Nizamidə türk dünya qavrayışı və “Qeser” dastanı ilə uyğunluqlar
1-ci yazı
Qədim türksoylularda, xüsusən də ural-altaylarda bəlli rəqəmlərin demək olar ki, hər birinin xüsusi ruh əlamətləri olub¬. Lakin bunlardan seçilmiş elə rəqəmlər var ki, onlar daha keyfiyyətli ruh xüsusiyyətləri daşıyıb və bunlar türksoyluların dünya baxışlarını, inanclarını əks etdirmədə sümükləşərək ayrıca sehrə, ovsuna çevriliblər. Qədim türksoyluların ruh dünyasında və siyasi-mədəni həyatlarında rəqəmlərin ayrıcalıqlı keyfiyyət halları alması bir tərəfdən kortəbii inkişafın nəticəsidirsə, digər tərəfdən siyasi-hərbi ittifaqların qurulmasında iştirakçı tayfaların üzvlüklərinin sayları ilə əlaqəlidir. Əgər 1,3,4,7,8,9,10 rəqəmlə¬rinin genetik xüsusiyyətləri kodlaşdırması minillərin təsiri ilə birinci halda ruhla əlaqəlidirsə, 3,9,10,16,19,24,30,40 və s., ikinci halda gerçək həyatın insanlardan asılı olan və olmayan siyasi-hərbi-mədəni tələbləri ilə həmin rəqəmlər türksoyluların tarixində ayrıca əhəmiyyətli xüsusiyyətlə kökləşib.
1 rəqəmi tək Tanrı, Ak Börünün tək olması və böyük türk¬soylu fatehlərin, sərkərdələrin, xaqanların dünyanı tək ba¬şına idarə etmək istəyilə Əmir Teymurun “Göydə Tanrı tək olduğu kimi, yerdə də hakim tək olmalıdır” məşhur deyimi kimi, müqəddəsləşib və ümumiyyətlə, kişilik rəmzidir.
3 rəqəmi Oğuz Xanın hər bir qadından 3 oğlunun olması və onların arasında tapılmış qızıl yay və üç gümüş oxu sındırıb bölməsi, nağıllarda üç qardaş, üç göyərçin donuna girə bilib qəhrəmana yardım edən qız, monqol-buryatlarda üç xeyirxah-xilaskar bacı, Qeserin üç eyni dəyərli müsbət qəhrəmanları bir yerdə əvəz etməsi, yakut-saxa türklərinin üç kurkanlar və s. adlanmaları ilə müsbət keyfiyyət əlaməti daşıyıb.
4 rəqəmi qədim türksoylularda dünyanın dörd bir tərəfinə inancla Günəşin rəmzi işıq bildirən + dörd tərəfli işarə ilə əlaqəlidir və bunlardan da, xüsusən, Şərqə – Günəş çıxan tərəfə və cənuba böyük dəyər veriblər, şimal ilə qərbi soyuq və qaranlıq qəbul etməklə pis ruhlu tərəflər sayıblar. 7 türksoylularda ən müqəddəs dəyər daşıyan əsas (1,7,9,10) rəqəmlərdən biri və türklərin özündə isə ən əsasıdır. Bu münasi¬bə¬tin yaranmasında əsas başlıca səbəb Uca Göyə Tək Tanrının məs¬kəni kimi baxıldığına görə Böyük və Kiçik Ayı bürclərinin hər birində ulduzların sayının 7 olması ilə bağlıdır. Göyə kişi, Yerə qa¬dın kimi baxıldığı üçün də 7 rəqəmi kişilik rəmzi kimi möhkəm¬lənib. Tanrıdan 7 oğul diləmək, türksoylu¬ların yeni yurd salarkən 7 dağdan, təpədən ibarət olan yeri seç¬məsi, nağıl qəhrəmanının 7 dağ keçdikdən sonra istəyinə çatma¬sı, Koroğlunun 7777 dəlisinin olması və s. həmin təsəvvürlərin nəticəsində yaranıb.
