27 il Qubadlı həsrəti

 

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 27 il ötür.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb. Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı rayonunun sahəsi 802 kvadrat-metr, əhalisi işğaladək dövrdə 31 min nəfər idi. Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı. Qubadlı qədim insan məskənlərindəndir. Bu arəzi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb.

Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi məişət nümunələri, əmək alətləri də təstiq edir. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir. Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə AtropatenaAlbaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.

Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib.

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, aralarında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlər də var. Məsələn, Əliyev Əliyar Yusif oğlu, Ağayev Bəylər Tapdıq oğlu, Atakişiyev Aslan Qabil oğlu, Axundov Səfa Fətulla oğlu, Əliyev Ələkbər Həsən oğlu, Kərimov Kazımağa Mövsüm oğlu, Məmmədov Aqil Səməd oğlu, Mirzəyev Kərəm Ərşad oğlu, Əliyev Vasili Əhməd oğlu, Cəbrayılov Fəxrəddin Mövsüm oğlu və başqalarının qəhrəmanlığı bu gün də xatırlanır.

Qubadlıda qəhrəmancasına həlak olan hər birinin bir qəhrəmanlıq dastanı var.

Mirzəyev Kərəm Ərşad oğlu 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən beş strateji postunu sıradan çıxarıb. "Laləzar" əməliyyatında da onun böyük xidmətləri olub. K.Mirzəyev 1992-ci il oktyabrın 1də Laçın rayonunun Mazutlu kəndində gedən şiddətli döyüş meydanında yoldaşlarını xilas edərkən özü qəhrəmancasına həlak olub.

Mirzəyev Şirin Vəli oğlu Qazançı kəndinin erməni işğalçılarından azad edilməsində böyük rəşadət gıstərib. Nümunəvi xidmətinə görə dəfələrlə medaldöş nişanları ilə təltif olunub.

Muradov Ruslan Həmid oğlu 1999-cu ildəerməni işğalçılarıtərəfində vurulan Azərbaycan ordusuna məxsus təyyarənin pilotunu xilas etmək üçün bir neçə döyüşmü yoldaşı ilə birlikdə keçirilən əməliyyat zamanaı mühasirəyə düşü. Amma böyükəzmkarlıqlamühasirəni yararaq təyyarəçiləri azad edib.

Polkovnik-leytenant rütbəsinəkimi yüksələn Sergey Murtuzəliyev Qarabağ cəbhə bölgəsinə ilk uçuş edən təyyarəçilərdən biri olub. Onun idarə etdiyitəyyarə erməni yaraqlıları tərəfindən iki dəfə vurulmasına baxmayaraq o, dəfələrlə cəbhə bölgəsinə uçuşlar edərək əhalinin təhlükəsiz yerlərə köçürülməsində fədəkarlıq göstərib.

Qubadlı rayonunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olan igid döyüşçülərdən biri də Həsən Qorxmaz idi. Həsən Qorxmaz kimi tanınan döyüşçü Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il iyunun 9-da Qubadlı rayonun Qayalı kəndində anadan olub. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə isə Qubadlı qəsəbə orta məktəbi bitirib. Həsənqulu orta məktəbi yaxşı oxumağı, intizamlı bir şagird olmağı ilə yanaşı həm də gözəl idmançı idi. Dəfələrlə rayon çempionu olub və respublikanın idman yarışlarında iştirak edib. 1987-ci il noyabrın 9-da sovet ordusu sıralarına çağrılan Qasımov Almaniya Demokratik Respublikasında xidmət edib. 1989-cu ildə hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb. Xalqımızın ağır günlərində silaha sarılaraq vətənin müdafiəsinə uğrunda döyüşlərə atılıb. Şuşa başlayan ilk döyüş yolu Laçında davam edibdoğma Qubadlıda sona çatıb. Laçın şəhəri işğal olunarkən o, elarasında "Qorxmazçılar" adı qazanmış tağımı ilə köməyə gəlib və 108 nəfəri mühasirədən çıxarıb. Sonra Həsənqulunun başçılıq etdiyi tağım Qubadlı rayonuna göndərilib. O, ömrünün sonuna qədər Ermənistanın sərhədlərində yerləşən Yuxarı Cibiklionun ətrafını erməni təcavüzündən qoruyub. Ən qaynar nöqtələrdə döyüşlərə atılan Həsən Qorxmaz qorxmazlığı ilə həmişə döyüş nümunələri göstərib. Həsən Qorxmaz adını isə böyük bir hadisə ilə bağlı olaraq qəbul edib. Belə ki, bir dəfə düşmən gülləsinə hədəf olarkən, güllələr komandirini qoruyan cəsur döyüşçü Qorxmaz Bəxşəliyevə dəyib. Həsənqulu sürücüsü Qorxmaz Əlövsət oğlu Bəxşəliyevlə Şuşada tanış olmuşdu. Cəsurluğu və qorxmazlığı ilə öz adını doğruldan bu igid döyüşçü yoldaşları arasında böyük hörmət qazanıb. Elə komandirinin də həyatını Qorxmaz öz cəsurluğu, özünü qurban verməsi sayəsində xilas edib. Bundan sonra Həsənqulu onu ölümdən xilas edən döyüş yoldaşı Qorxmazın adını özünə ləqəb kimi götürüb. Qarabağ müharibəsi zamanı alnına bağladığı yaşıl lentdə "Həsən Qorxmaz" yazısı var idi. Şəhid olan gününə kimi lenti alnından açmayıb.

Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar. Rayonun 1,2 milyard ABŞ dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilib. Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi - Qaçaq Nəbi, və Həcər Qubadlı rayonundandırlar. Son əsrdə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vermiş, yüksək ad san qazanmış akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridir.

Ümumiyyətlə, əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elmlər doktoru, 4 general, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı vardır. Azərbaycanın mədəni həyatında müəyyən yer qazanan ziyalıların yetişməsində hələ XIX əsrdən Qubadlıda açılan dünyəvi məktəbin böyük rolu olub. El arasında Həsən bəyin məktəbi (Həsən bəy əslən Qubadlıdandır, cavan yaşlarında dünyasını dəyişib) adlandıran 2 sinifli rus-tatar məktəbi Qubadlıda 1882-ci ildə açılıb.

Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyinitalan ediblər. 4-cü əsrə aidGavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2020.- 1 sentyabr.- S.9.