Azərbaycan Rusiya münasibətləri yeni mərhələdə: real vəziyyət və milli maraqlar

 

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Millət vəkilləri və siyasi ekspertlər 43 maddəlik Bəyannamə ilə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər

 

Milli Məclisin sədr müavini Fəzail İbrahimli diqqətə çatdırıb ki, bir sənəd imzalanmazdan öncə, onun fəlsəfəsi, mahiyyəti, məqsədi açıqlanır, onun prinsipləri və hansı səbəbdən hazırlanması izah olunur.

 

F.İbrahimli əlavə edib ki, Moskvada Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik bayənnaməsində də bu məsələlər elə ilk bənddəcə öz əksini tapıb: “Sənəddə deyilir ki, sənədi imzalayan tərəflər qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanaraq, hərtərəfli bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə dönməz sadiqliyini bəyan edirlər. 43 maddəlik sənədin ilk müddəası bununla başlayır və bu da imzalanan sənədin əsas mahiyyətini bəlli edir”.

 

Bərabərhüquqlu səviyyədə əməkdaşlıq

 

F.İbrahimli əlavə edib ki, burada tərəflərin bərabərhüquqlu səviyyədə müttəfilqik səviyyəsinin qurulması öz əksini tapıb. Onun fikrincə sənəddə əsas diqqətçəkən məqam tərəflərin ölkənin müstəqilliyinə, suverenliynə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına qarşılqı hörmət, eləcə də bir-birinin daxili işinə qarışmamaq, mübahisələrin dinc yolla həlli, güc tətbiq etməmək kimi məsələlərin əksini tapmasıdır: “Bəyannamə sadəcə olaraq kiçik dövlətin böyük dövlətin himayəsinə sığınması, hansısa böyük dövlətə kürək söykəməsi yox, bərabərhüquqlu səviyyədə əməkdaşlığı və münasibətlərin quurlmasını özündə edir”.

 

İmzalanan sənədlə bağlı müxtəlif fikir və mülahizələr söylənilir”,- deyən vitse-spiker bildirib ki, amma sənəddə əksini tapan 43 maddənin hansının maraqlarımıza zidd olduğu göstərilmir: “Əgər fikir söylənilirsə, imzalanan sənəddə əksini tapan müddəalar ətrafında fikir mübadiləsi aparılmalıdır”.

 

Azərbaycanla Rusiya arasında münasibətlərin tarixi köklərinin olduğuna diqqət çəkən vitse-spiker deyib ki, imzalanan bəyannamədən asılı olmayaraq iki qonşu dövlətlər arasındakı münasibətləri tarix formalaşdırıb.

 

Gələcək münasibətlər

 

O, vurğulayıb ki, sənəd bu gün dünyada gedən siyasi, geosiyasi prosesləri və dəyişiklikləri nəzərə alınaraq imzalanıb: “Belə ki, bu gün dünyada baş verən proseslərdə dünya dövlətlərinin marağı və bu marağın altındakı məkrli niyyətlər formasında özünü biruzə verməkdədir: “Belə olan halda Azərbaycan da dünyanın yeni düzəninə uyğun olaraq beynəlxalq münasibətlər sistemində dünya ölkələri ilə öz münasibətlərinə yenidən baxır və gələcək münasibətlərini formalaşdırır. 2021-ci ildə Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin təminatı baxımdına mühüm rol oynayırsa, Rusiya ilə imzalanan sənəd sıx qonşuluq münasibətlərinin yaranmasına xidmət edir”.

 

Azərbaycanla Rusiya arasında yeni münasibətlər sistemi

 

Vitse-spiker həmçinin Rusiya ilə Azərbaycan arasında son illərdə formalaşan münasibətlər sistemindən danışıb: “Bunun üşün son illərdə iki ölkə arasındakı münasibətlərə diqqət yetirmək kifayətdir. 2020-ci ilin 27 sentyabrından sonra Rusiya Cənubi Qafqazda yeni siyasi kurs həyata keçirməyə başladı. Bunun nəticəsi olaraq Moskva Bakı ilə daha sıx münasibətlər qurmağa üstünlük verməyə başladı. Bu özünü 30 illik donmuş Qarabağ münaqişənin həlli ilə bağlı 44 günlük müharibə zamanı daha qabarıq formada biruzə verməyə başladı. Rusiya 44 günlük müharibə zamanı proseslərə aktiv müdaxilə etmədi. Əgər Rusiya müdaxilə etmək istəsəydi, ən müxtəlif məsələləri bəhanə edib addım ata bilərdi. Bununla da Azərbaycanla Rusiya arasında yeni münasibətlər sisteminin əsası qoyuldu. Bunun ardınca 2021-ci ilin əvvəlində iki ölkə arasında yeni münasibətlərin formalaşması ilə bağlı mesajlar verilməyə başladı ki, bu da nəticə etibarı ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymasına gəririb çıxardı

 

Onun sözlərinə görə, imzalanan sənəd həm Ermənistan öz yerini göstərdi. F.İbrahimli bildirib ki, sənəd bir çox məsələlərin həllinə şərait yaradcaq: “Sənəd Qarabağdakı erməni hərbi birləşmələrinin çıxarılmasına, Ermənistanın Azərbaycanla sərhədlərini müəyyən etməsinə, Zəngəzur dəhlizinin açılmasına rəvac verəcək, bərabərhüquqlu, mehriban qonşuluq münasibətləri əsasında sıx əməkdşalığa xidmət edəcək”.

 

Azərbaycanın milli dövlət maraqları nəyi diktə edir?

