“Azərbaycan”  qəzetinin səhifələrində 

 

 53-cü yazı

 

3 sentyabr 1945-ci il tarixində Azərbaycan Demokrat Firqəsinin (ADF-nin) Təbriz şəhərinin “Şir-o-Xorşidteatr salonunda keçirilən təsis konfransında “12 Şəhrivər” bəyanatı kimi məşhur olan fəaliyyət proqramı qəbul olundubütün cəmiyyətə və dünyaya elan edildi.

Təqribən üç ay bundan sonra, 12 dekabr (21 Azər) tarixində təşkil olunan və õàlqın àzàdlığını qîrumàq üçün Àzərbàycàn Milli Məclisi tərəfindən geniş səlàhiyyətlər verilmiş Azərbaycan Milli Hökuməti (AMH) də özünün fəliyyət proqramını ADF-nin “12 Şəhrivər” bəyanatı üzərində qurduyeni yaradılan müvafiq mərkəzi icra hakimiyyəti orqanları, onların məsulları xalq təsərrüfatının müxtəlif sahələrini, xüsusilə də uzun illər dilimizin, milli-mənəvi dəyərlərimizin təzyiqlərə, təhqirlərə məruz qalmış, inkişafı ləngimiş təhsil, elm, mədəniyyət, incəsənət, ədəbiyyat və mətbuat kimi sahələrini qısa zaman kəsiyində çox sürətlə yenidən milli əsaslar üzərində quraraq görünməmiş nəticələr əldə etdilər.

Bu münasibətlə 1945-1946-cı illər Cənubi Azərbaycanda milli-demokratik hərəkata rəhbərlik etmiş ADF sədri Seyid Cəfər Pişəvərinin "Azərbaycan" qəzetinin 3 sentyabr 1946-cı il tarixli sayında Firqənin bir illik bayramı münasibətilə Təbriz dövlət teatr salonunda etdiyi çıxışını aşağıda olduğu kimi təqdim edirəm.

“Firqəmizin bir illik bayramı münasibətilə dövlət teatrı salonunda cənab Pişəvərinin nitqi” (3 sentyabr 1946-cı il)

Seşənbə günü, şəhrivər ayının 12-də dövlət teatrı səhnəsində 12 şəhrivər münasibətilə təşkil olunmuş təntənəli yığıncaqda ağayi Pişəvərinin etdiyi nitqin xülasəsi: “Mən bu bayramı əvvələn öz tərəfimdən və firqə tərəfindən təbrik edirəm və firqəmizin banilərindən və müəssislərindən olan ağayi Şəbüstəti, ağayi Badikan burada olmadıqlarına görə, onların tərəfindən də bayramı təbrik edib buraya zəhmət çəkib gələn qonaqlardan təşəkkür edirəm.

12 şəhrivər mənim nəzərimcə, çox tez keçdi, mənim yadımdadır ki, keçən 12 şəhrivərdə həmin bu salonda ağayi Övrənginin istisna icazəsilə eliyə bilmişdik, birinci dəfə olaraq bütün təbəqatdan bu salona yığıb və firqəmizin məqsədini xalqa elan edək və biz istədiklərimizi xalqa dedik ki, bu elamiyənin nəvaqisini onlardan soruşduqxahiş etdik ki, əgər elamiyədə islah etməli bir şey varsa, onu desinlər ta biz düzəldib və müntəşir edək.

Mən o zaman həmin bu salonda İran nəqşəsini təşrih etdimbizim islahat və azadlığımızın İran mühiti içində olmağını qeyd etdim. İndi bir ildir ki, bizim firqəmizin təsisindən keçirbu bir il içində dünyaya sabit olub ki, bizim nehzətimiz tək Azərbaycanı islah etməkdən ötrü deyil, bəlkə bütün İranda istiqlalın təminindən ötrü idi.

İndi bizim düşmənlərimiz verdiklərimiz imtahanlara baxmayaraq bizi təcziyə edən adlandırırlar və bizi İran azadlığının düşməni hesab edirlər. Biz bir tərəfdən xoşbəxtik, çünki bu adamlar İran xalqının düşmənləri və onları əsarətdə saxlayan adamlardılar və bu adamların işləri bütün dünyaya aydındır ki, bunlar bu sözləri deyəndə bütün xalq bilirlər ki, bu adamlar həmişə öz mənfəətləri üçün töhmət deyən kimi bu sözləri də töhmət deyiblər. London radiosu bizim nümayəndələrimiz Tehran dövləti ilə danışıq apardığı vaxtda bizim dilimizcə radioda pəxş ediblər ki, guya biz İrandan ayrılmaq istəyirik. Dehli radiosu da bu sözü təkrar edibTehranda nəşr olunanİttilaat” ruznaməsi və sair ruznamələr də bu sözü ab-tab ilə dərc edibdir. Bizim xoşbətliyimiz buradadır ki, bütün İran xalqı bilir ki, bu cür adamlar haradan ilham alırlar və biganələr bu cür şayələr yayırlar ki, Xuzistanı işğal etməyə söz olmasın. Bizdeyirik – “İt hürər, karvan keçər”.

