“Azərbaycan”
qəzetinin səhifələrində
73-cü
yazı
“Vətən dili”
Birinci kitab. İbtidai siniflər üçün nəşr olundu. Ümdə satılan yeri “Maarif” mətbəəsi.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946
***
Həsən Nəsirzadə: "Milli mətbuatımız"
Azərbaycanda Milli Hökumətinin qurulması ilə Azərbaycan milli mətbuatımızın tərəqqisi və təkamülü üçün yeni bir inkişaf dövrü açıldı. İndiyə qədər öz ana dilində qəzet, jurnal və kitablardan məhrum olan xalqımız artıq milli mətbuata sahib olmuşdur. Azacıq müddətdə əmələ gəlmiş böyük dönüş mətbuatımızın gələcək inkişafından parlaq nümunədir.
Mətbuatımızın fövqəladə tərəqqi etməsi Azərbaycan dilinin nə qədər dərin və ləyaqətli olmasını sübut etməklə fars şovinistlərinin alçaq nəzəriyyə və iftiralarını silib aradan apardı. İndi xalqımızın öz doğma ana dilində qəzet və jurnalları oxuyub yaxşı başa düşürlər. Hətta az savadlılar belə qəzet oxumağı özlərinə adət etmişlər.
Odur ki, Azərbaycan millətinin hər dərdini yaxından düşünən, ona dərman axtaran, xalqımızı qələbələrdən qələbələrə doğru aparan Azərbaycan Demokrat Firqəmiz Milli hökumət ququlmamışdan qabaq bu haqda müqəddəs Məramnaməsində mühüm maddələr qəbul etmişdi. Çünki hər bir millətin tərəqqisi onun mətbuatı ilə sıxı surətdə əlaqədardır. Milli hökumət qurulandan sonra isə bu həqiqət həyata keçirilməkdədir.
Hələ irtica və istibdadın Azərbaycanda ağalıq edib qılınc oynatdığı zamanlardabütün mübariz qəzetlərimiz xalqımızın azadlığını əldə etmək üçün irtica və istibdadın zülmlərinə qarşı amansız və kəsgin silah olmuşdur.
Azərbaycan xalqının ana dilində yazmağa əvvəl dəfə qədəm qoymuş “Azərbaycan” qəzeti istər birinci və istərsə də ikinci dövrəsində xalqımızın ürək sözlərini yazmaqla irtica və istibdada qarşı barışmaz bir mübarizə aparmışdır, istibdad və irticaynın bütün hiylə və zülmlərini nəzərə çatdırmağa müvəffəq olmuşdur. “Azərbaycan” qəzeti ilə bərabər qəzetlərimizdən “Yeni Şərq”, “Cövdət”, “Ədəbiyyat səhifəsi” və “Azərbaycan ulduzları” jurnalı da yorulmadan irtica və istibdada qarşı mübarizə aparırdılar.
Bu mübariz qəzetlər Azərbaycanın mətbuat tarixində qızıl hərflərlə yazılmağa layiqdir.
Azərbaycanda Milli hökumətin qurulması Azərbaycan mətbuatının inkişafına var qüvvəsilə kömək etməsilə bərabər həmin yuxarıdakı qəzet və jurnalların daha müvəffəqiyyətlə işləməsinə imkan yaratdı. Az bir müddətdə Təbriz və Azərbaycanın vilayət mərkəzlərində yeni qəzet və jurnallar çap olunmağa başladı.
Bunlardan çox müvəffəqiyyətlə inkişaf edən mətbuat orqanları sırasında Urmiyada nəşr olunan “Urmiya”, Zəncanda “Azər”, Miyandabda “Vətən”, Təbrizdə “Azad millət”, “Qələbə”, “Şəfəq”, “Şairlər məclisi” jurnal və qəzetlərini göstərmək olar.
Qəzet və jurnallarla yanaşı olaraq ana dilində çoxlu miqdarda kitablar da buraxılmışdır.
Bunlar hamısı Azərbaycanda milli mətbuatın inkişaf etməsinin canlı sübutdur. Bu böyük müvəffəqiyyətlər bizi qane edə bilməz. Biz mətbuatımızın inkişafı üçün daha da çox və yorulmadan çalışmalıyıq...
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946
***
Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar
Toxucu fabrikinin fəhlələri tərəfindən
Tehran. Azərbaycan xalqının sevimli nümayəndələrinə və onun rəisi Azərbaycan Milli Hökumətinin Baş naziri Pişəvəri cənablarına.
