Muxtar Auezovun hekayələrində kompozisiya

 

1-ci yazı

Qazaxstanın tanınmış yazıçılarından biri Muxtar Auezov qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və yaİkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir.

Muxtar Auezovun erkən hekayələrində kompozisiya mühüm bir sistem təşkil etməklə ədəbi-bədii formaya mühüm estetik kamillik gətirir, daha doğrusu, o, formayaradıcı funksiya daşıyır. Bununla belə, kompozisiya eyni zamanda mühüm məzmun əhəmiyyətinə malikdir. O, ideyanın daha dərindən ifadə olunmasına xidmət edir. Məsələn, "Yetim" hekayəsində dairəvi kompozisiya mövcuddur ki, bu da həyatın özü, qəhrəmanın taleyinin faciəviliyi və xarakteri ilə bağlıdır. Belə ki, Qasımın gözü qarşısında dünya sanki elə bir qapalı dairəyə çevrilir ki, yetim oğlan ondan heç cür çıxış yolu tapa bilmir.

Süjet, peyzaj, təhkiyə forması və s. məlum olduğu kimi, əsərin kompozisiyasında aparıcı yer tutur. Kompozisiyanın müxtəlif komponentləri əsərdə müxtəlif rol oynaya bilər. Məsələn, "Barımta" hekayəsində əsərin başa düşülməsi üçün portret mühüm əhəmiyyət kəsb edir. Burada portret cizgiləri şifahi xalq yaradıcılığının estetik prinsiplərinə söykənən təsəvvürlərə yaxındır. Çobanı epik batır xüsusiyyətləri ilə fərqləndirməklə müəllif oxucunu əsərdə gedən hadisələrin iştirakçılarından birinə çevirib onun taleyini qəlbində yaşada bilir.

Lakin burada qəhrəmanlıq reallıqla tənzimlənir. Batırların döyüşə girməsi gündəlik həyatın gedişimövcudluq uğrunda çətin vəziyyətlərə düşmək kimi təsvir olunur, "Yasa bürünmüş gözəl"də bu, aul batırlarının gündəlik yaşadığı həyatdır: "Hələ Qaragözlə evlənənə qədər Əzimxan ən döyüşkən, ən güclü vuruşanların sırasındaydı. Adətən o, tayfasının və digər tayfaların əyanlarını iqraylıların namusu uğrunda nizə və dəyənəklə vuruşa gedəndə idarə edirdi. Amma bəzən elə də olurdu ki, Əzimxan konırtauslılarla döyüşə risk edib özü təkcə gedirbu zaman səngiməyən mübarizə, müharibələr düşürdü".

Əlbəttə, yazıçı üçün portret yaratmaq olduqca maraqlı bir işdir. Və bu işi ustalıqla həyata keçirən sənətkar onu peyzaj elementləri ilə zənginləşdirməyi bacarmalıdır. M.Auezov sanki Qaragözün qəlbinin səsinə qulaq asıb onda görünməyən gizli məqamları üzə çıxarır. Müəllif "Yasa bürünmüş gözəl" hekayəsində peyzaj elementlərini ortaya qoyarkən onun yerini olduqca uğurlu seçirburada ən mühüm məqam odur ki, bu peyzajın oxucuya estetik təsiri ön planda dayanır. M.Auezovun nəinki bu, həm də digər əsərlərində peyzajda yerin seçilməsi insanın xarakterinin formalaşmasına təsir etməklə, həm də mühüm tərbiyəvi əhəmiyyətə malikdir. Burada Qaragözün təbiətə münasibəti həm də onun xarakterinindünyagörüşünün ifadəçisi kimi çıxış edir. "Yasa bürünmüş gözəl"də peyzaj üçün, əsasən, səhra həyatı və çay kənarındakı meşəlik seçilmişdir. M.Auezovun hekayələrində peyzaj, təbiət mənzərələri müəllifin fikir və düşüncələrinin obrazlı ifadə vasitəsi kimi onun əsərlərinə xüsusi rəng və ovqat gətirir. Peyzaj müəllifin nəzərdə tutduğu obrazın, personajların, məna və məzmununu dərindən dərk edib vermə bacarığıdır. Burada hər bir akt ayrı-ayrılıqda ideal məna kəsb edib, həm də epik baxımdan bir neçə yerə bölünür. Məsələn, fiziki işarənin (sözün, rəngin, hər hansı bir geniş yayılmış formanın) psixofizioloji qavrayışı, onun konkret kontekstdə tanınması və fəal dialoji kontekstdə başa düşülməsi vacibdir. M.Auezov yaradıcılığında peyzaj onun həm dərinliyinin, həm universallığının başa düşülməsi üçün mühüm bədii vasitə kimi ortadadır. Nəzərə almaq lazımdır ki, digər bədii yaradıcılığa qədəm qoyan əksər yazıçılardan fərqli olaraq, M.Auezov ədəbiyyata, demək olar ki, yazıçılığa hazır olan bir fərd kimi gəlib. Artıq ilk hekayələrində o özünü yetkin yazıçı kimi göstərə bilib. Elə buna görə də həm janrla bağlı, həm də M.Auezovun erkən hekayələri, o cümlədən həmin dövr əsərlərinin poetikası haqqında çoxsaylı müəlliflərə məxsus tənqidi ədəbiyyat mövcuddur.

