Azərbaycan diasporundan gözləntilər: perspektiv və planlar nədən ibarətdir?

 

Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında Prezident İlham Əliyev diaspor təşkilatları üçün yol xəritəsi hesab olunan geniş çıxış etdi. Eyni zamanda tapşırıq və tövsiyələrini verdi. Qurultayın rəsmi açılış mərasimindən sonra həmçinin “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr təşkil olundu.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib və onların bundan sonra fəaliyyətlərində hansı dəyişikliklərin olacağı maraqlıdır. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin nə kimi əhəmiyyəti var? Diaspor təşkilatları nə düşünürlər və dövlət başçısının tələb və tapşırıqları ilə bağlı düşüncələri necədir? Diaspor təmilçilərimiz bu məsəllərlə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

YunanıstanYunanıstan - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçirildi və 65 ölkədən 400 yaxın diaspor nümayəndəsi tədbirə qatıldı. Yadımdadır,2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının İ Qurultayında Ulu Öndər Heydər Əliyevin böyük qürur hissi ilə söylədiyi "Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam "kəlamı dünyada yaşayan hər bir azərbaycanlı üçün diaspor təşkilatlanması prosesində aparıcı şüara çevrildi". R.Məmmədov bildirib ki, Qurultayın Şuşada keçirilməsi tarixi hadisədir: “Bununla belə Dünyadakı diasporumuzun, soydaşlarımızın bir araya gəlməsi yaşadığımız ölkələrdə Azərbaycançılıq təbliğatına böyük təkan verəcək. 20 ildən sonra 2021-ci il 31 Dekabr tarixi -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə, Cənab Prezident İlham Əliyev, Azərbaycan xalqını təbriki zamanı 2021-ci ili Şuşa ili elan etdi. Diasporumuz qarşısına qoyduğu vəzifəni daha da sürətləndirəcək. Onu da qeyd edim ki, 2-ci Qarabağ savaşı başl

 

ayandan bu günə qədər Azərbaycan diasporu yaşadıqları cəmiyyətdə yerli media və mətbuatlarda mütəmadi çıxışlar və yazılar dərc etdirdilər. Erməni lobbisinin yalanlarının qarşısını alıb yerli cəmiyyətə Azərbaycanın haqlı olduğunu çatdırdılar və informasiya savaşında da öz sözlərini deyə bildilər. Bir daha vurğulayım ki, bundan sonra diaspor işində görüləcək işlər çoxdur və daha da aktiv olmalıyıq. Diasporamızın uğurlu fəaliyyəti, milli və dövlət maraqlarının müdafiəsində böyük rol oynayır. Azərbaycan evlərinin fəaliyyətini daha da gücləndirməli, dil kursları, teatr və s.açılmalıdır. Bu, azərbaycanlıların bir araya gəlməsinə, 2-ci nəsil azərbaycanlıların assimilyasının qarşısının alınmasına xidmət edəcək. Qurultay başa çatdıqdan sonra 65 ölkədə Şuşa və Azərbaycan haqda mətbuatda məlumatların yer alacağına ümid edirəm. Bu da bir daha Azərbaycanın haqlı olduğunun dünya ictimaiyyətinə çatdırılması deməkdir. Bu gün Şuşa azaddır və dünyanın dörd bir yanında yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının V Zəfər Qurultayına doğma Şuşamızda qeyd etdi. Bu qüruru, bu şərəfi bizə yaşadan Ali Baş Komandana Yunanıstanda yaşayan azərbaycanlı icması adından və bu sevinci bizimlə bölüşən hər bir soydaşımız adından minnətdarlığımızı bildiririk. Azərbaycan Respublikasının və Dünya Azərbaycanlılarının Prezidenti Cənab İlham Əliyev bu gün dünyada yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin möhkəmləndirilməsi yolunda fəaliyyətini daim diqqət mərkəzində saxlayır... Biz hər zaman fəxr etmişik, bu gün də hər şeydən çox fəxr edirik ki, biz azərbaycanlıyıq".