Üzü: Təbrizdə çıxan “Azərbaycan”, “Azad millət”, “ Yeni Şərq” və Tehranda nəşr olunan “İran-e ma”, “Rəstaxiz-e İran”, “Dad”, “Rəhbər” və “Mərdom” qəzetlərinə. Biz, toxucu fabrikinin fəhlə və qulluqçuları, Tehrana getmiş sevimli nümayəndələrimizdən müzakirə zamanı aşağıdakı yazdığımız arzuları həyata keçirmələrini tələb edirik:
İllər boyu babalarımız və cavanlarımızın tökülmüş pak qanları bahasına aldığımız azadlığı və Milli hökumətimizin İran daxilində qorunmasını, İranda həqiqi demokratik bir hökumətin qurulmasını və İranın o biri əyalət və vilayətlərində azadlığın təmin edilməsini müzakirə zamanı nəzərə almağınızı 5 miyon Azərbaycan xalqı adından tələb edirik. Biz nümayəndələrimizə inanırıq və yuxarıda göstərilən tələblərimizin həyata keçməsi üçün bütün xalqımız ilə bərabər canımızdan keçməyə hazırıq.
Toxucu fabrikinin fəhlələri tərəfindən: Rzazadə, Səməd Sərhəddar, Mirkayıl Çeşmazər, Cavad Süsəni, Məhəmmədəli Müqtədir, İslam Ələkbərzadə, Həsən Fəramuş və başqaları.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946
***
"İran" fabrikinin fəhlələri tərəfindən
Tehran: Azərbaycan xalqının inanılmış nümayəndələrinə və onu rəisi Azərbaycan Milli Hökumətinin Baş naziri Pişəvəri cənablarına
Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “İran-e ma”, “ Mərdom”, “Zəfər” və “Rəstaxiz-e İran” qəzetlərinə
Biz, "İran" fabrikinin 230 nəfər fəhləsi, öz möhtərəm nümayəndələrimizdən danışıq və müzakirələrində Azərbaycanın azadlığı və Milli hökumətin İranın istiqlalı hüdudunda qorunması ilə bərabər bütün İranda demokratik bir rejimin qurulmasını və İran millətinin hüququnun qorunmasını istəyirik. Bu yolda Azərbaycan xalqı qocalı, kişili, arvadlı, uşaqlı hamısı bir nəfər kimi hazırdır.
230 nəfər fəhlə tərəfindən: Əkbər Qafari, Mahmud Çarşıyan, Əhməd Seyidçiyan, Məşədi Əkbər, Məhəmməd Tağızadə, Hacı Məcid, Məşədi Qulu Vəlipur, Cəfər.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946
***
Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar
"Xosrəvi" fabrikinin fəhlələri tərəfindən
Tehran. Azərbaycan hökumətinin nümayəndələri və Milli hökumətinin Baş naziri Pişəvəriyə
Üzü: Azərbaycanda çıxan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” qəzetlərinə və Tehranda çıxan “İran-e ma”, “Rəhbər”, “Dad”, “Rəstaxiz-e İran” və “Zəfər” qəzetlərinə. Biz, "Xosrəvi" fabrikasının 300 nəfər fəhləsi, Azərbaycan hökumətinin hörmətli nümayəndələrindən, xüsusən Baş nazirimiz Pişəvəridən milli azadlığımızın, İran millətinin azadlıq və hüquqlarının, İranın istiqlalı hüdudunda Azərbaycan xalqının Milli hökumətinin və azadlığının qorunması, İranda həqiqi demokratik bir rejimin yaranmasını istəyirik. Bu yolda Azərbaycan xalqı heç bir fədakarlığı əsirgəmədiyi kimi bu azadlığı qanları ilə saxlamağa hazırdırlar.
"Xosrəvi" fabrikinin fəhlələri tərəfindən: Kərbəlayi İbrahim, Məşədi Yusif, Ərşaq, Mirəli Əsgər, Məhəmmədəli Dibai, Məşədi Rza, Böyükağa, Abbas Məqami, Mərhəmət xanım.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946
***
Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar.
Kibrit fabrikinin
fəhlələri tərəfindən.
Tehran. Azərbaycan xalqının və Azərbaycan Demokrat Firqəsinin əziz nümayəndələrinə.
Üzü: Təbrizdə nəşr
olunan “Azərbaycan”,
“Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Mərdom”, “İran-e ma”, “Rəstaxiz-e İran” və “Dad” qəzetlərinə.
