ilahi kökü olan ağac obrazı Azərbaycan xalqının mənəviyyat tarixi, inanclar dünyası, mifoloji təfəkkürü ilə sıx bağlıdır. Ağac obrazı mifik yaddaşda, eləcə də yazılı ədəbiyyatda həm də “Həyat ağacı” (həmçinin “Nəsil ağacı-Şəcəre-yi Tuba”) kimi təqdim olunur və bu təqdimatda əsasən artım, xeyir-bərəkət, yaşama bağlılıq, həyat qaynağı, əbədiyyət anlamlarını ifadə edir. Çox maraqlıdır ki, Səhənd əsərlərində ağac arxetipinə müraciət edərək öz fikir və düşüncələrini bu mifopoetik obrazın vasitəsilə ifadə edib. Ümumiyyətlə, orta çağlardan başlayaraq bütün dövrlərdə baş verən ədəbi prosesdə ənənə güclü olmuşdur, digər tərəfdənsə “sənətkarlar çox hallarda təkcə oxşar, yaxın və ortaq növlər, mövzular və süjetlər çərçivəsində deyil, həm də oxşar, yaxın və ortaq bədii qəliblər, üslubi fəndlər, obrazlar və təxəyyül lövhələri çevrəsində yeni bədii-estetik naxışlar və məna incəlikləri yaratmalı olmuşlar. Belə ortaqlıq və yaxınlıq özünü daha çox təsəvvüf yönümlü ədəbiyyatda göstərir, burada bədii düşüncə tərzinə gözəllik və çeviklik verən, onun məzmun qayəsini yetərincə zənginləşdirən mənəvi və ruhi dəyərlər daha önəmlidir.”
Səhəndin bu dəyərlərə müraciəti təsadüfi xarakter daşımır. Onun fəlsəfi mahiyyət daşıyan əsərlərinin mayasında böyük Tanrı sevgisi, ilahi eşq dururdu. Xalqın sevilən şairinin duygu və düşüncələr aləmini formalaşdıran mədəniyyətin özəyində də İslam təsəvvüfü, irfani təsəvvür və inanclar dayanırdı. “Sazımın sözü” poemasındakı “Duxa Qoca oğlu Dəli Domrul” boyunun sonunda qəhrəmanının - Dəli Domrulun qurtuluşu da, əslində şairin həyata və mistikaya fərdi baxışının inikasıdır. Şair qadir Tanrının bir “Ol” nidasıyla zühura gələn bü¬tün ya¬¬ra¬nışın, yerin, göyün, kainatın ilahi sevginin təzahürü olduğu qənaətindədir və bu tendensiya əsas məqsədinə müvafiq olaraq məhz “Dəli Domrul” boyunda ön plana keçir:
Kimsə bilməz necəsən sən.
Bəzi cahil adam səni
Göydə arar, yerdə arar.
Bilməz ki, sən nə göydəsən, nə yerdəsən.
Möminlərin ürəyində, qəlbindəsən,
Daim duran cabbar Tanrı!
Baqi qalan səttar Tanrı!
Könlündə böyük Tanrı
eşqi yaşadan Səhənd bir filosof müdrikliyi ilə gördüklərini
içdən hiss edir,
duyur, duyduqlarını
dərindən-dərinə düşünür, bu düşüncələrinə qəlbən inanır və bütün inanclarını son dərəcə
böyük məhəbbətlə,
sadə bir dillə, adi insanların belə anlayacağı tərzdə
ifadə etməyə
nail olurdu. Təsadüfi
deyil ki, məhz bu özəlliyinə
görə,
“Quran” təliminə görə,
“Tuba cennette bir ağaçtır. Büyüklüğü yüz yıllık
yer tutar. Ve cennet elbiseleri de onun tomurcuklarından yapılır.” Və “Sidre-i
Münteha (Sınır
Ağacı)” kimi də adlandırılan bu əfsanəvi ağac göyün ən son, yeddinci qatında-cənnətdədir və
əbədiyaşarlığın, əbədi həyatın
rəmzidir. “Qurani-Kərim”i gözəl
bilən Səhəndə
görə də Sidre-i Tuba ağacının
budaqlarına qonub əyləşənlər, ərşə
çıxanlar isə
yalnız mələklərdir.
Dini əfsanəyə
görə, yəhudilərin
peyğəmbəri, Hz.Musanın
da iki möcüzəsi
olub ki, onlardan biri “Ağac” arxetipi ilə bağlıdır. Həmin əsanəyə
görə, “Misir fironu onu mühakimə
edərkən əlindəki
ağac əsanı yerə atmış və həmin əsa əjdahaya çevrilərək fironu
məhv edib. Digər yozuma görə isə Peyğəmbər
Hz.Musa həmin əsanın qüdrəti
ilə Nil çayını
iki yerə bölmüş, axan sular dayanmış, çayın bir tərəfindən o biri tərəfinə keçmək
mümkün olub.
Səhənd Hz.Musanın
əjdahanı məhv
edən əsası ilə bağlı əfsanə-detal vasitəsilə
zülm, istibdad, haqsızlıq və ədalətsizlik hökm sürən dünyanın
sonu olacağına, məzlumların, yoxsulların
ahının bir gün əjdahalara, ilanlara çevrilərək
onların əməyini
mənimsəyən, qanını
soran zalımları, azadlıq, haqq-ədalətin
bərpası uğrunda
uzun mübarizələrdə
canından keçmiş
igidlərin, mərdlərin
həlak olmasını,
yasını toy, şənlik
kimi qəbul edən namərdləri məhv eməsinə, könlündən illərdən
bəri kök salmış qubarı, pası-dərdi silməsini
diləyir:
Namərdin toyudur-igidin yası,
Tökülüb üzünün şərmü
həyası,
Silinməz könlümün qubarı,
pası
“Musayi-Kəlimin əsası
ağac!”
“Əl ağacı”
ifadəsini Səhənd
insanın dayağı,
arxası-köməyi mənasında
işlədir. Əlbəttə,
şair insanın həyatda ən yaxın dostunun, köməyinin, yardımçısının
övladı-oğul balası
olduğunu vurğulayır:
Oğul,
oğul, canım oğul!
Aydınlıca göz işığım,
Əl ağacım, qanım oğul...
Ancaq “Sazımın sözü”
poemasının “Dirsə
xan oğlu Buğac” boyunda “Əl ağacı” ifadəsini “əl düləyim-yəni, əl
ağacım” şəklində
də ifadə edir, Dirsə xan xanımına müraciət edərkən
həyat arkadaşının-evinin
dirəyinin özəlliklərini
sadalayır və bu ifadəni sırf ayaqda durub yeriməsinə yardımçı olan gərəkli bir vasitə, arxa, dayaq kimi işlədir:
Qoşa
badam sığışmayan
dar ağızlım,
Yanaqları güz alması
al yanaqlım,
Ev dirəyim,
əl düləyim.
Esmira Fuad
Filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2020.- 14 may.- S.14.