“Azərbaycan”  qəzetinin səhifələrində

 

 85-ci yazı

 

Təyyarə meydanında

 

Azərbaycan nümayəndələri onları yola salmağa gəlmiş minlərlə şəhər əhalisinin qarşısında şiddətli alqışlar və gül dəstələri altında çıxış edib Azərbaycan xalqı ilə müvəqqəti olaraq ayrıldılar. Cənab Şəbüstəri mitinqi açıq elan etdikdən sonra bu cür qısa bir başlanğıc nitqi söylədi:

- Sizin icazəniz ilə təyyarə meydanında təşkil olunmuş mitinqi açıq elan edirəm. Bu gün Azərbaycan millətinin nümayəndələri Tehrana gedirlər. Azərbaycan xalqı bilməlidir ki, məşrutə yolunda minlərlə qurbanlıqlar verib axırda məşrutəni almışdır. Bu məşrutə indiyə kimi qəsb olmuşdur. 21 Azərdən bu tərəfə Azərbaycan xalqı böyük müvəffəqiyyətlər əldə etmişdir. Azərbaycan xalqı bu gün azad bir xalq olmuşdurbu azadlığı hər qiymətə olursa olsun, hifz edəcəkdir. İndi Azərbaycan xalqının nümayəndələri Tehranda bir prosedura qəbul edəcəklər ki, Azərbaycan xalqının həqiqi istəkləri olsunonlara bir məsuliyyət aid olmasın. Qətidir ki, Azərbaycan xalqı tamamilə onların arxasında duruböz nümayəndlərinin sözlərinin həyata keçməsi uğrunda hər cür fədakarlığa hazırdırlar (Hamı: hazırıq, hazırıq!).

Cənab Şəbüstəri nitqini qurtardıqdan sonda millət tərəfindən verilmiş medalı cənab Pişəvəriyə verdi. Bu zaman gurultulu alqışlar havanı bürüdü və minlərlə “ura” səsləri uzun bir müddət davam etdi. Ondan sonra cənab Şəbüstəri dedi:

- Kürd qardaşlarımızın böyük rəhbəri cənab Sədr Qaziyə söz verilir.

Cənab Sədr Qazi gürultulu alqışlar altında sözə başladı:

- Mən çox təəssüf edirəm ki, Azərbaycan dilində yaxşı bilmədiyim üçün bu həssas mövqedə öz duyğularımı təcəssüm etdirməyə, deməyə imkan tapa bilmirəm. İndi ki, cənab Pişəvəri Azərbaycan milləti tərəfindən Tehrana nümayəndə olaraq gedir, onlar yalnız Azərbaycan xalqının nümayəndələri deyil, eyni zamanda kürd millətinin də nümayəndələridirlər (gürultulu alqışlar). Bu gün Azərbaycan xalqı kürd xalqı ilə birlikdə sarsılmaz bir vəhdət yaratmışlar və bu vəhdət onlara icazə verir ki, bir-birilərinin hüquqlarını layiqincə müdafiə etsinlər...

Bununla bərabər bizkürd xalqın tərəfindən iki nəfər nümayəndəni, cənab Məhəmməd xan Seyf Qazi və cənab Sədr Qazini Tehrana göndəririk. Bu nümayəndələr bizim tərəfimizdən oraya gedirlər və millətimiz onlardan məsuliyyət tələb edəcəkdir. Gərək buraya bir cür qayıtsınlar ki, millətin hörmətini və tarixdə də böyük bir ad qazansınlar.

Mən vaxt az olduğu üçün sözümü qurtarıram və sizdən xahiş edirəm ki, sevimli nümayəndələrimizin sağlığına ura çəkəsiniz (uragürultulu alqışlar arasında gül dəstələrinin səpilməsi).

Onlardan sonra Milli Məclisin birinci katibi və şəhər komitəsinin sədr müavini cənab Mirrəhim Vilai "Azərbaycanın müraciəti" ünvanlı nitqini söylədi (onun nitqi bu sayımızda çap olubdur).

Ondan sonra Baş nazir cənab Pişəvəriyə söz verildi. Pişəvəri uzun müddət boyu davam edən alqışlar arasında danışığa başladı:

- Hörmətli həmvətənlər! Azərbaycan çox tarixi günlər keçirib minlərlə böyük hadisələrin şahidi olmuşdur. Bu halda tarixdən danışmaq imkanı olmadığı üçün sözlərimi xülasə edirəm. Azərbaycan xalqı fəqət 21 Azərdən bu tərəfə özünü dünyaya tanıtdırmağa müvəffəq olmuşdur.

