Qaraqalpaq xalq ruhunun tərənnümçüsü - Hacıniyaz +
oğlu
2-ci yazı
Hacıniyazın əsərləri üzərində apardığımız müşaidələr göstərir ki, o, onları qələmə aldığı zaman çoxsaylı bədii və lirik detallardan istifadə edir. Belə lirik detal elementləri kimi qaraqalpaq etnonimləri, səhralar, Ceyhun və Seyhun (Amudərya və Sırdərya) çayları, Bozatau, Ətrək, Gürgən, Xəzər, dünyanın, əsasən Şərqin müxtəlif şəhərləri Şam, Qurd, Tehran və s. kimi nümunələr çıxış edir:
Sən bağ idin, bülbül uçdu zağ qaldı,
Dərdli sinəm yandı, içdə dağ qaldı,
Yazın getdi, indi isti
yay qaldı.
Salamat ol, bizdən qaldın, Bozatau.
Kiminin anası, kimin əmisi,
Kiminin ağası, kimin bibisi,
Kimin qızı-oğlu, kimin sinlisi,
Ətrək, Güzgən, Xəzər
aşdı, Bozatau!
Hacıniyazın vətənpərvərlik lirikasında
tarixi yad-daş həm də bədii yaddaş kimi diqqət mərkəzinə düşür. Burada bədii
təsvir vasitələri
kimi obrazlılıq üçün meta-foralar
və tipoloji müqayisələr çıxış
edir. Eyni zamanda Hacıniyaz
poetikasının səciyyəvi
cəhəti kimi müəllifin lirikasının
özünəməxsus musiqi
stixiyası yaradan obrazları göz önünə gəlir.
Hacıniyazın əsərlərindən, onun özünün bizə məlum olan tərcümeyi halından, yaratdığı
bədii obrazların poetikasından şairin yaradıcılıq fərdiliyi
və özünəməxsus
dəst-xətti görünməkdədir.
Sənətkarın əsərlərinin
əsasında dayanan vətənpərvərlik motiv-ləri
onun istifadə etdiyi poetik vasitələrin
də vahidliyini,birgəliyini qorumuşdur.
Vətən sevgisi şairin əşyavi-obrazlı
təfəkküründə ana vətən, doğma ev,
ocaq, vətən-sevgi,
vətən-can, vətən-qövm,
vətən-xalq və
s. kimi assosiasiyalar yaratmaqla fəlsəfi ba-xımdan ümumiləşmiş
simvolik poetik obrazların köməyi ilə təcəssüm olunur.
2014-cü
ildə Hacıniyaz adına Nökis
Dövlət Peda-qoji İnstitutunun tipoqrafiyasında
nəşr olunmuş
“Hacıniyaz Bülbülziban.
Seçilmiş əsərləri”ndə
şairin poetik irsi aşağıdakı
kimi təsnif olunub:
1. Məhəbbət şeirləri ; 2. Ayrılıq və el-obayla
bağlı şeirlər;
3.Xoşməramlı və salamnamə şeirləri;
4. Öyüd-nəsihətlə bağlı şeirlər;
5. Yumoristik-satirik şeirlər; 6. “Bozatau” poeması
və 7. Aytıslar
(Deyişmələr).
Qaraqalpaq Humanitar Elmlər Elmi-Tədqiqat İns-tututunun
Nökisdə “Elm” nəşriyyatında
çapdan buraxdığı
“Hacıniyaz. Mənqi miyraslar” kitabında isə Hacıniyazın yaradıcılığı aşağıdakı
kimi qruplaşdırılıb:
1.Tərif şeirləri; 2. Didaktik (öyüd-nəsihət)
şeirlər; 3. Eşq-məhəbbət şeirləri; 4.Nalış şeirlər;
5.Yumorstik-satirik şeirlər;
6.Oçerk-şeirlər; 7. Aytıslar (Deyişmələr);
9. Şəcərə “Demişlər” və Poema “Bözatau”, Hacıniyaz dövrünün
mütərəqqi fikirli
ziyalılarından olub,
geniş dünyagörüşünə
və zəngin təhsilə malik olduğundan, həm də digər türk xalqlarının –
başqurdların, qazaxların,
noğayların, özbəklərin,
türkmənlərin də
həyat tərzi və məişəti ilə yaxından tanış olub, onların içində yaşayıb. Əsərlərini öz ana dili ilə yanaşı,
özbəkcədə yazmış
orijinal şair olmaqla yanaşı, həm də səriştləli mütərcim
kimi tanınmış
Hacıniyaz Məhdimqulunun
əsərlərini qaraqalpaqcaya
tərcümə edib.
