“Azərbaycan”  qəzetinin səhifələrində 

 

 70-ci yazı

 

Vətənin müdafiəsi üçün Azərbaycan Demokrat Firqəsi üzvlərinin hərbi təlimlərə başlaması barədə

 

"Firqə üzvləri hərbi təlimata başladılar"

 

Aprel ayının 12-də, cümə günü günorta saat 2-dən 4-ə qədər təzə milli meydanda homələrin (firqənin yerli rayon komitələr – red.) 500 nəfərdən artıq hərbi təlimatçıları üçün komanda və tağım komandirləri birinci dəfə olaraq hərbi təlimat keçirmişdir. Təlim qurtardıqdan sonra hörmətli Baş nazirimiz cənab Pişəvəri firqəmizin silahlanma və azadlığımızın müdafiəsi barəsində atəşin bir nitq söylədi.

Cənab Pişəvərinin bu nitqi coşğun bir məhəbbət və səmimi bir ürəklə, davamlı sürəkli alqışlarla qarşılandı.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 172, 14.04.1946

***

 

Məmləkətimizin hər tərəfində böyük coşğu

 

Xoy yerli komitəsindən mərkəzi komitəyə göndərilən 40 vərəqlik hesabatda Xoy ətrafında təşkil olunan mitinqlərin və yığıncaqların şərhi ətraflı bir surətdə yazılmışdır. Şanlı firqəmizin rəhbərliyi və xalqımızın əli ilə qurulan, həqiqi atamız olan milli dövlətimizə xalqımızın candan və könüldən nə qədər bağlı olduğunu söyləmək mümkün deyildir.

Xoydan göndərilən bu şərhlərdə mədəni tərbiyə və milli şüura malik olan xalqımız vətənimiz və dövlətimizin müdafiəsi yolunda Azərbaycanın hər tərəfində, şəhərlərində və kəndlərində, hər güşə və bucağında gecəli-gündüzlü necə fəaliyyət göstərib hazır olduqları aydın surətdə görünməkdədir. Məsələn, Gövhəran, Vəlaman, İvoğlu, Əmirbəy Pirə, Qaraşibal, Bədəlabad, Sərab kəndi, Parçı, Əyərbucaq, Qaraclı, Dizəc, Təzəməhəllə, Çibanlı, Qırqala, Əmirbəy və bunlardan başqa yüzlərlə ayrı yerlərdən gələn mitinqlərin və iclasların protokolları xalqımızın bu az müddətdə nə qədər böyük addımlar atdığını, siyasi inkişafa malik olan millətlər sırasına yüksəldiyini və öz milli hüququnu qorumaq üçün əldə silahcür vətən astanasında keşik çəkdiyini göstərir və hər bir vətəndaş onları gördükdə belə bir millətə mənsub olduğu ilə fəxr edir. Gecə-gündüz vətən uğrunda yatmayıb çalışan firqəmiz və xalqımıza eşq olsun!

R.A.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 171, 12.04.1946

 

***

Tehrandan məktub

 

Biz, Tehranda yaşayan Azərbaycan cavanları, böyük demokrat firqəsinin rəhbərliyi altında əmələ gəlmiş milli dövlətimizin təşkilindən sonra həmişə ardıcıl olaraq mübariz “Azərbaycan” qəzetini oxuyuruq. Hər bir nömrəsində yeni müvəffəqiyyətlərin əldə edildiyini hiss edirik və vətənimizin nicatı üçün var qüvvələri ilə çalışan həqiqi rəhbərlərin simaları gözümüzün önündə canlanır. Artıq hər bir azərbaycanlı cavan öz yurdunu alqışlayır. Biz, bizimlə Azərbaycan arasında olan məsafəyə baxmayıb müqəddəs ölkəmizin müdafiəsi üçün təşkil olunmuş xalq qoşunları sırasına daxil olmağa can atırıq. Gündən-günə şanlı qələbələrə doğru gedən Azərbaycan xalqının uğurları, şübhəsiz, Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi nəticəsindədir.