Bu, bizim xalqımızın yorulmadan çalışması və firqəmizə olan etimadı sayəsindədir. Milli hökumətimizin bu az müddətdə əldə elədiyi müvəffəqiyyət fəqət bu etimada və xalqın hüsnü-rəğbətinə bağlıdır.

Onlar firqəyə etimad edərkən düşündülər ki, onların milli qüdrətlərini təmərküzləşdirmək üçün onlara bir yol göstərən və bir rəhbər lazımdır. O da öz firqələri idi. Firqəmizin rəhbərliyi sayəsindədir ki, indi 5 milyon Azərbaycan xalqı hamısı bir ölmək, bir qalmaq istəyir.

Mən inanıram ki, siz öz nümayəndələrinizin həqiqi dayağısınız. Nümayəndələr sizin etimadınız əsasında var qüvvələri ilə Azərbaycan xalqının azadlığını müdafiə edəcəklər.

Mən əminəm ki, fədailərimizin silahları ilə ələ gətirdiyimiz azadlığı heç kəs bizdən ala bilməyəcəkdir. Biz o vaxt Tehrana gedib oranın mürtəce hökumətini də aradan götürməyə imkan tapa bilərdik ki, bütün İran üzərində azadlığı həyata keçirək. Amma beynəlxalq şərait tələb edirdi ki, Azərbaycan güzəştə getsin.

Bu o demək deyildir ki, bir qrup adam bizim azadlığımızı əldən çıxarmaq üçün təşəbbüs edə bilsin. Biz istəyirik ki, sülh yolu ilə bütün işlər həll olunsun. Biz istəyirik ki, bütün İranda demokratik bir rejim yaransın və xalq öz evində və öz hüququna malik olub cəmiyyətdə fəaliyyət etməyə maraqlı olsun.

Biz əvvəldə demişdik ki, bizim fikrimiz ayrılmaq deyildir. Tehran hökuməti jandarma, top və tüfəng gücü ilə bizi əzmək istəyirdi. Buna görə idi ki, Milli hökumət xalqımızın möhkəm imanı sayəsində yarandıqdan sonra azadlığımızı qorumaq üçün bizi əmin edən bir qüdrət yaratdı ki, daha heç bir amil bizim varlığımızı təhdid edə bilməsin. Biz istəyirik, bütün qardaşlarımız İran üzərində azad olsunlar.

Biz deyirik ki, bir hovuzun içində iki cür su olmayan kimi hər məmləkətdə də müxtəlif siyasətlər ola bilməz. Hökumət gərək xalqın öz hökuməti olsun və xalqın özü bu hökuməti təyin etsin. Biz bir nəfərimiz qalınca öləcəyik və ya İranın bütün məzlum xalqlarını azad edəcəyik.

Biz bilirik ki, xalqımız öz azadlıqlarını qoruyacaqdır. Azadlığımızı təsbit etmək üçün gərək nümayəndələrinizin dalında durasız, lazım olarsa, Tehrana da gələsiniz (gürultulu alqışlar). Qoy onlar bilsinlər ki, 4 ayın müddətində bu hərəkatı yaradan Pişəvəri və Badeqan deyil, 5 milyon Azərbaycan xalqıdır. Biz Azərbaycan Demokrat Firqəsinin bayrağını əbədi olaraq qüvvəli əllərimiz ilə uca saxlayacağıq. Firqəmiz qalib xalqımıza rəhbərlik edəcəkdir.

İndi Azərbaycan xalqını hər tək-təki öz vəzifəsini düşünür, hamı əmniyyəti qoruyur. Hamı ölkəmizdə fəaliyyət edir. Siz gərək daha da əmniyyətin əsasını möhkəmləndirəsiniz. Bizim gözümüz sizdədir. Sizin vəhdətiniz bizim dayağımızdır. Biz inanırıq ki, siz son ana kimi öz nümayəndələrinizi müdafiə edəcəksiniz. Siz hərbi təlimlərinizi davamlı alın. Səngərlərinizi daha da möhkəmlədin. Biz ümidvarıq ki, bütün istədiklərimizi həyata keçirək, qəti müvəffəiyyət bizimlədir. Biz sizdən ayrılırıq. Biz ayrılarkən qəti surətdə bilirik ki, Azərbaycan xalqı öz nümayəndələrinin dayağıdır və öz azadlıqlarını heç kəsə verməyəcəklər (alqışlar).

