Balet artisti beynəlxalq
yarışmada Qran-Pri
qazanıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti Mələk
Səfərova Türkiyədə
dünyanın müxtəlif
ölkələrinin qatıldığı
“Caspi art 9” Beynəlxalq
Sanat Yarışmasının
Qran-Pri diplomuna layiq görülüb. Teatrın mətbuat
xidmətindən bildirilib
ki, aktrisa bu müsabiqəyə qatılmaq üçün
hazırladığı “Vəsf”
balet-kompozisiyasından çəkilmiş
foto və video materialları bir neçə ay öncə
həmin təşkilatın
ünvanına göndərib
və bu yaxınlarda aldığı
nəticələr onu
çox sevindirib.
“Mükafata layiq
görüldüyüm üçün
özümü çox
xoşbəxt sayıram. Bu, təkcə mənim uğurum deyil. Məşq prosesinə yaradılan şəraitə
görə teatrın
rəhbərliyinə, baş
dirijorumuz, Əməkdar
incəsənət xadimi
Fəxrəddin Atayevə,
quruluşçu baletmeysterimiz,
Əməkdar artist Yelena Ağayevaya,
çəkilişdə göstərdiyi
köməyə görə
rejissor Samir Qulamova, teatrın geyim sexinin əməkdaşlarından
tutmuş səhnə
maşinistlərinə qədər,
əziyyəti olan hər bir kəsə
dərin minnətdarlığımı
bildirirəm”, – deyə
Mələk Səfərova
sevincini bölüşüb.
Qeyd edək ki,
Mələk Səfərova Bakı Xoreoqrafiya
Akademiyasının məzunudur. İndiyə qədər bir çox müsabiqələrdə
iştirak edib. Teatrda işlədiyi
qısa müddət ərzində “Baladadaşın toy hamamı” (“Qəribə gülüş”),
“Qızıl toy” (“Ukrayna
rəqsi”), “Fərzəlikefcom” (“Yuxu” səhnəsi),
“Fransızsayağı qarnir” (duet) “Paris Notr-Dama
ithaf”(duet), “Mənim
günahım” (solo) və demək olar ki, teatrın
repertuarında olan bir
çox tamaşalarda
fəal iştirak edib,
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb. Mələk Səfərova ötən il Akademik Musiqili
Teatrın 109-cu mövsümünün
“Ən yaxşı balet artisti”
mükafatına da layiq
görülüb.
Xalq Cəbhəsi.- 2020.- 16 yanvar.-
S.16.