“Zəngəzur dəhlizi kifayət qədər
böyük iqtisadi potensiala və təbii resurslara
malik olan regionu birləşdirəcək”
Vüqar Bayramov: “Eyni zamanda Azərbaycanı
regionun nəqliyyat qovşaqlarının
habına çevirəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Qarabağa səfər etdi. Türkiyə Prezidentinin təyyarəsinin birbaşa Füzuli hava limanına enməsi bölgənin yaxın perspektivdə daha canlanacaının mesajıdır. Türk dünyasının iki lideri- Azərbaycan və Türkiyə Prezidentləri Füzuli hava Limanının açılışınıhəyata keçirdilər. Eyni zamanda Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular: “Yalnız iki Türk dövləti deyil, bütövlükdə bölgə, eyni zamanda türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq bu təməlqoyma regionda yeni düzənin formalaşdığını bir daha təsdiq etdi. Dəhliz Zəngəzur bölgəsindən keçməklə həmçinin Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya edəcək. Bu baxımdan təməli qoyulan yeni avtomobil yol Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün onun infrastruktur elementinə çevriləcək. Digər tərəfdən, son təməlqoyma mərasimi də göstərir ki, Zəngəzur dəhlizinin reallaşması sadəcə zaman məsələsidir. Dəhlizin yaxın illərdə istifadəyə verilməsi praktik olaraq, qaçılmazdır.
Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırdı ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra iki dəfə Qarabağda oldu: “Füzuli hava limanı beynəlxalq statusa malikdir. Bu o deməkdir ki, Füzuli hava limanı istənilən dövlətin rəsmi nümayəndə heyətini daşıyan təyyarəni qəbul etməyə hazırdır.
Əsas sual budur: Türkiyədən sonra digər hansı dövlətin rəhbərinin təyyarəsi Füzuli hava limanına enərək Qarabağa səfər edəcək?
Cənubi Qafqaz bölgəsində iki dövlətin – Türkiyə və Rusiyanın ağırlığı var. Odur ki, Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın ardınca Qarabağa gəlişi mümkündürmü?
44 gündən sonra
İkinci Qarabağ savaşını durduran Rusiya prezidenti Vladimir Putin oldu. Məhz onun səyləri
nəticəsində noyabrın
10-da Azərbaycan prezidenti
İlham Əliyevlə
Ermənistanın baş
naziri Nikol Paşinyan arasında məlum bəyanat imzalandı. İki ay sonra
liderlər arasında
Moskvada ikinci bəyanat imzalandı.
Bununla bərabər 3
ölkənin baş nazirlərinin müavinləri
səviyyəsində təmas
qrupu formalaşaraq il ərzində
Moskvada bir neçə dəfə görüşdü. Digər tərəfdən
Rusiya sülhməramlılarının
Qarabağda varlığı
da Rusiyanın Azərbaycanla Ermənistan
arasında əsas vasitəçi olduğuna
dəlalət edir.
Vladimir Putin Azərbaycanla Ermənistan arasında sərhəddin müəyyənləşdirilməsi
məqsədilə aparılacaq
danışıqlarda da
tək vasitəçinin
Rusiya olacağını
vurğulayıb”.
Politoloq
əlavə edib ki, Rusiyanın xeyrinə olan bütün bu amillər nəzərə
alaraq Kreml sahibinin gələcəkdə
Qarabağa səfəri
aktuallaşa bilər:
“Putinin özü də iki dəfə
Qarabağa səfər
edən türkiyəli
həmkarı Ərdoğan
geri qalmaq istəməz. Ancaq Putinin hazırki
şərtlər daxilində
Qarabağa səfəri
Azərbaycanın maraqlarına
cavab vermir. Çünki, Putinin təyyarəsi Qarabağa
endikdən sonra o İlham Əliyevlə görüşüb fikir
mübadiləsi apardıqdan
sonra “neytrallığını”
qorumaq məqsədilə
Xankəndiyə gedərək
erməni separatçılarının
lideri ilə də görüşəcək.
Belə bir görüşü Azərbaycan heç bir halda qəbul
edə bilməz.
Putinin Şuşayla yanaşı
Xankəndiyə gəlişinin
Azərbaycana zərəri
faydasından çoxdur.
