Hafiz Mirzə: “Xilaskar” romanının ilk nüsxəsi min manata satıldı!”

 

Müsahibimiz yazıçı-publisist Hafiz Mirzədir. Onunla yeni nəşr olunmuş “Xilaskar” romanı barədə danışdıq

 

- Hafiz bəy, yeni kitabınız nəşr olunmuşdur. Sizi təbrik edirik!

- Uğurlu alınıbsa, təbikiniz halal olsun! Çiyinlərimdən ağır bir yük götü¬rül¬dü. Təxminən 5 il əvvəl tədqiqatçı-etnoqraf Qaib Quliyev və yazıçı Siyavuş Süleymanlı bizə gəldi və bu mövzunu mənim yaza biləcəyimi bildirdi. İmtina elə¬dim, təkid et¬dilər. Düz beş il idi yalnız bu romanla məşğul idim. Onu beş il idi yazırdım-po¬zurdum, qısaldırdım, əlavələr edirdim,.. Hər saat onunla yaşayırdım. Daha bir də¬fə redaktə etməyə daha gücüm qalmamışdı. İndi isə başqa problemlər var.

- Yəqin satışla bağlı problemi nəzərdə tutursunuz.

- Xeyr! Mən onu satmağı nəzərdə tutmamışam. Bu, çoxlarının bilmədiyi, min illər boyu digər dinlər, millətlər, hökmdarlar, imperiyalar tərəfindən yasaq edilmiş əsl tarix və İlahi həqiqətlər barədə kitabdır. Onunla biznes marağı günahdır! Kitab ədəbiyyatımıza və tariximizə eh¬san olunur. Amma onu kimə gəldi paylamaq fikrim də yoxdur. Ləyaqəti çatan, yəni oxu¬ma¬sını layiq bildiyim oxucuları özüm müəyyən edi¬rəm, hədiyyə verirəm və ya poçtla ün¬vanına göndərirəm- pulsuz-parasız. Təbii ki, mənim ta¬nı¬ma¬dığım, amma “Xilaskar”ı oxumağa layiq olan digər oxucular ola bilər. Buna görə “Akademkitab” mağazasına satış üçün və məhdud sayda vermişəm.

- Siz yeni kitabınızı satmaqda maraqlı görünmürsünüz? Niyə? Maddi im¬kan¬larınız çox genişdir, yoxsa satılacağına ümid etmirsiniz?

- Bilirsiniz, 70 X 100 formatı və təxminən 800 səhifəlik bir roman! Satış qiy¬məti 50 manatdan aşağı ola bilməz. Əsil oxucunun bu qiymətə kitab almaq imkan isə məhdud olacaq.Elə mənim imkanlarım da geniş deyil. Əlimə pul düşdükcə nəş¬riy¬¬yatdan 10-15 ədəd alıram. Əksər kitablarım “Ol” nəşriyyatında çap olunub deyə mə¬ni anlaşıqla qəbul etdilər və kitabı hissə-hissə götürəcəyimlə razılaşdılar. Sağ ol¬sunlar! Hələ¬lik yüzə yaxın kitabımı ala bilmişəm. Hamısını paylaya bilməsəm də qoyduğum pulu tam artıqlaması ilə çıxartmaq üzrəyəm.

- Bu necə olur? Həm satmırsınız, hədiyyə edirsiniz, həm də çəkdiyiniz nəş¬riy¬yat xərclərini çıxarda bilmisiniz!

- Bəlkə də inanmayacaqsınız, amma and içməyə də ehtiyac yoxdur; kitabı ilk hədiyyə etdiyim şəxs kitabın 3-cü səhifəsində bu romanda nələrdən bəhs ediləcəyi ba¬¬¬rədə qısa anonsu oxudu və qalxıb qonşu otağa keçdi. Bir konvert verdi və mə¬¬nə hədiyyə etdiyini bildirdi. Kitabın bir nüsxəsinə min manat qiymət qoy¬muş¬¬du. İmtina etməyin heç yeri yox idi. Sonrakı bəzi tanışlarımın, dostlarımın hədiyyəsi də ləyaqəti olub – sağ olsunlar.

