“Azərbaycan”
qəzetinin səhifələrində
82-ci yazı
Baba oğlu: "Yaxşı yol!"
(Seyid Cəfər Pişəvərinin 1946-cı ilin aprel ayında Tehran hökuməti ilə danışıqlara getməsi münasibətilə yazılmış şeir)
Çəkilmiş Təbrizin başından duman,
İşıqlanmış göydə bütün asiman.
Təbriz əhalisi güllə, çiçəklə
Axışır meydana, saf bir ürəklə
Əllərində çiçək, gözlərdə gülüş
Ürəkdə məhəbbət, dodaqda öpüş
Kişi, qadın, cavan, qız, oğlan, uşaq
Yüzlərlə fədai, minlərcə qoçaq
İgid əsgər – Azərbaycan balası
Silahlanıb durmuş Vətən qalası!
Heç kəs istəmir geri qalmağa,
Dostlar gəlib, dostu yola salmağa.
Xoş
şadlıq səsi var bu gün hər yanda,
Təyyarə uçmaq üçün hazır
meydanda.
Söylə
bir kürsüdən nitq, Pişəvəri
Onun
gözləridir – haqqın gözləri!
“Mən
Azər oğluyam – Vətən oğluyam
Xalqımın yolunda daim doğruyam!”
Bu
sözlə and içdi millətə rəhbər
Rəhbərin
alnından öpdü xoş səhər!
Yaxşı
yol, bizim igid Pişəvəri
Unutmaz xalq göstərdiyin hünəri.
Halal olsun
südü sənə ananın
Yaşayacaq
daim hər bir ananın
Əziz
ürəyində, Azər elində
Adın
deyiləcək Azər dilində
Min
yaşasın səni doğan mərd ana!
İcazə
ver qolum salım boynuna
Öpüm
o vüqarlı alnından sənin
Öz
adımdan, həm də əziz Vətənin!
Yaxşı
yol, salamat qayıdın, qurban
Elin
balasına el özü qurban!
Meydança
dönmüşdü bəzəkli gülə
Rəhbərə
gül səpdi el gülə-gülə
Meydanda
getdikcə artdı izdiham
Mən də
bu səhnədən aldıqca ilham
Şerimi
səpdim yoluna lalətək
Qaldırdım
göylərə bir piyalətək!
Danışığa
uçdu Tehrana rəhbər,
Xalq üçün gətirə yeni bir zəfər.
Bədəni
uçdusa, qəlbi bizdədir
Onun məhəbbəti
qəlbimizdədir!
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may
1946-cı il
***
Qızıl
ordunun yola salınması haqqında
Aman haraya
gəlin, yari-mehriban gediri
Edibdi qəlbimizi bir parça ləxtə qan, gediri.
Kəməndi-eşqə
giriftar edib məhəbbətlə
Fəraq
odunda qoyub, indi də yaman gediri
Necə
yanıb ürəyim, şahidimdi çeşmi-nərim
Bu qandı, gözdən olub müttəsil rəvan
gediri.
Həbibim,
indi nə halətdəyəm, özüm bilirəm
Gözüm
görür ki, bədənimdən çıxıbdı can, gediri
Gözüm
axır, ürəyim titrəyir, dizim bükülür
Olan bu
cismim için taqətü təvan gediri
O getdiyin
yola baxdıqca gözlərim qaralır
Edib o yol
məni min oxlara nişan, gediri
O dilbəri
ki, mənə süngüsilə verdi həyat
Necə
gör indi edir qəddimi kəman, gediri
Nə
çarə eyləyim axır, onu sevir ürəyim
O dövr
dalınca olubdur dəvan-dəvan, gediri.
Əgərçi
güllərimiz indi gülüstanda açıb
Həyatımıza
gözəllikcə hər zaman gediri
Və
leyk yarə əlaqəm o qədərdir, guya
Ki, güllərim də gedir, həm də
gülüstan gediri.
Hilal,
sanma ki, yarın çevirdi üz səndən
O da sənin
kimi, Vallahi, bağrı qan gediri
Ümid
bağla vüsala ki, səndən ayrılmaz
O ruh kim, eliyibdir səni cavan, gediri.
Hilal
Nasiri
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186,
30.04.1946
P.S. Məhəmməd
Əli Hilal Nasiri 1903-cü ildə Təbriz şəhərində
anadan olmuşdur. O, ibtidai təhsilini köhnə üsullu məktəbdə
alaraq sonra şəxsi mütailə ilə məlumatını
artırmiş və iki il “İttihadiyyə” və “Ruşdiyyə”
məktəblərində riyaziyyatdan dərs demişdir. Təbrizdə Şeyx Məhəmməd Xiyabani hərəkatı
başladiği zaman Hilal Nasiri firqənin ilk təşkilatının
katibi olmuşdur.
