“Azərbaycan”
qəzetinin səhifələrində - 88-ci yazı
İrtica xalq maarifinin düşmənidir
Milli hökumətimizin quruluşundan əvvəl dünya millətlərinin ictimai-əxlaqi, ədəbi və siyasi həyatında böyük rol oynayan mətbuatçılığın bizim ölkəmizdə yaxşı bir nümunəsi olmamışdır. Buna görə də mətbuatda işləyənlər, xüsusən də mətbəə işçilərinin həyatı yoxsulluq, səfalət və məhrumiyyətlə keçmişdir.
Tehran hökuməti Azərbaycan ölkəsini istismar halına gətirmək və bu milləti əsir etmək üçün bu kimi maarifin ümumiləşdirilməsinə, xalqın savadlanmasına, fikir və əxlaq səviyyəsinin yüksəlməsinə ən yaxşı vasitə olan təsisatların qəddar düşməni idi.
O, istəyirdi ki, əslən bu ölkədə maarif müəssisələri və məktəblər olmasın. Olsa da bir şəkildə olsun ki, xalq üçün faydasız olsun.
O, istəyirdi ki, bu ölkədə qəzet olmasın. Olsa da fars dilində olsun ki, xalq ondan bir şey düşünə bilməsin və həmişə savadsız qalsın. O istəyirdi bu ölkədə elə bir qəzetlər nəşr olunsun ki, irticaçı fikirlərin naşiri olsun, xalqın fikirlərini zəhərləsin və milləti bədbəxtliyə, yolunu azmağa sövq etsin. Buna görə də xalqı özlərinə əli-qolu bağlı qul etmək üçün Azərbaycanda olan maarif və mətbuat müəssisələrinin doğru-düzgün bir şəkildə inkişafına mane olurdular.
Azərbaycanın bütün zəhmətkeşləri, xüsusilə mətbuatçıları işsizlik və öz ailələrinin maaşını təmin etməkdən ötrü məcburiyyət halında qalıb öz vətənlərini tərk edərək İranın başqa vilayətlərinə mühacirət edirdilər. Habelə, ölkəmizin yüzlərlə və minlərlə mahir sənətkar və işçiləri qul kimi Tehranda olan fars sahibkarları tərəfindən istismar olunurdular. O böyük zəhmətlərin qabağında yenə də bir tikə yavan çörəyin pulunu çox çətinliklə düzəldə bilib bu növlə günlərini ağır bir vəziyyətdə keçirirdilər.
Bunu qeyd etmək lazımdır ki, Azərbaycanın gənc oğulları həyatlarının acı və dəhşətli günlərində naçar fars məkanı olan vilayətin mənhus və qaranlıq mənzillərində təklikdə qalaraq illər boyu öz ana-bacılarının həsrəti ilə cavan ömürlərini başa çatdırırdılar.
İndiyə qədər minlərlə Azərbaycan balaları bu kimi yoxsulluğa və fəlakətə düçar olub qürbət vilayətlərdə öz vətənlərinə dönmədən və əzizlərini görmədən can veriblər.
Lakin son zamanlarda Azərbaycan xalqı rəşadətlə ayağa qalxaraq şanlı firqəmizin rəhbərliyi sayəsində çox ağır və qanlı mübarizələrdən sonra öz azadlığına malik olub ölkəmizi azadlıq işığı ilə işıqlandırdı və xalqımızı həqiqətə və səadətli bir yola hidayət etdi. Artıq xalqımız bu azadlıq günəşinin altında şərəflə yaşayıb tərəqqi və təkamülə doğru gedəcəkdir.
İndi Azərbaycan xalqı Milli hökumətimizin sayəsində azad yaşamaqla hüquq bərabərliyi əsasında həqiqi bir həyata malik olubdur. Artıq xalqımız firqəmizin düzgün rəhbərliyi ilə ələ gətirmiş azadlığını göz bəbəyi kimi qoruyub və hər qiymətə olursa-olsun, əlindən verməyəcəkdir.
Ə.P.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946
***
Azərbaycan Milli Hökumətinin
islahatları silsiləsindən:
Kənd
Təsərrüfatı Nazirliyi
tərəfindən xalisə
yerlərinin bölgülərinin
nəticəsi barədə
Əhərdə
72 parça xalisə (dövlət torpaqları
– red.) və müsadirə
olunmuş kəndlərin
əkin yerlərinin ümumi sahəsi 16706 hektar olmaqla 8691 nəfər əkinçi
arasında Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən bölünübdür.