- Mən “Xilaskar” romanını oxumamışam. Barəsində eşitmişəm, reklam rolikinə baxmışam, oxuyub bitirmiş bəzi ünlülərin facebok və tvitter üzərin¬dəki rəyləri ilə tanışam. Doğurdanmı “Xilaskar” romanı Azərbaycanın kitab bazarında belə yüksək dəyərə layiq görülür?

- Xeyr! Buna kitab bazarının qoyduğu dəyər deməyək. Bizdə kitab bazarı varmı heç?! Bunu mənim çox yüksək səviyyəli yazıçılıq məharətim də adlandıra bil¬mə¬rəm. Bu, sadəcə, bu romanda bəhs etdiyimiz həqiqətlərə verilən yüksək dəyərdir.

- Zəhmət deyilsə, bu romanda nələrdən bəhs edildiyi barədə danışardınız.

- Qısaca onu deyə bilərəm ki, “Xilaskar” romanında hadisələr bizim ən azı on min il əvvəldən gələn tariximizə və eyni zamanda müasir dövrümüzə söykənir. Bu barədə bu qədər açıq və geniş şəkildə heç vaxt və heç yerdə yazılmamışdır. Rəh¬mətlik Mirəli Seyidov “Azərbay¬ca¬nın mifik təfəkkürünün qaynaqları” kitabında bu həqiqətlərin çox kiçik bir qis¬mi¬ni, onu da mif olaraq qələmə almışdı. Son dövrlər Firudin Ağasıoğlunun “9 bi¬tik” kitabı daha geniş mənbə sayıla bilər. Və Firudin bəy qədim dövr səl¬na¬mə¬lərində və əski Sovetlər dövründə mif və ya əsatir olaraq qə-bul edilən dəyərləri ilk dəfə əsl tarix olaraq təqdim etməyə başladı. Tədqiqatçı Firudin Gilər Bəg bu barədə uzun illərdir ağır zəhmət çəkir və çox dəyərli tədqiqat nümunələri təqdim edir. Amma Sovet tarixşünaslığının köynəyindən çıxmış, saxta tarixi bilgilər üzərində alim olmuş şəxslər onu ciddiyə almır, yollarını qapadır, mənəvi təzyiqlər göstərirdilər. Dostum Qalib Quliyev də açdı sandığı, tökdü pam¬bığı. Mən isə deyilənlərə görə tamam eləmişəm! Zatən azərlərin ən qədim əsli elə “ağlar” adlanıb.

- Bizim ən qədim tariximiz barədə həqiqətlər nə üçün kimlərinsə xoşuna gəlməsin?