Bizim gördüyümüz işlərin sayı çoxdur, hələ dünən iki böyük müəssisə iftitah etmişik. Birisi mamalıq fakültəsidir, o birisiİranda nəziri olmayan milli orkestrin açılışıdır. Bunlar söz deyil, əməldir və həmişə də əməl özdən qüvvətli olar. Bizim gördüyümüz işlərin əsası firqəmizdir, biz o vaxt firqə mühitini hesaba aldıq, xalqın ehtiyaclarını düşünərək 12 Şəhrivər elamiyyəsini yazıb intişar verdik. Biz fikir etdik ki, xalqa dayanmalıyıq. Çünki mən bilirdim ki, Firqə tək özbaşına görə bilməz, xalqı gərək dalınca aparsın, xalq ona inansın. Biz 12 Şəhrivər elamiyyəsini yazıb 12 maddədən ibarət olan şüarlarımızı meydana atdıq, İran və Azərbaycanın vəziyyətini təşrih etdik. Orada böyük məsələ Azərbaycanın daxili muxtariyyət məsələsi idi. Biz fikir edirdik, əgər Azərbaycanın muxtariyyəti olmasa, xalqın ehtiyaclarını təmin edə bilmərik, fəqət xalq hökuməti xalqın ehtiyaclarını təmin edə bilər.

Biri də Azərbaycanın milliyət məsələsidir. Bu məsələ də təzə bir məsələ deyildi. Hətta əgər Məşrutə tarixinə baxaq, Məşrutə fərmanı və teleqraflar Azərbaycan millətinin adına verildi. Lakin onu sürtüb aradan aparmışdılar. Bunu aradan aparan iki qüvvə idi: biri fars mütəəssibləri ki, fikir edirdilər, əgər Azərbaycan xalqı özünü idarə edərsə, onların hakimiyyətinə xələl varid olacaq ki, ona görə də istədilər ki, xalqın fikrini boğsunlar.

Bir tərəfdən də Azərbaycan mürtəceləri qorxurdular ki, onların məqamları aradan getsin və Tehranın irticaçı qüvvəsi də onların dalında durmuşdur. Azərbaycanda olan mürtəcelər hər kəsdən artıq bizim əleyhimizə çıxırdılar. Çünki onlar qorxurdular ki, daha xalqın müqəddəratı onların əlindən çıxsın. Ona görə bizi təcziyyəçi adlandırırdılar. Bir surətdə ki, biz İranı təcziyyə etmək istəyirdik, əgər bizim daxili muxtariyyətimiz olsa idi, İranın mərkəziyyəti möhkəmləşərdi. Bizim elamiyyəmizin əsasını təşkil verən İranın istiqlalıdır.

Məşrutəni Azərbaycan xalqı alan zaman mürtəcelər deyirdilər ki, Azərbaycan cümhuriyyət təşkil vermək istəyir. O vaxt Tehran qorxurdu. Həqiqətdə isə Məşrutəni alan azərbaycan xalqı oldu. O zamanın Əyaləti Əncüməni indiki Əyaləti əncümənə bənzəyirdi. O zaman mərkəzi hökumət Əncüməni Əyalətindən qorxurdu. O zaman Qanuni-Əsasini Təbrizə göndərmişdilər ki, Azərbaycan xalqı təsdiq etsin.

Üç-dörd nəfərdən artıq olmayan xainlər bizim nehzətimizi boğmaq istəyirdi, Azərbaycan xalqının dilini inkar etməyə çalışırdı. Halbuki, Azərbaycan xalqının dili və ədəbiyyatı vardır. Eyni zamanda da ki, iranlıdır. Dil məsələsi böyük məsələdir, bunu almaq və mürtəcelər ilə mübarizə etmək şəhamət istəyirdi. Biz o şəhaməti göstərdik və qorxmadıq (Gurultulu alqışlar).

Bu bir siyasi məsələ idi. Əvvəl dəfə Tehran bunun mənasını başa düşmürdü. Ümumi danışıqlar və sözlər kimi bilirdi. O fikir edirdi ki, bu Elamiyyə və teleqraflar qabaqkı kimi söz aləmində qalacaq. Bunlara cavab vermək istəmirdilər. Deyirdilər, bunlar məchul adamlardılar. Tehran bizim Əncüməni-əyalət məsələsini aradan getmiş bir qanun hesab edirdi. Biz bu gün onu rəsmi surətdə almağa müvəfəq olduq.

İkinci səadətimiz dil məsələsi idi. Bu məsələ bizim üçün ölümdirim məsələsidir. Dil məsələsi ilə eliyə bilərdik, xalqı öz tərəfimizə toplayaq. Ona görə dil məsələsini birinci dəfə ortaya qoyduq, çalışdıq ki, uşaqlarımızı yad dildən qurtaraq. O tarixçilər ki, bizim dilimizi aradan aparırdılar və deyirdilər ki, “bunların dili yoxdur, bunların dili fars dilinin şöbəsidir”, biz isbat etdik ki, bizim dilimiz müstəqil bir dildir. Azərbaycan dili fars dilinin şöbəsi deyil, məxsus bir dildir. Bu dili danmaq həqiqəti danmaq kimidir. Bizim içimizdə bir iddə adamlar vardır ki, özü fars dilini bilməz, deyəndə də deyir ki, mənim dilim fars dilidir.

