Qarabağ bayatı
ifaçılığı
Bayatı folklorumuzun ən geniş yayılmış, lakonik, təsirli və oynaq janrlarından biridir. Hər bir folklor nümunəsi, o cümlədən bayatılar xalqımızın adət-ənənəsini, etnoqrafiyasını, həyat tərzini, bütövlükdə dünyagörüşünü əks etdirir. Bayatı Qarabağ folklorunun ən işlək janrlarındandır. Toplama zamanı elə bayatı ifaçıları ilə rastlaşırdıq ki, onların repertuarında 30-40, bəzən daha çox bayatı vardı. Hətta bir ifaçımızın repertuarından 120 bayatı mətni qeydə almışıq. Söyləyicilərin verdiyi məlumatlara görə, əvvəllər qadınlar hansısa səbəbdən bir yerə yığılanda bayatılar söyləyər, bir-birləri ilə deyişərmişlər. Həmin söyləyicilərdən birinin dediklərini olduğu kimi veririk: “Bir yol yığılmışdıx dedığım bu qarının yanına. Belə 10-12 qızdı, gəlindi. Alax çəhmağa get-mişdıx. Hamı yığılmışıx bi boş otağa. Qarı düşdü ortalığa:
Yeri, yeri, dam üsdə yeri,
Qızıl cam üsdə yeri.
Əyaxların ağrısa,
Çıx sinəm üsdə yeri.
Bizdən bir gülüş qopdu. Qarıdan nə sözdər çıxır. Biri də çıxdı birin oxudu:
Mən belə dosdu neynirəm,
Dosd mənnən küsdü, neynirəm?
Özü xayın, qəlbi pisdi,
Mən belə dosdu neynirəm?
Söyləyici yuxarıdakı bayatıları deyərkən qəfildən coşdu, əllərini sinəsi bərabərinə qaldırıb çırtıq çala-çala, avazla oxumağa başladı. Onun bu hərəkəti o qədər qəfil alındı ki, biz videonu açmağa belə macal tapmadıq. Biz həmin qadının evində beş gecə qalmışıq. Ən qəribəsi bu idi ki, söyləyici qadın əvvəlki üç gün ərzində çox utanmış, yalnız bizə isinişdikdən sonra danışmağa başlamışdı. Ailə üzvlərinin yanında danışmaq istəməmiş, ikimiz tək qaldığımızda suallarımızı cavablandırmışdı. Onu da qeyd edək ki, müxtəlif bölgələrimizdə folklor toplayarkən dəfələrlə ailə üzvlərinin yanında danışmağa utanan, yalnız qaldığımızda isə xeyli mətn danışan söyləyicilərlə qarşılaşmışıq.
Yeri gəlmişkən qeyd edək ki, qarabağlılar arasında bayatı deyən kişi söyləyicilərlə də az rastlaşmadıq. Düzdür, onların repertuarı qadın söyləyicilərlə müqayisədə bir qədər kasıbdır, amma bu hal digər bölgələrimizə nisbətən Qarabağ sakinləri arasında daha geniş yayılıb.
Biz bayatını folklor kitablarından şeir kimi oxumağa adət etmişik. Ancaq folklor toplayanlar yaxşı bilirlər ki, klassik ənənədə bayatı mətni şeir kimi deyilmir, mahnı kimi oxunur. Qarabağ bölgəsinin söyləyiciləri də bayatıları xüsusi avazla söyləyirdilər. Amma həmin söyləyicilərin bir qismindən bayatı söyləməyi xahiş etdiyimizdə sanki şeir deyirdilər. Eşitdikləri kimi söyləmələrini istədiyimizdən sonra isə avazla oxumağa başlayırdılar. Bunun bir səbəbi onların utancaqlıqları idisə, əsas səbəb bayatı söyləmək ənənəsinin zəifləməsi ilə əlaqədardır. Bir qism söyləyicilər isə elə əv-vəldən avazla oxuyurdular. Buna əksər regionlarımızda “bayatı çağırmaq” deyirlər. Bəzən söyləyicilərə bayatı deməklərini xahiş etdiyimizdə, “A bala, cavansan, ürəyin xarav olar”, “Bayatı deməyə başladımsa, gözümdən yaş çıxacaq” kimi cümlələr eşidirdik.
Qeyd edək ki, bəzi söyləyicilər bayatı çağırarkən ənənəvi bayatı formasından kənara çıxırdı-lar. Bunu tamamilə təbii hal saymaq olar. Çünki həmin anda söyləyicinin əsas məqsədi öz hisslərini ifadə etmək olduğundan o, formaya qətiyyən fikir vermir. Bayatının strukturunun dəyişilməsi, əsasən, özünü üçüncü misrada – sərbəst misrada göstərir. Formadan kənara çıxmaları kursivlə vermişik:
Bulağın başiynən,
Divinin daşiynən.
