Azərbaycan
multikultiralizm modeli bütün dünyaya bir örnəkdir
Murad Salman: “Azərbaycan
xalqı tarix boyu öz qonaqpərvərliyi, mərdliyi və
başqa xalqlara hörmətlə yanaşması ilə fərqlənib”
Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar,
milli azlıqlar və etnik qrupların nümayəndələri
əhalinin 9 faizini təşkil edir. Azərbaycan ərazisində
yaşaması üçün dövlət olaraq bir çox
beynəlxalq konvensiyalara qoşulub ki, bunların da sayı 50-dən
çoxdur. Azsaylı milli azlıqların
müdafiəsi ilə məşğul olan təşkilatların,
dövlət qurumların da sayı kifayət qədərdir.
Son məlumatlara görə bu qəbildən
olan təşkilatların sayı 40-45 arasındadır.
Bununla yanaşı demək olar ki, hər bir
azsaylı milli azlıqların məskunlaşdığı
regionlardan onlara aid mədəniyyət mərkəzləri,
xeyriyyə cəmiyyətləri fəaliyyət göstərir.
Onların öz dillərində jurnallar, qəzetlər
nəşr olunur. Azsaylı milli
azlıqlara aid olan ictimai birliklər də hazırda fəaliyyətdədir.
Televiziya efirlərində, radiolarda və digər
mətbuat orqanlarında milli azlıqların etik-mədəni
həyatı, etnoqrafiası haqqında materialları
hazırlanır, yayımlanır. Hətta
5 bölgədə, milli azlıqların
yaşadığı ərazilərdə onlara aid teleradio
kanalları fəaliyyət göstəri. Bütün
bunlarla yanaşı rus dilində 19, gürcü dilində 6
orta ümumtəhsil, 35 benəlmiləl orta məktəb fəaliyyət
göstərir. Dövlətin uğurlu
siyasəti nəticəsində azsaylı xalqların Azərbaycanda
yaşayışı, inkişafı və təhlükəsizliyi
tam şəkildə təmin olur ki, bu da tolerantlıq
nümunəsi kimi qəbul olunur.
Yeri gəlmişkən, 1992-ci ildə imzalanan "Azərbaycanda
yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların
hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin
inkişafı üçün dövlət yardımı
haqqında" fərmana görə, onlar Azərbaycanın bərabərhüquqlu
vətəndaşları hesab edilir.
Azərbaycanda məskunlaşan belə azsaylı
xalqlardan biri də yəhudiləridir. Hazırda ölkəmizdə
yəhudilərə məxsus 7 sinaqoq, 2 orta məktəb,
kollec və 3 uşaq bağçası fəaliyyət
göstərir. Digər ölkələrlə
müqayisədə bunlar az göstərici
deyil. Yəhudilər, əsasən Azərbaycanın
şimalında, Quba rayonunda məskunlaşıblar.
Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri,
aşkenazi yəhudiləri və gürcü yəhudiləri
icmaları mövcuddur. Dağ yəhudiləri hazırda ölkədəki
bütün yəhudi diasporu arasında çoxluq təşkil
edir. Ümumiyyətlə, Azərbaycandakı
yəhudilər XVIII əsrdən etibarən Polşa və
Ukrayna yəhudiləri arasında özünü göstərən
xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən
uzaqdırlar. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin
bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Sloboda (Qırmızı Qəsəbə)
qəsəbəsi bütün postsovet məkanında dağ
yəhudilərinin kompakt yaşadığı yeganə
yerdir. Qəsəbədə üç
sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva
var.
Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən
orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri
icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin
maliyyə yardımı ilə gürcü yəhudilərinin
sinaqoqu bərpa edilib. Azərbaycan müstəqillik əldə
etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşıb,
beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini
möhkəmlədib, öz dini məktəblərini -
iyeşivalarını, mədəniyyət mərkəzlərini
(məs., Yəhudi icmasının mədəniyyət mərkəzi),
cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti,
Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs.,
Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini
(məs., Az-İz, Başnya, Amişav) yaradıblar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi
komitələri Azərbaycandakı yəhudi diasporu
arasında yəhudi ənənələrini qoruyub saxlamaq,
sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət
tədbirləri keçirməklə məşğuldur.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi
sinaqoqu açılıb. Bu, Avropada ən
böyük sinaqoqdur. 2003-cü ilin
sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət
göstərir.
