“Azərbaycan”  qəzetinin səhifələrində  - 90-cı yazı

 

Azərbaycan danışır!

 

Cümə günü, aprel ayının 26-da Azərbaycan radio stansiyasının rəsmi açılışı münasibətilə dövlət teatrı səhnəsində təntənəli bir yığıncaq təşkil olunmuşdur. Bu gün Azərbaycan xalqının siyasiictimai həyatında tarixi bir gün idi. Azərbaycan bu gün rəsmi surətdə öz səsini dünyanın ən uzaq nöqtələrinə yetiribAsiya qitəsinin bir guşəsindən azadlıqdan ötrü yorulmadan mübarizə edən şərəfli bir xalqın dili ilə danışdı.

Milli hökumət xalqımızın həqiqi ehtiyaclarını nəzərdə tutmaqla radio stansiyasının yaradılması üçün sürətli addımlar atıb. Bununla xalqımızın həqiqi arzu və istəyini həyata keçirdi.

Xalqımız bu gün İranın bütün nöqtəlrindən Azərbaycanın səsinə qulaq asır, öz şirin ana dilinin tərənnümündən həvəslənir. İndi dünyanın hansı itkin nöqtəsində olursa-olsun, Azərbaycan xalqı öz səsini, öz ana dilini eşidiböz varlığını hiss edir. Radio stansiyası Milli hökumətin ən parlaq müvəffəqiyyətlərindəndir. Bundan sonra Azərbaycan öz səsini yüksək dağların, geniş dəryaların və çöllərin dalından bütün demokratik dünyanın qulağına yetirə bilər.

Radio stansiyası bizim gələcəyimizdə böyüktarixi bir rol oynayacaqdır. Bununla mədəniyyətimizi təmim edib və həyati məsələlərin bütün ölkəmizdə cərəyan etdirilməsi çox asan bir şəkildə əmələ gələcəkdir. Milli hökumət xalqın öz hökuməti olduğu üçün daima bütün Azərbaycan əhalisi ilə təmasda olub və onları görülmüş və görüləcək işlərdən xəbərdar edəcəkdir. Bundan sonra dövlətimiz xalqımızı bütün gedişatlarla tanış edib onlara milli vəzifələrini yerinə yetirmək üçün rəhbərlik edəcəkdir. Buna görədir ki, bu gün bütün Azərbaycan xalqında böyük bir sevinc yaranmışdır.

Azərbaycan xalqı milli dövlətimizin götürdükləri qalibiyyət qədəmlərini gördükdə bu dövlətin doğrudan da öz dövlətləri olduğunu düşünüb azadlığın nə olduğunu hiss edirlər.

Radio stansiyası xalqımızın qüdrətini bütün dünyaya sübut etməklə millətimizin azadlıq uğrunda etdiyi mübarizəni qiymətləndirir, onları tanıtdırır.

Qoy sönməz müqəddəs odlar yurdu Azərbaycan danışsın. Qoy Azərbaycanın qüdrət və sevinc dalğaları dünya üzərində cərəyan edib indiyə kimi azadlıq həsrətində olan əsir bir xalqın azadlığını sübuta yetirsin. İndi o qaranlıq, nifrətli günlər qurtarıb.

Tarixikeçmiş xatirələrin şahidi olan Azərbaycanca danışır!

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946

 

***

 

19-20 ci əsrlərdə Təbrizdə ədəbiyyat

8-ci hissə

 

Hacı Rza Sərrafın Təbrizdə divanı nəşr edilmişdir. Bu divandakı şeirlər onun qüdrətli bir şair olduğuna şahiddir. Sərraf siyasi məzmunda şeirlər yazdığı kimi eşqi qəzəllər də yazmışdır. Məsələn:

 

Degilsən baxəbər, ey nazənin yarım, əgər məndən,

Verir hər bir səri-muyin nədəndir bəs xəbər məndən.

 

Heç şübhə yoxdur ki, əsərləri toplanarsa, Sərraf Azərbaycan ədəbiyyatı tarixində görkəmli şairlər sırasında mühüm bir yer tutacaqdır.

Ədəbiyyat tarixində unudulmuşöz əsərləri ilə nəzər diqqəti cəlb edən şairlərdən biri də Məhəmməd Hidcidir. O, Zəncanın yaxınlığındakı Hidc kəndində 19-cu əsrin 60-cı illərində anadan olmuş və 1935-ci ilə qədər yaşamışdır. Şairin uzun ömür sürməsi onun aşağıdakı sözlərindən bəlli olur:

Diş düşüb, bel bükülüb, üz qırışıb, baş ağarıb.

Necə kim, qar yağar, qışda ağardar dağı.

 

Hidci öz vətənini hədsiz sevən bir şair idi. O, doğulduğu kəndi Şiraz ilə müqayisə edərək yazmışdır:

 

Olar ki, vəsf ediblər səfada Şirazı

Mənə güman yoxu tərcihi Hidcə Şirazı.

