“Dəmir yumruqbirliyimizingücümüzün rəmzidir

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Onun sözlərinə görə, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

Milli Məclisin deputatı Məşhur Məmmədov qürur mənbəyimiz olan tarixi Zəfərimizə gedən yoldan geniş bəhs edərək deyib ki, Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddətdə gözləməklə yanaşı, o günün gələcəyinə tam əmin idi. Çünki müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl üzərində inamla irəliləyən Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirdi, dünya birliyinin fəal üzvünə çevrildi, ordusu dünyanın ən güclü orduları sırasında yer aldı, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. Bir sözlə, son 18 ilin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, bir ili isə bu ərazilərin tarixi sahibinə qovuşmasından sonra ölkəmizin həyatında yeni mərhələnin-bərpa və quruculuq işlərinin başlandığı il kimi xarakterizə olunur. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruqbirliyimizingücümüzün dünyaya təqdimatı oldu.

M.Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir: “Vandallar, barbarlar işğal dövründə bütün evləri söküb, talayıblar. Erməni vandallarının illərlə törətdikləri vəhşiliklər hər addımda nəzərə çarpır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. Əlbəttə, düşmən bütün dağıntıları məqsədli şəkildə edib. İşğalçı Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi mirasları viran qoymaqla, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güdüb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, eyni zamanda, erməni faşizmini məhv etdik. Buna görə şanlı Qələbəmiz bölgə, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Erməni faşizmi ən qəddar, təhlükəli, mənfur, çirkin ideologiyadır və bu ideologiyanı məhv etdik. İllər keçdikcə bu tarixi xidmətlərimiz dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək”.

Millət vəkili 30 illik işğal dövrünün mühüm məqamlarından biri kimi, dünyanın erməni vəhşiliklərini, təxribatlarını daim görməzdən və eşitməzdən gəlməsinə diqqəti yönəldərək vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək Ermənistanı diz çökdürdü, ədaləti bərpa etdi, işğala son qoydu: “44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın”.

“Müharibə dövründə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən səsləndirilən bəyanatlar emosionallığı ilə diqqət çəkirdi” söyləyən Məşhur Məmmədov qeyd edib ki, bu məqamlarda deyilən hər bir söz, fikir xalqın yaddaşına əbədi həkk olundu, dillər əzbərinə çevrildi: “Dövlət başçısı İlham Əliyevin Qələbəmizə böyük inamı ölkə vətəndaşlarını daha da qürurlandırır, o günün addımlığında olduğumuza inamı artırırdı. 44 gündə 30 ilin işğalına son qoymaq böyük qəhrəmanlıq, şücaət, ən əsası torpaq, Vətən sevgisinin göstəricisidir”.

“Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında, regiondadünyada yeni dövr başlayıb. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bu tarixi Qələbəyə, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edir, qanları, canları hesabına tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirlər. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Yeni reallıqlar fonunda qalib Prezidentimizlə irəli! Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında geniş imkanlar açılır”, - deyə millət vəkili bildirib

Milli Həmrəylik Partiyasının səri Əlisahib Hüseynov isə bildirib ki, indi hamımız Qarabağın Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümünü qeyd edirik. Bu həqiqətən də hər birimizə əsl möcüzə kimi görünür. Çünki əvvəlki illərdə biz istəməsək də belə ölkəmizin bu qədim guşəsinin yalnız işğal ildönümlərini qeyd etməli olurduq: Torpaq itkisi, erməni namərdliyi, yurd həsrəti hamımızı yaxıb-yandırırdı. Bu illər ərzində bir çox doğmalarımız yurd həsrəti ilə bu dünyadan köçdülər, Azərbaycanın müxtəlif şəhər və kəndlərinin qəbristanlıqlarında dəfn olundular. Bəzi insanlarımızda isə artıq nə vaxtsa Qubadlıya qayıdacağımızla bağlı sonuncu ümidlər də ölməkdə idi. Ancaq ümidini itirməyən, Şanlı Azərbaycan Ordusunun günün birində böyük rəşadət tarixinə imza atacağına ümid bəsləyən, Ali Baş Komandanımıza inanan insanlarımız isə qat-qat çox idi.