Cənubi Azərbaycanda 1941-1946-cı illər
milli-demokratik hərəkatı dövründə və
xüsusilə 1945-1946-cı illər xalq hakimiyyəti illərində
Hilal Nasirinin ədəbi yaradiclığı daha məhsuldar
olmuşdur. Kitab və məcmuə çap etmək, bu yolla
xalqın intibahına yardım göstərmək onun sevə-
sevə çalışdığı sahələrdən
biri idi. O, Azərbaycan və fars dillərində “Azərbaycan
ulduzu” (“Sitareyi-Azərbaycan”) qəzetini , “Hophopnamə”,
“Divani-lahuti”, 35 min sözdən ibarət “Farsca-fransızca
lüğət” və digər kitabları çap
etdirmişdir. Eyni zamanda “Mirzə Taği xan
Əmiri-Kəbir”, “Necati-bəşər”, “Ana dili” pyeslərini
yazib Təbriz səhnəsində tamaşaya qoymağa müvəffəq
olmuşdur.
Hilal Nasiri 21 Azər hərəkatının da fəal
iştirakçılarından və milli dövlət
quruculuğu işlərində də fəal iştirak edənlərdən
olmuşdur.
O, 1945-ci ilin sentyabr ayının 25-də Azərbaycan Demokrat
Firqəsinin Təbriz şəhər komitəsi tərəfindən
həmin ildə firqənin 2-4 oktyabr tarixləri arasında
keçiriləcək 1-ci qurultayına seçilmiş 59 nəfər
nümayəndədən biri olmuşdur. 1946-cı
ilin dekabr ayinda Təbriz şəhəri Tehran qoşunları
tərəfindən tutulduqdan sonra Hilal Nasirinin sonrakı həyatı
haqqında məlumat yoxdur.
***
Qızıl
Ordunun yola salınması münasibəti ilə ordibehişt
ayının 7-də Təbriz mədəniyyət evində təşkil
tapmış təntənəli yığıncaqda
olunmuş teleqrafın mətni
Moskva -
Kreml – generalissimus Stalinə
Cahanşümul
əzəmət və iftixar qazanmış xilaskar
Qızıl ordu beş il İran Azərbaycanında
iqamət etdikdən sonra azadlığın beşiyi olan vətəninə
qayıdır. Qəhrəman Qızıl ordunun
öz vətəni və bir çox azadlıqsevən millətləri,
o cümlədən İran xalqını dəhşətli
faşizm əsarəti təhlükəsindən qurtarması
bizim ürəklərimizdə unudulmaz maraq və minnətdarlıq
yaratmışdır. Qızıl ordunun İranda
göstərdiyi ali əxlaq və nəcabət
vaxtilə onun əleyhinə aparılan və İran
xalqlarının bir hissəsini öz təsiri altına alan
imperializm təbliğatını əməldə ləğv
etməklə sübut etdi ki, Qızıl ordu həqiqətən
azadlıq və mədəniyyət ordusudur.
Bu gün Qızıl ordu məmləkətimizi tərk
edərkən biz Azərbaycan ziyalıları həm şad və
həm də mütəəssirik. Şadlığımızın
səbəbi budur ki, Qızıl ordu bizim məmləkətimizə
gəldiyi zaman bəşəriyyət düşmənləri
ilə çox ağır bir müharibə etməkdə
idi. İndi isə öz düşmənlərini
məğlub etmiş, azadlıq və demokratiyanı qorumaqla
bəşəriyyətə böyük xidmətlər
göstərmişdir.
Eyni halda bu nəcib ordunun getməsindən mütəəssirik. Çünki
Qızıl ordu öz iqaməti müddətində bizə
böyük köməklik etmiş, məmləkətimizin
abadlıq və tərəqqisi yolunda qiymətli şəraitlər
yaratmışdır. Məmləkətimizin
müxtəlif nöqtələrində su quyularının
qazılması xalqların rifahına və ümumi səciyysinə
böyük dəyər verən bir yardımdır. Rabitə vasitələrinin təkmilləşdirilməsi,
yollarımızın genişləndirilməsi, məmləkətimizin
çox nüfuzlu yerlərində yüksək ixtisaslı xəstəxanaların
təsisi və xüsusilə Qızıl ordunun Azərbaycan
xalqına hədiyyə etdiyi radio istansiyası ürəklərimizdə
əbədi bir səmimiyyət yaradan yadigarlardandır.
Bizim üçün yəqindir ki, tarixin ən
böyük müharibəsində öz rəşadət və
qəhrəmanlığını göstərib misilsiz qələbələrə
nail olan Qızıl ordu gələcəkdə öz tarixi
xilaskarlıq vəzifəsini müvəffəqiyyətlə
ifa edərək azadlıq və demokratiyanın, sülh və
əmin-amanlığın müdafiəçisi və
dayağı olacaqdır. Bizim ruhumuz daima
Qızıl ordu ilədir.
Yaşasın
qələbələr ordusu olan qəhrəman Qızıl
ordu!