Ona görə də Azərbaycan Qarabağın
tamamına nəzarət
etmədən və bölgədəki erməniləri
tərksilah etmədən
Kreml sahibinin Qarabağa gəlişinə
ehtiyac yoxdur. Putinin özü də anlayır ki, hazırki şərtlər
daxilində Qarabağa
gəlib Şuşayla
yanaşı Xankəndinə
getsə bu Azərbaycan-Rusiya münasibətlərində
gərginliyə səbəb
olacaq. Putinin yalnız Şuşaya
və ya Füzuli, Zəngilanı ziyarəti isə erməniləri narazı salacaq. Putin erməniləri
də narazı salmaq istəməz. Ona görə də Rusiya prezidentinin Qarabağa səfərindən
əvvəl Azərbaycanla
Ermənistan arasında
sülh sazişi imzalanmalı, sərhədlər
müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır.
Buna baxmayaraq, başqa
dövlətlərin rəsmilərinin
Füzuli hava limanı üzərindən
Qarabağa gəlişləri
mümkündür. Bu sırada
Azərbaycana dost dövlətlərin
– Pakistan, Ukrayna, Gürcüstan,
Macarıstanın rəsmi
nümayəndə heyətlərinin
Qarabağla tanış
olmaları mümkündür.
Şuşa tam bərpa olunduqdan
sonra bu şəhərdə Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının zirvə
toplantısını da
keçirmək mümkündür”.
Politoloq
Samir Hümbətovisə
bildirib ki, 26 oktyabr 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın
II Qarabağ savaşından
sonra artıq 3-cü səfəri gerçəkləşdi:
“Bu səfər çərçivəsində
Azərbaycan prezidenti cənab İlham Əliyev və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər, Zəngəzur dəhlizinin təməlqoyma
mərasimində iştirak
etdilər və təqribən İran sərhəddindən 10 kilometr
məsafədə yerləşən
Zəbgilan raynunun Ağalı kəndində
birgə mətbaut konfransında iştirak etdilər.
Türkiyə prezidenti cənab
Rəcəb Tayyib Ərdoğanın Füzuli
Beynəlxalq Hava Limanının tikintisindən
sonra ilk xarici qonaq kimi bu
hava limanına gəlişi və ölkə başçısı
cənab İlham Əliyevlə birgə bu hava limanının
açılışında iştirak etməsi, hava limanının rəmzi açarlarını
götürməsinin özü
siyasi mesaj xarakteri daşıyır və bununla hər iki dövlət
başçısı dünyaya
qəti mesaj vermiş olurlar. Bu o deməkdir ki, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici
ölkə olaraq Türkiyə təyyarələrinin
üzünə açmış
oldu və ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir
və Bursa kimi böyük şəhərlərindən
bura mütəmadi uçuşlar həyata keçrilə bilər.
Bu isə qardaş Türkiyə şirkətlərinin
Qarabağın yenidən
qurulmasında daha da aktiv şəkildə
iştirakını təmin
etməklə yanaşı,
həm də türk iş adamlarının regiona gəlişinin daha da asanlaşmasına şərait yaratmış
olur.
Daha sonra hər iki ölkə
başçısının Zəngəzur dəhlizinin
təməlqoyma mərasimində
birgə iştirakı
isə region və dünya dövlətlərinə
verilmiş digər önəmli mesajlardan biri hesab edilə
bilər. Bu təməlqoyma
mərasiminin baş tutması ilə hər iki ölkə
başçısı açıq
şəkildə bildirdi
ki, Zəngəzur dəhlizinin açılamasına
kimin qarşı çıxmasından asılı
olmayaraq bu dəhliz mütləq açılacaq.
Nəhayət, hər iki ölkə
lider arasında həm təkbətək baş tutan görüş, həm də birgə keçirdikləri mətbuat
konfransı seçildiyi
yer baxımından və konfransda söylənilən fikirlər
baxımından vacib əhəmiyyətə malik
mesaj kimi qəbul edilə bilər.
Son olaraq onu da qeyd etmək
lazımdır ki, Türkiyə prezidentinin Azərbaycana səfəri
və burada iştirak etdiyi tədbirlərdən sonra
Rusiya mətbuatında
Azərbaycana qarşı
ritorikanın dəyişməsi
və nisbətən aqressiyanın artması
hiss edilməkdədir. Bu aqqressiya içərsində
əsas yeri Dağlıq Qarabağ termininin işlədiləməsi
tutur”.
Əli
Xalq Cəbhəsi.- 2021.- 28 oktyabr.-
S.9.