Biz Tehranda yaşayan kəndlilər, işçilər, ziyalılar uzaqda da olsaq, vətənimizin, yəni doğma ana yurdumuzun yolunda həyatımızdan və bütün varlığımızdan keçməyə hazırıq. Biz milli dövlətimizin çıxardığı qanunları oxuyarkən ölkəmizin sürətli addımlarla yeni parlaq bir həyata doğru getdiyini gördükdə sevincdən ürəklərimiz çırpınır, qəlbimizdə vətənimizə qarşı olan bağlılıq canlanır. Özümüzdə yeni bir ruh hiss edirik. İllər boyu keçmiş irtica dövlətinin qanlı və amansız pəncəsi altında nəfəs almağa imkan tapa bilməyən Azərbaycan xalqının qəlblərində olan arzular və ümidlər milli dövlətimizin göstərişləri ilə həyata keçir. Azərbaycanda əmələ gələn inkişafı biz hamıdan artıq hiss edirik. Çünki biz mənfur irticanın mərkəzi olan Tehranda yaşayırıq. Hələ burada həqiqi azadlıq yoxdur. Burada həmişə azərbaycanlıları təhqir edirlər. Vətənimizin gözətçisi olan biz Azərbaycan cavanları ana dilimizdə yazmaqdanya mitinqlərdə danışmaqdan məhrumuq. Amma azərbaycanlı hər yerdə olursa-olsun, öz ana dilini sevir, öz doğma yurdunu istəyir.

Biz Azərbaycan demokrat cavanlarına atəşin salamlar göndəririk. Biz söz veririk ki, harada olsaq, var qüvvəmizlə ölkəmizin azadlığı uğrunda çalışaq. Biz uzaqdan-uzağa ana yurdumuzu qorumaq uğrunda çalışan Azərbaycandakı cavanlarla hər zaman yaxınlaşıb onların əllərini sıxmağa fəxr edirik. Çünki biz azərbaycanlıyıq. Bizim gözümüzün önündə sevimli Daxili İşlər nazirimizin “Biz xaricdə olan azərbaycanlılara ağuşumuzu açaraq qəbul edəcəyikbəyanatı canlanır.

Biz hamımız Azərbaycanda olan xalq qoşunlar sıralarında silaha sarılıb xalqımızın azadlığını defa etməyi son dərəcədə arzu edirik.

Yaşasın böyük müqəddəs doğma yurdumuz Azərbaycan!

Yaşasın Azərbaycan Demokrat Firqəsinin yorulmadan çalışan rəhbərləri!

Üç mindən artıq Azərbaycan cavanları tərəfindən Rəhim, Dəqiq, Baba, Əziz.

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 171, 12.04.1946

 

***

 

Azərbaycanın səsi

(Azərbaycan Milli Hökumətinin ilk radio stansiyasının işə başlaması münasibətilə)

 

Xalqımız ölkəmizdə həqiqi demokratiyanı bərqərar etdikdən sonra hökumətimiz bugünkü ehtiyaclarımızın ən mühümlərini təyin verməklə lazımi islahata başladı. Azərbaycan Milli Hökumətinin radio stansiyası neçə gündən bəridir ki, işə başlayıb Azərbaycan dilində xəbərləri yayır. Milli Hökumətimizin ən mühüm müvəffəqiyyətlərindən biri radio stansiyasının yaradılmasıdır.

Xalqımız azad olduqdan sonra özünün, beş milyonluq bir millətin varlığını özgələrə qüdrətini dananlara, bütün demokratik dünyaya elan etməli idi. İstismarın qorxulu möhkəm divarlarını xarabalığa döndərib onun viranələri üzərində azadlıq binasını qoyan xalqımız, illər boyu əzilmiş fars şovinistlərinin alçaq tədbirləri sayəsində öz ana dilini oxumaqdan yazmaqdan məhrum olmuş millətimiz bu gün öz ana dilimizdə Azərbaycanın qəlbindən, Azərbaycanın tarixi xatirələrinin şahidi olan şanlı Təbrizdən azadlıqlarını qorumaq ələ gətirmək üçün bugünkü gündə öz ləyaqətlərini isbat edən dünyanın bütün diri millətlərinə səslənir.

Hamı indi bu səsi eşidir millətimizin qüdrətini düşünür. Millətimiz bu gün o köhnə, çürümüş panfarsizmi törədən mənfur ünsürlərə Azərbaycanın kimi bir ədəbiyyata, geniş dilə malik olmasını sübut edir. Azərbaycanın səsi hər yerə yayılır, öz xalqımız isə dünyalarla sevinc ilə bu səsə qulaq asır, radio stansiyasından yayılan sözləri öz şirin ana dilləri ilə eşidib düşünürlər.