Biz həmin günü düz 27 il gözlədik. Bu 27 il ərzində Azərbaycan Dövləti qüdrətləndi, Azərbaycan Ordusu daha da gücləndi və nəinki bölgənin, hətta dünyanın ən döyüşkən, peşəkar ordularından birinə çevrildi.

Bu Ordu nəhayət 27 ilin tamamında öz başlıca Missiyasını – Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə başladı. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində əvvəlcə Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli mənfur düşmənin tapdağından azad edildi. Daha sonra isə növbə Qubadlımıza çatdı...”

Partiya sədri qeyd edib ki, biz həmin günlərdə Prezident İlham Əliyevin həm televiziya ilə çıxışlarını, həm də “tvit”lərini böyük bir həyəcan hissi ilə izləyirdik. Prezident hər dəfə rayonlarımız işğaldan azad ediləndə xalqa müraciət edirdi. Bu dəfə də elə oldu. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də ilk dəfə Tvitter hesabından elan etdi. Sonra isə onun televiziya ilə xalqa müraciətini dinlədik. Oktyabrın 25-də ölkədə hər kəs televizorun önündə əyləşib Ali Baş Komandanın xalqa növbəti müraciətini səbirsizliklə gözləyirdi. Və budur - növbəti qələbə müjdəsi! Prezident “Qubadlı, sən azadsan!”, “Qubadlı bizimdir!”, “Qarabağ Azərbaycandır!” sözlərini qalib Komandan əzmi ilə, böyük bir qürur hissi ilə efirdən səsləndirir. Və bütün azərbaycanlılar bu sevinci, bu zəfər xəbərini bir-birilə bölüşməyə başlayır: “Biz köçkünlərin sevinc hissini isə heç nə ilə izah və təsvir etmək mümkün deyildi. Doğma torpağın işğaldan azad edilməsinin insana yaşatdığı hisslər bizim ruhən dirçəlişimizin təzahürü idi. Bu, həqiqətən də çox qeyri-adi bir hiss idi.

Biz bu illər ərzində yurdumuzu, ocağımızı içimizdə, ruhumuzda yaşatdıq. Qəhrəman Azərbaycan Ordusu isə öz qələbələri ilə ruhumuza su səpdi, 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək bizə böyük, təkrarsız sevincqürur hissləri yaşatdı. Biz hamımız Azərbaycan əsgər və zabitlərinin Qələbə ruhuna, döyüş gücünə şahidlik etdik. Ordumuz gerçəkdən də yeni bir tarixi səhifə açdı. Mən bu tarixə şahidlik etməyimlə qürur duyuram!

Bizim könüllü özünümüdafiə batalyonları olaraq Birinci Qarabağ müharibəsi zamanı başa çatdıra bilmədiyimiz müqəddəs işi peşəkar Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinin gedişində gerçəkləşdirməyi bacardı. Dədə-baba yurdlarımızın işğaldan azad olunmasını özünün övladlıq, vətəndaşlıq və hərbi borcu hesab edən igid əsgər və zabitlərimiz öz şücaətləri ilə biz qazilərin də başını uca etdilər və bizə inanılmaz qürur hissi yaşatdılar. Mən 90-cı illərin əvvəllərində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edən, o cümlədən doğma Xanlıq kəndi uğrunda sonuna qədər savaşan bir qazi kimi 44 günlük müharibədə hərbçilərimizin göstərdikləri şücaət haqqında bu gün hər yerdə fəxr hissi ilə danışıram.

İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa şahidlik edəcəyimiz günə elə də çox qalmayıb. Mən buna əminəm. Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri sürətlə aparılır, dağıntılar da tezliklə tarixə qovuşacaq”.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2021.- 4 noyabr.- S.9.