 

Ağır iqtisadi həyat şəraitində yaşayan şair şeirlərinin çoxunu bu mövzuya həsr etsə də onun əksər şeirləri təlimi səciyyədə və nəsihətamiz parçalardır. Şair şeirinin birində yazır:

 

Yalan danışma, dəğəl olma, xəlq ilən yol get,

Yetər muradına ol kim, gedər yolun düzünə

Əgər tapılsa vəfa bir nəfərdə qədrin bil,

Bu bir nəfər o vəfasızların dəgər yüzünə.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

 

***

 

Ölkəmizin abadlığı xalqımızın səadətidir

 

İllər boyu həsrətini səbirsizliklə çəkdiyimiz və xalqımızın sınğın ürəklərində olan bir arzuya və müvəffəqiyyətə firqəmizin rəhbərliyi və milli hakimiyyətimizin dayağı olan qəhrəman xalqımızın əli ilə çox ağır və dəhşətli mübarizələrdən və göz yaşları, ah-nələlərdən sonra malik ola bildik. Xalqımızın qəlblərində böyük bir yer tutan o arzularidi? Həqiqi demokratiya və azadlıq.

Bu dediyimiz həqiqi azadlığın mənası budur ki, xalqımız uzun illər boyu irtica hökumətinin dövründə çəkdiyi məşəqqətlərə və əsarət zənciri altında qalan məzlum millətimizin acı və dəhşətli günlərinə həqiqi demokratiya üsulu ilə tamamilə son qoydu və xalqımız həmişəlik olaraq səadətli bir günə malik oldu.

Mürtəce Tehran hökumətinin zamanında ölkəmizdə olan irtica məmurlarının məşum əqidələri sayəsində şəhərimizin bütün binaları və xiyabanları, hətta bağ-bağatları bayquşlar məkanı olub. Azərbaycanımızı xarabazarlıq halına çevirmişdilər. İndi cavan dövlətimiz ölkəmizin abadlığını, xalqımızın səadətini nəzərə alaraq bütün şəhərimizin asfalt olunması, xiyabanlarımızı gözəlləndirmək üçün ağac əkdirmək məsələsini irəli sürür. Milli hökumətimiz xalqımızın sağlamlığını nəzərə alaraq şəhərin daxilində olan tör-töküntülərin, zibillərin önünü almaqdan ötrü şəhər idarəmiz vəsiləsi ilə xiyaban və küçələrdə xüsusi zibil qutuları qoydurmaqla şəhərimizi tozluq və dumanlıqdan qoruyur.

Nəhayət, milli dövlətimiz çox çətinliklə azadlığımızı ələ gətirib xalqımızın ehtiyacatını çox az bir müddətdə təmin etdi. Buna görə də Azərbaycan xalqı Milli hökumətimizin rəhbərliyi sayəsində azadabad bir ölkədə yaşamaqla səadətli bir həyata malik oldu.

Yaşasın Milli hökumətimiz !

Yaşasın odlar alovlar ölkəsinin qəhrəman xalqı!

Ə.P.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

 

***

 

Qafar Herisçi (Kəndli): “Bu gündü, sabahdı, gedənlər qayıdacaqlar”

(əvvəli keçən sayımızda)

 

Oğlan, sənə nə, filankəs haradan gəldi, hara getdi? Sən bir kəndli babanın birisisən. Başuvu sal, çörək qazan! Biz bu hay-küydən çox görmüşük. Bura köhnə Təbriz deyərlər. Sən kəndlərdəki bəzi naməssəblərin (məzhəbsizlərin – red.) sözlərinə uyma! qədər bu lat-lut qışqırsalar, nəticəsi yoxdur, hər kim gəlirsə gəlsin, dövran yenə bizimdir. Mən qorxumdan nəfəsimi çəkib daha bir söz demədim, fəqət dilim tutar-tutmaz təklif ilə dedim ki, “buyurun içəri, çay hazırdır. Eşikdən qayıtmaq pisdir, kasıb evinə gəlməzlər?”

“Bu sözü sən idun dedin?”, - deyə birdən-birə əlini ağzına qoyub qışqırdı, “çayın da başuva dəysin, mayın da! Biz çay-may istəmirik. Fəqət sənin bu cür işlər ilən işün yoxdur. Bir bəzi qələtləri dartanda bizim sicilliyimizi öz aduvun quyruğuna bənd eləmə!”

Küçə qapısından çıxandaxudahafizəvəzinə axır sözləri bu oldu: “İnşallah, gələcək gündü, sabahdı, pişvaza gedənlər qayıdacaqlar....”

