Tbilisidə müasir Azərbaycan filmləri nümayiş etdirilir

 

Gürcüstanın paytaxtı Tbilisidə müasir Azərbaycan filmlərinin nümayişinə başlanılıb.

 

Reportun yerli bürosu xəbər verir ki, “Qafqaz evi”ndə gənc rejissorlar Elvin Adıgözəl və Rüfət Həsənovun 2013-cü ildə çəkdiyi “Buqələmun” filmi tbilisili kinosevərlərə ingilis dilində subtitrlərlə təqdim olunub.

 

Filmin nümayişi “Mədəniyyət təqvimi” layihəsi çərçivəsində baş tutub. Layihə koordinatoru Marika Tkeşelaşvili bildirib ki, tədbirin əsas məqsədi gürcü tamaşaçıları Azərbaycanın kino istehsalı, məzmunu və estetik xüsusiyyətləri ilə tanış etməkdir: “Film bioqrafiyaları əks etdirdiyindən çox maraqlıdır. Obrazların prototipləri rejissorların özləridir. Bu filmi əyalət həyatını göstərdiyinə görə bəyənirəm. Ekran əsərində göstərilən reallıq, xarakterlər, sosial həyat Gürcüstanla çox oxşardır. Təəssüf ki, biz regionda çəkilən filmlər barədə az məlumatlıyıq. Nə köhnə, nə də müasir kino ilə yaxşı tanışıq. Gürcüstan ictimaiyyətini bölgə kinosu ilə yaxından tanış etmək üçün vaxtaşırı belə tədbirlər keçirməyə çalışırıq”.

 

BuqələmunNicat adlı gənc oğlandan bəhs edir. O, maddi problemlərini həll etmək üçün atasının ona vəsiyyət etdiyi evi satmaq üçün doğma kəndə gəlir. Həmin bölgədə yol tikinti şirkətində çalışan Əli ev almaq istəyir işə düzəlmək ümidi ilə ailəsi ilə bura köçməyi planlaşdırır. Filmdə hər səhnədə əsas rollarda digər personajlar da yer alıb.

 

Film özünəməxsus şəkildə çox naturalistik üslubda lentə alınıb. Ekran əsəri əyalətdə həyatın necə olduğunu, insanların ilə məşğul olduqlarını dolanmaq vasitələrini göstərir.

 

Azərbaycan filmi gürcü tamaşaçılarda sosial mədəni oxşarlıqlarına görə xoş təəssürat yaradıb. Nümayişdən sonra aparılan diskussiya zamanı filmin bölgənin real həyatını əks etdirdiyi bildirilib.

 

Qeyd edək ki, “Mədəniyyət təqvimilayihəsi çərçivəsində oktyabrın 26-da rejissor Asif RüstəmovunAxınla aşağı” (2014) filminin nümayişi təşkil olunacaq.

 

 

 

Xalq Cəbhəsi.- 2021.- 21 oktyabr.- S.16.