Yaşasın
dahi sərkərdə generalissimus Stalin!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186,
30.04.1946
***
Xalq
artisti
Bu gündən aşıq Hüseyn Cavan milli səhnəmizdə
göstərdiyi ləyaqət və bədii
yaradıcılığa görə Azərbaycan xalq artisti
adını daşıyacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186,
30.04.1946
***
Qızıl
ordunun İran ərazisini tərk etməsi münasibətilə
Əli
Tudə: "Yaxşı yol, qardaş"
Ey
könül, çırpınma göyərçin kimi
Qoy səni
sıxmasın bu hicran qəmi
Gəl bu
gün qardaşın könlünə sığın!
Bu
axır görüşün, bu ayrılığın
Mənə
hər saatı bir il olsa da
Qəlbim
tutub da gözüm dolsa da
Lakin toplayıram qüvvəmi yenə.
Çünki ümid verir qardaşım mənə.
Bilirəm atmamış, o atmaz məni.
Unutmaz heç zaman, unutmaz məni.
O,
ağır günümdə köməyə gəldi.
Yurdum azad oldu, anam dincəldi.
Bu yeri
saxladı acı tufandan
Bu millət görmədi nə ölüm, nə qan.
İndi o hörmətlə ayrılır bizdən.
Qoy
razı getsin bir- birimizdən
Bizim bu
ellərdə gözəl qayda var:
Əgər
bir-birindən ayrılsa dostlar,
Biri
söz tapşırar, biri əl verər,
Biri qucağına dəstə gül verər.
İndi əziz
qardaş icazə versən,
Yoluna gül səpim, çiçək düzüm mən.
Ürəkdən
söyləyin çox sağ ol,
qardaş!
Xoş gəldin,
xoş gəldin, yaxşı yol, qardaş!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186,
30.04.1946
***
Mədəniyyət
xəbərlərindən:
Qara Ziyəddində
Cənab
Rəşid Hüseynizadənin rejissorluğu və Nəcəfzadə
Hatəmi, Tusi, Nəsir İrani, Seyid Rza Rəzzaqi cənablarının
iştirakı ilə “Arşın mal alan”
operası və Ustad Hatəminin yazdığı “Əliqulu
kömürçü” pyesi tamaşaya qoyulub. Bu tamaşada
600 nəfər qadın və kişi var
idi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186,
30.04.1946
***
Azərbaycan
cavanlarının siyasi-ideoloji fəaliyyətləri barədə:
Cavanlar təşkilatının
mərkəzi komitəsində qiraətxana təsisi
Azərbaycan Demokrat Cavanlar Təşkilatının mərkəzi
komitəsində yenilikdə bir qiraətxana və kitabxana təsis
edilmişdir.
Burada cavanlardan gündə 50 nəfərə qədəri
istifadə etməkdədirlər. Eyni
zamanda bu qiraətxana üçün lazım olan
bütün ləvazimat demokrat firqəsi mərkəzi komitəsi
tərəfindən təmin edilmişdir.
Urmiyyə cavanlar təşkilatında.
Urmiya demokrat cavanlar təşkilatı gənclər
arasındakı mədəni-maarif əlaqələrini
inkişaf etdirmək üçün bir aktyor heyəti, bir də
yazıçılar və natiqlər dərnəkləri təşkil
etmişdir.
Maku və Xalxalda.
Yerli demokrat komitəsinin rəhbərliyi və cavanların
diləyi ilə bu günlərdə Makuda və Xalxalda
Demokrat Cavanlar Təşkilatı yaradılmışdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186,
30.04.1946
***
Təbrizdə
"Səttarxan-Bağırxan" adına
təşkil edilən atlı fədai dəstələri
Azərbaycanın
gələcək səadəti uğrunda öz Milli hökumətimizi
və ana vətənimizi müdafiə etməkdən
ötrü silaha sarılan Təbrizin fədakar, qəhrəman
oğulları öz rəşadət və şücaətlərini
bütün dünyaya göstərmək üçün
tarixin qızıl səhifələrində gələcək
nəslə yadigar qalacaq bu tarixi günlərdə, yəni
26.04.1946-cı il tarixində Təbrizin atlı fədai dəstələrinin
gücləndirilməsi üçün cənab Əli Qəhrəmaninin
mənzilində toplaşıb 9 nəfərdən ibarət
idarə heyəti seçərək Təbrizdə təşkil
edilən atlı fədai dəstlərinin bundan sonra "Səttarxan-Bağırxan"
adlandırılmasına qərar verdilər. Bu yeni təşkil
olunmuş "Səttarxan- Bağırxan" adlı atlı fədai dəstələrinə yeni
yazılmaq istəyən rəşadətli
cavanlarımızın yükdaşıma idarəsində
Əli Qəhrəmaniyə müraciət etmələri
xahiş olunur.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186,
30.04.1946
***
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan
şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 2 mart.- S.14.