Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzidir

 

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən Azərbaycan, həm də çox qısa müddət ərzində etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiqləyə bilib.

Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz. Çünki Azərbaycanın milli, dinicoğrafi xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti artıq xalqımızın genefondunda özünə yer tapıb. Deməli, tolerantlıq ənənələrinin inkişafına görə müsbət mənada fərqlənən cəmiyyətlərdə və ölkələrdə dinlərarası dialoq və əməkdaşlığın səviyyəsi digər ölkələrdən daha yüksəkdir. Ona görə də, bu sahədə nümunəvi sayılan cəmiyyətlərin təcrübəsindən həm yerli, həm də regional və beynəlxalq səviyyədə istifadə etmək yalnız işin xeyrinə ola bilər.

Dini sahədə dialoq, müxtəlif dinlərə mənsub olan insanların inanclarını, düşüncələrini bir-birilərinə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə ortaq olan, yaxud olmayan bir məsələdə barış, hürriyyət, aşkarlıq atmosferində digərini öyrənmək, bilmək, tanımaq, qulaq asmaqbaşa düşmək məqsədilə qarşılıqlı söhbət edə bilmələrini, birlikdə görmələrini, birgə yaşamalarını və hətta uzlaşmalarını təmin edən bir ünsiyyət formasıdır. Dialoq qurmağa çalışan dinlər arasında nə qədər çox fərqlilik olsa da, mühüm olan din mənsublarının bir-birilərini olduğu kimi qəbul etmələridir. Dinlərarası dialoq dinləri birləşdirmək və ya bir yerdə əridib "yeni bir din" istehsal etmək təşəbbüsü deyil. Dinlərarası dialoq bütün fərqlilikləri qoruyaraq heç bir məhdudiyyətdən istifadə etmədən səmimiyyət və anlayış daxilində ortaq məsələləri müzakirə etmək, danışmaq və birgə həll yolları axtarmaq cəhdidir.

Danılmaz faktdır ki, dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, "Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır". Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Burada müxtəlif konfessiyaların nümayəndələri hələ qədimdən məskunlaşıb və əsrlər boyu bir yerdə mehribancasına yaşayıblar. Buna misal olaraq, Bakının Suraxanı rayonunda günümüzə qədər gəlib çıxmış "Atəşgah" məbədini göstərmək olar. Neçə əsr bundan əvvəl tikilməsinə və ondan sonra neçə dinin Azərbaycana gəlməsinə baxmayaraq, bu gün də "Atəşgah" qorunmaqdadır. Tarix göstərir ki, 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanda yayılmağa başlayan konfessiyalar arasında heç vaxt ən kiçik anlaşılmazlıq belə olmayıb. Tarix boyu müxtəlif qanlı müharibələrə səhnə olan Azərbaycanda dinlərarası balans yenə də qorunub saxlanılıb və dinlər arasında təfriqə yaranmasına gətirib çıxarmayıb. Belə bir nümunəyə bədnam qonşularımızla gedən müharibənin ilk illərində də rast gəlinib. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan "islam təhlukəsi" gözlənilir. Azərbaycan - Ermənistan münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olub. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin süni şəkildə xrisianlaşdırılmasından isifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər inkişaf edərək daha da yaxşılaşdı.

Azərbaycana gələn dünya dini liderləri (xüsusən, qeyri-islam dini liderləri) birmənalı şəkildə təsdiq edirlər ki, Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvi bir ölkədir.

Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanda tolerantlığı və müxtəlif dinlərin dinc yanaşı mövcudluğunu yüksək qiymətləndirib, bunun Avropa üçün xüsusilə hazırkı münaqişələr dövründə nümunə olduğunu vurğulayıb. Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kord Mayer-Klodt da Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışaraq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yanaşı yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb.

