Qədim türk epos nümunələri
***
Dünyanın yaranması haqqında
Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya daldı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman olub Qara xandan bağışlanmasını xahiş etdi.
Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir daha uça bilməyəcəyini nəzərə alıb dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki, suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü üçün gizli bir dünya da yaratsın, ona görə də torpağın bir hissəsini ağzında saxladı. Elə ki ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa “böyü” deyə buyurdu. Torpaq böyüyüb dünya oldu. Lakin kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı. Qara xan ona “tüpür!” deməsəydi, boğulub öləcəkdi.
Tanrı Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə ağzından çıxan torpaq bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə “Erlik” (şeytan) adını verib, özünün işıqlı dünyasından qovdu.
Sonra yerə doqquz budaqlı bir ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar doqquz insan irqinin ataları oldular. Erlik insanların gözəlliyini, xoş həyatını görüb Tanrı Qara xandan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi, insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların azğınlığını, Erliyə aldanmalarını görəndə acıqlandı, onları öz başlarına buraxdı. Erliyi yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. Özü isə göyün on yeddinci qatını yaradıb oraya çəkildi. Mələklərindən birini insanları qorumaq üçün yer üzərinə göndərdi.
Erlik Tanrı Qara xanın qərar tutduğu gözəl göyü görüb, ondan icazə istədi ki, özü üçün bir göy yaratsın. İcazə alıb yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki, Erliyin təbəəsi onunkundan daha yaxşı yaşayır, mələklərindən birini göndərib həmin göyü dağıtdırdı. Göy yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Acıqlanmış Tanrı Qara xan Erliyi yerin ən aşağı qatına sürdü. Buyurdu ki, günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın.
Tanrı xan göyün on yeddinci qatında oturub, kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Batı Ölgün Altun dağda qızıl bir taxt üstünda oturub. Göyün yeddinci qatında Gün ana, altıncı qatında Ay ata oturmuşlar.
***
Türklərin törəyişi haqqında
(Boz Qurd dastanları)
I variant
Qədim hunların soyundan gələn Göytürklər Aşina adlı bir ailədən törəmiş, ayrı-ayrı oymaqlar halında yaşamağa başlamışlar. Lin adlı bir xalq tərəfindən məğlub edilib qırıldılar. Yalnız on yaşında bir uşaq qaldı. Düşmən onun zəif olduğunu nəzərə alıb öldürmədi, qıçlarını kəsib bataqlığa atdılar. Orada peyda olan bir dişi qurd uşağı ətlə bəsləyib böyütdü, onunla ər-arvad kimi yaşamağa başladı. Və hamilə oldu. Gəncin yaşadığını bilən düşmən onu tapıb öldürdü. Qurd isə qaçıb dağlara getdi. Ətrafı yaşıl çöl olan bir mağaraya sığınıb orada on oğlan uşağı doğdu. Oğlanlar böyüdükdən sonra kənardan gətirdikləri qızlarla evləndilər. Hər birindən bir soy törədi. Aşina da həmin soylardan biri idi. Çoxalıb yüz ailə olduqdan sonra yaşadıqları yerə sığmayıb mağaradan çıxdılar. Altay dağlarının ətəklərində məskunlaşdılar.
II variant
Göytürklər Hun
ölkəsinin şimalındakı Sou
diyarından çıxmışlar. Onların başında A Panqpu dururdu. Onun on yeddi qardaşı
vardı. Qardaşları düşmən hücumu
nəticəsində öldürüldü.
Yalnız Qurddan doğulmuş,
yağışa-küləyə hökm edən İci Nisu Tu
qaldı. Onun biri
Yaz, digəri Qış tanrının qızları olan iki arvadı vardı. Bunlardan dörd uşağı
oldu. Uşaqlardan
biri ağ
leyləyə çevrildi.
