Qarabağda dağ-mədən sənayesi inkişaf etdiriləcək

 

Qarabağ faydalı qazıntılarla və mineral sularla çox zəngindir. Burada 160-dan çox faydalı qazıntı yataqlarına, o cümlədən qızıl, gümüş, mis, əlvan metallar, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gils. rast gəlinirr. Bu yataqlar işğal dövründə ermənilər tərəfindən talan edilsə də, indi həmin təbii resurslar Azərbaycan dövləti tərəfindən istimar ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Paşa bankASC-nin birgə təşkilatçılığı ilə “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlarinkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə də ölkənin dağ-mədən sektorunda aparılan islahatlar, yeni maliyyə mexanizmləri, sektorda dövlət inzibatçılığı məsələləri və sahənin inkişaf pespektivləri müzakirə edilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması, mədən sənayesində şəffaflığın təmin edilməsi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən həyata keçirilən işlər, mədən tullantılarının və təbii resursların səmərəli idarə olunması istiqamətində qəbul edilən qərarlar, hərraclar vasitəsi ilə yerin təkinin istifadəyə verilməsi barədə məlumat verib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli yerin təki haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə vahid inzibatçılıq mexanizmlərinin təmin edilməsi barədə danışıb. Dağ-mədən sektorunun böyük inkişaf potensialı olduğunu qeyd edən O.Nəzərli hər bir iqtisadi seqmentin inkişafının bu sektorun şəffaf fəaliyyəti, aydın qanunvericilik bazası, effektiv nəzarət mexanizmlərinin tətbiqi ilə mümkün olduğunu bildirib. Qeyd edilib ki, hazırda İqtisadiyyatEkologiya və Təbii Sərvətlər nazirlikləri arasında bu sahədə həyata keçirilən işlərin tənzimlənməsi məqsədilə sıx koordinasiya qurulub. Ölkə başçısının yerin təkindən istifadə ilə bağlı mexanizmlərinin təkmilləşdirilməsi bu sahəyə dövlət nəzarətinin gücləndirilməsini nəzərdə tutan müvafiq Fərmanından irəli gələrək hər iki nazirliyin nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb, bu sahənin inkişafı üçün strateji hədəflərin müəyyən olunması, bu sahədə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması yollarının birgə müzakirəsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə faydalı qazıntıların çıxarılması ilə bağlı məsələlərin üzərində intensiv işlər həyata keçirilir. O.Nəzərli yerin təki haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə vahid inzibatçılıq mexanizmlərinin təmin edilməsi ilə bağlı görülmüş işlər, həmçinin yerin təki istifadəçilərinə əlverişli şəraitin və investisiya mühitinin yaradılması ilə bağlı bu il vergi qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər barədə məlumat verib.

Qarabağın gələcək iqtisadiyyatında dağ-mədən sənayesi mühüm yer tutacaq, regionun sənayesinin dirçəldilməsinə, yeni yerlərinin yaradılmasına, ölkənin ixrac potesialının artırılmasına önəmli töhfə verəcək. Yeni yaradılmış Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ölkədə regional iqtisadi inkişafda əhəmiyyətli çəkiyə malik olacaq. Dağ-mədən sektoruna böyük həcmdə maliyyə resursları tələb olunacaq. Çünki bu sektor investisiya tutumlu sahədir. Həm də Qarabağın dağ-mədən sənayesi rəqabətqabiliyyətlidir. Bütün bu amillərlə yanaşı, nəzərə almaq lazımdır ki, Qarabağın iqtisadiyyatının bərpası və inkişaf etdirilməsi yaxın onillikdə hökumətin əsas hədəflərindəndir. Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi də daxildir. Nəzərdə tutulan layihələrin reallaşdırılması Qarabağda iqtisadi canlanmaya səbəb olacaq. Qarabağa Böyük Qayıdış reallaşdırıldıqdan və yerli iqtisadiyyat dirçəldildikdən sonra bu iki böyük iqtisadi rayon sosial-iqtisadi cəhətdən özünü təmin etməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək, yerli sənaye yenidən inkişaf edəcək, ixrac potensialı artacaq. Cünki Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensialainkişaf perspektivlərinə malikdir.

Qarabağ torpaqları düşmən işğalından azad edildikdən sonra oradakı yataqların işlənməsi və mədən sənayesində hasilatın artıırılması üçün yeniböyük imkanlıar yaranıb. Əlbəttə, bu müəyyən vaxt tələb etsə də, 10 il sonra bu sahədə böyük nəticələrin əldə ediləcəyi gözləniləndir. İşğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır. Sözsüz ki, xarici dağ-mədən şirkətlərinin mədən layihələrinə cəlb olunması bu sektorun canlanmasına səbəb olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər verlib. Dağ-mədən sahəsinin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə “AzerGoldQSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası da hazırlanıb. Sözügedən strategiya dövrün dəyişən iqtisadi tələbləri nəzərə alınmaqla yenilənir. İcrası həyata keçirilən strategiya çərçivəsində əlvan metallar üzrə 2025-ci ildən dövlət büdcəsindən asılılığın tam olaraq aradan qaldırılması hədəflənir. “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi, layihələrə 16 minədək işçinin cəlb edilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunda yeni məşğulluq imkanları baxımından çox əhəmiyyətlidir.

AzerGold” QSC tərəfindən artıq Qarabağla bağlı qızıl sikkələr satışa çıxarılıb. Belə ki, Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunanQarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə qızıl sikkə kolleksiyaları istehsal edilərək qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə satışa çıxarılıb. Müsabiqədə birinci yerin qalibi seçilmiş layihə əsasında istehsal edilən “Qarabağ inciləri” kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələr təsvir olunub. Müsabiqənin “İzləyici rəğbəti” nominasiyası üzrə qalibinin layihəsi əsasında hazırlanan digər sikkə kolleksiyası isə Azərbaycanın musiqi ocağı, mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinə həsr edilib.

Şərqi Zəngəzur iqtisadi rayonunda əlvan metallurgiyanın inkişafı üçün potensialı vardır. Ərazisində qızıl, civə, xromit, mərmər, perlit, üzlük tikinti daşları koral, və s. faydalı qazıntı ehtiyatları var. Təkcə Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan AğduzdağTutxun qızıl yataqları mövcuddur. Habelə sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olanmişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olanyüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı var.

İşğaldan azad olunan Qarabağda bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsində hələlik daha çox dövlət büdcəsinin vəsaitlərindən istifadə olunur. Dövlət vəsaitləri daha çox infrastrukurun qurulmasına yönəldilir, sahibkarların vəsaitləri isə yerli istehsalın və biznesin inkişafına cəlb ediləcək. Ancaq iqtisadiyyatın dircəldilməsində, o cümlədən dağ-mədən sənayesinin inkişafına yerlixarici sahibkarların sərmayələri cəlb oluna bilər. Qarabağda sahibkarlar vergirüsumlardan da azad ediləcək ki, bu da regionda biznes üçün mühüm stimullaşdırıcı amildir.

 

Mahir Həmzəoğlu

 

Xalq Cəbhəsi.- 2021.- 16 dekabr.- S.12.