Azərbaycanda yaşayan azsaylı xalqların təhsil haqları

 

Tarixdən süzülüb gələrək millidini tolerantlığın Azərbaycan modeli formalaşıb. Azərbaycanın dövlət müstəqilliyindən sonra xalqımızın əsrlər boyu yaşatdığı bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün xalqların və dinlərin nümayəndələrinin əvvəlki tək mehriban şəkildə birgə yaşayışını təmin etdi. Ölkə ərazisində millidini zəmində separatçılıq toxumu səpən bütün zərərli cərəyanların, qruplaşmaların fəaliyyətinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi.

Müstəqil Azərbaycan dövləti və onun qurucusu Heydər Əliyev həmişə ölkəmizdə yaşayan azsaylı xalqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə diqqətlə yanaşmış, qayğı göstərmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan Respublikası həmin qurumun 5 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası” prinsiplərini həyata keçirmək üçün əməli tədbirlər görür. Bu gün Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri öz ana dillərində sərbəst danışırlar. Bir çox aliorta məktəblərdə ana dillərinin işlənilməsi təmin olunur, adət-ənənələrə hörmətlə yanaşılır.

Müstəqilliyin bərpasının ilk illərində – 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalqetnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında” fərman verdi. Fərmanda deyilirdi: “Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalqetnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın.

Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini və onların təqribən beşdən dördü rus dilinibilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir. Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası”nın prinsiplərini daim diqqət mərkəzində saxlayır Fərmanda daha sonra deyilir: “Milli azlıq, azsaylı xalqetnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraqheç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə və şikayətlərin baxılmasına və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın”.

“Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəblərində onların dillərinin tədrisi ilə bağlı lazımi şərait yaradılmışdır. Respublikanın təhsil sistemində fəaliyyət göstərən 1.764 məktəbəqədər təhsil müəssisələrindən 248-də 8.347 uşaq rus dilində, 7-də isə 300-dən çox uşaq gürcü dilində təlim-tərbiyə alır. Eyni zamanda, azsaylı xalqların (avar, kürd, udin, saxur, ivrit, xınalıq və s.) dili ana dili kimi öyrədilən məktəblərin I-IV sinifləri üçün tədris planlarında həmin dillərin tədrisi üçün həftədə 2 saat dərs yükü ayrılmışdır. Respublikanın 13 rayonunda

(Lənkəran, Astara, Balakən, Oğuz, Quba, Qusar, Qəbələ, Zaqatala, İsmayıllı, Lerik, Masallı, SamuxXaçmaz) yaşayan azsaylı xalqların uşaqlarının öz ana dilini, milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Azsaylı xalqların və etnik qrupların dillərinin tədrisinin səmərəli təşkili üçün proqram və dərsliklərin, dərs və metodik vəsaitlərinin, tövsiyələrin və s. hazırlanması və nəşri də daimi diqqət mərkəzindədir. Respublikanın təhsil sistemində fəaliyyət göstərən, təxminən, 435 məktəbəqədər tərbiyə müəssisəsində 7719 uşağın təlim-tərbiyəsi rus dilində, 320-yə yaxın uşağı əhatə edən 17 müəssisədə gürcü dilində aparılır.

Azsaylı xalqların kompakt şəkildə məskunlaşdıqları bölgələrdə isə məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar öz ana dillərində danışırlar. Həmçinin, statistikalara görə 3910 nəfər şagird əhatə olunmaqla 16 məktəbdə təlim yalnız rus dilində, 673 şagird əhatə olunmaqla 6 məktəbdə isə gürcü dilində aparılır. Təlim Azərbaycan və rus dillərində aparılan 321 məktəbdə 100089 şagird rus bölməsində, təlim Azərbaycan-gürcü dilində aparılan 3 məktəbdə 359 şagird gürcü bölməsində, təlim Azərbaycan, rusgürcü dillərində aparılan 1 məktəbdə 103 şagird gürcü bölməsində, 90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 337 məktəbində 103999 şagird rus dilində, 10 məktəbində isə 1135 şagird gürcü dilində təhsil alır. Respublikada tədris gürcü dilində aparılan 10 ümumtəhsil məktəbi mövcuddur.

