Qırğız ədəbiyyatı

 

1-ci yazı

 

Qırğız ədəbiyyatında xalq yaradıcılığı nümunələrinin özünəməxsus yeri var. Qırğız folklorunun ən geniş yayılmış janrı nəğmələrdir. Toyyas mərasimlərində səslənilən Bekbekey”, “Saksakey”, “Şırıldan”, “Kostoşu”, “Arman” və s. nəğmələrdə qırğızların sevinc və kədəri öz əksini tapıb. Qırğızlarda nəğmələrin özünəməxsus ifa tərzi var. Onlar nəğməyə “ır” adı verdiklərinə görə onun ifaçısına “ırçı” demişlər. Irçılar həm nəğmə ifa etmişlər, həm də özləri şeir qoşmuşlar. Məsələn, “Manas” ırçılar tərəfindən ifa edildiyinə görə dastana yeni əlavələr edilmiş, orijinal mətndən fərqli olaraq dastandakı misraların sayı təxminən bir milyona çatıb. Qırğızlarda xalq nəğmələri üslubunda şeir qoşanlar akın adı ilə tanınırlar. Akın poeziyası məhz bu şəxslərin simasında formalaşmış, akınlar “moktoo”, “arnoo”, “aytış” və s. janrlarda müxtəlif mövzulu şeirlər yazmışlar.

Qədim tarixə, zəngin mifşifahi xalq ədəbiyyatı ənənələrinə sahib olan qırğızların yazılı ədəbiyyatı əsasən XX əsrin əvvəllərində yaranmağa başlayıb. Orta Asiyada sovet hakimiyyətinin qurulması bu regionda müstəmləkəçiliyi, totalitarizmi gücləndirməklə yanaşı, burda yaşayan xalqların ictimai-siyasi və mədəni həyatında da mühüm dəyişiklərin yaranmasına səbəb olub. Baş vermiş ictimai-siyasi proseslər bu məkanda yaşayan qırğızların da həyatına təsirsiz ötüşməyib. Bu dövrdən başlayaraq (Oktyabr inqilabından sonra) Qırğızstanda məktəblərin açılması, savadsızlığa qarşı mübarizənin gücləndirilməsi, yeni qəzet və jurnalların çapı, teatr və kitabxanaların yaradılması və s. hallar ölkə daxilində mədəni həyatın dirçəlməsinə, indiyə qədər mövcud olan xalq ədəbiyyatı nümunəsindən fərqli olaraq yazılı ədəbiyyat örnəklərinin yaranmasına səbəb oldu. Yeni yaranan qəzet və jurnallar ilk növbədə yazılı ədəbiyyatın inkişafına daha güclü təsir göstərirdi. Lakin XX əsrin əvvəllərində bu regionda çap olunan dərslik, qəzet və jurnalların əsasən qazaxtatar dillərində olması yazılı ədəbiyyat nümunələrinin də həmin dillərdə yazılmasına səbəb oldu. Məsələn, XX əsrin əvvəlləri qırğız yazılı ədəbiyyatın ilk nümayəndələrindən biri olan Sadıq Karaçev əsərlərini tatarca, Qasım Tınıstov isə qazaxca yazıb. Lakin bu o demək deyildi ki, yaranan bütün bədii nümunələr qazaxtatar dillərində idi. Çünki XX əsrin əvvəllərində Qırğızstanda yaranan yeni ictimai-siyasi münasibətlər ilk növbədə qırğız yazılı dili və qırğız yazılı ədəbiyyatının inkişafı üçün böyük zəmin yaratmışdı. 1924-cü ildə qırğız dilində çap olunan “Ərkin tooilk qəzet kimi təkcə qırğız mətbuat tarixi üçün yox, həm də qırğız yazılı ədəbiyyat tarixi üçün mühüm hadisəyə çevrildi. Aalı Tokombayev, Toktoqul Satılqanov, Toqolov Moldo, Qasımalı Bayalinov, Tugelbay Sıdıqbayev, Kılıç Şamırkanulun və s. kimi yeni nəsil qırğız şair və yazıçılarının əsərlərinin çap olunub yayılmasında “Ərkin too” qəzeti mühüm rol oynayırdı. Kılıç Şamırkanulunin “Zilzala” (1924) şeirlər kitabı, M.Tokombayevin “Turdının ölümü” (1927) poeması, “Kakey” (1927) pyesi, Q.Bayalinovun “Həcər” (1927) pyesis. nümunələr XX əsrin 20-ci illər qırğız ədəbiyyatının inkişaf xəttini müəyyənləşdirmək baxımından səciyyəvidir. Tugelbay Sadıqbayevin 1937-ci ildə yazdığı “Gen su” romanı qırğız ədəbiyyatında roman ənənəsinin başlanğıcı oldu. Suyunbay Eraliyevin “Dostlarıma məktub” (1949), Soranbay CuruyevinÖmür yazı” (1950), “Ümid” (1960), Alıkul Osmanovun “Tandağı izlər” (1935), “Məhəbbət” (1945), “Ata yurdu” (1958) kitablarındakı şeirlər, Sadıq Karaçevin “Evlilikdən qacdı”, “Sevdiyinə qovuşmadı”, “Kədərli iki gənc” hekayələri və bu dövrdə yazib-yaratmış digər sənətkarların əsərləri 30-50-ci illər yeni dövr qırğız ədəbiyyatının realist poeziya və nəsr nümunələri hesab olunur.