İkincisi Çiqu ilə
üçüncüsü Çucin hərə bir məskən tutub yaşamağa başladılar. Ən böyükləri
olan dördüncüsü
Na Tuliu isə ulu babası A Panqpunun törəmələrinin
məskunlaşdığı Şin dağlarına çəkildi. Burada məskunlaşmış
xalq soyuqdan çox əziyyət çəkirdi. Na Tuliu
od tapıb
onların canını
qurtardı. İnsanlar rahat yaşamağa
başladılar. Bunu görən
qardaşları onu başçı seçib
adını Türk qoydular. Na Tuliu Türkün on arvadı vardı. Onun oğlanları soyadlarını
analarından alırdılar.
Türk öləndən sonra oğlanları bir böyük ağacın altına toplaşdılar. Ən yüksəyə hoppananı başçı seçmək qərarına gəldilər. Türkün ən cavan arvadı Aşinanın oğlu ən gənc olsa da, ən yüksək hoppandığına görə başçı oldu. Aşina soyu buradan törədi.
III variant
Qədim Kun yabqularmdan birinin o qədər gözəl iki qızı vardı ki, o, Tanrının bunları insan övladı ilə evlənmək üçün yaratdığına heç cür inanmırdı. Düşünürdü ki, həmin qızlar yalnız Tanrıyla evlənə bilərlər. Bu məqsədlə ölkəsinin Şimal ucqarlannda yüksək bir qala tikdirdi. Qızlarını oraya köçürdü. Və Tanrıya yalvardı ki, onun qızlarını arvadlığa qəbul etsin.
Qalanın ətrafında qoca bir Qurd gecə-gündüz dolaşmağa başladı. Qorxunc bir səslə ulayan Qurd qalanı qoruyurdu. Nəhayət, qalanın dibində özünə bir yuva düzəltdi. Uzun zaman onları qoruyan Qurdun məhz Tanrının özü olduğunu, atalarının diləyi ilə gəldiyini anlayan kiçik qız bacısına başa saldı ki, aşağı enmək lazımdır.
Bu evlənmədən doğulan Doqquz Oğuzların səsi Qurd səsini xatırladır. Və nəğmə oxuyarkən sanki Qurd ulamasmı təqlid edirlər.
***
OGUZ KAGAN DASTANI
Ay kağan günlərin bir günü hamilə olub bir oğlan uşağı doğur. Gözləri ala, saçları, qaşları qara bu gözəl oğlan anasının ilk südünü əmib daha əmmir, dil açıb çiy ət, bişmiş yemək, şərab istəyir. Qırx günə böyüyür. Ayağı öküz ayağına, beli qurd belinə, köksü ayı köksünə oxşayır. Bədəni başdan-başa tüklə örtülü imiş.
İlxıya baxır, at minir, xalqa əziyyət verən vəhşi heyvanları ovlayırdı. Yenilməz bir igid idi. Oğuz bir gün Tanrıya yalvararkən göydən bir işıq düşdü. Yüyürüb gördü ki, işığın ortasında gözəl bir qız oturub. Qızı sevib aldı. Günlər, gecələr keçdikdən sonra qızın Oğuzdan üç övladı oldu: birinə Gün, ikincisinə Ay, üçüncüsünə Ulduz adı qoydular.
Yenə gunlərin birində Oğuz ova getdi. Göl ortasında
bir ağac gördü. Ağacın koğuşunda gözəl
bir qız oturmuşdu. Oğuz onu
gorəndə ağlı
başından getdi.
Qızı aldı. Günlər,
gecələr keçəndən
sonra o da üç oğlan doğdu: birinin adını Göy, ikincininkini Dağ, üçüncüsününkünü Dəniz qoydular.
Oğuz xalqı
başına yığıb, yemək-içmək verdi. Məclisin sonunda dedi:
Mən sinlərqə boldum kağan,
Alalınq ya, tak qalqan.
Tamqa bizqə bolsun buran
Kök börü
bolsun qıl uran.
Təmir
çidalar bol orman
Av yirdə yirisin
qulan.