Florensiya Universitetinin professoru Franko Kardini, "Vox Populi" elm mərkəzinin rəhbəri, professor Ermanno Vizintayner, "II Nado di Gordio" elm mərkəzinin rəhbəri Daniele Lazzeri və mərkəzin üzvü professor Paolo Zammatteo, İtaliya Yəhudi İcmaları İttifaqının müşaviri Viktor Macar, Vaşinqtonda Ceymstaun Fondunun Balkanlar, QafqazOrta Asiya Proqramının rəhbəri Marqarita Assenova, Fondun baş tədqiqatçısı Vladimir Sokor, tanınmış yəhudi ictimai xadimi İsrael Barouk, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, Vatikanın dövlət kardinalı Tarçizyo Bertonibaşqa tanınmışlar Azərbaycanda dinlərarası dialoqudini toleranlığın bir çox ölkələrə nümunə ola biləcəyini söyləyiblər. Azərbaycanlıların yüksək dini dözümlülüyü haqqında bu fikri Roma Patriarxı I Varfolomey də 2003-cü ildə ölkəmizə səfər edərkən demişdir: “Burada dini dözümlülüyün səviyyəsindən məmnun qaldım. Azərbaycanda hər kəs öz arzusuna görə dininə etiqad edə və ayinlərini keçirə bilər”,

Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşkil edilməsi məqsədilə sosializmin respublikada hökm sürdüyü dövrdə dağıdılmış bir çox sinaqoqlar, kilsə və baş kilsələr bərpa edildi. 1920-ci ildə bağlanmış və 70 il ərzində tamamilə dağılmaq üzrə olan Svyatıx Jen Mironosets kilsəsi 1991-ci ildə rus provaslav icmasına verildi. Moskvabütün Rusiyanın Patriarxı II Aleksinin səfəri zamanı məbəd təqdis edilərək kafedral baş kilsə statusu aldı.

Bununla yanaşı, ənənəvi yəhudi memarlıq üslubunda yeni bir sinaqoq binası tikildi. Daha bir nümunə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev başda olmaqla respublika hökuməti dinlərarası dialoq təşəbbüsünü nəzərə çatdıraraq, 2004-cü ildə Roma Papası II İohan Pavelin respublikaya səfərini təşkil etdi. Papanın səfəri böyük əks-səda doğurdu. Onunla görüşdə Azərbaycanın bütün dini icmalarının nümayəndələri iştirak etdi: Qafqaz müsəlmanları idarəsinin rəhbəri Şeyx-ül-İslam Allahşükür Paşazadə, Bakı və Xəzər Rus provaslav Kilsəsinin yepiskopu Aleksandr, Dağ yəhudilərinin dini icmasının sədri Semen İixilov. Roma Papası II İohan Pavel Qafqazdakı zorakı münaqişələrə münasibətini bildirərək bəyan etmişdir: Heç kim dinləri aqressiya, zorakılıq və ya ölüm vasitəsi kimi dözümsüzlük aləti olaraq, təqdim etmək və istifadə etmək hüququna malik deyil. Əksinə, onların dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün zəngin mənbəyidir”.

Dinlərarası dialoq Azərbaycanda qədim tarixə malikdir və ölkəmizin milli inkişaf strategiyasının tərkib hissələrindən biridir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dinietnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dinimilli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Dinlərarası dialoqun təmin olunmasında əsas məqsədlər dünyada sabitliyin və əmin-amanlığın təmin edilməsi; dini müxtəlifliyin qorunması və təşviqi; vətəndaş həmrəyliyinin yaradılması; dini konfessiyalar arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi; dinlərarası dialoqun potensialından və imkanlarından dini-mədəni birgəyaşayışın təmin edilməsi üçün istifadə olunması; dini müxtəlifliyin təşviqi məqsədilə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və s. ibarətdir. Onu da bildirək ki, dinlərarası dialoq çərçivəsində dini müxtəlifliyin qorunması vicdandini etiqad azadlığı ilə sıx şəkildə bağlıdır. Dini müxtəlifliyin əsasında müxtəlif dinlərin nümayəndələrinin bərabər konstitusion hüquqlarının qorunması dayanır.

Dini tolerantlığın təşviqi indiki və gələcək nəsillərin demokratik, dini müxtəlifliyin qorunduğu şəraitdə yaşamasını şərtləndirir. Dini müxtəlifliyin təmin olunması sahəsində dövlət siyasəti aparılarkən Azərbaycan Konstitusiyasında və digər normativ-hüquqi aktlarda, müvafiq beynəlxalq konvensiyalarda öz əksini tapmış prinsiplər və dəyərlər əsas götürülür.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2021.- 9 sentyabr.- S.9.