“Azərbaycan” qəzetinin səhifələrində - 42-ci yazı
***
Cavanlar təşkilatının verdiyi tamaşa
Mart ayının 23-də cavanlar tərəfindən “İntiqam” pyesi xalq qoşunları üçün tamaşaya qoyuldu. Tamaşa başlamazdan əvvəl cənab Hüseyn Ciddi tamaşaların verilməsinin lüzumu və əhəmiyyəti barəsində danışdı.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158, 27.03.1946
***
Aşıq Hüseyn Cavan: "Təzə il"
Novruz bayramında, cümə günündə
Təbim coşdu xoş nəvanı görəndə
Şanlı Təbriz dilə gəldi, səsləndi
Qoca, cavan hər insanı görəndə.
***
Yeridi qəhrəman qızılbaş qoşun
Dayandı dağ kimi, dik tutdu başın
Analar oğlunu, bacı qardaşın
Alqışladı gözəl sani görəndə.
***
Öyüd
verdi öz oğluna mərd ana
Dedi, sərhədlərdə
dayan mərdana
İgid
el yolunda boyansa qana
Geri dönməz o düşməni görəndə.
***
Ucaldı
göylərə elimin səsi
Hər
yanda oxundu zəfər nəğməsi
Əlində
müsəlsəl Babək nəvəsi
Şir ürəkli Səttarxanı görəndə.
***
Milli
Hökumətin firqə rəhbəri
Söylədi,
bu yoldan dönmərik geri
Cəm
etdi ölkədə milli ləşgəri
El sevindi xoş dövranı görəndə.
***
Bu Milli
Hökumət, bu milli əsgər
Vətəni
günəş tək etdi münəvvər
Yaz, Cavan
Hüseyn, hər axşam, səhər
Yeni aləm xoş zamanı görəndə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158,
27.03.1946
***
Təbrizdə
hərbi zabit məktəbinin açılışı
Hərbi zabit məktəbi yeni ildən rəsmən dərsə
başladı.
Məktəbin açılışı
münasibəti ilə məktəbdə tələbələr
üçün ümumi bir mitinq təşkil edildi. Birinci növbədə cənab polkovnik Pənahiyan
məktəbin əhəmiyyətini şərh etdi və gələcəkdə
milli qoşunumuzun birinci müəllimləri olacaq həmin məktəbdə
yetişən zabitlərə müvəffəqiyyət arzu
etdi.
Sonra mayor Səfvət məktəbin
açılışı barədə əmri oxudu. Üçüncü
növbədə polkovnik Pənahiyanın müavini cənab
Lətifzadə məktəbin nizam-intizamı ətrafında
söhbət etdi. Sonda məktəbin siyasi işlər
üzrə müavini cənab Ciddi firqəmizin az
müddətdə götürdüyü böyük işləri
qeyd etdi, firqənin yaratdığı Milli Hökumət vasitəsi
ilə verdiyi islahat və yaradıcılıq vədələrini
tamamilə yerinə yetirəcəyini şərh etdikdən
sonra mitinq sona çatdı.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158,
27.03.1946
***
Qoşunumuzu
gücləndirməliyik!
Xalqımızın azadlığına kağızlar
üstə yazılmış nizamnamələr, öhdəliklər
zəmanət verə bilməz. Yalnız
xalqımız öz-özünü qorumalıdır. Biz özümüzü azadlığa layiq bilirik və
bu azadlığı qorumaq üçün də qoşun
qüvvəmizin gücləndirilməsi məsələsi
qarşımızda durur.
***
Mədəniyyət
tariximizdən xəbərlər
Bazar ertəsi günü, mart ayının 25-də Təbrizdəki
sovet məktəbində Novruz bayramı münasibəti ilə
sovet məktəbinin şagirdləri tərəfindən tərtib
edilmiş konsertə tamaşa etmək üçün mədəniyyət
evindən bir dəvət gəlmişdi. Qabaqcadan tənzim
olunmuş proqramın maddələrini tamamilə şagird
oğlan və qızlar icra etdilər.
Kiçik
yaşlı qızlar və oğlanlar bu varyetedə (estrada tamaşası – red.) iştirak
etmişdilər. Varyetenin proqramı fövqəladə
diqqətəlayiq idi və rolları ifa edənlər dəfələrlə
tamaşaçılar tərəfindən gurultulu
alqışlarla qarşılandılar. Məxsusən
kiçik şagirdlərin tərəfindən olunan
çıxışlar bütün tamaşaçılarda
böyük bir həyəcan oyatmışdı. Kiçik uşaqların görkəmli
nümayişləri onlarda olan istedadları aydıncasına
göstərirdi.