9 rəqəmi An-İn (kişi-qadın, xeyir-şər, ağ-qara, işıq-qaran¬lıq və s.) inancına, fəlsəfəsinə görə kişilik rəmzidir. butanın dəyişik vəziyyəti olmaqla 9 rəqəmi yuxarı tərəfdə kişini (enli kürək), aşağı tərəfdə qadını – 9-un çevrilmiş variantı 6 (beldən aşağı hissənin geniş olması) bildirib. Türklərdə istər kişilər, is¬tər¬sə də qadınlar uşaqlarının oğlan olmasını ruh səviyyəsində daima arzuladıqları üçün, butanın 6 (qadın) quruluşunu sevmə¬yiblər, 9 (kişi) vəziyyətini daha güclü sayaraq müdafiə ediblər.
10 rəqəmi həm ruh səviyyəsində, həm də riyazi-elmi-hesab cəhətdən türklərə aid olduğu üçün (Xarəzmi ilk dəfə cəbrdə 10-luq say hesabını müəyyənləşdirib) ancaq bunlarda böyük ruh dəyəri daşıyır. 10 rəqəminin türksoylularda köklü ruh xüsusiyyəti daşı¬ması onların Tanrıya çox yaxın olması və onun haqqın, ədalətin qoruyucuları, ilahi ədaləti pozanlarınsa cəzavericiləri kimi tanın¬masında da özünü göstərir. Məhz bunun nəticəsidir ki, xristian¬lıqda türksoyluları “Qoq-Maqoq” adlandırıb “Tanrının qamçısı” hesab ediblərsə, islamda onlara “Allahın əskəri” deməklə haqqın keşikçiləri kimi tanıyıblar. “Qeser” dastanında 10 ölkənin sahibi, hökmdarı kimi tərənnüm edilib.
Türklükdən aşıb-daşıb bəşəriyyətin övladı olmuş Kainatın nizamı haqda yüksək dəyərli fikirlərinə görə də kimsə Nizami ilə müqayisəyə gələ bilməz. Buna görə də Nizaminin nə demək istədiyini mümkün qədər onun öz demək istədiyi mənada anlamağa çalışmalıyıq. N.Gəncəvinin ideal hökmdar yaratmaq və tapmaq üçün Ma¬ke¬doniyalı Aleksandrı tarixdə olduğu kimi yox, təsəvvür et¬diyi, görmək istədiyi kimi yaratmasının bir dəyişik şəklinə biz “Yeddi gözəl”də fars şahı Bəhram Gurun təsvir olunmasında görürük. “Yeddi gözəl”ə şərh verənlər Bəhram Gurun 420-ci ildə Sasani şahı olmuş Yəzdigərdin oğlu olduğunu qeyd edirlər. Lakin əsərdəki ruh qatlarını incələdikdə və farslarla türklər arasındakı 589-cu ildəki çəkişmələri incələdikdə onun daha çox Bəhram Çu¬binə (Gur) uyğunluğu açığa çıxır. Tarixi gerçək hadisələr təs¬diq¬ləyir ki, İran-fars tarixində türklərə ilk dəfə qalib gəlmiş və buna görə də şahlardan da böyük nüfuza, tarixi ad-sana sahib olmuş sərkərdə Bəhram Çubin (Gur) 589-cu ilin av¬qustunda Herat ya¬xın¬lığında, Gerirud çayı ətrafındakı dərədə hiy¬lə ilə türk sər¬kər¬də¬si Yan Souxun (Savə şah) ordularını mü¬hasirəyə salmaqla bö¬yük çətinliklərlə təsadüfən onları məğlub edir. Sonralar isə İran taxt-tacı uğrunda çəkişmələrdə məğlub olduqda türklərə sığınır. Ümumfars tarixində böyük təsir bağışlayan bu hadisə Firdovsi, Təbəri, Dinəvəri, Sələbi və s. kimi əsasən fars mənşəli şair və tarixçilərin əsərlərində böyük qürur mənbəyinə çevrilir. Bu fikirlərimizin əsaslı olmasına inamı “Yeddi gözəl” də Çinə aid münasibətlərin çox olması da təsdiqləyir. Xatırladaq ki, Sasanilər dövründə türklərə çinlilər, xaqanlara isə çin şahları deyilərdi.
