ÖLÜM
SEVİNMƏSİN QOY...
"Ürək bir qaladır, min arzu yatır,
Hər yolun yolçusu dağ aşa bilməz!
İnsan
var ölumnən murada çatır,
İnsan var ölümə yaraşa bilməz!"
(Aslan Kəmərli)
2020- ci il İyulun 13-dən 14-ə keçən
gecəyədək sən
bir evin oğlu idin. Hamı kimi doğulmuşdun, hamı kimi, (yox bəlkə də hamı kimi yox) yaşayırdın.
Amma həmin o müdhiş gecədən
sonra Sən bütöv bir elin oğlu oldun Cənab General!
Sənin vətənpərvərliyindən, Vətəni necə sevməyindən o qədər
eşitmişəm ki...Kiçik rütbəli o qədər zabitlərimiz
var ki, hikkəsi
yerə-göyə sığmır. Amma sən
o qədər həlim,
o qədər mülayim
idin ki, rütbənin səhminə,
xofuna baxmayaraq ətrafındakılar, tabeliyində
olan əsgər və zabitlərin hamısı səninlə
münasibət qurmağa
can atır, müsbət
aurannan doymurdular.
Tabeliyində olanların, ailənin,
dostlarının ən
əziz adamı idin, o müdhiş gecədən sonra Tanrının da əzizi oldun. Səni Yer üzünə əmanət göndərmişdi
Tanrı. O gecə
əmanətini geri - özünə aldı Tanrı. Sən Tanrı dərgahının
sakini oldun.
Bir qocaman qartalın, qanadları dayandı
O bir daha qıy
vurub dağlardan keçməyəcək.
Dünya
öz yerindədir yenə səhər oyandı
O vətən dağlarının
suyundan içməyəçək.
Səninlə başlamamışdı bu
itkilərimiz...nə qədər torpaqlarımız
işğaldadır. Səninlə də bitməyəcək
bu itkilər. Vətənə oğul gərək...düşmən
sipəri oğul! Vətən torpağının hər
qarışına canını
göz qirpmadan fəda edən oğul. Torpaq bərəkətlidir. Oğul yetişdirir. Analar bir
şəhidinin yerinə
yüz oğul doğur, böyüdür,
Vətənə qurban
verirlər.
Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, sən də Polad Həşimov olaraq çox nadir komandirlərdən idin. "Sonuncu loxmasını bölən, sadə insan", "Cəsur, mərd zabit idi, həm əsgərlər,
həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin
yanında idi",
"O, hər dəfə
deyirdi ki, əsgər zabitlərinə
görə hər zaman ölümə gedir, çünki əsgərlər öndə
olurlar və əmr verilən kimi irəli atılırlar. Biz bu gün gördük
ki, onun özü ön sırada getdi və şəhid oldu. Əsgərləri tənbeh də
edərdin, cəzalandırardın
da, amma onları təhqir edəcək, alçaldacaq
ifadə əsla işlətməzdin, onlara
yuxarıdan aşağı
baxmazdın. Təbiətinə, xarakterinə zidd idi belə hal.
Hərbi
nizamnamə nə tələb edirdisə, o cür də davranırdın tabeliyindəkilərlə"
.Cənab general, sitatlar
tabeliyində olanların
Sənin haqqında dedikləridir. Ruhun şad olsun!
Ölümnən o yana başlanır ad, san,
Ölümnən bu yana
qalır nisgili.
Ölümnən o yana ayrılır insan,
Yaxşı yaxşı kimi, pis də pis
kimi.
Mənfur
düşmən axı
nə biləydi ki, ölümünlə Azərbaycan gəncliyinin kumirinə çevriləcəksən
Sən. Və birdə elə o mənfur düşmənin
siyasətçilərindən birinin dediyi kimi, Sənin ölümün bütövlükdə
Ermənistan adlı qondarma dövlətin məhvinə səbəb
oldu. Bəli, əsl həqiqət
budur. Mən şəxsən demək olar ki, bütün Vətən müharibəsinə
yola salınma aksiyasında iştirak edirdim. Qarşılaşdığım ən yaddaqalan
hal bütün cəbhəyə gedənlərin
hayqıraraq “Poladın
qisasın almağa gedirəm” deməsi idi. Hamıya məlumdur ki, cəbhədə gəncliyin
hər atdığı
güllə, top mərmisi
“Poladın qisasi üçün” devizi ilə düşmənə
atılırdı. Qisasın
birə min alındı
cənab general!
Bu gün Qarabağın
Azərbaycan bayrağı
dalğalanan ən yüksək nöqtələrindən
biri Sənin adını daşıyır. 2016- cı ilin aprelində şəxsən
dığaların burnunu
ovaraq, leş-leşə
qoyduğun ərazi bu gün "Polad postu" olaraq düşmənin gözdağıdır. Üzr istəyirəm,
oğlum Təbriz də xidmətini o postda yerinə yetirirdi.
Dahi şairimiz Səməd Vurğun deyirdi:
Ölüm sevinməsin qoy,ömrünü vermir
bada,
El qədrini canınnan
daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacasqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək
ölənlər!
Gözün arxada qalmasın
cənab general! Məzarını ziyarət edən Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin köks ötürərək,
“Qisasını alacağam!”
deməsini hamımız
bu gün də yaxşı xatırlayırıq. Qisasın elə
o günün səhəri
alındı, birə
on, birə min. Yenə
də alınacaq.
Sənin
ardıcılların olan
Azərbaycan gəncliyi,
Azərbaycan əsgəri
cəmi cümlətani
44 günlük bir zaman kəsimində erməni məğlubedilməzliyi
mifini ucuz sabun köpüyü kimi fiaskoya uğratdı,
Bütün torpaqlarımız
işğaldan azad edildi. İnşallah
çox qısa zamanda 30 illik bir zamanda “qaçqın”,
“məcburu köçkün”
adına sıxılan, yurd təşnələri, Vətən
sevdalıları soydaşlarımız
öz doğma yurd-yuvalarına dönəcəklər.
İşğal altında
olan torpaqlarımız
düşmən tapdağından
azad olundu və Sənin Vətən səmasında
narahat olan müqəddəs ruhun azad, aram
olaraq azad oldu cənab general!
Allah Sənə rəhmət eləsin cənab General!
Malik Balaşov, Tarixçi-publisist,
“Qızıl qələm”
media mükafatçısı
Xalq Cəbhəsi.-
2021.- 9 sentyabr.- S.14.