Ermənilər işğal
zamanı abidələrin məhv edilməsini planlı şəkildə
həyata keçiriblər
Ermənilər Azərbaycan torpaqlarının işğalı zamanı tarixi abidələrimizin dağıdılıb məhv edilməsini planlı şəkildə həyata keçiriblər. 44 günlük Vətən müharibəsində böyük qələbə ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra mühüm vəzifələrdən biri də işğalçı Ermənistanın Azərbaycana vurduğu ziyanı beynəlxalq standartlar əsasında hesablamaqdır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov beynəlxalq standart anlayışına aydınlıq gətirərək bildirir ki, bu məsələdə dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələr başa düşülür: “Standartlaşdırma ictimai fəaliyyətin geniş sahəsini əhatə edir. Özündə elmi, texniki, iqtisadi, estetik, mədəni, siyasi və s. sahələri əhatə edir. Bütün bunlar standartlaşdırmanın istifadəsi sayəsində həyata keçirilir. Bu sistem müxtəlif sahələrdə qayda, xidmət və s. haqqında standartları yaradır. Burada standartlaşdırmanın məqsəd və vəzifələrini təyin edir. Beynəlxalq qiymətləndirmə stanadartları haqqında standartlar Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə (İnternational Valuation Standarts Committee - İVSC) tərəfindən hazırlanır. Təşkilat 1981-ci ildə Kral İnstitutu (Böyük Britaniya) tərəfindən sertifikat verilmiş qiymətləndiricilərin təşəbbüsü ilə yaradılıb. Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə 50-dən çox ölkənin peşəkar qiymətləndiricilər birliklərini birləşdirir”.
Abidələrin zədələnməsinə, korlanmasına və ya tamamilə məhv olmasına müharibə amili nəticəsində abidələrə qarşı tətbiq edilən vandalizm hərəkətlərindən başqa, abidələrin korlanıb sıradan çıxmasına aşağıdakı digər hallar da səbəb ola bilər: ölkələrdə svilizasiyaların və tarixi proseslərin dəyişməsi, ölkənin işğal edilməsi; müxtəlif təbiət hadisələri, o cümlədən ildırım vurmaları; torpaq aşınmaları; zəlzələlər və s. Böyük yaşayış massivlərində, eləcə də sənaye şəhərlərində aparılan abadlıq-quruculuq işləri də abidələrin dağılmasına, korlanmasına və ya tamamilə məhv olmasına səbəb ola bilər. Hətta sülh dövründə abidələr nəzarətsiz qaldıqda, abidə ətrafında aparılan özbaşına abadlıq-quruculuq işləri, binaların və ya ticarət obyektlərinin tikilməsi, abidələrdən tamah məqsədi ilə istifadə edilməsi və ya abidə ətrafında icazəsiz qazıntı aparılması işləri də yolverilməzdir. Bu hallar abidələrin korlanmasına və tez sıradan çıxmasına səbəb olur.
Araşdırmaçının fikrincə, işğal zamanı həmin ərazilərdə azərbaycanlıların inanc yerlərinin, islam dini abidələrinin dağıdılıb məhv edilməsini ermənilər planlı şəkildə həyata keçiriblər, yaşayış massivlərindən uzaqlarda, dağ gədiklərində, ucqarlarda nəzarətdən kənarda qalan xristianlığa qədər və ya xristianlıq dövrü abidələrinin korlanmasını təbiət hadisələri sürətləndirib. İnzibati yaşayış mərkəzlərində yerləşən xristianlıq dövrü abidələrinin korlanmasına və formalarının dəyişməsinə ermənilərin həyata keçirdikləri erməniləşdirilmə siyasəti və qeyri-qanuni bərpa və quruculuq işləri səbəb olub. İşğaldan azad olunmuş ərazilərdə mədəni irs potensialının əsasını arxeoloji abidələr təşkil edir. Bu ərazilərdə arxeoloji abidələrin çoxluğu dəyərli obyektlərin xüsusi ümumiləşdirmə və sistemləşdirmə yolu ilə tətqiq edilməsi şəraitini tələb edir.
Nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qalıb, onların bir çoxu tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinib. Xocalı rayonundakı Xocalı, Əsgəran, Xankəndi kurqanlarını, Ağdam rayonunun Kültəpə kurqanlarını, Laçın, Kəlbəcər rayonları ərazilərindəki onlarla kurqanları ermənilər tamamilə dağıdaraq hətta coğrafi xəritədən belə siliblər. Qeyri-qanuni qazıntılar zamanı kurqanlardan tapılan bir çox məişət əşyaları, bəzəklər və ov alətləri Azərbaycan ərazilərindən çıxarılaraq Ermənistana aparılıb. Ermənilər tərəfindən Azərbaycandan çıxarılan daşınan tarix və mədəniyyət abidələrinin ümumilikdə dəyəri milyardlarla manat vəsaitlə ölçülür. Dağıdılan arxeoloji abidələrin sayı isə hələlik dəqiq məlum deyil.
Qeyd edək ki, insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələrinin olduğu güman edilən ərazilər arxeoloji abidələr sahəsinə daxildir:
- Arxeoloji abidələr sahəsinə o cümlədən, qədim yaşayış məskənləri, ibtidai insan düşərgələri, magaralar, eləcədə kənd və şəhər qalıqları. Qədim müdafiə sistemləri və istehkamlar, daş və torpaq sədlər o cümlədən ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları;
- Dini xarakterli ərazilər yəni ziyarətgahlar, qədim məbəd və monastrların qalıqları, dini ibadət komplekslərinin qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər;
- Qədim qəbiristanlar, dini xatirə abidələri, digər dəfn yerləri o cümlədən kurqanlar və torpaq qəbirlər kompleksləri, küp qəbirlər;
- Qədim təsərrüfat yerlərinin qalıqları; o cümlədən hər cür qədim əşyalar, qaya və daş üzərində təsvirlər və yazılar, ovçuluqla bağlı yerlər, ərazilər və izlərin qalıqları, heyvandarlıq, əkincilik və sənətkarlıqla bağlı ərazilər, qədim mədənlərin istismar izləri, əmək alətləri, istehsalat kürələri, tikinti qalıqları, hidrotexniki qurğuların qalıqları (nohurlar, arxlar ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.), nəqliyyat xəttləri, tikintiləri və yaşayış məskənləri (qədim yollar, körpü qalıqları, və s.).
Bir qayda olaraq, arxeoloji abidələrin mahiyyəti onun çoxplanlığı, eləcə də digər aktual məsələləri müasir şəraitdə arxeoloji irs obyektlərinin informasiya və funksional xassələri ilə şərtlənən əhəmiyyətliliyini artırır. Qeyd olunanları təhlil edərək demək olar ki, arxeoloji abidələrin tətqiqinin və qiymətləndirilməsinin əsas istiqamətləri: abidənin informasiya mənbəyi, tamaşaçıya estetik təsirliliyi, insan fəaliyyətinin müasir mühitinin təşkili üçün baza obyekti olmaq qabiliyyətidir.
Gəldiyimiz ümumi qənaətə görə, beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq, arxeoloji abidələrin dəyərinin hesablanması üçün aşağıdakı düsturdan istifadə edilməsi məqsədəuyğun hesab olunur:
D = Dan (K0 +K1 + K2 +K3)
Burada Dan - analoq arxeoloji abidələrin dəyəri (yaxud bərpa dəyəri). K0 - aşağıdakı kəmiyyətlərlə ölçülən mühafizə əmsalıdır: obyekt qeydiyyata alınmayıb; obyekt müvəqqəti qeydiyyata alınıb; 5 - obyekt pasportlaşdırılıb; 100 - obyekt muzeyləşdirilib. Təsdiq olunmuş mühafizə zonası sərhədlərində şəhər mədəni təbəqəsi üçün də əmsal bu kəmiyyətə bərabər olur. 1000 - abidə ümumdünya irs obyektidir.
K1 - tarixilik əmsalıdır. Tarixilik abidənin yarandığı dövrün ideya və meyllərini özündə əks etdirir və onun hansı dövrə aid olmasını müəyyən edir. Bundan əlavə abidənin hər hansı tarixi hadisə, yaxud tarixi şəxsiyyətlə bağlılığı da uçota alına bilər. Eyni zamanda abidənin tarixi, monumental və tətbiqi incəsənət, eləcə də, maddi-mədəniyyət nümunəsi olması aşkar edilə bilər.
