Turizm sektorunda yenidən canlanma
Bu ilin əvvəlindən ərəb
ölkələrindən gələnlərin sayı 3 dəfə
artıb
Pandemiyanın səngiməsi ilə Azərbaycanda turizm sektorunda yenidən canlanma müşahidə olunur. Qeyri-neft sektorunda xaricdən ölkəyə valyuta axını baxımından ən gəlirli sahə olan turizmdə aktivləşmə xidmət sektorunda iqtisadi aktivliyin və iş yerlərinin bərpası baxımından çox əhəmiyyətlidir. Xüsusən də gözünü yay mövsümündə turistlərin gəlişinə dikmiş sahibkarların, evlərini kirayə verənlərin, kiçik də olsa müyyən xidmətlər göstərib çörək pulu qazanmaq arzusunda olanların əsas ümid yerlərindən biridir.
Hər
halda turizm sektorunda artım meyilləri var. Dövlət Sərhəd
Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-mart
aylarında Azərbaycana dünyanın 149 ölkəsindən
246,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 2,1 dəfə çox əcnəbi və
vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin
27,4 faizi Rusiya, 24,7 faizi Türkiyə, 14,4 faizi İran, 5,8
faizi Gürcüstan, 3,4 faizi Ukrayna, hər birindən 3,1 faiz
olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş
Ərəb Əmirlikləri, 2,0 faizi Pakistan, 1,6 faizi
Küveyt, 1,3 faizi Qazaxıstan, hər birindən 1,2 faiz olmaqla
Hindistan və Böyük Britaniya, hər birindən 0,8 faiz
olmaqla Almaniya və Oman, hər birindən 0,7 faiz olmaqla Belarus
və ABŞ, hər birindən 0,6 faiz olmaqla İsrail və
Özbəkistan, 6,6 faizi digər ölkələrin vətəndaşları
olmuşdur. Gələnlərin 79,7 faizini kişilər, 20,3
faizini qadınlar təşkil edib.
Ərəblərin
ölkəmizə axınında daha çox artım
müşahidə edilir. Belə ki, ötən ilin eyni
dövrü ilə müqayisədə Omandan gələnlərin
sayı 649 dəfə, Səudiyyə Ərəbistanından
- 168,5 dəfə, Küveytdən - 167,1 dəfə, Bəhreyndən
- 50,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən
- 47,7 dəfə, Pakistandan - 29,5 dəfə, Hindistandan - 11,0 dəfə,
İsraildən - 6,3 dəfə, ABŞ-dan - 5,6 dəfə,
Qazaxıstandan - 3,6 dəfə, Fransadan - 3,5 dəfə,
Ukraynadan - 3,0 dəfə, Böyük Britaniyadan - 2,2 dəfə,
İrandan - 1,9 dəfə, Türkiyədən - 1,9 dəfə,
Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan -
14,9 faiz artmışdır. 2021-ci ilin yanvar-mart ayları ilə
müqayisədə körfəz ölkələrindən gələnlərin
sayı 3,0 dəfə artaraq 58,3 min nəfər, Avropa
İttifaqına üzv ölkələrdən gələnlərin
sayı 2,5 dəfə artaraq 10,9 min nəfər, MDB ölkələrindən
gələnlərin sayı 1,8 dəfə artaraq 84,3 min nəfər
olmuşdur. Gələnlərin 54 faizi hava, 44,2 faizi dəmir
yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatından
istifadə edib.
Maraqlıdır
ki, ölkədən gedənlərin sayında da artım
müşahidə edilir. 2 ildir pandemiyanın şərtlərinə
birtəhər səbr eləyib dözənlər yenidən
xaricə üz tutmağa başlayıblar. Belə ki, 2021-ci
ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə
gedən Azərbaycan vətəndaşlarının ümumi
sayı 2,7 dəfə artaraq 298,5 min nəfər olub. İrana
gedənlərin sayı 5,1 dəfə, Rusiyaya 2,6 dəfə,
Türkiyəyə 2,6 dəfə, Gürcüstana 2,3 dəfə
çoxalıb. Ölkə vətəndaşlarının
44,5 faizi Türkiyəyə, 18,7 faizi Rusiyaya, 12,9 faizi
İrana, 8,0 faizi Gürcüstana, 15,9 faizi digər ölkələrə
səfər edib. Gedənlərin 66,4 faizi kişilər, 33,6
faizi qadınlardır. Onların 58,4 faizi hava, 39,2 faizi dəmir
yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından
istifadə ediblər.
Əslində
turizm sektorunda 2021-ci il də durğunluq ili olub. Belə ki,
keçən il ölkəyə dünyanın 167 ölkəsindən
791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi
və vətəndaşlığı olmayan şəxs gəlibr.
Onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi
aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4
faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr
ayında ölkəmizə səfər ediblər. Gələnlərin
82,0 faizini kişilər, 18,0 faizini qadınlar təşkil
etmişdir.