 

Rusiya

 

Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən

“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliynin sədri Ramiz Məmmədov “Dünya Azərbaycanlılarının Şuşada baş tutan V Qurultayında iştirak etmək mənim üçün qürurverici hadisədir”, - deyə vurğulayıb. R.Məmmədov deyib ki, cənab Prezidentin sərəncam və tövsiyəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor sahəsindən bütün işlər həyata keçirilir: “Dünya Azərbaycanlılarının V Qurultayında Prezident öz tövsiyəsini verdi. Dövlət başçısının çıxışı bizə istiqamət verir. Həmişə olduğu kimi, bundan sonra da fəaliyyətimiz Cənab Prezidentin tövsiyələrinə əsaslanacaq. Tədbirdə yeni insanlar, yeni proqramlarla tanış olduq. Biz çalışacağıq ki, daha sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərək. Tarixi önəm daşıyan Qurultay böyük əhəmiyyət kəsb edir. Cənab Prezident öz çıxışında diasporla işin güclənməsi istiqamətində tapşırıqlarını verdi.

Biz hər zaman Azərbaycana xidmət etməliyik. Burada şəxsi yox, dövlətin və xalqın maraqları əsas götürülməlidir. Biz Azərbaycan vətəndaşı olmasaq da, azərbaycanlıyıq və bizim damarlarımızdan bu millətin qanı axır. Ona görə biz çalışmalıyıq ki, diaspor sahəsində də birlik nümayiş edərək tədbirlər keçirək. Qurultayda dövlət başçısı tərəfindən irəli sürülən fikir və tövsiyələri fəaliyyətimizdə tətbiq edəcəyik”.

 

Misir

 

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov “Belə bir tədbirdə, tarixi hadisədə iştirak etmək, Şuşanı azad görmək bizə qürur verir”,- deyə bildirib: “Bu anı bizə yaşadan Cənab Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm. Ötən qurultayda cənab Prezident qarşımızda Yol xəritəsi qoymuşdu. Əsas hədəfimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və yaşadığımız ölkədə təbliğatımızı qurmaq idi. Budəfəki qurulyatda da cənab Prezidentimiz artıq çıxışında müharibədən sonra daha nələrə nail olmağımızla bağlı qarşımıza yeni Yol xəritəsi qoydu - ölkəmizin gələcək inkişafına töhfələr vermək, Azərbaycan dilini və mədəniyyətini yaşadığımız ölkədə təbliğ etmək, eyni zamanda yaşadığımız ölkənin dilini bilmək. Əsas məsələ öz vətənimizi yaşadığımız ölkədə yüksək səviyyədə tələb etməkdir. Artıq müharibə sona yetib, Azərbaycan müzəffər bir xalqdır, biz də bu xalqın nümayəndələriyik. Hər keçirdiyimiz tədbirlərdə Allaha dualar edirdik ki, işğalda olan torpaqlarımızı azad edək, doğma torpaqlarımıza qovuşaq və mötəbər tədbirlərimiz oralarda keçirək".

S.Nəsirov onu da vurğulayıb ki, Prezidentimizin müdrik siyasəti, Ordumuzun gücü ilə bu gün biz buna nail olduq: "Bu qurultayın Şuşada keçirilməsi də Prezidentimizin təşəbbüsüdür. Dünyada yaşayan, fəaliyyət göstərən bir çox diaspor təmsilçiləri Şuşaya toplandı və biz burada fikir, təcrübə mübadiləsi apardıq, vətənimizin təbliğatı ilə bağlı öz təcrübələrimizi bölüşdük. Şuşa şəhəri təkcə Azərbaycanın deyil, gələn ildən türk dövlətlərinin mədəniyyət paytaxtı olacaq. Şuşa bizim birliyimizin vəhdətimizin rəmzidir. Biz hamımız yaxşı bilirik ki, güc birlikdədir. Biz cənab Prezidentin ətrafında bir yumruq kimi birləşərək Şuşanı işğaldan azad etdik. Bundan sonra da hər zaman bir olmalıyıq. Birliyimiz, həmrəyliyimiz ölkəmizin güclənməsi, inkişafı deməkdir. Güclü Azərbaycanın xaricdə güclü diasporunu qurmaq, həqiqətlərimizi təbliğ etmək borcumuzdur”.