Marağada
18 parça xalisə və müsadirə olunmuş əmlakın ümumi sahəsi 2821,5 hektardan ibarət
olmaqla 8386 nəfər
əkinçi arasında
dövlət tərəfindən
bölünmüşdür.
Sərabda
Xalisə
kəndlərinin bölgüsünə
aid olan və qabaqcadan verilən xəbərdən əlavə
olaraq başqa şəxslərin əlində
olan 19 parça xalisə və müsadirə olunmuş kəndlərin əkin yerlərinin ümumi sahəsi 14475 hektar olmaqla 10937 nəfər əkinçi arasında bölünmüşdür.
Əhər, Sərab və
Marağada yuxarıda
söylədigimiz qayda
üzrə 28014 nəfər
əkinçiyə 34002,5
hektar yer verilibdir. Milli dövlətimizin maddi və mənəvi
yardımı ilə indi o yerlərin yeni həqiqi sahibləri olan əkinçi qardaşlarımız
torpaqlarını tam ciddiyət
və şövq-zövq
ilə əkməyə
və abad eləməyə başlamışlardır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946
***
Məmləkət xəbərlərindən…
Mədəniyyət evində
Cümə axşamı günü
(25.04.1946) günü günortadan
sonra saat 6-da mədəniyyət evində
Təbriz ədiblər
və ziyalılarının
iştirakı ilə
Sovet Azərbaycanının
böyük yazıçısı
və yaradıcısı
cənab Rəsul Rza ilə tanış olmaq üçün təntənəli
bir yığıncaq
var idi. Ziyafət məclisini mədəniyyət
evinin rəisi cənab Bağırzadə
Açdıqdan sonra cənab Rəsul Rzaya söz verildi. Cənab Rəsul Rza
öz yaradıcılığı
haqqında, incəsənətlərinin
mədəniyyətdə və
dünyada oynadığı
mühüm rollar və onların təsiri barəsində atəşin və ədəbi bir nitq söylədi.
Təbrizin yerli şairlərindən
Hilal, Səri, Azəroğlu, Etimad, Borçalı, Biriya, Məhzun cənabları və Rəsul Rza da öz
şeirlərindən oxudular. Bu məclis çox səmimi bir mühitdə sona yetişdi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946
***
Məmləkət xəbərlərindən…
Baş nazirimiz kürd xalqının rəhbəri
ilə bərabər qoşun təşkilatına
baş çəkmişlər
Cümə axşamı günü
(25.04.1946) günortadan qabaq
Baş nazir cənabları və kürd xalqının rəhbəri cənab Qazi Məhəmməd həzrətlərinin, eləcə
də ayrı firqə başçıları
və nazirlərin ittifaqı ilə qoşun təşkilatına
baş çəkməkdən
ötrü “Şah gölü”nə təşrif
aparmışdırlar. “Şah
gölü” ətrafındakı
çöllərdə topçular
hərbi əməliyyat
edib manevr etdikdə 40 gündən az bir müddətdə topçuluq
sahəsində əldə
etdikləri müvəffəqiyyətlləri
nümayiş etdirdilər.
Topçular təzə gəlmələrinə
baxmayaraq hədəflərinə
dəqiq nişanlar vurub və tamaşaçılar
tərəfindən alqışlandılar. Manevrə
tamaşa etdikdən sonra Baş nazir və cənab
Qazi Məhəmməd
çöldə tərtib
edilmiş masanın başında oturub oradakı çox səmimi bir mühitdə və açıq havada bir az istirahət etdi, istirahətdən sonra topçuların dağın
dalından hədəflləri
vurmalarına da tamaşa etdi. Cənab Qazi Məhəmməd Azərbaycan
xalqının bu az müddətdə
etdiyi fəaliyyətləri
və Azərbaycan əsgərlərinin istedadını
təqdir edərək
gələcəkdə kürd
xalqı ilə Azərbaycan xalqının
arasında səmimi dostluq münasibətlərinin
yaranmasını və
iki millətin birlik əsaslarını möhkəmlətmək barəsində
bir nitq söylədi.
Çöldən qayıtdıqdan sonra Baş nazir və cənab Qazi Məhəmməd zabitlik məktəbi, fabrikləri və ayrı qoşun təşkilatlarını gördülər.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946
***
Qafar Herisçi ( Kəndli):
“Bu gündü, sabahdı,
gedənlər qayıdacaqlar”
A kişi! Adamın əvvəli əziz, axırı zəlil olunca, canı çıxsın. Cavanlıqda adam hər nə cür olsa keçinər, vay qocalıq, vay qocalıq! Nə qıçda qüvvət olar, nə cibişdanda pul.