Yuxarıda qeyd etdiyimiz kimi, M.Auezov yaradıcılığı lap erkən dövrlərdən etibarən, xalq nəsri bədii-estetik ənənələri və təcrübəsi əsasında inkişaf etməyə başlamışdır ki, onun da hekayələrinin poetikası şifahi xalq nümunələri üçün xarakterik olan hadisələrin bolluğu, süjet dinamikliyi və aydınlığı ilə səciyyəvidir. Bu əsərlərdəki sosial-psixoloji təhlil, mənəvi-etik dəyər, təhkiyənin epik genişliyi yazıçıya qədim və köhnə ənənələri inkişaf etdirməyə və zənginləşdirməyə imkan verir.

Rus hekayə janrında yetərincə intensiv işləyən tədqiqatçı Y.Kazakov öz fərdi təcrübəsinə söykənməklə söyləyirdi ki, hekayə öz müxtəsərliyi ilə intizama salır, impressionistcəsinə anidüzgün görməyə inandırır, oradakı bir an sanki həyatın özünə bərabər tutularaq bədii şəkildə uzlaşır. Hekayənin müəyyən anlarının əbədiyə bənzəməsi - həmin zirvə yalnız Auezovun ünü yetən, əli çatan zirvədir. Kiçik təhkiyə formalarında müasir gerçəkliyi tədqiq edib hazırlamaq, bununla onun mürəkkəbliyindən uzaqlaşmamaqbunun epik istedadla uğurlu birləşdirilməsi M.Auezov üçün bədii hadisə idi. M.Auezovun erkən hekayələrinin özünəməxsusluğunu müəyyənləşdirən məqam və xüsusiyyətlər onun təbiəti, bu təbiətin poetik təsviri ilə bağlıdır. Onun təbiət və insan varlığını ümumi götürüb onlara baxış sərgiləmək, kiçik epik formalarda həyatın mahiyyət etibarilə qlobal məsələlərini nəzərdən keçirmə də peyzajın Auezov təhkiyəsində "həyatın gedişi" və onun ötüb "keçən anları"nı əks etdirib hər bir anını doldurmaqla bağlıdır.

M.Auezovun hər bir, o cümlədən "Müdafiəsizin günü", "Səhra mənzərələri", "Boz Qəddar, "Yasa bürünmüş gözəl" və s. kimi hekayələrində peyzaj mənzərələri kifayət qədər öz təsvirini tapıb. Bu əsərlərdə peyzaj elə şəkildə təqdim olunur ki, göz önünə öz-özündən daha maraqlı mənzərələr gəlir, müəllif mövqeyinin açılması özünü çox gözlətmir, oxucunu düşündürməklə onun yaddaşında emosional əhvali-ruhiyyə yaradır. Peyzaj daim təhkiyənin mövzusuna müvafiq oluro, süjetin inkişafına impuls verir. Bəzən isə elə olur ki, qəhrəmanın təbiəti qəbul etməsi ilə onun qəlbində ən ülvi hisslər oyadır və hətta nəzərdə tutulmayan, gözlənilməz psixoloji dəyişikliklər baş verir. Beləliklə, Auezovun əsərlərində qazaxların köçəri həyatı təbiətlə qırılmaz surətdə özünəməxsus şəkildə bağlı olub təbiət kultu yaradır. Bu kultla M.Auezovun hekayələrində insan təbiətləşir, təbiət isə insanlaşır. Onun yaradıcılığında təbiət öz qanunları ilə yaşayan stixiyadır. Peyzajın fəlsəfəsi birbaşa şəxsiyyətin konkret ifadəsi ilə bağlanır. M.Auezovun erkən hekayələrində peyzaja müraciət qəhrəman obrazının yaradılmasında vasitələrdən biri olub, onun insanın mikrodünyasına marağı və onun dünyanın yaradılmasında və ümumi mənzərəsində yazıçının insanın yerini müəyyənləşdirmə istəyidir. M.Auezovun peyzajı təqdimetmə üslubu analitik xarakterli olub, həm də sanki ona müəllif tərəfindən verilən izah kimibaşa düşülə bilər.

