Zəfər Gününə həsr olunmuş "Zəng" adlı qısametrajlı film təqdim edilib  

 

 

 

 

Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film çəkib. Bu barədə filmin ideya müəllifi və rejissoru Ruslan Sabirli özü məlumat verib.

 

Onun sözlərinə görə, “Zəng” filmi I Qarabağ Müharibəsində şəhid olmuş ataya qələbə müjdəsi xəbəri verilməsindən bəhs edir. Atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqları filmin süjet xəttini təşkil edir.

 

Şahbulaq qalasında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub - FOTO

Polşalı aktyor Pavel Noviş vəfat edib

Milli Xalça MuzeyindəKamil Əliyev: rəssam dövradlı sərgi açılıb

Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ Müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. 90-lar o illərdə yaşadığım hisslər hələ mənimlədir. Bu filmdə çalışdım ki, qələbə çalmağımızla yanaşı, həm I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri unutmadığımızı vurğulayım. Onların ruhlarını sevindirim. Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar”, - R. Sabirli deyib.

 

O əlavə edib ki, “Zəngfilmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir.

 

“Bu filmdə aktyor kimi rol almağımla yanaşı, həm filmin prodüseri rejissoruyam. Bir rejissor kimi çalışmışam ki, müxtəlif rejissor həlləri ilə bu hissləri tamaşaçıya çatdıra bilim.

 

Filmin ərsəyə gəlməsində köməklik göstərənBakcellşirkətinə, aktyorlara kino komandama dərin minnətdarlığımı bildirirəm. Baxmayaraq ki, film qısa filmdir, arxasında böyük bir əziyyət durur. Zəng filminin tamaşaçıların qəlbinə yol tapacağına əminəm. Zəfər Günümüz Mübarək olsun!”, - deyə R. Sabirli əlavə edib.

 

Qeyd edək ki, filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və II Qarbağ Müharibəsi Qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar isə Rəşad QarayevAsif Bəşirovdur.

 

Xalq Cəbhəsi.- 2021.- 11 noyabr.- S.4.