Quba
rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı
"Qırmızı Qəsəbə"də yəhudi
uşaqları üçün "Şmirat a-Şem"
adlı kollec açılıb. Burada yəhudi
milli adət və ənənələrini tədris edən
israilli müəllimlər çalışır.
2010-cu ilin oktyabr ayında isə bu qəsəbədə
Dağ yəhudiləri dini icmasına məxsus 200 il yaşı olan sinaqoq əsaslı təmirdən
sonra istifadəyə verilib.
Bnai Brtith
İnternational beynəlxalq
Murad
Salman “Xalq Cəbhəsi”nə bildirib ki, tolerantlıq və
dözümlülük yaşadığımız
dünyada ən əsas problemlərdən birinə
çevrilib. Bu gün yaşadığımız dünyada
dözümlülük, tolerantlıq özündən fərqli
olana hörmətlə yanaşmaq ən aktual məsələlərdən
biridir: “Tolernatlılıq və özündən fərqli
olana hörmətlə yanaşmaq Azərbaycan xalqı
üçün ən əsas prinsiplərdən biri olub. Tarix boyu Azərbaycan müxtəlif millətlərin
və konfessiyaların sülh içində
yaşadığı bir məkandır. Azərbaycan
xalqı tarix boyu öz qonaqprəvərliyi, mərdliyi və
başqa xalqlara hörmətlə yanaşması ilə fərqlənib.
Tolerantlıq və multikultiralizm Azərbaycan
dövlətinin ən başlıca siyasətindən biridir.
Azərbaycanda yaşayan bütün xalqlara
qarşı multikultural və tolerant münasibət var.
Ölkəmizdə yaşayan müxtəlif millətlər və
konfessiyalar hər zaman Azərbaycan dövlətindən və
xalqından qayğı və diqqət görüb. Tolerantlıq və multikultiralizm Azərbaycan
xalqının həyat tərzinə çevrilib. Tarix boyu Azərbaycan xalqı ona pənah gətirən
bütün xalqlarla mehriban və sülh şəraitində
yaşayıb”.
M.Salman qeyd edib ki, baxmayaraq ki, hər zaman erməni
terrorundən və xəyanətindən əzəiyyət
çəkən bir xalq olsaq da, heç zaman humanizm və
sülh siyasətindən əl çəkməmişik. Azərbaycanda
müxtəlif konfessiyalar öz dinlərini və mədəniyyərlərini
çəkinmədən qoruyub saxlayıblar. Azərbaycan
dövləti hər bir sahədə bütün icmalara
yardım və dəstək göstərir: “Tolerantlıq və
multikultiralizm siyasəti Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulub, Cənab Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. Ölkə
başcısı bütün azsaylı xalqların problemləri
ilə şəxsən özü məşğul olur və
müxtəlif dini və milli azlıqlara dövlət
qayğısının göstərilməsinə nəzarət
edir. Ölkəmizdə bütün az
saylı xalqlar sülh və əminəmanlq içərisində
yaşayırlar. Bu xalqlardan biri də yəhudi
xalqıdır. Onlar Azərbaycana pənah
gətirdikləri vaxtdan ölkəmizdə sülh və əmin-amanlıq
şəriatində yaşayırlar. Digər
azsaylı xalqlarda olduğu kimi yəhudi xalqı da öz dinlərini
və mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər xalqı hər zaman Azərbaycan
xalqından və dövlətindən qayğı
görüb. Bu gün bütün
dünyada antisemitizm olduğu halda yəhudi xalqı öz
milli kimliklərini qoruyub saxlayıb, dinlərini, adət-ənənələrini,
mədəniyyətini inkişaf etdirib. Yəhudilərin
dünyada İsraildən sonra öz dinlərini qorxmadan
yaşadan yeganə ölkə Azərbaycandır. Azərbaycan dünyada nadir ölkədir ki, tarix boyu
burada antisemitizm olmayıb.Yəhudilər bu xoş münasibəti
unutmurlar ki, dünyanın harasında olurlarsa, olsunlar Azərbaycan
maraqlarını qorumağa çalışırlar və
İsraillə Azərbaycan arasında xoş münasibətlərin
qurulmasında köprü rolu oynayırlar. Azərbaycanın kədəri onların kədəri,
sevinci onların sevincidir. Oxşar qədəri
və taleyi olan iki xalq hər zaman sülh və əmin-amanlıq
içərisində yaşayıblar”.
M.Salman daha sonra vurğulayıb ki, ermənilər 1915-ci
ildə Azərbaycan xalqına qarşı soyqırım həyata
keçidikləri zaman 3 min yəhudini də qətlə
yetiriblər.