2021-ci ildə
ölkəmizə gələnlərin 32,6 faizi Rusiya, 25,0 faizi
Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər
birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb
Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə
Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər
birindən 0,7 faiz olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 faizi
ABŞ, 0,5 faizi Özbəkistan, hər birindən 0,4 faiz
olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6,0
faizi digər ölkələrin vətəndaşları
olmuşdur. 2020-ci illə müqayisədə
Gürcüstandan gələnlərin sayı 66,0 faiz,
Hindistandan - 55,3 faiz, Səudiyyə Ərəbistanından -
26,0 faiz, Özbəkistandan - 20,3 faiz, Qazaxıstandan - 18,5 faiz,
Belarusdan - 5,1 faiz azalmış, Birləşmiş Ərəb
Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə,
İrandan - 72,2 faiz, ABŞ-dan - 69,3 faiz, Almaniyadan - 67,7 faiz,
İsraildən - 57,0 faiz, Böyük Britaniyadan - 33,7 faiz,
İtaliyadan - 24,0 faiz, Türkiyədən - 23,3 faiz, Rusiya
Federasiyasından isə 14,7 faiz artmışdır. 2020-ci illə
müqayisədə Avropa İttifaqına üzv ölkələrdən
gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər,
körfəz ölkələrindən gələnlərin
sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən
gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər
olmuşdur. Ölkəmizə gələn əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin
49,8 faizi dəmir yolu və avtomobil, 48,0 faizi hava, 2,2 faizi isə
dəniz nəqliyyatından istifadə etmişdir.
Keçən
il xaricə gedənlərin sayında da azalma olub. Xarici
ölkələrə gedən vətəndaşlarının
ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz
azalaraq 974,5 min nəfər olmuşdur. İrana gedənlərin
sayı 80,6 faiz, Gürcüstana 75,3 faiz azalmış,
Türkiyəyə gedənlərin sayı 2,4 dəfə,
Rusiyaya isə 7,8 faiz artmışdır. Ölkə vətəndaşlarının
47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 7,8 faizi
Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə
səfər etmişdir. Gedənlərin 66,3 faizini kişilər,
33,7 faizini qadınlar təşkil etmişdir.
Göründüyü ki, Türkiyəyə axın əhəmiyyətli
həcmdə çoxalmaqdadır.
Amma rəqəmlər göstərir ki, ötən il daxili turizmdə artım baş verib. Belə ki, 2021-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 78,7 faiz artaraq 1,787 milyon nəfər olub. Gecələmələrin 48,7 faizi Bakıda, 7,9 faizi Qəbələdə, 6,7 faizi Xaçmazda, 5,9 faizi Qubada, 5,8 faizi Şabranda, 4,2 faizi Lənkəranda, 3,9 faizi Qusarda, 2,7 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Şamaxıda, 1,5 faizi Qaxda, 1,1 faizi Masallıda, 1,0 faizi Mingəçevirdə və 6,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Ölkə vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1372,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 76,8 faizini təşkil edir.
Sərhədlərin açılması ilə həm ölkəyə gələnlərin, həm də gedənlərin sayında ciddi artım gözləniləndir. Arzu olunandır ki, daxili turizm daha çox inkişaf etsin, yəni yerli vətəndaşlar pullarını elə Azərbaycanda xərcləsinlər, valyuta xaricə axmasın. Ancaq bunun üçün ölkə daxilində daha əlverişli şərtlər, ucuz və keyfiyyətli xidmətlər təklif olunmalıdır. Ölkədəki bahalı turizm xidmətləri yerli vətəndaşları xaricə, xüsusən də Türkiyəyə üz tutmağa vadar edir.
Har halda
pandemiya turizmə böyük ziyan vurdu, son 2 ildə otellər,
restoranlar gözləməli olublar. Bəlkə də xidmət
sektorunda ən cox ziyan görən sahədir. Amma gərək
sahibkarlar 2 ildə itirdiklərini bu mövsümdə maksimum
şəkildə çıxarmağa
çalışmasınlar. Əks halda yenə də yerli
turistləri, potensial müştərilərini
qaçıracaqlar xaricə. Nəzərə almaq
lazımdır ki, turizm iqtisadiyyatın əlverişli bir hissəsi
olmaqla kiçik və orta sahibkarlıq üçün
yaxşı baza yaradır. Regionlarda turizmin inkişafı yeni
iş yerlərinin açılmasına kömək edir,
regionun infrastrukturunun formalaşdırılmasında
mühüm rol oynayır. Amma ölkəyə əsas pul gətirən
və regionlarda xərcləyən də xarici turistlərdir.
Doğrudur, onlar tələbi artırmaqla qiymət
artımına şərait yaratmış olurlar ki, bu da yerli
turistlər üçün arzu edilən hal deyil. Bununla belə,
ölkəyə valyuta axını baş verir. Təsəvvür
edin ki, 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəlmişdi,
ölkənin qazancı 4 milyard dollardan artıq
hesablanırdı. Bu isə nəinki az rəqəm deyil,
iqtisadi artıma, məşğulluğa, biznesə,
sahibkarların gəlirlərinə təsir göstərə
biləcək qədər ciddi vəsaitdir. Ona görə də
ölkədə turizm sektorunda müşahidə olunan canlanma
yenidən böyük gəlilərlərə böyük
ümidlər yaradıb...
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2022.- 28 aprel.-
S.12.