Bir ayrı mühüm mövzu da vardır ki, bizim azadlığımızın ən əsas zaminiiqtisad, əqidə, ideal nöqteyi-nəzərindən doğrudan da bizim həyati məsələlərimizdən biridir. O da bizimlə kürd qardaşlarımızın arasında olan vəhdət və birlikdir. İrtica siyasətləri indiyə kimi çalışırdılar ki, bu iki nəcib millətin arasına nifaq salsınlar. Artıq indi o nifaq yoxdur. Kürd qardaşlarımız öz süngüləri ilə bizim sərhədlərimizi və biz də onların sərhədlərini mühafizə edirik. Bu iki millət əgər yaşamaq istəyirlərsə, gərək birləşsinlər.

Bizim mövqelərimiz bu iki millətin vəhdətindən asılıdır.

Kürd xalqının rəhbəri cənab Məhəmməd Qazi indi Şərq ölkələrinin böyük dahilərindəndirlər. Onlar da bu həqiqəti düşünürlər. Biz gələcəkdə əl-ələ verməklə illər boyu təhqir olmuş və əzilmiş kürd millətini və Azərbaycan xalqını tamailə azad edəcəyik (alqışlar).

Yaşasın Azərbaycan xalqı ! Yaşasın Azadlıq! ( Alqış və gül dəstələri)

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

***

Azərbaycan İranın azadlıq zaminidr!

 

Qanlı mübarizələrdən sonra bütün Azərbaycan xalqının hüququ bir qrup qərəzli və xəyanətkar başçıların siyasəti nəticəsində ayaqlar altına düşdükdən, Azərbaycan xalqı öz hüququnu tələb etdikdə onlara təhqir ilə cavab verildikdən sonra... bu gün Azərbaycan tarixində yeni bir şərəfli səhifə açıldı.

Azərbaycan xalqı öz azadlığını fəqət özünə bağlı bildiyi üçün uydurma sözlərə inanmayıb və axırda sübut etdi ki, heç vaxt bu günkü dünyada bir milləti təkamül seyrindən geri qoymaq olası bir deyildir. O, bu danılmaz həqiqəti hafizəsiz insanların yadına salarkən öz milli mübarizəsinə davam etməklə onu əməldə göstərdi. Biz əvvəldən sülh tərəfdarı olduğumuz üçün bütün məsələləri sülh yolu ilə həll etmək istəyirdik. İndi Azərbaycan xalqı öz nümayəndələrini Tehrana göndərib çox sevinclə bu sülh danışığını apararaq ümidi edir ki, bütün məsələlər asanlıqla həll olunsun.

Buna görə firqə və milli dövlət Baş nazir cənab Pişəvərinin də gedib bu danışıqda iştirak etməsinə icazə verdi. Azərbaycan xalqı öz nümayəndələrini yola saldıqda dünyalarla dolu bir səbrsizliklə onların yolunu gözləyirlər. Bundan sonra Tehran hökuməti ilə Azərbaycan xalqının və bütün İran xalqının arasındakı münasibətlər tamamilə gərək qərəzsizlik üzü ilə olsun. Bundan sonra gərək İranda olan hökumət xalqın diqqətini və razılığını özünə cəlb etsin.

Azərbaycan xalqı azadlığını hifz etmək üçün bu gün böyük bir qüvvə yaratmışdır. Bu qüdrət onunİran xalqının azadlığını təmin edə və ona zəmanət verə bilər. Yalnız Azərbaycanın müvəffəqiyyəti bütün azadlıqsevərlərin, İranın əzilmiş millətlərinin və əqəlliyətlərinin (milli azlıqlarının - red.) qələbəsi deməkdir.

Biz öz milli qüdrətimizdən əlavə İranın bütün nöqtələrində olan demokratik qüvvələrə də etimad edirik. İndi 5 ildir ki, onlar irticanın ən çətin və sarsıdıcı şərtləri altında azadlıq uğrunda mübarizə edirlər. Bu gün bütün İran xalqının ictimai fikri milli bir dövlətin əmələ gəlməsini tələb edir. Xalq elə bir hökumət istəyir ki, onun öz hökuməti olsun, öz nümayəndələrindən təşkil edilsin. Azərbaycan nümayəndələrinin Azərbaycanın və bütün İran xalqlarının müqəddəratını həll etmək işində Azərbaycan və kürd xalqı birlikdə var qüvvələrilə onların arxasında durmuşlar.

Yaşasın azadlıq və sülhsevən Azərbaycan xalqı!

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

 

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.- 11 mart.- S.14.