Azərbaycanın ilk Milli Qəhrəmanlarından
biri Albert Aqarunovdur. O, Qarabağ savaşında heç
düşünmədən canını bu vətən
üçün qurban verib. İkinci Vətən
müharibəsi zamanda torpaqlarımızın bərpası
uğrunda yəhudi xalqı qəhrəmancasına
döyüşmüş və vətənin düşməndən
azad olunmasında aktiv iştirak edib. Bu bir daha Azərbaycanda
vətəndaşlar və xalqlar arasında olan birliyin və
bərabərliyin təcəssümüdür:
“Qırmızı Qəsəbə Qafqazın Yerusəlimi
adlandırılır ki, bu həqiqətən xaricdən gələn
insanlarda belə heyranlıq hissi yaradır. Ölkəmizdə
yəhudi məktəbləri, sinaqoqlar və yəhudi
xalqının öz milli mədəniyyətlərini və
kimliklərini qorumaq üçün mərkəzlər faəliyyət
göstərir. Mən xüsusən, Azərbaycanda
fəaliyyət göstərən dövlət nəzdində
olan 46 saylı məktəbdə yəhudi siniflərini misal
göstərmək istəyirəm ki, bu bütün
dünyaya əsil tolerantlıq nümünəsidir. Azərbaycan hökuməti bütün azsaylı
xalqlar kimi, biz yəhudilərin tarixi dini abidələrini qoruyub
saxlayıb. Hətta Azərbaycan Dağ yəhudiləri
Sinaqoqu ölkə başçısı Cənab Prezident
İlham Əliyevin şəxsi göstərişi ilə
tikilib. Azərbaycanda nəinki yəhudiləri
digər xalqlarda hər zaman Azərbaycan xalqından və
dövlətindən qayğı və diqqət görür.
Tarix boyu erməni xəyanəti və
zülmünə məruz qalmasına baxmayaraq, Azərbaycan
xalqı öz humanizm prinsiplərindən dönməyib.
Çünki humanizm və tolerantlıq bu
xalqın canında və qanındadır. Əlbəttə, yəhudi xalqı da Azərbaycan
xalqından və dövlətindən görülən bu
qayğını unutmur. İstər
İsraildə, istərsə də dünyanın başqa
ölkələrində Azərbaycan maraqlarının
qorunmasında canla, başla çalışırlar. Azərbaycan dilini və mədəniyyətini hər
zaman qoruyub saxlayırlar.Azərbaycançılıq naminə
bütün səylərini əsirgəmirlər. İsrail dövləti ilə qurulan xoş
münasibətdə əlbəttə, Azərbaycan dövlətinin
və xalqının yəhudilərə göstərdiyi
humanizm siyasəti böyük rol oynayır”.
O, daha
sonra bildirib ki, yəhudi dövləti olan İsrail də bu
xoş münasibəti unutmur. İsrailin
keşmiş prezidenti Reuven Ruvlin BMT kürsüsündən
Xocalını Holokost kimi soyqırım adlandırıb və
insalığa qarşı edilən bir cinayət olduğunu
bütün düynaya bildirib. Azərbaycan
multikultiralizm modeli bütün dünyaya bir örnəkdir.
Bu gün ölkəmizin apardığı
tolerant və multikultural dəyərlər əslində
dünyada sülhün bərqərar olması
üçün bir model rolunu oynaya bilər. Azərbaycan multikultural dəyərlərinin təbliğində
Bakı Beynəlxaq Multikultiralizm Mərkəzi çox aktiv
iştirak edir və bu qurum Azərbaycan xalqının və
dövlətinin humanizm və tolerantlıq dəyərərlərinin
və Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında müstəsna rol oynayır.
Azərbaycan multikultiralizm modeli düyanın bir
çox aparıcı universitetlərində tədris olunur.
Həmçinin bir çox mötəbər
ölkələrdə Azərbaycan Evləri fəaliyyət
göstərir ki, bu, ölkəmizin bu sahədə
gördüyü uğurlu fəaliyyətin nəticəsidir.
Biz istəsəkdə humanizm və multikultural dəyərlərimizdən
dönə bilmərik. Cənab Prezident İlham Əlyevin
dediyi kimi: “Multikulturalizm Azərbaycanda həyat tərzidir”.
Cavid
Xalq Cəbhəsi.- 2022.- 24 fevral.-
S.9.