Azərbaycanlı rejissorun filmi Parisdə  

 

ParisdəCinemathequekinoteatrında Kann festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında yer alan azərbaycanlı rejissor Teymur HacıyevinAxşama doğruqısametrajlı ekran əsərinin təqdimatı olub.

 

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, azərbaycanlı rejissorun filmi fransız kinosevərlər tərəfindən maraqla qarşılanıb. Semaine de la Critique 2020” etiketindən faydalanmaq hüququ qazanan 10 qısametrajlı ekran əsərindən nümayiş olunan ilk 5 film arasında azərbaycanlı rejissorun filmi yayımlanıb. Ekran əsərinin ictimaiyyətə nümayişi oktyabrın 25-dək davam edəcək.

 

Qeyd edək ki, “Tənqid həftəsifiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq onları, eləcə kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib. Bu il COVID-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə başlayanTənqid həftəsi”ndə 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanmaq imkanı əldə edib.

 

Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğuAyrılıqda” (“Torn” ) filmi hələ 2014-cü ildə Kann festivalınınRejissor ikihəftəliyiproqramına daxil edilib.

 

Bakı Dövlət Universitetinin İqtisadi kibernetika üzrə bakalavrVest Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnmiş T.Hacıyev 2013-cü ildə “FIL production” şirkətini təsis edib. ABŞ-da “Palm Springs ShortFestqısametrajlı film festivalında premyerası olanYara” ilk qısametrajlı filmini 2013-cü ilin sentyabrında tamamlayıb. 2015-ci ildə çəkdiyiŞanxay, Bakıqısametrajlı filmi Finlandiyada Tampere Film Festivalında nümayiş olunub. Duz, istiot zövqə görəfilmi Rotterdam Beynəlxalq Film Festivalında ilk dəfə təqdim edilib.

 

 

Xalq Cəbhəsi.- 2020.- 20 oktyabr.- S.16.