Mən fars dilini yaxşı bilirəm. Deyirəm ki, fars dili pis deyil, lakin mənim dilim Azərbaycan dilidir. Öz dilini danan azərbaycanlı xain deyildir, nədir? Bizim özümüz üçün iftixarımız vardır. Biz bütün bizə töhmət deyənlər ilə mübarizə edib onları həmişəlik məğlub etdik. Biz Tehran ilə danışdıqda müvəffəq olduq ki, bütün orta hətta ali məktəblərdə idarələrdə Azərbaycan dilincə yazılsın.

Biz böyük görmüşük. İllər boyu kök salan qara təbliğatın üstünə qırmızı xətt çəkmişik. Bizim dilimizi nehzətdən qabaq o qədər məhdud etmişdilər ki, teatrlar da fars dilində olurdu. O vaxt xalq teatra rəğbət etmirdi. Xalq indi musiqi teatra çox rəğbət edir. Çünki indi öz dilində eşidir. Bizim bu böyük inqilabi hərəkat xalqı cəlb edirdi. Bizim nehzətimizin milli xasiyyətindən birisi dil məsələsi idi. Bizim nehzətimiz dil vasitəsilə dünyada nüfuz şöhrətə malik ola bildi. Dünya bildi ki, 5 milyonluq bir xalq var ki, öz dillərində yazıb oxuyur. Bunu isbat etmək qəhrəmanlıqdır. İndi dünyanın yazıq millətləri bizə təhsin edirlər bizə nicat verən bir millət kimi baxırlar.

İndi Sülh Konfransında Yaxın Şərqdə yox, bəlkə Əlcəzair Tunisdən gələn mətbuat nümayəndələri bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi təhsin edirlər. Biz indi hər cür güzəşt etsək , dil məsələsindən keçmədik, siyasi mübarizədə dala, qabağa getmək olar, lakin əsas səngər əldən verilsə, məğlub olmaq olar. Bizim dil məsələmiz əsas bir məsələdir. Buna sərsəri baxmaq olmaz...”

Müraciətimizdə irəli sürdüyümüz məsələlərdən birisi torpaq məsələsidir. Biz səy etdik ki, tezliklə xalisə yerlərini bölək. İndiyə kimi İranın əksəriyyətini təkmil verən kəndlidir. Məşrutiyyət qanunundan istifadə etməyib maliklər rəiyyətlərin rəyi ilə vəkil olurdular. Lakin Məclisdə onlar əleyhinə danışırdılar. Hətta kəndliyə kiçik bir külbə belə vermək itəmirdilər. Bu nehzətdə onlara göstərdik ki, kəndlinin öz evi yox, bəlkə xalisə yerlərinin hamısı gərək kəndlilərin olsun. Biz bu nehzətdə kəndliləri jandarmların əlindən qurtardıq. Məşrutə inqilabı kənli üçün heç bir şey ala bilməmişdi. Biz onların haqqını aldıq.

Məşrutə qanununda hamı qanun müqabilində müsavidir, biz onu əməli etdik. ərbab ki, kənddə hakimi-mütləq idi, onun ixtiyaratını məhdud etdik jandarmlar ki, ərbabdan artıq kəndlərə zülm edirdilər, onları da aradan apardıq. Bizim nehzətimiz kəndlilərin vəziyyətini hər cəhətdən təmin etdi.

12 Şəhrivər elamiyyəsinin mühüm maddələrindən birisi dərəbəylik üsulunu aradan qaldırmaq idi.

Bizim 12 Şəhrivər şüarlarımızın əsərində idi ki, bütün xalq firqəmizin ətrafına toplandı. Biz 12 Şəhrivər elamiyyəsini müntəşir edəndə, onu 48 nəfər imza etmiş idi. Hətta onlardan bir parası da bəzi bəhanələrə görə dalı çəkildilər. Lakin 12 Şəhrivər elamiyyəsi nəşr olunduqdan sonra bizim 20 min firqə üzvümüz oldu Hizbi Tudə kargərlər təşkilatları bizə mülhəq oldu. Bir aydan sonra da biz kongərəmizi (qurultayımızı –S.B.) təşkil verdik bu kongərəni yaxşı idarə etdik. Kongərə təşkil olanda firqə üzvlərinin sayı yüz minə baliğ idi. Bu kongərədə bizə 300 sual verdilər. Firqə onların ətrafında müzakirə etdi.

 

(ardı var)

Azərbaycanqəzeti (ADF orqanı), say 1( 290), 5 sentyabr 1946-cı il

 

***

Əski əlifbadan transliterasiyafarsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

Xalq Cəbhəsi.- 2020.- 7 noyabr.- S.14.