“Vətəndaş cəmiyyəti
strukturları erməni lobbisinin təxribatlarına
qarşı mübarizədə aktiv rol oynamalıdırlar”
“Dünya erməniləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini həzm edə bilmirlər. Artıq erməni lobbisi bundan kəskin şəkildə aqressiyalaşıb. Məhz buna görə də Vətən müharibəsindən sonra ermənilər tərəfindən xaricdəki azərbaycanlılara qarşı terror və tərxribatlar daha da artıb”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə səsləndirib. F.Hüseynzadə bildirib ki, bütün bu təxribatlara qarşı mübarizədə vətəndaş cəmiyyəti strukturları, o cümlədən diaspor təşkilatları və QHT-lərimiz aktiv rol oynamalıdırlar. F.Hüseynzadə əlavə edib ki, ermənilər xaricdə Azərbaycana qarşı qarayaxma kampaniyaları da aparmağa üstünlük verirlər: “Xüsusən də erməni diasporunun ideloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsi (ANCA) 2021-ci ildə bu baxımdan daha da fəallaşıb. Bütün bu fəaliyyətlər planlı şəkildə həyata keçirilir. Bunun üçün ANCA 2021-ci il üzrə anti-Azərbaycan prioritetlərini öz saytında açıqlayıb:
- Qondarma rejimin müstəqilliyinin tanınması;
- Bütün erməni hərbi əsirlərin azad edilməsinin təmin edilməsi;
- Bakının təhlükəsizliyi sahəsində hərbi yardım və yardım proqramının dayandırılması:
- Azərbaycana və Türkiyəyə silah ixracına dair bütün yeni lisenziyalardan imtina edilməsi;
- Azərbaycanın pilotsuz uçuş aparatlarında Amerika hissələrinin araşdırılması:
- ABŞ və qondarma rejim arasında səfərlər və əlaqələr üçün maneələrin aradan qaldırılması:
- Erməni kilsələrinin müdafiəsi: hazırda Azərbaycanın hərbi nəzarəti altında olan rayonlarda erməni kilsələrinin və digər müqəddəs və mədəni obyektlərin sənədləşdirilməsində, monitorinqində, qorunmasında ABŞ-ın böyük rolu var.
-Ermənistanda yüksək texnologiyalı təhsilə dəstək üçün minilliyin çağırılmasına dair yeni müqavilənin imzalanması;
ANCA-nın əsas siyasi prioritetindən biri də Ermənistana və qondarma rejimə Ağ Ev tərəfindən humanitar yardımın edilməsidir. ABŞ Nümayəndələr Palatasının 65 – dən çox üzvü Ermənistana və qondarma rejimə yardım kimi 100 milyondan artıq ABŞ dolları vəsait ayrılması barədə Konqresin erməni toplantısının xahişinə qoşulub. Ümumi olaraq Ermənistana və qondarma rejimə 250 milyon dollar dəyərində inkişaf məqsədi ilə humanitar yardımın verilməsinə çalışılr.
ABŞ nümayəndələri Nümayəndələr Palatasının Xarici əməliyyatlar üzrə alt komitəsinin sədri Barbara Li və yüksək rütbəli üzvü Xel Rocersə məktub göndərərək, qrup 2022-ci maliyyə ili üçün xarici yardım haqqında qanun layihəsinin hazırlanmasına başlayıb.
"Biz ABŞ-ın bütün ərazisindən olan erməni fraksiyalarının liderlərinə və Konqresin həmsədrlərinə ABŞ-ın fəal yardımı ilə ABŞ-ın iştirakının bərpa olunmasına, Azərbaycana Amerika tərəfindən göstərilən bütün yardımın dərhal dayandırılmasına və regional təhlükəsizlik arxitekturasının əsası kimi Ermənistanın suverenliyinə qəti dəstək verməsinə görə təşəkkür etmək istəyirik", - deyə ANCA-adından Ağ Evə yazılan məktubda qeyd olunub.
"Ötən il Arsaxdakı müharibə və bunun nəticəsində yaranmış qeyri-müəyyənlik nəticəsində sarsılmış Ermənistana yardım göstərmək üçün Birləşmiş Ştatların nadir imkanları var. Ermənistanın əhəmiyyətli iqtisadi yardımının təmin edilməsi onun xalqının daha təhlükəsiz olmasına, demokratiyanı möhkəmləndirməsinə, iqtisadi inkişafı dəstəkləməsinə, vətəndaş cəmiyyətini sabitləşdirməyə, "COVİD-19" pandemiyasına reaksiya verməyə kömək edəcək və ən təcili yardım Arsaxda davam edən humanitar böhranı yüngülləşdirəcək",-deyə Konqresdə erməni qrupunun həmsədri Frank Pallone bildirib.
Konqresmen Kris Smit isə ABŞ Nümayəndələr Palatasını qondarma rejimə təcili tələbat, mənzil, tibbi yardım, infrastruktur və digər 50 milyon dolları ayırmağa çağırıb. Xarici yardım haqqında qanun layihəsini yazan Nümayəndələr Palatasının alt komitəsinin rəhbərlərinə ünvanlanan məktubda Smit "ən azı 50 milyon dollar ehtiyacının ərzaq təhlükəsizliyinə, mənzillərə, tibbi yardıma və həyati infrastruktura dəstək məqsədilə arsaxda humanitar yardıma ayrılmalıdır"- deyə bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağda ermənilərə zəruri yaşayış yerləri, ərzaq təhlükəsizliyi, su təchizatı və sanitariya, qaçqınlara tibbi yardım və reabilitasiya və infrastruktura tələbat da daxil olmaqla, bərpa işlərində birbaşa yardım göstərilməsi üçün ANCA-nın təşkilatçılığı ilə ABŞ Nümayəndələr Palatasına 50.000-dən çox məktub göndərilib”.