Auezov üçün həyatın sosial başlanğıcı mühüm əhəmiyyət kəsb etdiyindən ona zaman hissi və dinamikası xasdır. Auezov nadir istedad sahibi kimi XIX və XX əsrlərin bir-biri İlə qovuşub ayrıldığı bir məqamda baş verən sosial-siyasi dəyişikliklər müstəvişində bu hissləri kiçik təhkiyə formalarının köməyi ilə qəribə poetik obrazlarla 20-ci illərdəki əsərlərində verməyə müvəffəq oldu. Varlıqdakı canlı həyatın geniş fəlsəfi fonda dərin tarixi proseslərin təbiətlə bağlılığını bir fərdin şəxsi həyatında baş verənləri emosionallıqla ortaya qoyması, həm də şəxsiyyətin təbiətlə ünsiyyəti fonunda bütün emosionallığı ilə təqdimetmə bacarığı ilə bağlıdır. Sosial zaman Auezovun hekayələrində reallığın yeganə statusunu itirdikdə fərdi qavrayışın subyektiv uzunluqda mövcudluğu başlanır. Elə buradaca belə bir fikriortaya qoymaq zəruridir ki, folklor ənənələrindən gələn qazax ədəbiyyatında estetik axtarışların sintezi ideyası M.Auezovun erkən hekayələrində yetərincə aparıcı idi. Odur ki, ədibin həmin iillərdə yaratdığı kiçik nəsr əsərlərində ortaya qoyduqlarında bədii sintezin ən rəngarəng variantlarını görmək mümkündür. Bununla belə, yazıçının həmin dövr nəsri üçün lirikepik başlanğıcın sintezində janr strategiyası daha aparıcıdır. Bu, müəllifin hekayəsində incə lirik emosiyaları dəlib keçməsi ilə ortaya çıxır və erkən hekayələrdə lirik-epik xüsusiyyət özünün üzvi şəkildə bağllıılığında görünür. Belə vəziyyət süjetin zəifləməsi, lirik emosiyanın dinamikası hesabına kompensasiya olunurböyük effekt əldə edilir. Epik tamlığa, lirik başlanğıca canatma M.Auezov nəsrinin təkrarolunmaz paradoksu, ziddiyyətidir. Epitetlərdən istifadə etməklə təbiətin dinamik təsviri, təbiətin varlığı məişəti və varlığı qəbul edən qəhrəmanın vəziyyəti ilə ideal şəkildə uyğunlaşır. Belə olduqda biz psixoloji paralelizmlərlə qarşılaşırıq və bu, keyfiyyət baxımından epik paralelizm kimi qəbul edilməlidir. Belə yanaşma obyektlə subyektin qırılmaz bağlılığının qavrayışı olub, təbiətin vəziyyəti ilə insanın bir nöqtədə birləşməsi effektini yaradır.

M.Auezovun erkən nəsrində təhkiyənin nəzərdən keçirdiyimiz liro-epik sintezi ona gətirib çıxarır ki, peyzaj qeyri-adi məna yüklü olub, əsərin emosional qavrayışı üçün şərait yaradır. M.Auezov hekayələrində təbiət obrazlarının funksiyası qazax ədəbiyyatı üçün ənənəvi olmaqla həm də bu ənənəviliyin çoxaspektli qeyri-adi yeniliyi müəllif mövqeyinin orijinal ifadə imkanları ilə bağlanır. Onun kiçik nəsr nümunələrində epik paralelizmlərdəki obrazlar bir-birinin ardınca gəlir: əvvəl göz qarşısında təbiət obrazları canlandırılır, ondan sonra insan həyatında yer alan uyğun vəziyyət ictimai məzmunda ortaya qoyulur, ayrı-ayrı personajların psixoloji məzmunlu şəxsi həyatı təsvir olunur.

Auezov nəsri onun lap ilk əsərlərindən başlayaraq müəllifin ətraf aləmə peyzaj münasibəti olaraq diqqət mərkəzinə düşür. Obrazların məna tutumunun zənginliyi, təhkiyəni ontoloji səviyyəyə qaldırma istəyi müəllifin təbiət təsvirlərinin üslub işarələri, rəmzləri kimi özünü büruzə verir: İ.Turgenev, L.Tostoy, M.Şoloxov, L.Leonov, V.Şukşin, V.Rasputinbaşqa rus, S.Rəhimov, M.İbrahimov, Ə.Vəliyev və digər Azərbaycan yazıçılarında olduğu kimi, M.Auezovun əsərlərində də təbiət çoxsaylı obrazlarla yanaşı, bərabərhüquqlu yer tutur. Çünki müəllif təbiət obrazlarına özünün ən mübhəm hiss və duyğularını ümid olur, əmanət edir. Kiçik epik formalarda lirik başlanğıc süjetyaradıcı faktor olmaqla xüsusi janr sintezi yaradır.

 

Nizami Tağısoy

Filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2020.- 22 oktyabr.- S.14.