Yol bilmədim balama qurvan, yol bilmədim, iz bilmədim, əvin tanımırdım, saat 4-də üsdümə bir xəvər gəldi:
Getdim bacı görmağa
Gözümün yaşiynən.
Xoruzum
ban səsinə,
Dan verər ban səsinə.
Ay qardaş, sən yatıf inildiyeydın
Mən deyəydim “can” səsinə.
Bəzən söyləyici bayatını
tam söyləyə bilmir,
iki bayatını qarışdırır, bir
bayatı kimi deyir:
Bu gecə ayazdımı?
Bulut yox, ayazdımı?
Al qələmi əlına
Gözəli gözələ yaz.
Açıq-aşkar görünür ki, bu bayatının əvvəlki iki misrası bir bayatıya, son iki misrası isə başqa bayatıya aiddir.
Bəzən də söyləyici
bayatını hansısa
bir əhvalatla əlaqələndirib deyir:
“Bostana oğru gəlir. Kişi də yatıf.
Atdarı tərpədifdilər ki, kişini qorxutsunnar. Kişi duruf bunları
qovalamasın də.
Bular tərpətdikcə o da yellənirmiş. Yelləndikcə
deyirmiş:
Qarabağda bağ olmaz,
Qara salxım ağ
olmaz.
Mənim
kimi dərtdinin
Ürəyində yağ olmaz
Müharibədən gəlmiş invalit adamdı. Bular da. Yazıx neynəsin.
Dərt döy ki? Duruf qovalıya bilmir ki, bostanı yoluşdurma”.
Onu da qeyd edək ki, bəzən söyləyicinin dediyi bayatıdan məlum olur ki, bu
parça hansısa
situ-asiya ilə əlaqəli deyilib. Amma ya söyləyici həmin hadisəni danışmayıb,
ya da toplayıcı
həmin his-səni artıq sayaraq mətndən çıxarıb
atıb. Bu da mümkündür ki, toplayıcı bayatının hansı hadisə ilə bağlı deyildiyini soruşmağı unudub.
Aşağıda verdiyimiz
misal bu qəbil bayatılarımızdan
biridir:
İsmət durduğu yerdə,
Boynun burduğu
yerdə.
Namərd,
əlin qurusun
İsməti vurduğun yerdə.
Söyləyici bayatını bəzən
ifa prosesində yaradır. Təbii ki, bu cür
bayatılar toplandığı
anda ka-mil sənət
nümunəsi ola bilmir:
Gəlifsınız, yerınız var.
Döşəyiniz var, dörünüz var.
Məni
qəbul eliyif gəlifsınız
Gözüm üsdə yerinız var.
Qarabağdan toplanmış bayatıların
bir qismi də mifoloji dünyagörüşü ilə
əlaqəlidir. Aşağıda
misal kimi verdiyimiz bu bayatı
Ay və Günəşlə
bağlı dolaşan
mətnləri yadımıza
salır:
Ay doğdu peşman-peşman
Gün çıxdı
oldu ona düşman.
Ürəyimdə bir dərdim var
Nə
dost bilir, nə də düşman.
Bəzən məşhur Azərbaycan bayatılarının bir qədər fərqli şəkilləri ilə
üzləşirdik. Məsələn,
Ağabəyim ağaya
aid olduğu iddia olunan:
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ
− bayatısını:
Aşıx deynən Qarabağı,
Yovşandı Qarabağı.
Cənnət Təhrana dönsə,
Yaddan çıxmaz Qarabağı
−
şəklində qeydə
aldıq.
Bəzi
folklorşünasların fikrincə,
Azərbaycan bayatıları
daha çox “əzizinəm”, “eləmi”,
“mən aşiq” kimi kəlmələrlə
başlanır. Folklorşünas
alim V.Vəliyev yazır ki, Azərbaycan bayatılarında
başqa türkdilli xalqlarda olmayan formal bir əlamət var: bizim bayatılarımız
əsasən “əzizinəm”,
“eləmi”, “mən aşıq” kimi şablon kəlmələrlə
başlanır. Biz folklor
nümunələri toplayarkən
belə “şablon” kəlmələrlə başlanan
bayatılarla az rastlaşdıq. Qeydə aldığımız
bayatılar, əsasən,
aşağıdakı tipli
cümlələrlə başlanır:
Ay başına döndüyüm,
Gün başına
döndüyüm.
Sənin
kimi ölənnən
Var başına
döndüyüm?
Sarı
çiçək əlimdə,
Sahatım biləyimdə.
Allah, məni öldürmə
Arzum var ürəyimdə.