 

Britaniya

 

Böyük Britaniya və Azərbaycan Asossiasiyasının idarə heyətinin üzvü Mirnazir Qəniyev deyib deyib ki, Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyəti və anlamı var. M. Qəniyev bildirib ki, Qurltay digər qurultraylardan həm strateji, həm də mənəvi cəhətdən fərqlənir: “Biz, artıq ərazilərini işğaldan azad etmiş bir dövlətin mənsubu olaraq öz vətənimizə gəlmişik. Həm də bizim hamımızın ürəyində xüsusi yeri olan, Azərbaycan və bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində Qurultaya qatıldıq. Qurultay eyni zamanda məshuldar keçdi. Cənab Prezident hamımızın qarşısında konkret tapşırıqlar qoydu. Dövlət başçısının əhatəli çıxışında mühüm məsələlərə toxunulub və bu bizim üçün yol xəritəsidir. Bundan sonra daha məsuliyyətlə çalışacaq və fəaliyyətimizdə Cənab Prezidentin tövsiyələrinə əsaslanacağıq”.

 

Niderland

 

Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli söyləyib ki, Prezident İlham Əliyvin tapşırıgı ilə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşada bir araya gələrək, Azərbaycanın diaspor tarixində tarixi, siyasi və mənəvi əhəmiyyəti olan möhtəşəm ilkə imza atdılar. Onun sözlərinə görə, Dunya Azərbaycanlılarının V Zəfər Qurultayının Qarabağın mirvarisi Şuşada keçrilməsi ilə, 28 ildən sonra igid və qəhrəman əsgərlərimizin sayəsində xəyallarımız gercək oldu: “Dövlət başçısının Qurultayda səsləndirdiyi möhtəşəm fikirlər xüsusi önəm daşıyır: “Hesab edirəm ki, ilk növbədə separarçılar bu fikirlərdən dərs çıxarmalıdırlar. Biz, tək ermənilərlə deyil 30 ildir onların havadarları ilə mubarizə aparırdıq”.

E.Mirhəşimli deyib ki, ölkəmiz xaricdə çox diqqətlə izlənilir: “Dunya Azərbaycanlıları Şuşadan bütün dünyaya mesaj verdi ki, bu torpaqların əsil sahiblər geri dönub. Dövlətimiz bu torpaqları yenidən bərpa edəcək, gözəl turizim mərkəzinə çevirəcək.

Bu il Dövlətimiz Şuşa ili elan edib. 2023-cu il isə Şuşa türk dunyasının mədəniyyət paytaxtı elan olunub. Şuşada tədbirə qatılan hər bir azərbaycanlı böyük qürur hissləri yaşadı.

Hər Qurultayda olduğu kimi Şuşada da qarşımıza yeni vəzifələr qoyuldu, övladlarımızın dilimizi unutmamalarıçox önəmli mesaj idi.

Azərbaycanın haqq mubarizəsini indi də informasiya sahəsində davam etdirir. Ona görə də, həm də milli maraqlarımızı qorumaq tövsiyə olundu. Bu tövsiyələrə ciddi əməl etməli və səylərimizi artırmalıyıq.

Panel iclaslarda isə Qarabağla bağlı gələcək planlar haqqında hesabat dinlənildi. Hesab edirəm ki, dunya azərbaycanlıları bir amal uğrunda birləşməyi bacardılar”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2022.- 28 aprel.- S.6.