Takı
taluy, takı müren,
Kün tuq bolqıl, kök qurıqan.
Sonra hər tərəfə elçi
göndərib xəbər
çatdırdı ki,
mən hər yerin, hamının hökmdarı, kağanı
oldum. Yəni Tanrı özü
məni kağan seçdi. Kim mənə
baş əysə, hədiyyələrini qəbul
edib, onu özümə dost sayaram;
kim itaət
etməsə, düşməndir,
üstünə qoşun
çəkərəm.
Sağ tərəfdə hökmdarlıq edən Altun kağan baş əydi, itaət elədi, sol tərəfdə hökmdarlıq edən Urum kağan boyun qaçırdı. Oğuz kağan hirslənib onun üzərinə yeridi. Qoşun Buz dağının ətəyində dayandı. Səhər açılanda Oğuz kağannın çadırına bir işıq düşdü. İçindən böyük erkək Göy Qurd (Boz Qurd) çıxıb “Ey Oğuz, mənim arxamca gəl” dedi. Oğuz kağan qoşunu ilə qur-dun arxasınca getdi, İtil çayına çatdı. Urum kağan ilə vuruşub qoşununu yendi, kağan qaçdı. Oğuz kağan onun ölkəsini ələ keçirdi.
Oğuz kağan yoluna davam etdi. Göy Qurd
yenə də öndə gedib yol göstərirdi. Kağan Hind, Tanqut, Suriya və s. ölkələri döyüşlə
aldı,bir sıra yerlərə, igidlərə ad verdi. Uluğ Türük adlı bir ağıllı qocanı özünə baş vəzir elədi.
Uluğ Türük bir gün yuxuda bir qızıl yay, üç gümüş ox gördü. Yay gündoğandan
günbatana uzanmışdı,
üç gümüş
oxsa şimala doğru uçurdu. Uluğ Türük yuxusunu Oğuz kağana danışıb “Tanrı
bütün dünyanı
sənin törəmələrinə
bağışlasın” deyir.
Oğuz kağan baş vəzirin sözünü
bəyənir. Üç oğlunu
gündoğana, üçünü
də günbatana göndərir. Böyük
oğullar bir qızıl yay, kiçik oğullar üç gümüş
ox gətirirlər... Oğuz kağan
yayı böyük oğlanlarına, oxları
da kiçik oğlanlarına verir.
Qurultay çağırıb xalqla
yeyib-içib məsləhətləşdikdən
sonra ölkəsini oğulları arasında bolüşdürdü. Və
onlara:
Ay oğullar, köp mən aşdum,
Uruşqular köp mən gördüm.
Çıda bilə oğ köp mən atdum,
Ayğır birlə köp
yürüdüm,
Düşmanlarımnı ıqlaqurdum,
Dostlarımı mən kültürdü
Kök tenqriqə mən ötədim...
Sənlərqə birə mən yurdum, - dedi.
***
SİYENPİ
DASTANI
Molo Neu adında bir Siyenpi Kunlarm
ordusunda üç il əs¬gərlik
edir. Bu müddət
ərzində arvadı
bir oğlan doğa-raq adını Tanşe Hoay qoyur. Molo Neu yurduna qayıdıb uşağı
görəndə qəzəblənir,
arvadını da, uşağı da öldürmək istəyir.
Qadın
bu işin onun iradəsi ilə baş vermədiyini, bir gün möhkəm göy gurultusundan qorxaraq yuxarı baxdıqda ağzına bir dolu dənəsi
düşdüyünü, bundan hamilə olub on aya uşağı
doğduğunu söyləyir.
Molo Heu arvadına inanır, lakin uşaqdan imtina edir. Anası öz övladını gizlicə böyüdür. Uşaq yeniyetmə yaşlarına çatanda onların sürülərini yağmalamağa gələn quldurlarla elə qəhrəmancasına döyüşür ki, böyük şöhrət qazanır. Başına çoxlu igidlər toplanır...
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 13 oktyabr.-
S.14.