Təşkilat rəhbəri əlavə edib ki, ANCA-nın təşəbbüsü ilə ermənipərəst senator və koqnresmenlər ATƏT-in Minsk qrupunun danışıqlar prosesində iştirakını bərpa etməyə çalışırlar: “Bu məsələ əsasən senator Bob Menendes tərəfindən Senat Komitəsində dəfərlərlə qaldırlılıb.
Bob Menendes Bayden administrasiyası tərəfindən erməni soyqırımının tanınmasını dəstəkləmək üçün də çağırışlar edib. Ümumi olaraq bu ilin marat-aprel aylarında 37 senator Prezident Baydenə erməni soyqırımını tanımaq çağırışı müraciət edib. Xatırladaq ki, ANCA tərəfdarları erməni soyqırımı ilə bağlı 1 milyondan artıq məktubu Ağ Evə və Konqresə göndəriblər. Sonda məlum olduğu kimi, onlar öz istəklərinə çatdılar...
ANCA Baydenin Azərbaycana qarşı tətbiq etdiyi sanksiyalardan imtina etməsindən məyus olub. ANCA üzvü olan ermənipərəst konqresmenlər ABŞ prezidenti Cozef Baydenə və Dövlət katibi Entoni Blinkenə sürəkli olaraq məktublar yazaraq Azərbaycan əleyhinə çıxışlar edirlər. Onlar Bayden Administrasiyasının ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin imtina etməsindən narahatlıqlarını bildirir, Azərbaycana qarşı sanksiyaların təbiqi üçün çağırışlar edirlər. “Biz narahatıq ki, Dövlət Departamenti milli təhlükəsizliyin ciddi problemlərini ətraflı təsvir etmədən, bu imtinanı irəli çəkib. ABŞ-ın Azərbaycana bütün hərbi yardımını və ya təhlükəsizlik sahəsində yardımı dərhal dayandırmağı xahiş edirk”, -deyə məktubda bildirilir.
Konqresin ermənipərəst üzvləri, eyni zamanda, özlərinin sosial şəbəkə profillərində Ermənistan-Azərbaycan arasındakı son sərhəd gərginliyini əsasız olaraq siyasi formada təqdim edir, ölkəmiz əleyhinə tərxribatçı fikirlər sələndirirlər. Ümumiyyətlə, ermənipərəst konqresmenlər ABŞ tərəfindən Azərbaycana ediləcək istənilən gələcək yardımları bloklamaq üçün maksimum cəhdlər göstərirlər”.
F.Hüseynzadə onu da əlavə edib ki, Azərbaycan Şuşada “Xarıbülbül” musiqi festivalını keçirməklə bu torpaqların tarixi kimliyini bir daha dünyaya nümayiş etdirdi: “Festivalın açılışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bir daha bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj verdi. Bu tədbir dünya azərbaycanlılarının qürur və sevincinə səbəb oldu. Bu həm də tarixi Zəfər, Qələbə festivalı, konserti idi. Əlbəttə ki, bu fetivalın sədaları və sondakı atəşfəşanlıq erməniləri kəskin şəkildə narahat etdi. Bununla ermənilər bir daha məğlubiyyətin acısını yaşamış oldular. Ermənilərin festivalın və atəşfəşanlığın Xankəndindən görüntülüərini sosial şəbəkələrdə yayması, erməni ekspertlərinin bu haqda kədərli açıqlamaları bunun bariz nümunəsidir. “Xarıbülbül” musiqi festivalına Ermənistan rəhbərliyi özünün çirkin siyasəti ilə cavab verməyə çalışdı. Görünür elə, məhz buna görədir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyi siyasiləşdirdi. Hətta Rusiyanı, o cümlədən KTMT-ni də bu siyasi oyununa alət etməyə cəhd göstərdi, amma istəyinə çata bilmədi. Rəsmi Bakının açıqlmasında isə bu cür destruktiv yanaşmanın yalnız gərginliyin artmasına xidmət etdiyi vurğulanırdı.
ABŞ Konqresinin ermənipərəst üzvləri, özlərinin sosial şəbəkə profillərində Ermənistan-Azərbaycan arasındakı son sərhəd gərginliyini əsasız olaraq siyasi formada təqdim edir, ölkəmiz əleyhinə tərxribatçı fikirlər sələndirirlər. Ümumiyyətlə, ermənipərəst konqresmenlər ABŞ tərəfindən Azərbaycana ediləcək istənilən gələcək yardımları bloklamaq üçün maksimum cəhdlər göstərirlər.
Belə bir məqamda ABŞ ermənilərinin də bu ölkədəki soydaşlarımıza qarşı təxribatlar törətməsi gözləniləndir. Çünki İyul hadisələri zamanı, elə Vətən müharbəsi dövründə də biz ermənilər tərəfindən edilən bu kimi halların şahidi olmuşduq. ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan konsulluğunun erməni ekstremistlərin mümkün təxribatları ilə bağlı ABŞ-da yaşayan azərbaycanlılara müraciəti də bundan irəli gəlir. Bütün bunlar Ermənistanın 44 günlük Vətən müharibəsində məğlubiyyətinin aqressiyasıdır. Artıq dünya erməniləri Azərbaycanın bu şanlı zəfərini həzm edə bilmirlər. “Xarıbülbül” festivalı isə Ermənistana musiqi sədaları altında vurulan növbəti “Dəmir yumruq” oldu. Məhz buna görə də ermənilər milli xislətlərinə uyğun olaraq terror və təxribatçı əməllərə əl atırlar...”.
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2021.- 20 may.- S.9.