Onu da qeyd edək ki, bu tipli
bayatıları daha çox yaşlı nəslin dilindən eşidirik. Və qeydə aldığımız
bayatıların çoxusu
da belə “şablon” kəlmələrsiz
başlanır. “Şablon” kəlmələrlə
başlanan bayatıları
daha çox orta yaşlılardan və gənc nəslin nümayəndələrindən
qeydə almışıq.
Görünür, bu televiziyanın
və kitabların təsiri ilə bağlıdır. Onu da qeyd edək ki, regiondan qeydə
alınmış ba-yatıların
bir qisminin misralarında hecaların sayı yeddi yox, yeddidən artıq və ya əksikdir.
Mən aşıx belə neylər, (7)
Yel əsər,
belə neylər. (7)
Çarxı çönmüş fələy (6)
Adamın axırın beləmi eylər. (11)
Dağları gəzdim, gəldim
(7)
Daşdarın düzdüm gəldim. (7)
Gözdədim heş kəs gəlmədi (8)
Əlimi üzdüm gəldim. (7)
Bayatı janrı haqqında söylədiklərimiz Qarabağ
folklorunda, eləcə
də ümümazərbaycan
folklorunda klassik folklorun bu janrının
müasir vəziyyəti
haqqında müəyyən
təsəvvür yaratmağa
imkan yaradır.
Qarabağın bayatı ifaçıları
ilə ünsiyyətdə
olarkən bayatının
deyilmə məqamları
və formaları haqqında da xeyli informasiya aldıq. Bununla bağlı tam təsəvvür
əldə etmək üçün Qarabağ
sakinlərindən birinin
yas məclisində də iştirak etdik. Söyləyicilərin “Məjlis olanda
yadıma düşür.
Onda deməsəm, bağrım
çatdar. Amma tini
olmasa, yadıma düşmür də, bala”, “Dolu vaxdımda
deyirəm. Ancax yas
yerrərində demişəm,
ayləmin, uşağımın
yanında deməmişəm
heç. Bayatı çoxdu,
amma fikrimi cəmliyə bilmirəm”,
“Birdən gejə ağrılarım tutanda karavatın üsdündə
o qədir bayatılıyıram,
yadıma gəlir, birdən də yadımnan çıxır.
Gejə mən bayatılamağa başdıyanda səhərədək
baya-tılayıram. Di
gəl indi yadıma düşmür”
kimi gileyləri bayatının konteksti məsələsinə işıq
tutur. Yəni söyləyici bayatını
həmişə söyləyə
bilmir, bunun üçün özləri
demiş, “tini gəlməlidir”.
Söyləyicilər bayatının deyilmə formaları haqqında da xeyli məlumat
verdilər. Gərənaylamaq əlini qulağının
dibinə qoyub yüksək səslə ağı deməkdir.
Bu zaman misraların
sonuna lay-lay artırılır.
Gərənaylamaq olduqca yüksək
səs tələb edir. Amma yas məclislərində
gərənaylamaq o qədər
də yaxşı qarşılanmır. Çünki bu, el arasında ölünü urvatdan salmaq kimi qiymətləndirilir.
Söyləyicilərin dili ilə desək, “yasda əyaxnan oxumaq lazımdır”.
Yas məclislərində
yanıqlı səslə
bayatı deməyə
ediləmək deyirlər. Söyləyicilər təklikdə, alçaq səslə, ağlaya-ağlaya
bayatı söyləməyi
ediləmək adlandırırdılar.
Onlar bəzən inək sağarkən oxumağa da ediləmək deyirdilər. Bu bölgədə dodağının
altında, yalnız özünün eşidə
biləcəyi tərzdə
bayatı söyləmək
gümüldənmək adlandırırılır.
Hüzür yerlərində deyilən bayatıları ağu adlandıran söyləyicilər eyni zamanda qeyd etdilər ki, ağı, adətən, bir qadın tərəfindən deyilir. Ağının bəhr forması da var. Bəhri də, adətən, bir adam oxumağa başlayır. Hər misranın sonuna “Şahüseyn, Vahüseyn” kəlmələri artırılır ki, bunu məclisə yığışan qadınlar xorla, əllərini dizlərinə vura-vura deyirlər.
Bölgədən qeydə aldığımız ağıların bir qismi də sintaktik paralelizm formasındadır. Bu tipli ağılar bayatı formasında deyilməsə də, cümlələr sanki qafiyəlidir. Söyləyicilər bu cür “qafiyələri” bəzək vermək adlandırırdılar:
Duranda yerə naz eliyən,
Gedəndə boyuna naz eliyən,
Gedəndə yerişi göyçək,
Gələndə gülüşü göyçək,
Gözəlliyi güldən götürən,
Ağlığı qardan götürən ...
Yas aparmaq üçün kənardan gətirilən qadınları bölgədə ağıbaşı adlandırırlar.
Ləman
Vaqifqızı (Süleymanova)
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2020.- 21 noyabr.-
S.14.