Ay qardaş, bir çubuq doldur, dalısın deyim, indi keçib deyirəm. Allahdan gizlin deyil, səndən gizlin. Yaxın zamanlarda şəhər həyatından yorulub qohum-tayfa ilə görüş şövqü başıma düşdü. Səhər nənəmə tapşırdım ki, mənim yolum üçün bir az çörək bağlasın. Özümü çəpə-çomaqƏmirbazarına yetirib kənddə olan bacım üçün bir qırmızı güllü köynək alıb evə qayıtdım. Mən qayıdandan sonra nənəm qonşulardan bir-ikisini çağırıb həfdərəm əttardan nisyə tütün alıb çubuqlaşırdılar. Qapı dalından xanımların sözlərinə qulaq asdım:

- Kişi, kim deyir ki, bir arvad ağıldan kəm olar, sənin-mənim, bəlkə Çörçilin həll edə bilmədiklərini Tükəz xalagil bircə-bircə həll eliyirdilər. Hər şəhərin xəbərləri bizim o kasıb komamızda dövr edirdi. Nəhayət ..... yol çörəyimi, aldığım donu bir köhnə dağarcığa basıb anam ilə görüşüb yola düşdüm. Xiyaban başında qədər gözlədim ki, bəlkə Bostanabad avtomobili gələ, gəlib çıxmadı. Lap darıxdım. Hey çubuq çubuq üstündən idi ki, doldururdum. Bir xəbər olmadı. Axırda yaxındakı qəhvəxanaya girdim ki, orada gözləyim. Əyləşdim, qəhvəçi bir çay qoydu qabağıma. Mən heyran-heyran qəhvəxananın divarına vurulan əkslərə baxırdım. Birdən gözüm bir neçə nəfərə düşdü ki, bir masanın dövrəsində oturub qabaqlarında qəlyan yavaş-yavaş söhbət edirdilər. Çox yaxşı yadımdadır, bir ruznamə (qəzet – red.) masanın üstündə idi. Başıvu ağrıtmayım, gözündə eynəyi olan çalsaç kişi ruznaməni əlinə götürdü, oxumağa başlayıb üzünü yoldaşlarına tutdu....

“Bu da ki, söz deyil, budur Çörçil azadlıqsevərlərə ultimatum göndərib”, - deyə başladı özündən toxumağa ki, “bu günə-sabaha üçüncü dünya müharibəsi düşəcək əgər azərbaycanlılar yerlərində oturmasalar, atom bombası ilə onların kəllələrini kəsəcəklər”.

O biriləri bu sözləri eşitcək həmin başlarını sevinc əlaməti ilə dolandırıb hey “İnşallahdeyə yağdırırdılar. Hamısından odlu-alovlu bir kişi dedi ki, “Allah Çörçili biz müsəlmanlara çox görməsin sözünüİnşallah, gedənlər , bu gündü, sabahdı, qayıdacaqlarcümləsi ilə qurtardı. Mən üzümü qoca yoldaşım Qəmbərquluya yaxınlaşdırıb bunların kim olduqlarını soruşdum. Qoca Qəmbərqulu hamını tanıyır dedi: “Rəhmətlik oğlu rəhmətlik! Məgər bunları tanımırsan? Bunların biri əmniyyə ajanı, o birisi məlum deyil, hansı idarədən qovulub. O ikisi Həştruddan qaçan mürtəcelərdəndirlər”.

Başuvı ağrıtmayım, avtomobil yetişdi. Qoca yoldaşım iləxudahafizeləyib yola düşdük. Mən bir güşədə sıxılıb oturmuşdum. Bala-bala bir-iki nəfər birinin dövərsinə yığışıb sözə başladılar ki, “görəsən işin axırı hara çatacaq? Bu lotular bizdən almaq istəyirlər?”

Cəmin içərisindən bir ala fırnığa bənzər ağa sözə başladı ki, “mən özümAzərbaycanruznaməsində oxudum ki, Mələkkənddə əyləşənlər bu gündü, sabahdı, Azərbaycan üstünə gələcəklər”.

Təsadüfən, mən o gün ruznaməni oxumuşdum. Nəhayət, uzun sözün qısası söz-sözü gətirdi, arşın bezi. Məlum oldu, bu ağalar Tehrana qaçan mürtəcelərin mübaşirləridirlər ki, indi əlləri toyuğun döşündən çıxıbdır. Bu əsnada avtomobil Bostanabada yetişdi.... Balaca uşaqlar Azərbaycan himnini oxuyurdular. Mənim boynum sınsın, ağlıma gəldi, öz-özümə dedim: “Bu gündü, sabahdı, gedənlər qayıdacaqlar”. Bu sözü bir balaca uşaq eşitdi, məni öz yoldaşlarına nişan verib başladılar gülməyə. Təzə nəsil bu sözlərəKəlilə Dimnə”nin hekayələri kimi qulaq asırdı. Birdə gördüm xırda uşaqlar mənim dövrəmi aldılar. Başladılar huya basmağa. Hey daş idi, kəsək idi, mənim dalımca atırdılar. Uy dəlidir qoymayınsəsi ərşə yetişirdi. Tab götürməyib qaçmağa üz qoydum. Öz yolumu bir evə saldım. Amma daha dilim tutmayırdı ki, “bu gündü, sabahdı, qayıdacaqlarcümləsini təkrar edəm.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946

 

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.- 10 aprel.- S.14.