“Ermənistanla Azərbaycan arasında toqquşma böyük güclərin münaqişəyə cəlbi riskini yaradır”

 

Dağlıq Qarabağ ətrafında sentyabrın 27-dən başlamış intensiv atışmalar vəziyyəti növbəti dəfə tammiqyaslı müharibə həddinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələri qabaqcadan planlaşdırılmış

təxribata cavab verməli olub. Bu, son üç ayda sayca üçuncü təxribatdır. Bəzi ekspertlərin fikrincə, gərginlik yaratmaq həmişəki kimi baş nazir Nikol Paşinyanın daxili auditoriyanın diqqətini yayındırmaq üçün istifadə etdiyi uğurlu üsullardan biridir. Başqa məsələ ki, bu, Rusiyanın mühariəyə cəlb olunması hesabına baş verir.

Beləliklə, Yerevanın təxribatı reaksiyasız qalmayıb. Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçərək Qarabağdakı bir sıra yaşayış məntəqələrini tutub. Bu, Ermənistanın bütün diplomatik səyləri sabotaj etmək istəyinin nəticəsidir. Ekspertlərin müşahidələrinə görə, Yerevan son iki ayda ən azı 3 dəfə təxribata əl atıb.

İlk epizod iyulun 12-də baş verib. Həmin gün erməni tərəfi öz hərəkətlərini əsaslandırmaq üçün çox sadə səbəb göstərmişdi: guya Azərbaycan tərəfi sərhəd xəttini “UAZ” avtomobililə keçməyə cəhd edirmiş. Hərçənd bu versiyanın qəribə səsləndiyini hətta Paşinyanın özü belə, dilə gətirmişdi. O, Bakının belə primitiv üsulla cəbhə xəttinin dərinliyinə irəliləmək istəməsini şübhə altına almışdı.

Elə o vaxtdan Azərbaycan mütəmadi olaraq məlumat verirdi ki, Ermənistan onun ərazisinə diversant qruplar göndərməyə cəhd edir. Nəticədə avqustun 23-də erməni diversiya qruplarından birinin komandiri Qurgen Alaverdyan Azərbaycanın Goranboy rayonunda əsir düşüb. Yerevanda bibdiriblər ki, sən demədöyüş mövqelərini yoxlamağaçıxmış zabit əlverişsiz hava şəraiti səbəbindən yolunu azıbmış.

Nəhayət, üçüncü insident sentyabrın 27-də baş verib. Qazeta.ru bildirir ki, təxribata hazırlıq əvvəldən hiss olunurmuş. Görünən o idi ki, Yerevan gərginliyi artırmağa hazırlaşır. Belə ki, informasiya məkanına Türkiyənin guya sabitliyi pozmaq üçün Suriyadan Qarabağa döyüşçülər gətirməsi haqqında məlumatlar sızdırılırdı. Bundan başqa, Paşinyan hələ sentyabrın 11-də karantini 2021-ci il yanvarın 11-dək uzatmışdı.

Bu, hətta pandemiya dövrü üçün belə, görünməmiş uzunmüddətli addımdır. Amma bu, ümumi səfərbərliyi asanlaşdırır. Yerevan isə artıq səfərbərlik elan edib.

Worldmedia The New York Times-a (ABŞ) istinadən yazır ki, Qafqaz regionunda uzun zamandır davam edən münaqişə bu günlərdə yenidən alovlanıb. Döyüşlərə canlı qüvvənin, tank hərbi helikopterlərin cəlb edilməsi əslində, Ermənistanla Azərbaycanın cəbhə boyu toqquşmaya deyil, uzunmüddətli hərbi əməliyyatlara hazırlaşdığını göstərir.

İlk baxışdan bunlar strateji əhəmiyyəti o qədər böyük olmayan dağlıq region uğrunda döyüş kimi görünür. Amma münaqişəyə Türkiyə ilə Rusiyanın cəlb edilməsi riskinin olması baş verənlərin

əhəmiyyətini xeyli artırır.