İndiyə kimi Azərbaycanda məktəbli uşaqlar
bu cür bir müvəffəiyyət ələ gətirməmişdirlər. Bunun səbəbi
aydındır: keçmiş dövrlərdə təhsil
proqramı tamamilə xüsusi istismarçı niyyətlər
üzərində qurulmuşdu. Keçmiş
şəraitdə uşaqlar öz təbii istedadlarından
heç vəchlə doğru-düzgün istifadə edə
bilmirdilər. Amma sovet məktəbinin düzgün
prinsip üzərində idarə olunduğu üçün
bütün şagirdlər öz istedadlarından istifadə
etməkdən əlavə geniş bir sənət mühiti
ilə də tanış olmuşdular.
Bu proqramda uşaqlar Sabirin, Süleyman Rüstəmin, Səməd
Vurğunun şeirlərindən çıxışlar etdilər. Uşaqlardan
biri Süleyman Rüstəmin “Dəymə” ünvanlı
şeirini coşğun bir duyğu ilə söylədi.
Onun hərəkəti təbii olmaqla bərabər
dərin bir duyğulardan da hekayət edirdi. O biri hissələrdə
də tamaşaçıların böyük bir təəssüratda
olduqları bilinirdi.
Sovet məktəbinin şagirdlərinin bu varyetedə əldə
etdikləri müvəffəqiyyətlər
xalqımızın nə kimi bir istedada malik olmasından və
onların siyasi və ictimai sahələrdə təkamülə
doğru getmələrindən böyük bir nümunədir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158,
27.03.1946
***
Mədəniyyət
tariximizə aid elanlardan
Culfada “Səttarxan teatr klubu” adında 250 nəfərlik
bir teatr səhnəsi yaradılmışdır. Bu klubda bundan
sonra tamaşalar, səhiyyə və kənd təsərrüfatına
aid milli konfranslar veriləcəkdir.
"Azərbaycan"
qəzeti.ADF orqanı, Təbriz, say 157, 26.03.1946
***
M. Niknam:
"Bayram münasibətilə"
Hamı
edər bir-birinə ehtiram
Gülə,
nə gözəldir bu bayram
Al
qumaşlar geyinibdir xanımlar
Könüllərdə
bir sevinc var, fərəh var
Millət
bu gün bir-birilə görüşür
Əlin
sıxır, məhəbbətlə öpüşür
Əgər
baxan səhraların düzünə
Təbiət
də zinət verib özünə
Yaşıl
libas geyinibdir çəmənlər
Gülümsəyir
yavaş-yavaş səmənlər
Iki bayram
birləşibdir, həqiqət
Azər eli tapıb böyük səadət
Bir tərəfdən
azad olub elimiz
Şən
həyata çatıb bizim əlimiz
Böyük
Novruz bayramı da bu yandan
Hər
ikisi bizi edib xuraman
Qoy həmişə
bayram olsun ellərə
Elim çatsın min-min bu cür illərə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157,
26.03.1946
***
Sovet
qoşunlarının İrandan çıxmalarına dair
Moskva
(TASS) – İranda olan Sovet qoşunlarının 1946-cı il martın 2-dən başlayaraq Məşhəd,
Şahrud, Semnan mahallarından çıxmaları artıq
qurtarmışdır. İran hökuməti ilə
olan razılığa əsasən yerdə qalan sovet
qoşunlarının çıxmaları martın 24-dən
başlanmışdır. İrandakı
sovet komandanlığı hesab edir ki, gözlənilməyən
hadisə baş verməzsə, sovet qoşunlarının
İrandan tamamilə çıxmaları 5-6 həftə ərzində
qurtara bilər.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157,
26.03.1946
***
Seyid
Ziyanın həbs edilməsi haqqında
Tehran – Qəvamüssəltənə Tehran mətbuat
konfransında Seyid Ziyanın həbsinə səbəb olan vəziyyət
haqqında bir əcnəbi müxbirin sualına cavab verərək
bildirmişdir ki, onun həbs edilməsi haqqında qərar hər
hansı bir xarici təzyiq olmadan qəbul edilmişdir.
Seyid Ziyanın həbs edilməsi yalnız onun pozuculuq fəaliyyətinin
İranın daxili əmniyyəti üçün
yaratdığı təhlükə nəticəsində
olmuşdur.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157,
26.03.1946
***
Firidun
İbrahimi: "1325-ci ildə"
Xalqımız 1325-ci ilə (1946-cı ilin mart
ayının 21-dən 1947-ci ilin mart ayının 21-ə qədərki
dövrü əhatə edir – red.) böyük maraq və
ümid gözü ilə baxır. Bu ildə Milli
Hökumətimiz Azərbaycan xalqının geniş və səmimi
etimadına dayanaraq öz vəzifələrini daha da ciddi bir
surətdə ifa edib və xalqın gözləntilərini həyata
keçirmək uğrunda çalışacaqdır.
