Azərbaycan milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu

 

Fuad Hüseynzadə: “Vətəndaş cəmiyyəti quruculuğu prosesi məhz bu dəyərlər üzərində bərqərardır

 

Beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır. Xarici dövlətlərdə xarici ölkələrin domenləri altında media portalları televiziya kanalları yaradılmalı yaxud sayt alınmalıdır. Həmçinin xarici ölkələrdəki nüfuzlu bloggerlərlə Azərbaycanın təbliği üçün layihələr keçirmək olar. Azərbaycanı sevən əcnəbiləri tapıb, onların potensialından xaricdə ölkəmizin müsbət imicinin formalaşdırılmasında yararlanmaq mümkündür”. Bu fikirləriXalq Cəbhəsi”nə müsahibəsində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.

-Vətəndaş cəmiyyəti olaraq dövlətin media diaspor siyasətinə kimi töhfə verirsiz?

- Bu gün xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin sosial-mədəni, ictimai-siyasi iqtisadi həyatında daha fəal rol oynayır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Diasporumuzun əsas hədəfi Azərbaycan həqiqətlərinin xaricdə yayılmasıdır. Bu hədəflərə çatmaq üçün strategiya ictimai-siyasi vəziyyətə uyğun olaraq qurulmalıdır. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) yarandığı gündən dövlətimizin diaspor media siyasətinə vətəndaş cəmiyyəti olaraq öz töhfəsini verir. Bizim məqsədimiz strateji hədəflərimiz Azərbaycan mediasının diaspor mövzusuna diqqətini artırmaq, informasiya savaşında ölkəmizin mövqeyini gücləndirmək xaricdəki soydaşlarımızı bu işə təşviq etmək, Azərbaycan həqiqətlərini xaricdə yaymaqdır. DFJD “güclü Azərbaycan, güclü diaspordüşüncəsi ilə Azərbaycan həqiqətlərinin təbliğində hədəflərə çatmaq üçün yeni formalara üstünlük verir. Biz diaspordan yazan jurnalistlər olaraq orijinal layihələrlə özümüz mütərəqqi bir yol ilə gedirik. Bu yol dövlətçilik, azərbaycançılıq nəhayət, hər bir vətənpərvər azərbaycanlının getməli olduğu yoldur. Bu fəaliyyətimizi bir könül işi olaraq həyata keçirir hər birimiz özümüzü informasiya müharibəsinin əsgərləri bilirik.

-Son günlər vətəndaş cəmiyyəti ilə dövlət münasibətlərində dialoqun aparılması QHT sektorunun inkişafına dərəcədə təsir edə bilib?

-Demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu prosesi məhz bu dəyərlər üzərində bərqərar oldu bu proses dinamik baş verdi. Artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır. Prezident İlham Əliyev son çıxışlarında bir neçə dəfə bu məsələyə toxunaraq ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin fəallığını önə çəkib. Əlbəttə ki, məqsəd vətəndaş cəmiyyətini dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT sədrləri ilə onlayn görüşlərinin keçirilməsi bu istiqamətdə işin səmərəliliyini artırmaq məqsədi daşıyır. Bu, həm dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT-lərlə bir neçə belə görüş keçirilib. Görüşlərdən biri beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən QHT-lərlə oldu mən DFJD sədri olaraq bu görüşdə iştirak etdim. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin moderatorluğu ilə keçirilən görüşdə hər bir QHT beynəlxalq əməkdaşlıq, xaricdə Azərbaycanla bağlı həqiqətlərin yayılması s. istiqamətlərdə fikir təkliflərini bildirdilər.

Mən qeyd etdim ki, beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır. Təklif etdim ki, xarici dövlətlərdə xarici ölkələrin domenləri altında media portalları televiziya kanalları yaradılmalı yaxud sayt alınmalıdır. Həmçinin təklif etdim ki, xarici ölkələrdəki nüfuzlu bloggerlərlə Azərbaycanın təbliği üçün layihələr keçirmək olar. Daha bir təklifim bu oldu ki, Azərbaycanı sevən əcnəbiləri tapıb, onların potensialından xaricdə ölkəmizin müsbət imicinin formalaşdırılmasında yararlanmaq mümkündür.

Xatırladım ki, bizim təşkilat tərəfindən bu istiqamətdə təkliflər paketi hazırlanıb. Biz artıq bu təkliflərimizi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına digər aidiyyəti qurumlara göndərdik.

Düşünürəm ki, belə faydalı görüşlərin keçirilməsi QHT-lərin fəaliyyəti üçün həm stimuldur. Bu, eyni zamanda, QHT-lərin məsuliyyətini artırır. Bütün bunları həyata keçirməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Çünki dövlət, idarəçilikdə vətəndaşları üçün qədər açıq olduğunu göstərir.

-Həyata kerdiyinz layihələr hansılardır?

-Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi ilə 01.01.2014-cü il tarixində təsis edilib. Təşkilatımız Ədliyyə Nazirliyi tərəfindən 16.02.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təşkilatın ətrafında Azərbaycanda, eləcə xaricdə dövlət dövlətçiliyimizi təbliğ edən vətənpərvər jurnalistlər toplanıb.

DFJD İctimai Birliyi bu müddətdə 25 ölkənin 30-dan çox nüfuzlu mediasında Azərbaycan, eləcə Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib. Hazırda isə dünya azərbaycanlılarının "Könüllülər ili"nə töhfəsi olaraq DFJD İB tərəfindən "Erməni yalanları dünya mediasında" layihəsi icra olunur. Layihə çərçivəsində Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq aləmdə yayılması ilə bağlı çağırışına əsasən DFJD-nın sədri olaraq "Marağa-150 abidəsi" adlı məqaləm dünyanın 15 ölkəsinin KİV-lərində yayımlanıb.

Həmçinin təşkilat tərəfindən Qafqazda ilk dəfə orta ali məktəblərdə könüllü olaraqDiaspor dərs”ləri keçirilib.

-Hazırda hansı layihəni icra edirsiz?

-Hazırda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsini icra edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihənin məqsədinə uyğun olaraq, aşağıdakı vəzifələrin reallaşdırılması nəzərdə tutulub:Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin keyfiyyətcə təkmilləşdirilməsi, soydaşlarımız arasında azərbaycançılığı təbliğ etməklə milli birliyin həmrəyliyin möhkəmləndirilməsinə xidmət ediləcək. Həmçinin diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyi artırılılacaq, xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların ictimai-siyasi fəallığı gücləndiriləcək.

Layihə çərçivəsində azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyi üçün ideoloji bünövrə olması, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında aktivliyi, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği mövzusunda yazılar hazırlanır. Həmin yazılarda, müsahibələrdə və açıqlamalarda azərbaycançılığın dünya azərbaycanlılarının milli birliyinin təminatında rolu ictimailəşdirilir. Bu ideologiyanın hər bir azərbaycanlının vahid çətir altında birləşdirilməsi ideyasının uğurları təhlil olunur. Layihə çərçivəsində hazırlanacaq müsahibələr əsasında “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunacaq. Bu kitab 5 qitədəki soydaşlarımıza göndəriləcək. Həmçinin kitab Azərbaycandakı aidiyyəti qurumlarakitabxanalara paylanılacaq.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2020.- 17 sentyabr.- S.9.