Qaraqalpaq ədəbiyyatı uzun əsrlər boyu şifahi şə-kildə
inkişaf etdiyindən
klassik ədəbiyyat
XVIII əsrin sonlarına
qədər (Jiyen Jıraunın yaradıcılığı
istisna olunmaqla) bir qədər ləng inkişafda olmuşdur. Onun yazılı status qazanmasında Günxoca və Berdaxla yanaşı, Hacıniyazın
rolu danılmazdır.
Hacıniyazın doğma
ədəbiyyat qarşısında
ən böyük xidməti ondadır ki, o, milli poeziyaya
“müxəlləs” (“müxəmməs”)
və “kosık” (“qoşma”) janrlarını
gətirənlərdən biri
olmuşdur. Hacıniyaza qədər bu
janrlardan digər sənətkarlar heç də belə geniş yararlanmayıb və onları əsərlərində tətbiq
etməyib.
Hacıniyazın poeziyası öz melodikliyi, ciddi qafiyə-yaradıcı elementləri,
intonasiya bitkinliyi, uğurlu meta-forik ibarələrlə, bədii
təsvir vasitələri
ilə zəngindir. Hacıniyazın digər bir danılmaz xüsusiyyəti
ondan ibarətdır ki, o, qaraqalpaq milli poeziyasını türk və Şərq klassikasında
istifadə olunan poetik ölcülər və bicimlərlə zənginləşdırə bilib.
İstismarçıların qənimi, istedadlı lirik, dostluq və sevgi tərənnümçüsü
Hacıniyaz həm öz doğma vətənində, həm
də ondan kənarlarda yaşamağa
məcbur olduğu illərdə daim amalına sadiq qalmış, xalqının
gün-güzəranını poetik misralarında vəsf etməyə çalışıb.
Türkmən, nogay, qazax, başqurd
torpaqlarında ha-kim dairələrin təqibindən
qaçaraq yaşayış
yerini dəyişməyə
məcbur olan Hacıniyaz, bəzi məlumatlara görə, Çelyabinsk vilayətinin
“Rəsuliyyə” kimi məşhur mədrə-səsində
də olub. Bu məlumatları
biz Ural Dövlət Veterinar
Akademiyası tarix və fəlsəfə kafedrasının dosenti ölkəşünas Qizatullin
Naufun və Başqurdıstan Dövlət
Universitetinin professoru,
filologiya elmləri doktoru Qinayət Kunafinin 2008-ci ildə Ufa şəhərində Beynəlxalq
konfransda etdiyi “Zeynulla Rəsulov – dahi başqurd mütəfəkküri filosof,
ilahiyyatçı və
müsəlman dünyasının
maarifçi–pedaqoqu” materialından
alırıq. Bu tipli informasiyalar, heç sübhəsiz ki, Hacıniyaz yaradıcılığını daha geniş və əha-təli çevrədə öyrənmək
üçün əsaslar
verməkdədir.
