Vətən sevgisinin  müqəddəslik zirvəsi

 

Sadiq Şahin oğlu Bağırzadə Vətəninə, xalqına ülvi bir məhəbbətlə bağlanmışdı. Elə ikinci Qarabağ müharibəsində onu şəhidlik zirvəsinə aparan da bu ilahi sevgi oldu. Sadiq müharibə meydanında son nəfəsinə qədər erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq adını canı, qanı bahasına torpağı Vətən edən oğulların cərgəsinə yaza bildi. İndi doğulub boya başa çatdığı Astara öz şəhid oğlu ilə fəxr edir, qürur duyur.

Evin tək oğlu olan Sadiq Astara rayonu, Ərçivan qəsəbəsində sadə bir ailədə anadan olub.

Atası Şahin deyir ki, Sadiqin Vətəni, elini sevən övlad olacağı kiçik yaşlarından mənə bəlli idi: “Azərbaycanın üç rəngli bayrağını dünya idman arenalarında ucaltmaq məqsədilə 8 yaşında özünü idmana bağladı. Günlər, aylar bir-birini əvəz etdikcə Sadiq çox güclü boksçu kimi sevilməyə başladı. Məktəbdə yaxşı oxumaqla bərabər, Astara Boks Mərkəzində məşq edirdi. Tanıyanlar onun böyük gələcəyindən danışırdı. Dəfələrlə rayon, respublika yarışların qalibi oldu Sadiqə hərbi xidmətə getməsinə lap az qalmış boks üzrə Azərbaycan birinciliyində bürünc medal, Baki birinciliyinin isə qalibi adını qazandı. Qələbə ilə evə dönəndə mənə “Ata, bir gün Xocalı faciəsinin qisasını erməni işğalçılarından alacağam” deyərdi. Sadiq Vətən müharibəsində də hünər göstərdi. Döyüş yoldaşlardanMurov aslanı” ləqəbini qazandı. Dövlət oğlumu unutmadı. O “Vətən uğrunda”, “Cəsur döyüşçümedallar ilə təltif olundu”.

Qeyd edək ki, Sadiq Şahin oğlu Vətənə borcunu vermək üçün 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. İdmançı olduğunu nəzərə alıb onu Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə götürürlər və kəşfiyyatçı kimi təlimlərə başlayır. Təlimlərdə cəsurluğu, çevikliyi həmişə Sadiqi diqqət mərkəzində saxlayır. Dörd aydan sonra Vətən müharibəsi başlanır. Sadiq düşmənlə döyüş meydana xüsusi bacarıqlara malik bir kəşfiyyatçı kimi atılır. Onun Murov yüksəkliyinin azad edilməsində göstərdiyi hünər heç vaxt yaddaşlardan silinməyəcək. Sadiq döyüş yoldaşlarıyla birlikdə çətin sıldırımlı dağ yollarını keçməklə iki gün ərzində 16 erməni postunu sıradan çıxarır, çoxlu sayda düşməni məhv edir.

Ruhu şad olsun!

 

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq Cəbhəsi.- 2021.- 24 aprel.- S.4.