 

Millət vəkili Musa Qasımlı isə hesab edir ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik fəaliyyəti haqqında imzalanan bəyannamə münasibətlərimizin yeni keyfiyyət göstəricisini təsdiq edir. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin bu səviyyəyə gəlib çatması qısa zaman kəsiyində baş verməyib: “Rusiya bizim şimal qonşumuzdur onunla normal münasibətlərimizin olması Azərbaycanın milli dövlət maraqlarına tamamilə uyğundur”.

 

Deputat əlavə edib ki, münasibətlərin daha yüksək səviyyəsi barədə hələ 2020-ci ilin oktyabrında cənab Prezident İlham Əliyev anons verib: “Bundan əlavə olaraq 2021-ci il 31 dekabr tarixində Yeni il münasibəti ilə Azərbayacan xalqına müraciətində belə bir məlumtı çatdırıb. Odur ki, imzalanan sənədin imzalanması bir nçə baxımdan əhəmiyyəlidir. Birincisi, sənəd Azərbaycan-Rusiya münasibətləri baxımdan böyük əhəmiyyət kəsb edir. İmzalanan sənəddə qeyd olunur ki, iki ölkə öz münasibətlərini mütəffilik qarşılıqlı fəaliyyət ölkələrin müsətqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eyni zamanda bir-birinin daxili işinə qarşmamaq, bərabərhüquqlu səviyyədə qarşlıqlı fayda əsasında, mübahisələrin dinc yolla həlli əsasında qururlar. Deməli iki ölkə tam bərabərhüquqlu münasibətlər əsasında müttəfiqlik fəaliyyətini elan edirlər. Sənəddə həmçinin açıq şəkildə göstərilir ki, hər iki ölkə öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Bu isə o deməkdir ki, imzalanmış sənəd münasibətləri yeni keyfiyyət səviyyəsinə çıxarır”.

 

Rusiyadakı müəyyən qrupların antiazərbaycan fəaliyyətinə son veriləcək

 

Millət vəkilinin fikrincə, sənədin digər əhəmiyyəti isə ondan ibarətdir ki, tərəflər bir-birinin ərazisində olan şəxslərə, qruplara əksfəaliyyət göstərməməyə icazə verməmək barədə öhdəlik götürürlər: “Hamıya məlumdur ki, Azərbaycanda Rusiya əleyhinə fəaliyyət göstərən qrup təşikatlar olmasa da, Rusiya ərazisində bunlar var. Müəyyən separatçılar Rusiyada Azərbaycan əleyhinə işləyirlər. Deməli bu bəyannamə onların da antiazərbaycan fəaliyyətinə son verilməsinə gətirəcək. O baxımdan sənəd dövlətlərin suverenliyinə hörmət edilməsi baxımından hər iki tərəfin, xüsusən Azərbaycan maraqlarına uyğundur. Sənəd regional beynəlxalq münasibətlər baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycan BMT digər beynəlxalq təşkilatlara bəlli sərhədlər çərçivəsində üzv olub. Rusiya da Azərbaycanı məhz həmin sərhədlər çərçivəsində tanıyaraq münasibətlərini qurub. Bu sənəd Rusiyanın bir daha Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə göstərilən hörmətin nümunəsidir”.

 

Separatçıların sonu

 

Politoloq Turan Rzayev isə vurğuladı ki, 43 maddəlik bəyannaməni ümumilikdə Azərbaycan üçün məqbul saymaq olar: “Hesab edirəm ki, bəyanatda Qarabağ məsələsində yekun həllə nail olmaq, eyni zamanda Ermənistanın destruktiv siyasətini zəiflətmək üçün konkret bəndlər var: “Birincisi, bəyannamənin ilk bəndi rəsmi Bakının əlini qüvvətləndirə bilər. Belə ki, birinci bənddə qeyd edilir: Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Rusiya faktiki olaraq bu bənd ilə bir daha Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün toxunulmazlığını təsdiq etdi. Prinsip etibarilə rəsmi Moskva da digər ölkələr kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı, lakin bu bəyanat ilə 44 günlük müharibə sonrası dəyişən siyasi reallıqlar fonunda bunu bir daha təsdiqləndi. Digər tərəfdən bu bənd həm də gələcəkdə rəsmi Bakıya Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktını Rusiyaya qəbul etdirməsinə kömək edə bilər. Çünki bənddə qeyd olunur ki, tərəflər birinin daxili işlərinə qarışmayacaq. Qarabağ Azərbaycanın daxili işidir. Məntiqlə Rusiya rəsmi Bakının Xankəndidə antiteror əməliyyatı keçirməsi və ya separatçıların “liderAraik Arutunyanın həbs edilməsi qərarına etiraz etməməlidir. İkincisi, bəyanatın 9-cu bəndini də rəsmi Bakı üçün müsbət hesab etmək olar. 9-cu bənddə deyilir: Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziriRusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”. Azərbaycan tərəfi bu bəndi əsas gətirərək regionda kommunikasiyanın açılmasını və sərhədin delimitasiya, demarkasiya prosesinin həllinin sürətlənməsinə nail ola bilər. Üçüncüsü, bəyanatın mənə görə ən diqqətçəkən məqamı məhz 18-ci bənddir. 18-ci bənddə deyilir: Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveriinformasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edirqeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”. Rusiya tərəfi bəyanatın 18-ci bəndinin məntiqinə görə, Qarabağdakı qondarma rejimi separatçılıq təhdidi kimi qəbul etməlidir. Rəsmi Bakı bu bəndi əsas gətirərək antiterror əməliyyatlarına başlaya və Xankəndidəki rejimi tamamilə sıradan çıxara bilər. Nəticə etibarilə bu bəyanatı həm də Rusiyanın Azərbaycan-Ermənistan məsələsində neytral mövqeyinin rəsmiləşməsi kimi hesab etmək olar”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2022.- 24 fevral.- S.7.