Biz, kibrit fabrikinin 621 nəfər fəhləsi,
öz sevimli nümayəndlərimizdən müzakirə
zamanı Azərbaycan
xalqının tarix boyu İran xalqının azadlığı
və səadəti yolunda göstərdiyi fədakarlıqları nəzərə
almalarını, bu gün öz milli azadlığımızı
qorumaqla bərabər
bütün İranın
əyalət və vilayətlərində həqiqi
demokratik azadlığın
qurulmasını tələb
edirik.
Azərbaycan xalqının və İran millətlərinin
də həqiqi demokratik rejim ilə idarə olunmasını, Azərbaycanın
milli azadlığının
İranın daxili hüdudunda qorunmasını
möhtərəm nümayəndlərimizdən
istəyirik. Buna görə
də 5 milyonluq Azərbaycan xalqı adından öz nümayəndlərimizə xalqımızın
bu arzularını yerinə yetirmələri
üçün artıq
dərəcədə ciddiyət
göstərmələrini və bu işdə
müvəffəqiyyətlər əldə etmələrini
arzu edirik.
621 nəfər kibrit fabriki fəhlələri tərəfindən: Əkbər
Məhəmmədəli, Əlihüseyn
Pur Nəcəfi, Tağı Mehmanzadə, Məhəmməd Siyahcani,
İbrahim Şeşgilani,
Əsəd Əcəbi,
Fərşbab Həmid,
Həmid Şişesaz,
Həsənpur, Əli
Nəsiriyan, Behzadi,
Mahmud Həqiqi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946
***
Kəlküttəçi fabrikinin fəhlələri
tərəfindən.
Tehran. Azərbaycan Milli Hökumətinin nümayəndələri və
onun rəisi Baş nazir Pişəvəriyə.
Üzü: Təbrizdə nəşr
olunan “Azərbaycan”,
“Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Zəfər”, “Mərdom”,
“İran-e ma”, "Rəstaxiz-e
İran” və “Dad” qəzetlərinə.
Biz, "Kəlküttəçi" fabrikinin
800 nəfər fəhləsi,
öz hörmətli nümayəndələrimizdən görüş və müzakirələrində cavan
milli hökumətimizin
və milli azadlığımızın İran
daxilində və bütün İran millətlərinin hüquqlarının
da toxunulmaz qalmasını istəməklə
bərabər İranın
bütün əyalət
və vilayətlərində
azadlığın bərqərar
olmasını istəyirik.
Biz, 5 milyon Azərbaycan
xalqı həmişə
azadlığın dayağı
olduğumuz üçün
hamımız bu yolda hər cür fədakarlığa
hazırıq.
Səkkiz
yüz nəfər fəhlə tərəfindən:
Məşədi Mirtağı,
Məhəmməd İbrahim,
Məhəmmədəli, Həsən
Qara, Məşədi
Əli, Mirzə Mehdi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946
***
Firqə üzvləri tərəfindən.
Tehran. Azərbaycan xalqının nümayəndələri
və Milli hökumətin Baş naziri Pişəvəriyə.
Üzü: Təbrizdə nəşr
olunan “Azərbaycan”,
“Azad millət”, “Yeni Şərq”, Tehranda nəşr olunan “Necat-e İran”, “İran-e ma”, “Mərdom”, “Rəhbər”, “Zəfər”,
“Dad” və “Rəstaxiz-e
İran” qəzetlərinə.
Biz, 2-ci homənin şəhər
komitəsinin 1100 nəfər
üzvləri, öz möhtərəm nümayəndələrimizdən
danışıq və
müzakirələrdə Azərbaycanın
azadlığının və
milli hökumətinin
İranın istiqlalı
hüdudunda toxunulmaz qalmasını istəməklə
bərabər bütün
İranda demokratik bir rejimin qurulmasını
və İran millətlərinin toxunulmaz
qalmalarını da siz nümayəndələrdənn
tələb edirik. Bu yolda Azərbaycan
xalqı qocalı, kiçikli, qadınlı,
kişili hamısı
bir nəfər kimi hazırdır.
1100 nəfər firqə üzvləri tərəfindən:
Doktor Nəsrullazadə,
Bağiri, Həsən
Mahmudzadə, İrantac,
İsmayil Rəhimi, Yadulla Rəzzaqi, Cəfər Fədai, Mehrəli Nobəri, Doktor Bağiri, Cəfər Qələhai,
Cəlil Qaracadaği,
Təbətəbai, Rza
Səbbah, Kazım Kuzəkani.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946
***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran
tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin
müdiri, tarix üzrə
fəlsəfə doktoru, dosent
Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 2 fevral.-
S.14.