Azərbaycanlı fotoqrafların əsərləri
Tbilisidə
açılan sərgidə nümayiş etdirilir
Tbilisidə
Azərbaycanın tanınmış fotoqraflarının əsərlərinin
sərgisi açılıb.
Sərgidə
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun da Birinci
Qarabağ müharibəsi, Xocalı soyqırımı, məcburi
köçkünlərin həyatından bəhs edən əsərləri
də nümayiş etdirilir.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri
Faiq Quliyev, səfirliyin əməkdaşları və ictimaiyyət
nümayəndələri sərgidə iştirak edib, Azərbaycan
fotoqraflarının əsərləri ilə tanış
olublar.
Bildirilib
ki, sərgi İsveçrə İnkişaf və Əməkdaşlıq
Agentliyinin (SDC) dəstəyi ilə “Cənubi Qafqazda sənədli
fotoqrafiya” layihəsi çərçivəsində
açılıb.
“Ground
Zero” adlı sərgi Gürcüstanın Sənədli
Fotoqraflar Assosiasiyası və “Adjara Group” şirkətinin təşkilatçılığı
ilə reallaşıb.
Səfir
Azərbaycan fotoqrafları Fəxriyyə Məmmədova, Zaur
Mirzəyev, Sitarə İbrahimbəyli, Emil Xəlilov,
İlqar Cəfərov, Sevinc Pirizadeh –Aslanova, Əli Rza, Nina
Sevnyova, İlkin Yaqubov və Elşən Babanın əsərlərinə
baxıb, onların Tbilisidə nümayiş etdirilməsini
yüksək qiymətləndirib.
Qeyd
edək ki, sərgidə Gürcüstanda yaşayan
soydaşımız Şahvələd Ayvazova (Şah Ayvazov) məxsus
tarixi fotolar da nümayiş etdirilib.
Bildirilib
ki, sərgidə Azərbaycan, Ermənistan və
Gürcüstan fotoqraflarının, ümumilikdə 300 şəkli
nümayiş olunacaq. Təşkilatçıların
bildirdiyinə görə, tədbirin məqsədi Cənubi
Qafqazda hazırkı vəziyyəti əks etdirməkdir.
Qeyd
olunub ki, fitnəkar Ermənistan fotoqrafları bu dəfədə
də öz məkrli və çirkin əməllərindən
əl çəkməyiblər. Onların bəzi
fotolarında Azərbaycanın 44 günlük Vətən
müharibəsindəki Qələbəsinə kölgə
salmağa yönəlmiş yazıları, bəzilərində
isə Azərbaycan ərazilərinin erməni adı ilə
verilməsi və s. kimi təxribatçı əməllər
olub.
Azərbaycanın
Gürcüstandakı səfirliyi dərhal məsələyə
müdaxilə edib və Ermənistan fotoqraflarının
riyakarlığının qarşısını alıb.
Səfirliyin
məsul əməkdaşları tədbirin təşkilatçılarından
olan Gürcüstanın Sənədli Fotoqraflar
Assosiasiyasının rəhbəri David Tsxadadzeyə sərginin
açılış mərasimində sərt irad bildirib və
erməni fotoqrafların şəkillərinə verilən
yazılarda Azərbaycan əleyhinə olan hissələrin
çıxarılmasını tələb ediblər. Səfirliyin
çevik reaksiyasından sonra ermənilərin təxribatçı
mətnlərinin olduğu lövhələr sərgi
zalından yığışdırılıb.
Xalq Cəbhəsi.- 2022.- 7 iyul.-S.16.