- Sizcə qeyd etdiyim xalqların milli-siyasi kəsimi Azərbaycan xalqının əc¬da¬dının Yer dünyasına göndərilmiş ilk və ən Ali bir xalq olduğunu qəbul edə biləcək qədər səmimi ola bilərmi? Günümüzün Qarabağ həqiqətlərini biz 30 ildir dünyaya qəbul etdirə bilmirik! Özlərini dünya mədəniyyətinin ağası, sahibi, ən ali irq hesab edən hegemon qüvvələrə daha fundamentaln nəyisə sübut etmək mümkündürmü? Demək olarmı ki, Yer kürəsi insan yetirməyə qadir deyil! Torpaq yalnız həşarat – ilbiz, soxulcan, ilan, milçək-flan yetirə bilər. İnsan Göydən gön¬dərilmiş varlıqdır. Zaman-zaman çox göndərilmələr olub. Deyək ki, ən sonuncu göndəriş Adəmdir. Amma Adəm gələrkən Yerdə həyat vardı, sivilizasiya vardı,.. Adəmin Tövratdan əvvəl 5760-cı ildə göndərildiyi qeyd olunur. Yəni təxminən 7781 il əvvəl! İngilis alimi Con Lubbosk bəşər tarixini 2,5 milyon ildən 35-12 min ilə qədər, yəni üst poliolit(Daş) dövrünə qədər dövrlərə bölür və insanlığı şüursuz, sürü halında hesab edir. Halbuki, okean suları altında qalmış qədim Lamuriya və Atlantanın mövcudluq və mədəniyyət tarixi bir neçə yüz min ildən o yana çatır. Darvinizm cəfəngiyyatı da bir yandan. Bunlar qondarma tarixlərdir. Allah insanı əvvəlcə şüursuz heyvan sürüsü kimi yaradıb, səhv etdiyini anlayar və ona sonradan şüur verərmi? Yer kü¬rəsinin bir tərəfində ibtidai icma quruluşu, digər yanında yüksək elm olub. İnsanlıq bioloji varlıq olaraq heç də təkamül prosesi nəticəsində , yəni tədricən inkişaf edə¬rək dəyişməyib.Afrikanın bəzi tropik meşələrində indi də ibtidai həyat yaşayan qə¬bilələrə rast gəlinir. Bəs onlar nə üçün təkamül prosesi keçirtmir? Çünki şüurlu in¬san göydən hazır göndərilib. Gəlmiş və əvvəlki dövrlərdə gön¬dərilmiş, heç da¬nışmağı da bacarmayan və missiyası başa çatmış ibtidai insanlığı irəli aparıb. 200 min il əvvəl Sakit okenanın əhatəsində qədim Lamuriya, Atlantik okenanın əha¬tə¬sində isə Atlanta qitələri və çox yüksək inkişaf etmiş xalqlar (lamurlar, mular, at¬lantlar) olub. Yer kürəsinin litosfer pilitələrinin hərəkəti nəticəsində çox şey də¬yişib, okeanlar, qitələr batıb, kiçilib, böyəlib, su altında qalıb. Məsələn, bizim Xəzər dənizi qədim Tetris okeanının qalığıdır. Hindistan yarımadası vaxtı ilə okeanın ortasında olub, amma layların minllik hərəkəti nəticəsində Aziyaya birləşib, qurunu sığaraq Himalay dağlarını, Everest zirvəsini yaradıb. Eləcə də qədim Mu qitəsi sakit okeanın suları altında qalıb. Qədim lamurlar qitə su altına getdikcə Aziyaya köçüb və burada onlara genetik yaxınlığı olan ağlarla birləşib. Nəticədə yaranan qədim azlar, maqlar, muğlar dünya elminə, mədəniyyətinə çox böyük töhvələr veriblər. Onlarda olmuş yüksək elm indi Avropada maqiya kimi istifadə olunur. Maqların (muğların) dua avazı muğam adlanıb və hələ də yaşamaqdadır. Almaniyanın bir tədqiqat institutu Misir firoonlarının qədim türk kökənli olduğunu sübuta yetirib. Ən qədim türklər isə Ön Aziyanın aparıcı xalqı olan azərlərdir. Misir piramidalarının kimlər tərəfindən və necə tikilməsi də əslində məlumdur. 25 tonluq qaya parçalarını düzgün kəsən uzaq məsafələrdən səhranın ortasına daşıyan və sirləri hələ də tam açılmayan piramidaları ucaldan da bizim əcdadımız maqlar olmuşdur. Piramidalar Yer antenası rolunu oynamaqdadır. Qurani-Kərimdə 18 min aləmdən, 124 min pey¬ğəmbərdən söz açılır.

- Baqa? Bakı! Bəlkə bu kitabda nəhayət ki, bizim Novruz bayramı barədə də əsl həqiqətlərdən bəhs olunub?