Çingiz Aytmatov, Mukan Elebayev, Coomart Bokonbayev, Cusup Turusbayev, Raykan Şükürbayev, Qasıməli Jontaşev, Calil Sadıqov və digər sənətkarların sayəsində müasir qırğız ədəbiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Çingiz Aytmatov

 

Müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçı Çingiz Torequl oğlu Aytmatov 12 dekabr 1928-ci ildə Qırğızıstan Respublikası Talas vilayətinin Şəkər kəndində anadan olub. Atası Qırğızıstanda Kommunist Partiyasının görkəmli nümayəndələrindən biri olsa da, 1937-ci ildə xalq düşməni kimi həbs olunubbir il sonra güllələnib.

Milliyyətcə tatar olan anası Naimə Həzi qızı teatr aktrisası kimi tanınmışdır.O, rus dili və ədəbiyyatını yaxşı bildiyi üçün oğlunda da bu dil və ədəbiyyata böyük maraq oyadıb. Uşaq yaşlarında Çingiz Aytmatovun tərbiyəsi ilə daha çox nənəsi Aymxan məşğul olmuşdur.O, nənəsindən ”Manas”ı, ayrı-ayrı qırğız nağıl və əfsanələrini dinləyib, nəticədə bunlar onun milli ruhda for-malaşmasına böyük təsir göstərib. Bu mənada Çingiz Aytmatovun “nənəmin ziyalı işığından keçdim” deməsi təsadüfi deyil.

Çingiz Aytmatov Böyük Vətən müharibəsinin birinci ili ölkədə kadr çatışmazlığına görə orta məktəbin 6-cı sinfini bitirdikdən sonra kənd sovetinin katibi vəzifəsində işləyib. O, təxminən 2 il ərzində bu vəzifədən başqa vergi agenti, uçotçu və digər işlərdə də çalışmışdır. Yazıçının bu illərdə qarşılaşdığı həyat hadisələri müəyyən dərəcədə onun “Üz-üzə”, “Cəmilə”,”Ana tarla” və “Erkən gələn durnalar” əsərlərində əksini tapıb. Çingiz Aytmatov 1943-cü ildə 8 illik təhsilini başa vurduqdan sonra Cambul Zoobaytarlıq texnikumuna daxil olub. Ç.Aytmatov 1948-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirdiyinə görə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna imtahansız qəbul olunub. İlk əsəri 1952-ci ildə dövrü mətbuatda dərc edilib. 1952-ci ildə “Qırğızıstan” ədəbiyyat toplusunun ikinci sayında çap olunan “Qəzetçi Cüdo” və”Aşim” yazıçının ilk hekayələri hesab olunur. O, 1953-cü ildə ali məktəbi bitirdikdən sonra elmi tədqiqat sahəsində işləmək istəyib. Lakin xalq düşməninin oğlu hesab edildiyindən bu sahədə işləməyə ona icazə verilməyib və o, ixtisası üzrə üç il heyvandarlıq təsərrüfatında çalışmaq məcburiyyətində qalıb.

Ç.Aytmatov 1956-1958-ci illərdə Moskvada Qorki adına Ali Ədəbiyyat İnstitutunda təhsil alıb. 1958-ci ildə MoskvadaOktyabr” jurnalında onun “Üzbəüz” əsəri çap olunub. 1958-ci ildən başlayaraq ədibin hekayə və povestləri “Novıy mir” jurnalında dərc olunmağa başlayır. Həmin ildə Ç.Aytmatova dünya şöhrəti gətirən əsərlərindən birincisi olan “Cəmilə” povesti ilk dəfə işıq üzü görüb. Təsadüfi deyil ki, Lui Araqon bu əsəri fransızcaya tərcümə edərək onu geniş müqəddimə ilə çap etdirib.

