Sahibkarların  beynəlxalq onlayn forumu  

 

 

Məlumat verildiyi kimi, sentyabrın 22-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “SA Consulting” MMC-nin təşkilatçılığı, “Odlar YurduGənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” Türkiyənin Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin tərəfdaşlığı iləSahibkarların I beynəlxalq onlayn forumuBakı 2020” öz işinə başlayıb.

 

Pandemiya postpandemiya dövründə sahibkarların motivasiyası, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirəsi məqsədilə təşkil olunmuş onlayn tədbirdə KOBİA İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Erkin Qədirli, “SA Consulting”in rəhbəri Əfqan Səfərli digərləri forumun keçirilməsinin məqsədi, ölkədə sahibkarlığın inkişafı özəl sektora dövlət dəstəyi tədbirləri, xüsusilə pandemiya dövründə sahibkarlara göstərilən dəstək, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması barədə fikirlərini bildiriblər.

 

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin İdarə Heyətinin sədri Hikmet Eren, BMT-nin İnkişaf Proqramının innovasiyalar üzrə tədqiqat rəhbəri Leyla Seyidzadə, “Tespackşirkətinin həmtəsisçisi, “Forbes”in “30 under 30” siyahısına daxil edilmiş finlandiyalı sahibkar Caritta Seppa, “Needlabşirkətinin təsisçisi Sameera Chukapalli (İspaniya), biznes təlimçiləri Elçin Əzimli Anar Məmmədov təqdimatlarla çıxış ediblər.

 

Forum çərçivəsindəBöhranın gətirdiyi imkanlar çətinliklərmövzusunda panel müzakirələr aparılıb.

 

Onlayn forum sentyabrın 23-də “Beynəlxalq təcrübə və Azərbaycanda sahibkarlıq” mövzusunda panel iclasla öz işini davam etdirib. İclasda KOBİA İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycanda sahibkarlıq, “Recipes for Wellbeing” şirkətinin təsisçisi və təlimçi Greta Rossi (İtaliya), “Rearts” şirkətinin həmtəsisçisi, tətqiqatçı Azeem Hamid (Pakistan), “Hypper” platformasının təsisçisi Pannavat Veeraburinon (Tailand), “Biryudumkitapsosial biznes və “Folx” rəqəmsal agentliyinin təsisçisi Alparslan Demir (Türkiyə), sosial sahibkar İsmail Hilmi Adıgüzel (Türkiyə), “Eleven Kingsmobil futbol oyunu startapının təsisçisi Orxan Rzayev (Azərbaycan), “Digital Mahal” şirkətinin rəhbəri Mahal Əliyeva (Azərbaycan) pandemiya dövründə rəqəmsal marketinq, startapların yaradılması və digər mövzularda fikirlərini və beynəlxalq təcrübəni bölüşüblər, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

 

Xalq Cəbhəsi.- 2020.- 24 sentyabr.- S.12.