- Novruz bayramı əslində qədim azların Zərban, yəni Günəşin 7-ci ZƏR evindən-banından düşdüyü günə görə keçirmişlər. Zər, nar, qız...bunlar Günəş deməkdir. Azərlər qədim Günəşsevərlər olmuş, Allaha Günəş vasitəsilə çatmağa can atmışlar. İnsana ruh Allahdan (Tanrıdan), can isə Günəşdən gəlir. Bizim ölkənin adı Az-ər-bay-can olmaqla tam doğrudur. Kürdən yuxarı ərazilər qədim Qazpiana , dəniz isə Qazpi (Kaspi) və ya Qazər adlanmışdır. Soruşacaqsınız ki, Baqa nə üçün və necə süquta uğramışdır? Mən də deyəcəyəm ki, bütün bunların cavabı romanda daha geniş verilib. Bu məsələlər barədə bir neçə kəlmə ilə nəsə izah etmək çətindir. Türklər Altaydan deyil, Ürmiya gölü ətrafından bütün dünyaya yayılmışdır. Soruşacaqsınız ki, qədim maqlar buralara haradan gəlmişdir? Deyəcəyəm ki, gəlməmişdir, buradan bütün dünyaya yayılmışdır!

- Bəs deyirdilər türklər Qafqaza, yəni Ön Aziyaya Altaydan gəlmişdir.

- O,qondarma “Altay nəzəriyyəsi”nə görə elə idi. Əsl həqiqət “Urmi nəzə¬riyyəsi”ndədir. Dedim axı, gəlməmişik, biz buradan yayılmışıq! İndiki Anadolu türkləri biz azərlərin övladlarıdır. Osmanlının əcdadı Oğuzun Bayat elinin qayı tay¬fa¬sındandır. Türklərin “Ata yurdu Azərbaycan!” ifadəsində böyük tarixi həqiqətlər yatır. Qay Yuli Sezarın da, vikinqlərin, norveçlilərin, Alixandr Maqedonskinin də əcdadı bizimkilərdir. Bunu norveç alim səyyahı Kurt Heyerdal da sübut etdi. Eynən Qobustandakı petroqliflər Norveçdə də var. Qaya üstündəki on insan silueti buraya göydən ilk göndərilən on ağüzlüyə işarədir. Və sair və ilaxır!

- Deməli, “Xilaskar” romanı bu cür həqiqətləri ehtifa edir?! Kifayət qədər dartışmalı məsələlərdir.

- Dartışmalı yox, məncə etiraf olunmalı və qəbul edilməli həqiqətlərdir. Romanda bütün bunlar təkcə tarix kontekstində verilmir, həm də tarixin fəlsəfəsi ilə şərh olunur. Məhz buna və metafizik forma və metodlara görə roman sıravi oxucu üçün nəzərdə tutulmur. Siz bu romanı oxuyarkən kainat şüurunun nə demək olması və Qeyb aləmi barədə geniş bilgilər əldə edəcəksiniz. Əsərin qəhrəmanı Oğuzxan Ağsaqlı tarixçi alimdir. O bütün bunları, xüsusən də azərlərin qədim Günəş elminin, Buğa mədəniyyətinin bəşər mədəniyyətinin inkişafında mühüm rolunu sübuta yetirmək üçün doktorluq elmi işini Rusiya Elmlər Akademiyasına saldırmışdır. Onun opponentləri rus, yəhudi, erməni alimləridir. Orada onu qəbul etməyəcəklərini bilir, amma dünyaya səs salmaq üçün həqiqət toxumlarını Moskvada səpir. Bu toxumların cücərməsi üçün Moskva elmi dairələri mühüm əhəmiyyət daşıyır.

- Doğurdan da, hələ ki, böyük həqiqətləri elmi müstəvidə təsdiq və əsl tarixçi olma¬yanlara da qəbul etdirmək çox çətindir.

- “Xilaskar” romanı ilə dünyaya böyük tarixi və elmi həqiqətlərin mesajını verə bilərəmsə, çox xoşbəxt olaram. Xilaskarlıq həm də bir mis¬siyadır; dini, siyasi, elmi, mənəvi xarakterli. Hər kəs “Qeyb aləminə” keçə, kainat şüuruna qoşula və əsl xilaskar ola bilər. İnsan əvvəlcə özünü yalanlardan xilas etməliidir. Yer dünyasında yalanlardan xilas edilməli çox həqiqətlər var. Hamısının açarı göylərdədir!Biz bu romanda üzümüzü göylərə tutmağa çalışdıq.

 

 

Xalq Cəbhəsi.- 2021.- 13 aprel.- S.15.