Yəzdigərd öz oğlu Bəhramı Yəmən ölkəsinə göndərdikdə orada hökmdar Nemanın onun üçün rumlu memar Simnar va¬sitəsilə Xəvərnəq qəsrini tikdirir. Bu qalanı təsvir edərkən Ni¬zami yazır: “Elə bil Təngluşanın yüz min xəyalları cilvələnirdi”. Təngluşan adı açıqca Çində türk tabqaçların qurduqları Tan imperiyasına və onun yaradıcısı, sərkərdə, türk əsilli Lu-şa¬na işarədir. Dünya tarixinin ən mədəni və inkişaf etmiş impe¬riyasının adının çəkilməsi, islam dünyasının Çinə daimi gözəllik və elm məskəni kimi baxması münasibəti də təsadüfi hal ola bilməzdi, xüsusən də Gəncəvi kimi dünya haqda ensiklopedik məlumatlara malik bir dahi üçün. Bəllidir ki, N.Gəncəvi qəhrəmanlarını tarixdə olduqlarından daha çox öz bildiyi kimi yaradır. Buna görə də Bəhram Gurun Bəhram Çubin olması bir o qədər də yanlış görünmür. Başqa bir yerdə Çinlə əlaqəli oxuyuruq:
İşə başlamamışdan əvvəl bilsəydim,
Bu çinlilər işinin naxışını
Bu dairədə bir az da bundan yaxşı çəkərdim.
Burada da açıqca çinlilərə yüksək rəğbət bəslənilir. Yaxud da Xəvərnəqlə bağlı başqa bir təqdimatda yenə də eyni mü¬nasibəti görə bilərik:
Elə gözəl bir behişt bağı oldu ki,
Göy ona Yerin qibləsi,
Kainat isə Çin Baharı deyirdi.
“Yeddi gözəl”də
rəqəmlərlə əlaqəli
xüsusiyyətlərdə diqqəti daha çox çəkən
məqamlardan biri də məsnəvinin onluq misra¬lardan ibarət şeir misraları ilə yazılmasıdır. Əgər dahi mütəfək¬kir
öz fikirlərini ancaq bu sayın
əhatəsində tam və
aydın şəkildə,
məzmunda izah edə bilmişsə, yanılmırıqsa, əvvəlki
səhifələrdə vurğuladığımız
türklük xüsusiyyətinin
on dəfə daha artıq qüv¬vətli olmasının, Qeserin on ölkəyə sahib olması
ruh qavrayışının
Gəncəvidə eyni
səviyyədə, lakin
başqa keyfiyyətdə
canlanma¬sıdır. N.Gəncəvinin
özünü dinlədikdə
bəlli olur ki, bu hal
heç də təsadüfi deyil, onun ruh aləmi
ilə bağlıdır:
Mənim
borcum ondan ibarət idi ki, söz əyarını
Onda on verim, onda beş yox.
Mənim
ənbərimi heç
kimsə almasa,
Maya üçün mənim
ipəkdəki müşküm
bəsdir.
On rəqəminin Gəncəvidə
belə yüksək ruh dəyəri daşıma¬sını bir
daha təsdiqləmək
üçün türk
tayfa birliklərindən
doqquz oğuz, on uyqur adlarını da önə çəkməliyik, ural-altay
mənşəli hun-macar
tayfası onqurların
adlarında 10 “Qur” və “Gur” qav¬rayışlarının
olması bunların türklərdə müqəddəs
dəyərlər daşı¬dığına
işarədir. Böyük
türk fatehi Əmir Teymurun öz ağsaqqalı, ruhani rəhbəri Seyid Bərkə və özü üçün tikdirdiyi məqbərənin Gur Əmir adlanması da “Gur” kökü
ilə əlaqəlidir
və bu kökün mə¬na əlaqələri və çalarları haqda geniş bir araşdırma yazmaq olar.
