Bal kimi bal
Bakıda keçirilən yarmarkada 28 ildən sonra satışa Kəlbəcər balı da çıxarılıb
Kənd Təsərrüfatı Nazirliyinin
və Azərbaycan Arıçılar Assosiasiyasının
birgə təşkilatçılığı
ilə Bakıda (metronun “Gənclik” stansiyasının yaxınlığı)
arıçılıq məhsullarının
21-ci respublika sərgi-satış
yarmarkası açılıb. Yarmarkaya
hazırlıq ərəfəsində
qeydiyyatı təsdiqlənmiş
arıçıların bal
və digər arıçılıq məhsulları
“Aqrar Tədarük və Təchizat” ASC-nin Xocasən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından
sərgi-satış yarmarkasının
keçiriləcəyi ünvana
daşınıb. Anbara təhvil
verilən balın və digər arıçılıq məhsullarının
ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin əməkdaşları
tərəfindən arıçıların
iştirakı ilə
yarmarkada satışa
çıxarılacaq məhsullardan
nümunələr götürülərək
laboratoriya şəraitində
yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi
standartlarına uyğun
olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı
vasitəsilə həyata
keçirilib. Dünyada və ölkəmizdə
mövcud olan koronavirus pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan
maksimum 40 olmaqla, ümumilikdə, 250 arıçı
iştirak edir. Yarmarka iştirakçıları növbəlilik
əsasında müəyyən
olunub. Belə ki, onlayn qaydada ilk qeydiyyatdan keçmiş arıçıların
iştirakları təsdiqlənib.
Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya
Sistemində (EKTİS) qeydiyyatdan
keçərkən etdiyi
bəyana uyğun olaraq minimum 25 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna
və ya immun sertifikatına malik arıçılar qatılıblar.
Qeyd edək
ki, yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin
arıçıların yer
bölgüsü püşkatma
vasitəsilə müəyyən
edilib. Bir arıçı yarmarkada
maksimum 400 kiloqram bal və maksimum
30 ədəd arı şanı satışa çıxara bilər. Vətəndaşlar 20 oktyabr
- 7 noyabr tarixlərində
hər gün saat 09:00-dan 19:00-dək bal yarmarkasına gələ,
keyfiyyətli və qida təhlükəsizliyi
göstəriciləri uyğun
olan bal və arıçılıq məhsullarını
əldə edə bilərlər. Yarmarkada keyfiyyətindən asılı olaraq bir kiloqram balın
qiyməti 20-50 manat arasında dəyişir.
28 ildən sonra ilk dəfə Bakıdakı
yarmarkada satışa
Kəlbəcər balı çıxarılıb.
Azərbaycanın ən
gözəl təbiətinə
və zəhgin bitki örtüyünə
malik Kəlbəcər
rayonu həm də keyfiyyətli balı ilə
məşhurdur. Kəlbəcərdə
arıçılığın böyük potensialı
var. Burada bal 3 dəfə süzülür.
Kəlbəcər balı keyfiyyətinə
- həm diastaz, həm də polen tərkibinə görə çox yüksək keyfiyyətə
malikdir. Bu, dünyada
nadir ballardan biridir.
Azərbaycanda 640-dan çox dağ-çəmən,
yaylaq bitkisi var. Onun da 520-dən çoxu Kəlbəcər
yaylaqlarında bitir.
Ona görə də burada balın tərkibi çox keyfiyyətlidir və dünyada bir çox bal
növləri ilə rəqabət apara bilər. Gələcəkdə Kəlbəcər balının dünya bazarına çıxarılması
da planlaşdırılır.
Qarabağda arıçılığın gələcək inkişafı
ölkəmizdə həm
keyfiyyətli bal istehsalının artmasına,
həm də kənd təsərrüfatı
məhsullarının ixrac
potensialının yüksəlməsinə
səbəb olacaq. Düşmən işğalından azad edilmiş Laçın və Kəlbəcər rayonunun
yaylaqlarına qoyunçuluq
və arıçılıq
təsərrüfatları köçürülüb. Pilot layihə həyata keçirilməzdən əvvəl
təsərrüfatların yaylaqlara köçürülməsi
riskləri qiymətləndirilib,
sürülərin və
arı pətəklərinin,
onlara qulluq edəcək vətəndaşların
təhlükəsizliyinin təmin
olunması üçün
müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış
keçirilib. Ehtiyat bitki
örtüyü və
vətəndaşlarla bağlı
risklər müəyyən
olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb.
Həmin
xəritələr əsasında
təsərrüfatların yerləşəcəyi ərazilərin
dislokasiya koordinatları
fermerlərə təqdim
olunub. Öz təsərrüfatlarını
Kəlbəcər yaylağına
köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının
əməkdaşlarına ANAMA-nın Göygöl
Regional Təlim Mərkəzində
müvafiq təlimlər
keçirilib, dislokasiya
bölgəsində davranış
qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi
Daxili İşlər
Nazirliyi ilə əməkdaşlıq çərçivəsində,
birbaşa yerli bölmələrinin iştirakı
ilə həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin
mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış
Əlaqələndirmə Qərargahının
nəzdində fəaliyyət
göstərən İqtisadi
məsələlər üzrə
İşçi Qrupu
ilə birgə Kənd Təsərrüfatı
Nazirliyinin pilot layihəsi
çərçivəsində Kəlbəcər rayonundan
olan fermerlərə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının
və arı ailələrinin bir müddət öncə Qoçdaş yaylağına
köçürülüb. Pilot layihəyə uyğun olaraq seçilmiş kəlbəcərli fermerlərə
və “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatları
üzrə 10 min baş
xırdabuynuzlu heyvan və 500 arı ailəsi Daxili İşlər Nazirliyinin
Kəlbəcər komendantlığı
ilə birlikdə dislokasiya üzrə yerləşdirilib. Qısa müddət
keçməsinə baxmayaraq,
Kəlbəcər balının
yaylaqda ilk süzümü
aparılıb və arı təsərrüfatlarında
bol məhsul götürülüb. Vətəndaşların müraciətləri nəzərə
alınaraq əlavə
olaraq 1000 arı ailəsinin də köçürülməsi perspektiv
fəaliyyət planına
salınıb.
