Ermənilərin tarixi saxtakarlığı  və riyakarlığı

 

1-ci yazı

 

Tarix boyu olduğu kimi ermənilər indi də fürsətcilliyə, bicliyə, qaniçənliyə, saxtakarlığa, riyakarlığa, zora əsaslanır. Erməninin bu torpaqlara gəlmə olması, tarixi torpaqlarımızda məhz havadarlarının köməyilə bufer dövlət yaratması heç kimə sirr deyil. Erməni alimi, akademik Manuk Abeqyan yazır: “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o, buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur”.

Akad. M.Ağanbekyan da eyni fikri təsdiq edir: "Erməni dili hibrid (calaq) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir”.

Erməni şairi M.Nalbandyan isə erməniləri ümumiyyətlə, bir etnik varlıq kimi şübhə altına alır: “Mən ermənilərin yaşadıqları bir çox yerləri gəzmişəm. Daima xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzuma indiyə kimi çatmamışam”.

Tanınmış araşdırmaçı Əziz Ələkbərlinin fikirlərinə diqqət yetirək: “Qafqaz tarixində erməni deyilən bir xalq yoxdur. Bütün bu ərazilər xüsusilə iki böyük Türk qövmü arasında bölüşdürülübOğuz alplarının məskunlaşdıqları ərazilərə Alpan, Alp eli, Albaniya, yəni “Alpların ölkəsi”, qeyri-oğuz türk boylarının – Qıpçaq ərlərinin məskun olduqları coğrafiyaya isə Arman//Ərmən, Armaniya//Arminiya//Ərməniyə, yəni “Ərlərin ölkəsi” deyiblər.

Başqa sözlə, ermənilər və ya ərmənlər ən qədim zamanlardan üzü bəri Cənubi Qafqazda və Yaxın Şərqdə yaşayan oğuzlar, qarqarlar, qamərlər, saklar, işquzlar, qıpçaqlar, bulqarlar, gögərlər (quqarlar), hunlar, kasbilər, xəzərlər, şadlılar və b. kimi türk boylarından biri yox, onların bütöv bir qrupunun ümumiləşmiş adıdır, alpanlar//albanlar kimi, yəni subetnosdur. Ona görə də bütün tarixi mənbələrdə bu coğrafiyada az qala dövlət səviyyəsində iki coğrafi məkanın adı çəkilir – Albaniyanın və Ərməniyyənin. Üçüncüsüvarİberiya, o da Ərlər boyu anlamındadır (İb-er//Bi-erya Eb-er)”. Buradaca tarixi mənbələrdə “Ərməniyyə” olaraq adı keçən yer haqqında bilgimizi dəqiqləşdirək: “Cənubi Qafqaz və Yaxın Şərq tarix boyu Türk ərlərinin//alplarının anayurdu olduğundan bu coğrafiyadakı bütün qədim dövlətlərin adında ərmənlərin də mənsub olduğu həmin Ərlərin//Alpların (Ər-manların//Alp-anların – “Ər kişilərin”) adı keçir: Şumer//Subar, Xarxar//Qarqar, Arat- ta, Ararat, Alpan, Arman, Aran, İbers.

Sasani hökmdarları, daha sonra ərəblər bu bölgəni Ərməniyyə adlı dörd inzibati vahidə böləndə də bugünkü erməniləri yox, Türk Ərlərinin yaşadıqları coğrafiyanı nəzərdə tuturdular. Tarixi Ərməniyyə isə qədimdən qıpçaq türklərinin anayurdu idi. 405-ci ildə Mesrop Maştots “erməni əlifbası” deyilən əlifbanı həmin ermənilər – xaçpərəst qıpçaq türkləri üçün tərtib etmişdibu gün yüzlərlə qıpçaq mətni həmin əlifbada günümüzə qədər gəlib çatıb. Türkoloq, prof. Aleksandr Karkavetsin “Erməni-qıpçaq yazıları” kimi dünya elmi ictimaiyyətinə təqdim etdiyi həmin mətnlər ən müxtəlif yönlərdən, xüsusilə Qafqazın tarixi ilə bağlı irəli sürdüyümüz konsepsiya baxımından ciddi elmi tədqiqini hələ də gözləməkdədir”.