İstənilən halda, bu həftənin birinci günündən Dağlıq Qarabağ uğrunda döyüşlər şiddətlənib.

Toqquşmalar sentyabrın 27-də başlayıb. Artıq həm Ermənistan, həm Azərbaycan insan təlafatı haqda məlumat verir.

Bu günədək həll edilməmiş Qarabağ münaqişəsinin kökləri Sovet İttifaqının dağılmasına, yəni 30 il əvvələ gedib çıxır. Azərbaycana aid bu bölgənin əhalisinin əksəriyyəti erməni olub. O, 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini elan edib. Anklav Ermənistan tərəfindən dəstəklənir.

Qeyd edək ki, Moskva ilə Yerevan arasında hərbi saziş var. Lakin o, əməliyyatların Ermənistan ərazisinə keçəcəyi halda qüvvəyə minə bilər.

Buna qarşılıq, NATO üzvü olan Türkiyə Azərbaycanın müttəfiqidir. Məhz bu səbəbdəndir ki, president Rəcəb Tayyib Ərdoğanın təklükəsizlik məsələləri üzrə köməkçisi hərbi toqquşmalar başlar-başlamaz, Ermənistanı qınadıqlarını bəyan edib: “Hesab edirik ki, münaqişə sülh yolu ilə həll edilə bilər. Amma Ermənistan bunda maraqlı deyil”.

Bəyanatda Ermənistandan beynəlxalq hüquqa zidd əməllərin dayandırılması da tələb olunur: “Biz Ermənistanın ya digər ölkələrin Azərbaycana qarşı təcavüzkar addımlarına qarşıyıq. Azərbaycan xalqı ilə hökumətinin yanındayıq!” Məlum olduğu kimi, hazırda Rusiya ilə Türkiyə Suriya Liviyada davam edən vətəndaş müharibələrində əks qüvvələri dəstəkləyir. Eyni zamanda, Ankara ilə Moskva ticarət əlaqələrini genişləndirir, qaz müqaviləsi imzalayır, Türkiyə Rusiyadan zenit raketləri belə, alır. Bütün bunlar isə ABŞ- ı narazı salır.

Türkiyə mətbuatının məlumatına əsasən, Ermənistanla Azərbaycan arasındakı son döyüşlərdə Dağlıq Qarabağdakı hədəflərə Türkiyə istehsalı olan dronlar zərbələr endirib. Bu isə regionda döyüşlərin genişlənə biləcəyi narahatlığını artırır.

Rusiya postsovet respublikasına silahlı hücumu xoş qarşılamayacaq. Bu, “qırmızı xətt”in keçilməsi anlamına gələcək”, - deyə Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin nəşrimizə bildirib.

Kremlin sözçücü Dmitri Peskov isə Rusiyanın böhranı aradan qaldırmağa çalışdığını söyləyib: “Söhbət indiki məqamda hərbi variantlardan getmir”.

Uzun illərdir bu problemin həllinə böyük güclər, xüsusilə Rusiya da çalışır. Həm Yerevanı, həm Bakını silahla təchiz edən Moskva, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədri kimi, münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edir.

Amma ekspertlər hesab edir ki, pandemiya digər problemlərə görə (məsələn, digər postsover ölkəsi olan Belarusda xalqın ayağa qalxması) böyük güclər Qafqazdakı bu münaqişə ilə bağlı xəbərdaredici siqnalları gözdən qaçırıb. Doğrudur, xarici liderlər tərəfləri atəşi dayandırmağa səsləyir. Lakin görünən odur ki, Ermənistanla Azərbaycan uzunmüddətli müharibə etmək fikrindədirlər.

Hər şey çoxdan buna doğru gedirdi. Hər kəs vəziyyətin gərginləşəcəyindən danışırdı”, - deyə Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə eksperti Olesya Vartanyan nəşrimizə bildirib: “Lakin

diplomatik səssizlik hökm sürürdü”.