Təvazökarlıqdan kənar bu sətirlərin
müəlli-flərindən birinin nəşr etdirdiyi “Karakalpakskaya litertura” [Н.Мамедов. Баку, 2007, 296 s.] və
“Qaraqalpaq ədəbiyyatı”
[N.Məmmədov – Tağısoy. Bakı, 2015, 456 s.] kitablarına “Hacıniyazın yaradıcılıq
taleyi” adlı oçerklər daxil edib. Son illərdən
başlayaraq, bizim təşəbbüsümüzlə nəinki Hacıniyaz yaradıcılığı, həm
də daha geniş şəkildə
qaraqalpaq folkloru, eposu, klassik, XX əsr və müasir ədəbiyyatı
və ədəbiyyatşünaslığının
bəzi məsələləri
intensiv olaraq gündəmə gətirilməkdədir.
Belə yanaşma XX əsrin 90-cı illərindən
başlayan müstəqillik
ideyalarının genişlənməsi,
türk xalqlarının
milli-mənəvi şüurunda
gedən yaxınlaşmalar,
özünüdərk, özünüifa-də,
etnik-milli identiklik, ideoloji-siyasi intibahla yanası, şifahi xalq yaradıcılığı,
ədəbi irsə, yüksək mənəvi
və mədəni birlik ideyalarının mənimsənilməsinə, ümum-türk
tarixinə, bədii düşüncəsinə bağlıdır.
Çünki müstəqillik məhz türk xalqlarının və ilk
növbədə azərbaycanlıların
və qaraqalpaqların
uzun əsrlər boyunca hər iki xalqın sələfləri tərəfindən
yaradılmış dəyərlərin
təhlili, folklor və yazılı ədəbiyyat nümunələrinin
və mənbələrinin
geniş şəkildə
öyrənilməsini vahid
ədə-bi-bədii
sistem kontekstində müxtəlif tərəflərinin
təhlilini çağdaş
dövrümüzdə yetərincə
aktuallaşdırır.
Qaraqalpaq ədəbiyyatı, xüsusilə
Hacıniyaz yaradı-cılığı
haqqında müəyyən
bilgilərə malik olmayanlara elə gələ bilər ki, bu ədəbiyyatın
nümayəndələrinin yaradıcılığına vaxt
sərf edib öyrənmək o qədər
də səmərəli
məşğuliyyət deyil. Məsələ
burasındadır ki, türk xalq-larının milli-mənəvi varlığına,
tarixinə, onların
genezisi-nə, etnogenetik
bağlarına, etnopoetik
yaddaşına, müx-təlif
mərhələlərdə inkişafına bələd
olmadan Azərbaycan ədəbiyyatının, ədəbi
türkologiyasının və
ədəbiyyatşünaslığının
özünün belə
kamil mənzərəsini
yaratmaq mümkün deyildir. Qaraqalpaq ədəbiyyatı sözün əsil mənasında okeanı xatırladır. Biz bu
ədəbiyyatın(folklo-run və
eposun xüsusiyyətlərinə
yaxından bələd
olduğumuzdan), onun saysız-hesabsız nümayəndələrinin
yaradıcılığına nəzər saldıqca belə bir fikrin
bariz təsdiqini tapmışıq ki, türk xalqları ədəbiyyatları sırasında
qaraqalpaq ədəbiyyatının
öz siması, öz möhürü, öz obrazları, öz problemləri kifayət qədər relyefli nəzərə çarpmaqdadır.
Hacıniyaz qaraqalpaq klassik poeziyasında öz dəst-xətti, mövzuları
ilə tanınmış
sənətkarlardandır. Bu-na baxmayaraq, Hacıniyaz yaradıcılığı
heç də sırf milli sərhədlər daxilində
qapanıb qalmayıb.
Onun yaradıcılığına Əlişir
Nəvai, Məhəmməd
Füzuli, Məhdimqulu
Fəraqi və başqa bu kimi
türk klassikləri kifayət qədər pozitiv təsir göstərmişlər. Berdax adına Qaraqalpaq Dövlət Universitetinin professoru Qurbanbəy Jərimbətov
XIX əsr qaraqalpaq lirikasının janr xüsusiyyətlərini araşdırarkən
Hacıniyaz lirikasına
daha böyük yer ayırmaqla, şairin yaradıcılığına
müxtəlif rakurslardan
nəzər salıb,
onun yaratdığı
bədii nümunələr
üzərində geniş
dayanır və Hacıniyazın əsərlərinin
sonrakı dövr milli ədəbiyyatın inkişafına etdiyi təsiri xüsusilə vurğulayır.