Ç.Aytmatov 1958-ci ildə Moskvada Ali Ədəbiyyat İnstitutunu bitirdikdən sonra Qırğızıstana qayıdaraq “Literaturnıy Kirqizstan” jurnalının baş redaktoru olub və 5 il Qırğızıstanda yerliPravda” qəzetinin xüsusi müxbiri işləyib. O, “Dağlar və çöllər povestləri” silsiləsinə daxil olan əsərlərinə görə (“Cəmilə”, “Köşək gözü”, “İlk müəllim”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Ana tarla”) 1963-cü ildə Lenin mükafatma layiq görülüb. Görkəmli ədib 1965-ci ilə qədər əsasən qırğız dilində yazıb. 1965-ci ildən etibarən əsərlərini rus dilində yazmağa başlayıb. Ç.Aytmatovun 1965-ci ildə yazdığı “Əlvida, Gülsarı” əsəri (ilk adı “Yorğa atın ölümü”) onun yaradıcılığına ilk rusdilli povest kimi daxildir. XX əsrin 70-ci illəri Ç.Aytmatov yaradıcılığında povest ənənəsinin uğurlu davamı kimi xarakterikdir. Ədibin qələmə aldığı “ gəmi” (1970), “Erkən gələn durnalar” (1975), “Dəniz kənarıyla qaçan Alabaş” (1977) povestləri professional nəsr nümunələri kimi diqqəti cəlb edir.

Görkəmli nasirGün var əsrə bərabər” (1980) romanı ilə yaradıcılığında povestdən romana keçidin əsasını qoydu. Yazıçının 1986-cı ildə yazdığı “Cəllad kötüyü” romanı nəsr təfəkkürünün yeni nümunəsi kimi uğur qazandı. “Gün var əsrə bərabər” romanına əlavə olaraq yazılmış “Çingiz xanın buludupovesti ədibin 90-cı illər məhsuldar bədii yaradıcılığında əhəmiyyətli yerlərdən birini tutur. Ç.Aytmatovun zəngin yaradıcılıq irsi yüksək qiymətləndirilərək üç dəfə Dövlət mükafatına (1968, 1977, 1983) və Sosialist Əməyi Qəhrəmanı adına (1978) layiq görülüb. Ç.Aytmatov həm də geniş ictimai-siyasi fəaliyyəti ilə tanınan şəxsiyyətlərdən biridir. Ç.Aytmatov dəfələrlə SSRİ və Qırğızıstan Ali Sovetinin deputatı seçilib, AsiyaAfrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbəri olmuş, “İssıkkul” Beynəlxalq ictimai hərəkatının əsasını qoymuşdurs.

O, 1990-1994-cü illərdə Benilüks ölkələrində səfir işləyib. Ç.Aytmatov Belçika, NATO və Avropa İttifaqında Qırğızıstanın səlahiyyətli səfiri vəzifələrində ölkəsinin ləyaqətli təmsilçisi olub. O, Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə 25 fevral 2008-ci il tarixində Azərbaycan Respublikasının “Dostluqordeni ilə təltif edilib.

Çingiz Aytmatov 10 iyun 2008-ci il tarixində vəfat edib. O, öz vəsiyyətinə görə Qırğızıstan dövlətinin paytaxtı Bişkek şəhəri yaxınlığında yerləşən Ata beyitdə dəfn olunub. Ata beyit 1937-1938-ci illər repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidənin yerləşdiyi yerdir. Repressiya illərində burada 137 günahsız insan güllələnib dərin bir quyuya tökülərək basdırılıb. Lakin bu məzarlığın yeri 1991-ci ildə müəyyənləşdirilib. Kütləvi məzarlıq açıldıqdan sonra məlum olub ki, Çingiz Aytmatovun atası Torequl da (ona məxsus olan əşyanın cəsəd üzərindən tapılması nəticəsində) həmin güllələnənlər sırasında olub. Bildiyimiz kimi, Ç.Aytmatov 1963-cü ildə yazdığı “Ana tarlaəsərinin epiqrafında “Ata, bilmirəm harada dəfn olunmusansözlərini yazmışdı. Qeyd edək ki, buraya Ata beyit adının verilməsini Ç.Aytmatov təklif edir.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2020.- 3 sentyabr.- S.14.