1828-ci ildən sonra Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülən ermənilər həyasılıqla özlərinə yer etməyə çalışdılar. Mərhum prof. Azad Nəbiyevin tədqiqatında vurğulanır ki, erməni separatçılarının Azərbaycan elminə qarşı terroru maddi və mədəniyyət abidələrinin saxtalaşdırılması, öz adlarına çıxılması ilə başlayıb. Onların siyasi terrorçuluğu hələ X yüzilin əvvəllərində baş vermişdi: Balkanlardan Zaqafqaziyaya köç edəndə bu yerlərdə albanlarla rastlaşmışdılar. Heç bir kökü, mənşəyi olmayan, yaxud naməlum olan bu xalq alban mədəniyyətini, alban əlifbasını oğurlamaqla özlərinə saxta mədəniyyət, əlifba düzəltdilər, Qarabağ ərazisindəki alban çarlığını ələ keçirib dövlət qurmaq istəsələr də, əməlləri baş tutmadı. Öz etnik köklərini müəyyənləşdirə bilməyən bu qaraçı tayfalarından törəyənlər bu dəfə də albanların assimilyasına məruz qaldılar və özlərinə saxta dil, mədəniyyət, əlifba, tarix, folklor quraşdırmağa başladılar. Köçürüldükləri yerlərdə yerli etnosların mədəniyyətinə əl uzatdılar, özlərinə "milli mədəniyyət" yaratdılar.

Gürcüstan Respublikası Mərkəzi Dövlət Arxivində saxlanan 247 N-li fonddakı 2-ci qovluq, 6-cı vərəqdə bildirilir ki, İran və Türkiyə ermənilərinin aralarında olan toqquşmanın və hücumların nəticəsində 1850-1852-ci illərdə Türkiyə erməniləri tərəfindən 47 iranlı erməni (o cümlədən 12 qadın, 4 uşaq) öldürülmüşdü, buna cavab olaraq iranlı ermənilər Türkiyədən gəlmiş 12 erməni qadının başını kəsmişdilər. Ermənilərin öz aralarındakı vuruşmalarının qarşısını almaq üçün 1831-ci ilin yanvarında Türkiyədən gəlmiş 487 ailə Şuşaya köçürülmüşdü. Müxtəlif illərdə isə onlar Azərbaycanın Qarabağ, Zəngəzur, Göyçə, Gəncəbasar, Şəki-Oğuz torpaqlarında yayılmağa başladılar, 1880-ci illərdən başlayaraq azərbaycanlılarla ermənilər arasında torpaq davaları başladı.

Bu dönəmdən başlayaraq ermənilər bicliyi, fürsətcilliyi bayraq etməklə ilk növbədə Azərbaycan folklorunda, mədəniyyətində nə varsa, yavaş-yavaş özlərininki saymaq üçün “əsaslar” yaratmaq istədilər. Bu əsaslar da ondan ibarət idi ki, ilk növbədə dilimizdəki adlardan geninə-boluna bəhrələndilər. Bu gün ermənilər Azərbaycan-türk kökənli xeyli soyadı “şəstlə” daşıyırlar. Ə.Ələkbərli və E.Qaraqoyunlunun “Türkmənşəli erməni soyadları” kitabında (Bakı, “Qaya”, 2016. 512 səh.) ermənilərin soyadları araşdırılıb, türk mənşəli erməni soyadlarının lüğəti tərtib olunub, 1001 erməni soyadının elmi şərhi verilib.

Aşıq sənəti mahiyyətcə sırf türk ruhundan yaranan, qədimdən bu əsasda yaşayan sənətdir. Yəni aşıq sənəti bəşəri mahiyyətli olduğu dərəcədə də çağımızda bunu yaşadan türk xalqlarıdır. Şübhəsiz, belə bir bənzərsiz yaradıcılıq örnəyi ilk növbədə əhatəmizdə, içimizdə yaşayan müəyyən xalqlara dərin etki göstərdi. Zəngin xalq ondan bəhrələnmək istəyəndən səxavətini əsirgəməz. Türk ruhu da belədir. Ona görə ki, tükənmir, yaradıcılığın mayası özündəndir. Bəs ermənilər ulusal ruhumuzdan necə bəhrələniblər? Etirafçı səviyyədə, ya qamarlayıb özününkü saymaqla? Erməni ruhunda təqlidçilik var, yaradıcılıq yoxdur. Gərək ruhunda yaratmaq qabiliyyəti ola ki, nəsə yaradasan. Erməni xarakterində oğurluq, biclik varsa, o necə özünəməxsusluq daşıyıcısı ola bilərdi? Ola bilmədi, bu günola bilmir.

