Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna
qəbul üzrə müsahibədə iştirak
etmək üçün müraciətə
əlavə edilməli sənədlərin siyahısı və
sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2017-ci il 11 iyul
tarixli 285 nömrəli və
“Dövlət qulluğu vəzifəsinin
tutulması məqsədi ilə müsahibə elanının
Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 24 noyabr tarixli
508 nömrəli qərarlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 367 Bakı şəhəri, 25
noyabr 2021-ci il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 28 yanvar tarixli 665 nömrəli, “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifə-lərinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 27 iyul tarixli 432 nömrəli, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1398 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 7, maddə 1482, ¹ 10, maddə 1906, ¹ 11, maddə 2177; 2018, ¹ 11, maddə 2432, ¹ 12 (II kitab), maddə 2730; 2019, ¹ 12, maddələr 2080, 2099; 2021, ¹ 3, maddə 294) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 5-ci hissəsində “sertifikata” sözü “Dövlət qulluğu sertifikatı”na (bundan sonra – sertifikat)” sözləri ilə əvəz edilsin
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 noyabr tarixli 508 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2172) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə elanının Forması”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci hissədə “sertifikat” sözü “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat)” sözləri ilə əvəz edilsin;
2.2. “Qeydlər” hissəsinin 2-ci bəndində “bir il” sözləri “altı ay” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2021.- 28 noyabr.- S.6.