“Siftə cin əst, bəndə bismillah” (“Siftə cindir, mən bismillah” – red.) məsəlı qoca adamın haqqındda doğru deyilib. Səndən nə gizlin, özün bilirsən. Biz bir ovuc külfətik. Bunların çörəyini təmin etmək, gündə, bir qayda olaraq, bir punzə (çəki vahidi olub 200 qrama bərabərdir – red.) çay şirnisini almaq mənim kimi qoca kəndliyə şəqqül-qəmərdən (ayı parçalamaqdan – red.) də çətindir. Söz açıldı, qoy açıb açığın deyim. Bir gün var idi, bir gün yox idi. Gün o gün idi ki, Fərrux deyirdilər, nə deyirdilər, Təbrizə gəlmək istəyirdi və Tehrana qaçan mürtəcelər pişvaz və dəmi-dud (narkotik maddə qəbul edib kef çəkmək mənasında – red.) fikrində idilər. Bu halda, bu vur-sındırda mən biçarə, türkəsayağ kəndli babanın biri heç bir zaddan xəbərim yox, gecə fələk ilən əlbəyaxa evə gəlib o yana, bu yana baxıb bu taxçadan bir ucu sınmış qələm və palaz altından bir vərəq ağ qənd kağızı tapıb min zəhmət və məşəqqət ilə öz naqis ağlıma gələni Fərrux rəhmətliyin haqqında yazdım. Amma gecədən çox keçdi, Möcüz demişkən, yavaş-yavaş lampanın işığı qurtarırdı, durub çırağın xodunu alıb yatdım. Gecə soyunduğumdan ilan vuran yatdı, mən yatmadım. Ta o qədər yerimin içində bu yana-o yana döndüm ki, səhər oldu. Başın ağrıtmayım, gün çıxar-çıxmaz ayağa qalxıb sarıqlarımı ayağıma çəkib dəri papağı başıma basdım və çubuğu belimdə bərkidib ac qarına “bu mən, bu sən” kefli kimi bu divar-o divara qılçam lingildəyə-ingildəyə ha burada, ha orada özümü ruznamə (qəzet – red.) idarəsinə salıb müdirin otağına girdim. Rast gəldi ki, müdir də orada idi. Məqaləni verib eşiyə çıxdım. Qarnım acından qır-qır qırıldayırdı. Ancaq onu bildim ki, özümü kəlləpaçaxanaya saldım, könlün düşməsin, bir dolu sini boyat kəlləni çox iştahla döşədim. Xaşanı (burada “qarın” mənasında – red.) razı salıb bığları yağlayıb kəlləpaçaxanadan eşiyə çıxıb işimin dalınca getdim....
O gün keçdi, sabahları səhər yenə çubuğu əngimə salıb nəşəli bir halda xiyabanda səfil-sərgərdan dolanırdım. Ruznamə idarəsinin yanına yetişdim, elə bil ki, arı yuvasından çıxır, balaca uşaqlar dalandan eşiyə yüyürdülər. “Azərbaycan” səsi xiyabanı götürdü. Mən də 10 şahı çıxarıb bir ruznamə aldım. Birdən gözüm öz məqaləmə düşdü ki, adımı da düz məqalənin başına yazıb qoyub. Bir baş xiyabandan evə qayıtdım. Axşamçağı kürsü dəm idi. Samovar qaynayırdı. Qovurma şorbası da kürsü altında yavaş-yavaş pıqqıldayırdı. Mən şad, kefim çağ, dəri papağı qaşımın üstünə basıb ruznaməyə baxırdım. Xəbərim xəbərdən yox, birdən qapı döyüldü. Taq! Taq! Taq! Kiçik uşaq qapıya qaçdı. Birdən, Allah heç müsəlmanın başına gətirməsin, nə gördüm neçə nəfər qohum-əqrabadan dolurlar...
Yetişcək həmin nə mənə-nə sənə, əl qoydular mənim qabırğamı tapdalamağa. Səndən nə gizlin, lap özümü itirdim, dilim bəndə düşdü. Dəri börk (papaq – red.) başımda, tər ab-leysan kimi başımdan axmağa başladı.
(qurtarmadı)
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946
***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran
tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin
müdiri, tarix üzrə
fəlsəfə doktoru, dosent
Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 6 aprel.- S.14.