Bu məktəblər Qax (7 məktəb), Zaqatala (2 məktəb) və Balakən (1 məktəb) rayonlarında fəaliyyət göstərir. Respublikamızın 1205 şagird əhatə olunmaqla 6 məktəbində təlim yalnız gürcü dilində aparılır. Təlim Azərbaycan-gürcü dillərində aparılan 5 məktəbdə 1101 nəfər gürcü bölməsində, təlim Azərbaycan, rusgürcü dillərində aparılan 1 məktəbdə 146 şagird gürcü bölməsində,90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 12 məktəbində 2452 şagird gürcü dilində təhsil alır. Balakən, Qax, Zaqatala bölgəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq təhsillərini Azərbaycan, gürcürus dillərində alırlar. Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılmışdır.

Təhsil Nazirliyi Azərbaycan Respublikası Kosntitusiyasının, Təhsil Qanunun tələblərini və Avropa Xartiyasının prinsiplərini rəhbər tutaraq, azsaylı xalqların dillərinin, tarixi və mədəniyyətinin öyrənilməsi istiqamətində mümkün imkanlardan istifadə edir. Qax rayonunun Əlibəyli, İngiloy Kötüklü, Qax İngiloy və Meşəbaş kəndlərində əsasən gürcülər yaşayırlar. Torağan və Xələfsala kəndlərində də gürcülər var. Yaşlı nəslin nümayəndələri azərbaycanlılarla qaynayıb-qarışsalar da gənclərin dil problemi var. Gürcü məktəblərində Azərbaycan tarixini Bakı Dövlət, Pedaqoji Universitetlərin tarix fakultəsini bitirmiş məzunlar tədris edir. Qeyd edək ki, gürcü məktəblərində humanitar fənnlər üzrə dərslikləri Azərbaycanın Təhsil Nazirliyi hazırlayır və 8-ci sinifə qədər pulsuz paylayır. Dəqiq və texniki elmləri əhatə edən dərsliklər isə Gürcüstandan gətirilir. Gürcü şagirdlərin 70 faizi Azərbaycan dili dərsliklərinə malikdirlər.

Ümumi olaraq belə deyə bilərik ki, respublika üzrə 357 ümumtəhsil məktəbində milli azlıqlara mənsub 34 min şagird öz ana dilini öyrənir. Bakı Slavyan Universitetinin nəzdində Ukrayna dili öyrədilən Bazar günü məktəbi, Qafqaz xalqlarının dilləri və mədəniyyəti cəmiyyəti fəaliyyət göstərir. Bakının 46 nömrəli məktəbində bir neçə ildir ki, ivrit dili tədris olunur. Artıq bir neçə ildir ki, yəhudi dili, tarixi və mədəniyyəti öyrədilən özəl orta məktəb fəaliyyətə başlamışdır.

Quba rayonunun Xınalıq kənd şagirdlərinin öz dillərini öyrənmələri diqqətdən kənarda qalmamış, 7 ibtidai sinifdə 104 şagirdə xınalıq dilində dərs keçilir. Balakən, Qax, Zaqatala bölgəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq, təhsillərini Azərbaycan, gürcürus dillərində alırlar. Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqlarına öz ana dillərini, milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılmışdır. Belə ki, Quba, Qusar,

İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 98 məktəbində 12325 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 225 məktəbində 19010 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Samux rayonlarının 34 məktəbində 2384 şagird avar, udin, tat, saxur, yəhudi, xınalıq, kürd dillərini, əsasən, ibtidai siniflərdə öyrənirlər.

Son 18 ildə Azərbaycanın bir dövlət kimi keçdiyi sürətli inkişaf yolu hər birimizdə qürur və fəxarət hissi doğurur. Bu dövrdə ölkəmizin özünəməxsus sürətli yüksəlişindən yaranan inkişafın Azərbaycan modeli bir sıra dövlətlərin marağına səbəb olub. Doğma vətənimizi dünyaya tanıdan həm də tolerantlığın Azərbaycan nümunəsi olub. Çünki bu dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Azərbaycanda tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dinlər və məzhəblər arasında dostluqdözümlülük münasibətlərinin alternativi yoxdur: "Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizmekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluqdözümlülük münasibətlərinin də alternativi yoxdur”.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2022.- 3 mart.- S.9.