Bundan sonra əbədi həyata, azadlığa malik olan müqəddəs odlar ölkəsi Azərbaycan həmişə səslənəcəkdir. Bu səs öz çürük beyinlərində xam arzular bəsləyənlərin nəzərində ölüm nəğməsidir, çünki daha millətimiz zorla qəbul etdirilən bir dili qəbul etməyəcəkdir. İndi bizim həmvətənlərimiz uzaq-uzaq nöqtələrdən Azərbaycanın səsini eşidirlər. Azərbaycanlı hər yerdə olursa-olsun, Azərbaycanı sevir öz dilində olan sözlərin tərənnümündən həvəslənir.

Xalqımızın iradəsi sayəsində Azərbaycan bu gün mədəni ölkələrlə həmahəng olmağa tərəf getməkdədir. O, Tehranın istismar siyasəti altından qurtarmışdır bundan sonra heç bir vəchlə yad qəsbkarlarla danışıqlara getməyəcək, bizim azadlığımızı təhdid edən ünsürlərə zərrəcə aman verməyəcəkdir. Biz sistemimizi hamıya eşitdiririk. Qoy xalqı əsarət altında saxlayan imperializm nökərləri özlərinin yoxluğa məhkum olmalarını düşünsünlər bilsinlər ki, bir millətin şərəfli tarixini dilini aradan aparmaq mümkün olası deyildir.

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 171, 12.04.1946

 

***

Aslanlar hazırlaşır!

 

Təbrizdə cəsarətli firqəmizin bütün üzvləri hər gün səhər saat 6-da hərbi müəllimlər tərəfindən çox hərarətli surətdə hərbi təlim görməkdədirlər. Bundan əlavə firqəmizin xanım üzvləri ayrıca olaraq əsgəri təlim görəcəklər. Azərbaycanın hər tərəfində hər güşə-bucağında bu əsgəri təlimlər böyük bir ruh yüksəkliyi ilə davam etməkdədir.

Qoy bütün dünya bilsin ki, azərbaycanlı azad yaşamağa, silahı əlində olaraq o yolda verdiyi qurbanlara axıtdığı pak qanlara and içmişdir. Onun müqəddəs azadlığının toxunulmazlığına hər yandan hər kəs tərəfindən olursa olsun, sui-qəsd yaxud bir təcavüz fikri bəslənilərsə, Azərbaycan xalqı kişili-qadınlı, uşaqlı-böyüklü şanlı silahı ilə o xain təcavüzkarları qarşılayacaqdır, öz azadlığını, Vətən beşiyini, namusunu milli şərəfini müdafiə mühafizə etmək üçün aslanlar kimi düşmənlərini parçalayıb onları darmadağın edəcəkdir.

 

Azərbaycanqəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 175, 17 aprel 1946-cı il

 

***

Qəvvamüssəltənənin Molotova teleqramı

MoskvaSovet Sosialist Respublikaları İttifaqı Nazirlər Şurası sədrinin müavini Xarici İşlər naziri cənab Molotov həzrətlərinə

 

İran Sovet Sosialist Respublikaları İttifaqını maraqlandıran məsələlər üzrə danışıqlar hazırda müsbət nəticə ilə tamamlandığı, dost qonşu ölkələr arasında tam qarşılıqlı anlaşma yarandığı bir zamanda bu qədər qiymətli nailiyyət əldə edilməsi iki ölkə arasındakı qarşılıqlı anlaşmada yeni bir dövr açılması münasibətilə öz sevincimi bildirirəm. Ümidvaram ki, Moskvadakı yazılı şəxsi danışıqlar nəticəsində Zati-alinizin lütfkar köməyi sayəsində iqtisadi qarşılıqlı münasibətlər hər ölkənin xeyrinə müsbət surətdə nəticələnəcəkdir.

 

***

 

İranın Baş naziri Qəvvamüssəltənə.

Molotovun Qəvvamüssəltənənin teleqramına cavabı

 

Tehran – İranın Baş naziri Xarici İşlər naziri Qəvvamüssəltənə həzrətlərinə.

Sovet İttifaqı ilə İran arasındakı qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsi işinə ciddi kömək olan danışıqların müsbət nəticə ilə qurtarması münasibətilə sizin təbrikinizə xeyirxah arzularınıza görə təşəkkürümü qəbul etmənizi, cənab Baş nazir, sizdən xahiş edirəm. Ümidvaram ki, iqtisadi məsələlər üzrə danışıqlarımız sizin şəxsən bu danışıqlarda iştirakınız xalqlarımızın xeyrinə olaraq eyni dərəcədə müvəffəqiyyətli nəticə verəcəkdir.

 

Sovet Sosialist Respublikaları İttifaqı Xarici İşlər naziri V. Molotov.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 170, 11.04.1946

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.- 19 yanvar.- S.14.