K2 - arxeoloji abidənin materialını uçota
alan əmsaldır.
Abidənin materialı aşağıdakıları
müəyyən edir:
obyektin yaradılmasında
funksional məsələlərin
həlli, tipoloji tərəqqinin öz əksini tapması, konstruktiv və həcm həllinin səmərəliliyi; obyektin
bu və ya digər ustanın,
memarın yaradıcılıq
irsinə mənsubluğu.
K3 - arxeoloji abidənin yerləşdiyi ərazini
uçota alan
əmsaldır. O, bəşəriyyətin
yaranması və yaşaması yerini müəyyən edir.
Arxeoloji
abidələrin tarixliyi
və dəyər göstəricilərini uçota
alan əmsalların
müəyyən etdikdən
sonra istər – istəməz arxeoloji irsin qiymətlənirilməsinin
əsasları aşkar
olunacaq. Bu mərhələdən
sonra ekspertlər arasında abidənin dəyərini (yaxud bərpa dəyərini) müəyyənləşdirilməsi barədə sorğu aparıla bilər. Ekspert qismində əsasən arxeoloqlar, tarixçilər, memarlar,
dizaynerlər, bərpaçılar,
qiymətləndiricilər və
s. dəvət oluna bilərlər. Qeyd ediməlidir ki,
bu tip sorğuların
aparılması metodundan
artıq bir sıra ölkələrdə
istifadə edilib.
Bu cür sorğular
əsasən, ekspertin
arxeoloji abidəyə
xas olan dəyər göstəricilərini
100 ballıq şkala ilə qiymətləndirilməli
olduğu anket əsasında aparılır.
Belə sorğular və qiymətləndirmələr nəinki
təkcə işğal
altına düşmüş
abidələr, eyni zamanda respublika üzrə arxeoloji abidələrin qiymətləndirilməsi
üçün də
istifadə oluna bilər. Ekspert sorğusunun nəticələri
üzrə arxeoloji abidələrin dəyər
göstəriciləri sxemi
təqribən aşağıdakı
kimi sistemləşdirilir.
Beynəlxalq standartlara uyğun qiymətləndirməyə nümunə
kimi belə bir misal göstərmək
olar. Məsələn, ermənilərin Ağdam rayonunun Şahbulaq ərazisində
apardıqları qeyri-qanuni
qazıntılar nəticəsində
eneolit dövrünə
aid keramik qab aşkar olunub. Bu qabı qiymətləndirmək,
yəni onun dəyərini müəyyənləşdirmək
lazımdır. Hesab etsək
ki, keramik qabın bazar qiymətləri ilə bərpa dəyəri 3500 manatdır. Onda cədvəl məlumatlarını
əvvəldə göstərilən
düsturda yerinə qoysaq, D = 3500 (5+22+11+1,5) =
138 250 manat alınar.
Bu hesablama əslində
müasir şəraitdə
mütəxəsislər tərəfindən
saxlanılma və istifadə predmetləri kimi müəyyən edilən xüsusiyyətlər
barədə fikir yürütməyə əsas
verir. Eyni zamanda ermənilərin
Azərbaycan ərazilərindən
qarət edib apardıqları minlərlə
eksponatın da qiymətləndirilməsinə imkan yaradır. Müasir dövrdə, yəni beynəlxalq aləmdə arxeoliji abidələr üçün ümumi qəbul edilmiş terminologiya formalaşıb
ki, onun da əsasını funksional və tarixi xronoloji prinsiplər təşkil edir. İşğaldan azad olunmuş
ərazilərdəki arxeoloji
abidələrin morfoloji
tiplərinin aşkar edilməsi, onların forma
və strukturunun təhlili əslində bu mərhələyə qədər bir çox tədqiqatçıların
işlərində nəzərdən
keçirilib. Əldə olunan
qənaətə görə
bu arxeoloji abidələrin beynəlxalq
standartlara uyğun iqtisadi qiymətləndirilməsi
obyektin təsnifat əlamətlərinin bazasında
bu və ya digər tipə
aid edilməsinin real əsaslandırılmasından
asılıdır.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2021.- 20 fevral.-
S.13.