Hacıniyaz elə bir yaradıcı şəxsiyyət olmuşdur ki, onun poeziyasının dili qaraqalpaq ədəbi dilinin formalaşmasına nəzərəçarpacaq təsir göstərib. Onun Şərq və türk klassiklərinin yaradıcılığı ilə yanaşı, qədim yunan mütəfəkkirlərinin (Platonun və Aristotelin) əsərləri ilə də tanış olduğunu, şeirlərində onlara müraciət etdiyini yaxşı görürük.
Hacıniyaz bir şair olaraq milli poeziyanı yeni janr və formalarla, bədii vasitələr və təsvir üslubu ilə zənginləşdirməyə müvəffəq olub. Müəllifin “Qədri-ni”, “Vardı”, “Tanımaz”, “Qış əqrəbi”, “Ayrılsa”, “Bir canan”, “Gözəllər”, “Yol olsun”, “Bir pəri”, “Bozataulu nazənin”, “Sevdiyim”, “Dildarım”, “Sadağa”, “Gəldim”, “Düşdü”, “Bəri gəl”, “İndi”, “Göründü”, “Yoxdur”, “Bilmədim”, “Xivəli qız”, “Gərək”, “Nə bilsin”, “Yaxşı” və s. kimi şeirlərində işlənən bədii təsvir vasitə-lərində biz bunun əyani sübutunu görürük.
Bir vacib məsələni də qeyd edək ki, Vidadinin, Va-qifin, Zakirin və başqa bu kimi Azərbaycan şairlərinin yaradıcılığı kimi XIX əsr qaraqalpaq şairlərinin də yaradıcılığı zəngin xalq bulağından su içmişdir. XVII-XVIII əsrlərdə Azərbaycan folklorunun örnəkləri milli yazılı ədəbiyyatın inkişafına, dinamikasına və janr əlvanlığına necə böyük təsir göstərmişdisə, folklor qaraqalpaq yazı-lı ədəbiyyatının da inkişafında və formalaşmasında elə-cə uğurlu şəkildə iştirak edirdi. Azərbaycan poeziyasın-da bu ənənə XVI əsrin birinci yarısından Ş.İ.Xətai ilə başlayırdısa, qaraqalpaq ədəbiyyatında Jiyen Jırau yaradıcılığı ilə XVIII əsrin üçüncü rübündən başlayırdı. Bizim ədəbiyyatda bu ənənə öz yerini qoşmaya verirdisə, qaraqalpaq ədəbiyyatında kosıka (qoşqıya) verirdi.
Məlumdur ki, Azərbaycan yazılı ədəbiyyatında he-ca vəznində yaranan nümunələr dil-üslub baxımından yeksənəq deyil. Vidadi, Vaqif, Zakir və bir sıra başqa şairlərin yaradıcılığı, o cümlədən – Güxoca, Hacıniyaz, Atəş şairin və Berdağın şeirləri sadə xalq dili biçimində idisə, onların yaratdığı bəzi örnəklərdə klassik poeziyanın dil-üslub elementləri də özünü aydın şəkildə biruzə verirdi. XVIII əsr Azərbaycan poeziyasında yaradıcılıq baxımından Vaqif əsərlərini xalqa nə qədər yaxın dildə yazıb yaradırdısa, Hacıniyazın da əsərlərində canlı xalq dilindən istifadə eləcə açıq-aydın görünməkdədir.
Nizami Məmmədov Tağısoy,
filologiya elmləri doktoru, professor
Şəbnəm
Məmmədli, filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2021.- 6 may.-
S.14.