Hal-hazırda iqtisadi böhran və işsizlik Milli
Hökumətimizin diqqətini cəlb edib. Milli Hökumətimiz
bu iki məsələni çox dəqiq bir surətdə həll
etmək üçün lazım olan ağıllı tədbirlər
qəbul edir, onları icra etməklə ölkənin iqtisadi
həyatında yaranmış griliyi tamamilə aradan
qaldıracaqdır.
Qış fəslinin qurtarması, islahat və
abadlıq işləri üçün əlverişli olan
bahar fəslinin başlanması ilə işsizlik
nigarançılığı aradan getməkdədir. Bundan
ötrü ki, havanın əlverişli olması nəticəsində
Milli Hökumətimizin islahat və abadlıq barəsində
xalqa verdiyi vədələr tamamilə icraya qoyulacaq və bu
tədbirlərin nəticəsində işsizliklə ciddi
mübarizə aparılacaqdır. Baharın
başlanması ilə Azərbaycanın qəhrəman kəndli
və əkinçiləri yorulmadan ölkəmizi
qarış-qarış abad etməyə və gözəlləşdirməyə
ciddiyyət edəcəklər. Əkinçilərimizin
əksəriyyəti bu il özlərinə
aid olan yerlərdə əkinçiliklə məşğul
olur və ona görə daha artıq rəğbət və həvəslə
ölkəmizin abadlaşması və sərvətimizin
artması üçün fəaliyyət göstərəcəkər.
Milli yeraltı sərvətlərimizin üstündən
pərdələr açılacaqdır və Azərbaycan
xalqı bu tükənməz və qiymətli sərvətlərdən
istifadə etməyə məşğul olacaqdır. Ölkəmizdə
yeni iqtisadi sahələr bütün həyatverici təzahürü
ilə özünü göstərəcək və bu yeni
şəraitdə əziz ölkəmiz tamamilə səadətə
çatacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157,
26.03.1946
***
Mir Mehdi
Etmad: "Novruz dəfiləsi"
Ağuşuvu
açdın bizə, ey şanlı dəfilə (1)
Haqq nurunu
saçdın bizə, ey şanlı dəfilə
Gəlmiş
qapuva tazə il, eylər sənə təbrik
Bu nehzətin uğrunda edir vəhd ilə şənlik.
Söylər,
yaşa Azər balası, ağ günə
çıxdın
Zülmün evini nəqşə çəkib, ədl
ilə yıxdın.
Bundan sora
xoş, görməli əyyam olacaqdır
Yad qoysa qədəm, sübhü donüb şam
olacaqdır.
Sabitqədəm
ol, tut bu baharın ətəyindən
Qurtardı səni axırı yağı kötəyindən.
Bu məşəlin
aləm uzunu şöləsi sönməz
Heç vaxt bükülməz qolu, əslən
üzü dönməz.
Ölsəm
də mahaldır çəkim əl öz vətənimdən
Bilsin hamı Azərbaycan, ölməmişəm mən.
1 - Dəfilə
"keçid" (parad) deməkdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbri, say 156,
25.03.1946
***
Rəssamlar
sərgisi
Sovet mədəniyyət evi tərəfindən son
zamanlarda elan edilən rəssamların əsərlərindən
ibarət sərgi mədəniyyət evinin sərgi salonunda təşkil
edilmişdir.
Sərgidə Təbrizin rəssam, nəqqaş
və xalçaçılarının əsərlərini
görmək olar. Sərgiyə bazar
günlərindən başqa hər gün gündüz saat
12-dən 16-ya qədər tamaşa etmək
mümkündür. Sovet mədəniyyət
evi müdiriyyəti.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 156,
25.03.194
***
Tarixi elanlarımızdan
Azərbaycanın möhtərəm əhalisinə, bütün daxili və xarici təbəələrə (vətəndaşlara – red.) elan olunur. Qiraətxanə, klub, təbliğat yerləri, məktəb və hər cür yığıncaq yerləri təsis etmək fikrində olan şəxslər öz məqsədlərini polisə də bildirməklə hörmətli Maarif Nazirliyinə məlumat verməlidirlər. Qeydə alınmada pozuntuya yol verilməyəcəkdir.
Daxili İşlər nazirinin müavini və Azərbaycan polis idarəsi rəisi Milanyan.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 156, 25.03.1946
***
Milli Məclis binasında
Cümə günü (22.03.1946 – red.) axşam saat 7.50-də Novruz bayramı münasibəti ilə Milli Məclis binasında Təbriz qarnizonunun zabitləri şərəfinə xüsusi bir ziyafət verildi. Bu ziyafət fövqəladə səmimi bir mühitdə keçdi. Milli Hökumətin təşkil olunması uğrunda fəaliyyət edən zabitlər 21 Azər medalı ilə təltif olundular.
"Azərbaycan" qəzeti. AF orqanı, Təbriz, say 156, 25.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 22
sentyabr.- S.14.