Vartanyan hesab edir ki, koronavirus pandemiyası üzündən bu yay ənənəvi diplomatik təşəbbüslər olmayıb: “Odur ki, bu, müharibəyə başlamaq üçün ideal vaxt idi”.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qismən səfərbərliyin elan edilməsi haqqında sərəncam imzalayıb. O, torpaqların azad edilməsi kimi hədəfinin olduğunu açıq şəkildə bəyan edib.

Ermənistanda da səfərbərlik elan olunub.

Azərbaycan paytaxtı Bakının beynəlxalq hava limanı bazar ertəsinə nəzərdə tutulmuş uçuşları təxirə salıb. Yerevan isə öz növbəsində, əks-hücumlar haqda danışır, döyüşlərin şiddətləndiyini deyir.

Hərbi əməliyyatların necə başladığı isə mübahisəlidir. Rəsmi Bakı ilk olaraq Ermənistanın onlara artilleriya zərbələri endirdiyini deyirsə, Yerevan bunun əskini iddia edir.

Hər halda, Azərbaycan Müdafiə Nazirliyi məqsədin status-kvonu dəyişmək, işğal altındakı əraziləri azad etmək olduğunu açıqlayıb: “Bölmələrimiz düşmənin məhvi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatını davam etdirir”.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, onların hədəfi Ermənistana hücum yox, Azərbaycanın işğal altındakı ərazilərini azad etməkdir.

Bu arada, “AZƏRTAC” general-mayor Mayis Bərxudarovun fikirlərinə yer verib. O da Azərbaycan Ordusunun hədəfləri haqda danışıb: “Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv

etmək üçün son damla qanınadək vuruşacaq qələbə qazanacaq!” Xatırladaq ki, tərəflər arasında hələ 2016-ci ildə baş vermiş hərbi qarşıdurma zamanı ümumilikdə 200 əsgər həyatını itirmişdi. O zaman döyüşlər Rusiyanın vasitəçiliyilə tez bir zamanda dayandırılmışdı.

Bütün yaşananlar fonunda region ekspertləri münaqişəyə digər ölkələrin cəlb oluna biləcəyindən narahatdır. Amma bu ehtimal o qədər də yüksək deyil.

Onu da xatırladaq ki, iki ölkə arasında 1990-cı illərin əvvəlində baş vermiş genişmiqyaslı müharibə 1994-cü ildə atəşkəs sazişinin imzalanması ilə başa çatmışdı. Bu, postsovet məkanının ən qanlı münaqişələrdəndir.

Müharibənin qızğın vaxtında Rusiya, Fransa və ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində problemin həllinə vasitəçilik etməyə razılaşıblar.

Ermənistanla Azərbaycan arasında son hərbi əməliyyatlar həm də BMT Baş Assambleyasının illik sessiyası ilə eyni dövrə təsadüf edirdi. O zaman BMT-nin baş katibi Antio Quttereş ölkələrin koronavirus pandemiyasının aradan qaldırılmasına daha çox diqqət ayırması üçün qlobal atəşkəslə bağlı çağırış etmişdi. Lakin son hərbi qarşıdurma baş katibin çağırışına məhəl qoyulmadığını göstərir.

Hər halda, Quttereş son bəyanatında da Ermənistanla Azərbaycanı hərbi əməliyyatları dayandırmağa və konstruktiv danışıqları bərpa etməyə çağırıb. Onun sözçüsü Stepan Dujarik bazar ertəsi bildirib ki, baş katib iki ölkənin liderlərilə telefonla da danışıb.“Baş katib tərəfləri atəşi dərhal dayandırmağa, hər hansı ilkin şərt irəli sürmədən konstruktiv dialoqa başlamağa çağırıb”, - deyə S.Dujarik qeyd edib.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2020.- 1 oktyabr.- S.9.