Tarixi mənbələr
yazırlar ki, türklərlə savaşda
Bəhram Çu¬bin (Gur) əsasən öz oxçularının
məharətinə güvənirmiş. “Yed¬di gözəl”də də buna işarələr çoxdur:
O, qranit daşları oxla bir-birinə elə tikirdi –
Heç ipəyi və tirmə parçanı da elə tikmək
olmaz.
O, bir nişana ox atarkən
Qovluqdakı bütün oxları
haman bir
nöqtəyə vururdu.
Ümumi yaradıcılığından görünür ki, Gəncəvi türk-fars ta¬rixi münasibətlərinə, Çin mədəniyyətinə yüksək səviyyədə ma¬raq göstərib. Lakin N.Gəncəvi öz ideallarına sadiq qalaraq, C.Ruminin təbirilə desək, olduğu kimi görünməklə, bəşəriyyətin gələcəyini arzuladığı kimi təsəvvür edib görür, Bəhram Guru insanlıq naminə müsbət yöndə tərbiyə etməyə çalışır.
Qədim türklərdə ruhlar keyfiyyətlərinə, əhəmiyyətlərinə görə dərəcələrə bölünürdü və Göyün müxtəlif qatlarında təsəv¬vür olu¬nur¬du. Əgər əcdadlarımızın ruhuna hörmət olaraq, ümu¬miyyətlə, sev¬gi məfhumunu dərəcələrə bölüb mərtəbələsək, bi¬rincidə hər bir insanın şəxsi sevgisi, ikincidə valideynlərə, yaxın qohum-əqrə¬ba¬la¬ra olan sevgi, üçüncüdə ümumxalq, milli sevgi, dördüncüdə ümum¬bəşəri, insanlıq sevgisi, beşincidə Tanrı sev¬gisi yerləşməli və qanuni olaraq yuxarı mərtəbələr aşağıdakı¬lar¬dan daha üstün tu¬tulmalıdır. N.Gəncəvi ümumbəşəri və insanlıq sevgisi mərtəbə¬sin¬də Tanrı sevgisindən uzaq düşməyərək ya¬şayıb-yaradıb. Buna görə də onu yalnız bu mərtəbələrin də¬yərləri ilə qiymətləndirmək olar. Bu keyfiyyətlərinə görə də Nizami əsl türk gen yaddaşını daşımaqla və türklərin tarixdəki dəyərlərini olduğu kimi qabart¬maqla özü ilə boy ölçə biləcək dünya mədəniyyəti dahilərindən Firdovsi, Dante, Şekspir, Tols¬toy və s. kimi klassiklərdən bir baş ölçüsü ucadır. Bu cür qiy¬mətləndirmənin əsas səbəbi də onda, ümumiyyətlə, milliyyət¬çi¬lik anlayışının olmamasıdır.
Nizami humanizmi ondan sonra gələn Qərb intibahçılarının, daha sonra digər ədəbi istiqamətlərin humaniz¬mindən daha geniş və üstündür. Onları minilliklər, yüzilliklər ər¬zində fasilə vermədən öz siyasi-hərbi və milli-mədəni təsir¬lə¬rin¬də saxlayan türklər və qısqanclıqla onların tarixi varlıqlarını qə¬bul etmək istəməyənlər Ni¬za¬mini qiymətləndirərək özlərinə də aid edə bilmirlər, türklü¬yünü də etirafa cürətləri çatmır. Çünki N.Gəncəvi udulmayacaq qədər çox nəhəngdir, dəyərlidir.
Tahir NƏSİB
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 8 iyun.- S.14.