Qarabağ arıçılığın inkişafı baxımından
əlverşli təbii-iqlim
şəraitinə və
bal verən zəngin bitgi örtüyünə malikdir.
Öz növbəsində, arıçılıq
iqtisadi cəhətdən
yüksək rentabelli
sahədir, əhalinin
sağlamlığını qoruyan qida və
müalicə əhəmiyyətli
məhsullar mənbəyi,
həmçinin kənd
təsərrüfatının digər sahələrində
məhsuldarlığın yüksəldilməsinə ciddi
töhvə verən müsbət ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı
sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin
qorunmasına, kənd
təsərrüfatı bitkilərinin
daha yaxşı tozlandırılmasına və
bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi
töhvə verir.
“Azərbaycan Respublikasında
arıçılığın inkişafının stimullaşdırılması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 5 mart tarixli
3747 nömrəli Sərəncamına
əsasən arıçılıqla
məşğul olan fiziki və hüquqi şəxslərə
saxladıqları hər
arı ailəsinə
(pətəyə) görə
10 manat subsidiya müəyyən edilib ki, bu da
ölkədə arıçılığın
inkişafına öz
müsbət təsirini
göstərir. 2017-ci illə
müqayisədə 2020-ci ildə
arı ailələrinin
sayı 325,0 min, bal istehsalı isə 3604,1
ton artmışdır. Ümumiyyətlə,
“Arıçılıq haqqında”
Azərbaycan Respublikası
Qanununun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə,
arı ailələrinin
sayı 4,2 dəfə
artmış, arıçılıqla
məşğul olan təsərrüfatların hər
birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən
18,5-dək yüksəlmişdir.
Arıçılar bir araya gələrək
Azərbaycan Arıçılar
Assosiasiyası yaradıblar. Dövlət arıçılra maliyyə
dəstəyi göstərir,
güzəştli şərtlərlə
mikrokreditlər verir, subsidiya ayıırır.
5 il ərzində
hər arı ailəsinə görə
arıçılara 10 manat
subsidiya verilir. Hər arıçılıq
təsərifuatında təqribən
100-150 arı ailəsi
olur, bu hesabla dövlətdən hər il
1000-1500 manat yardım
alır, bu da onların dərmanlanmasına və
qışda yemləməsinə
böyük köməkdir.
Azərbaycanda arıçılıq son illər
inkişaf etməyə
başlayıb. Əgər
2000-2005-ci illərdə ildə
600 ton bal istehsal edlmişdisə,
2015-ci ildə 2,6 min ton, 2017-ci ildə 3 min, 2018-ci ildə
5 min, 2019-cu ildə 5,8 min tona
yüksəlib. Azərbaycanda
yaxın gələcəkdə
bal istehsalının ildə 10 min tona çatdırılması nəzərdə
tutulur. Amma ölkənin potensial
imkanları daha yüksək qiymətləndirilir.
Belə ki, keçmiş sovetlər dönəmində ölkəmizdə
ildə 15 min ton bal istehsal edilirdi. Rəsmi statistikaya əsasən, 2020-ci ildə
32340 təsərrüfatda mövcud
olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6
ton vərəmum, 14,7 ton güləm
və 366,1 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının
orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat,
güləmin - 127,2 manat,
arı südünün
1 qramının orta satış qiyməti isə 5,0 manat olmuşdur.
2000-2019-cu
illərdə ildə
Cəbrayıl, Füzuli,
Ağdam, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər, Laçın,
Qubadlı, Zəngilan
rayonları üzrə
arı ailələrinin
sayı sayı 32,6 dəfə, 2010-cu ilə nisbətən 2019-cu ildə
3,8 dəfə, 2018-2019-cu illərdə
əvvəlki illərə
nisbətən 2,2 dəfə
artıb. 2019-cu ildə
bu rayonlar üzrə arı ailələrinin sayı
60 minə yaxın olub və ölkə
üzrə payı 10,56 faizini təşkil
edib. Azərbaycanın
müxtəlif rayonlarında
müvəqqəti məskunlaşmış
və tezliklə öz doğma yurd-yuvalarına dönməyə
hazırlaşan arı
ailələrinin sayı
ölkə üzrə
arı ailələrinin
sayındakı payı
da 3,4 dəfə
çoxalıb. Qarabağ
balı yüksək keyfiyyətinə
görə daha rəqabətqabiliyyətli olacaq.
Ölkədə bal istehsalı artacaq ki, bu da
həm yerli bazarda bala təlbatı
ödəmək baxımından
əhəmiyyətlidir, həm
də xarici bazarlara yeni ixrac imkanları deməkdir. Laçın və Kəlbəcər balı Avropa
və Ərəb ölkələrinin, Yaponiya
və Çinin “niş” və ya “premium” bazarlar üçün “Eko”
(BİO) və ya “Orqanik” məhsul kimi çıxarıla bilər.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2021.- 21 oktyabr.-
S.12.