Muğam sənəti Şərqi mahiyyətli, Şərqin əsas, aparıcı xalqlarının müştərək sənəti olsa da, muğamların ən yaxşı ifadəçisi, qədimdən bu günə daşıyıcısı, yaşadıcısı qədim şərqlilər olan Azərbaycan türkləridir. Üstəlik də bu bənzərsiz musiqi örnəkləri tarda, kamançada, balabandas. necə ulusal, doğma səslənir...

Erməni ruhunda muğam qüdrətinə varmaq, onu yaşatmaq hünəri yoxdur! Erməni sadəcə, məharətli təqlidçidir, usta bicdir! 1905-ci ildə, 1918-ci ildə Azərbaycanın bir çox bölgələrində, ayrıca olaraq Güney Azərbaycanda, indiki Türkiyə ərazisində soyqırımlar törədən erməni qətiyyən bəşəri ruha uyğun deyil. Hibridxalqolan erməni özünün tarix səhnəsindəki yerini, varlığını bu gün də qatilliklə, cılız iddialarını min bir hiyləylə davamlı gerçəkləşdirmək istəyir.

Xocalını törədən “xalqı” necə bəşəri saymaq olar? Xocalıdan sonra erməninin ümumiyyətlə, özünə “mən xalqam” deməyə haqqı yoxdur! İndi bu qatillik çeşidlərini törədəndən, Azərbaycanın Qarabağını işğal edəndən sonra durub həyasızcasına demək ki, balaban da erməninindir; üstəlik balabanda Azərbaycanın xalq havacatlarını “şirin-şirinçalmaq, muğamsayağı görkəzmələr etmək; bütün bunlar erməni sifətinin necəliyini aydınca göstərir.

Zurna-balaban həmişə yanaşı təsəvvür edilən, mahiyyətcə bir-birindən ayrılmayan musiqi alətləridir. Zurna alətindən Şərqdə həmişə geniş istifadə edilib, ancaq bu alətin gerçəkdən ən yaxşı ifaçıları xalqımızın nümayəndələri olub. Balaban aləti adından bəllidir ki, bizimdir, “bala səs” anlamındadır. Deməli, alət bizimki, üstəlik əsas ifalar da bizimkidir. Xüsusən son onillərdə bu bəşəri sərvətdən erməninin şəxsində zorakı bəhrələnmənin, yəni açıq oğurluğun davamlı şahidi olmaqdayıq.

"Ekspress" qəzeti (3-5 may, 2008-ci il, "Heyvagülü" davası") yazır: "Moskvadakı Rusiya Xalqlar Dostluğu Universitetində erməni, azərbaycanlı və türk gənclər arasında dava düşüb. Olay ənənəvi 1 May konserti zamanı baş verib: "10-15 min nəfər tamaşaçı vardı. Biz də səhnədəkilərə tamaşa edirdik. Birdən "Erməni xalq rəqsi "Hayvakuran": ifa edir Rusiya Xalqlar Dostluğu Universitetinin erməni tələbələrinin rəqs ansamblı" elan olundu. İfa edilən isə bizim doğma "Heyvagülü" idi. Ermənilərin pavilyonunda isə xəritədə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilmişdi. Bu azmış kimi Suren adlı erməni gənc əlində Dağlıq Qarabağın bayrağını tutub yelləyir, Qarabağ bizimdir" bağırırdı. Onu bir kənara çağırıb belə etməməsini istədik, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dedik. Bunu deyəndə Suren bizi söydü, hətta təpik də atdı. Biz də dözməyib etiraz edəndə ermənilər şüşə butulkadaş atmağa başladılar" - deyə S.Məsimov söylədi".

Erməninin bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus bəşəri bir dəyər yoxdur. Onun adına yazılmış yalnız qəsbkarlıq, qatillik dastanı var. Yeri gəlmişkən, oğurluq erməninin qanına-canına elə hopub ki, “Koroğlukimi yalnız türk xalqlarına aid olan bir dastanın “erməni variantı”nın olduğunu da qondarıblar. Əslində 30-cu illərdə Vəli Xuluflunun topladığı dastanı öz adlarına çıxıblar.

Mərhum prof. A.Nəbiyevin tədqiqatına varaq: “1880-ci illərdən başlayaraq ermənilər mənəvi mədəniyyətimizə - aşıq havalarına, dastanlarımıza, xalq şeiri nümunələrinə, nağıllarımıza, xalq mahnılarımıza göz dikməyə başladılar. Göyçə kimi türkün qədim mədəniyyət mərkəzində sənətin bütün növlərinə əl uzatdılar. Ozan mədəniyyətindən istifadə edib "qusan sənətini" ortaya çıxartdılar.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 22 oktyabr.- S.13.