Addım-addım üçüncü
dünya müharibəsinə doğru
Turan Rzayev: “Rusiya-Ukryana müharibəsi bu
və ya başqa formada dünyanın digər regionlarına da təsir edir”
Rusiya-Ukrayna müharibəsi uzandıqca dünyadakı vəziyyət getdikcə gərginləşir. Həm Rusiya, həm də Ukraynada iqtisadi durum günü gündən pisləşir. Rusiyaya qarşı sanksiyalar, nüvə təhdidləri, Ukraynada acınacaqlı durum, eyni zamanda dünyada dondurulmuş münaqişəli ocaqlarla bağlı da qarşıdurma ehtimalının artması dünyanı təhlükəli mərhələyə doğru aparır. Bütün bu və digər məsələlərlə bağlı “Xalq Cəbhəsi”nin suallarını politoloq Turan Rzayev cavablandırıb.
-Rusiyanı Ukraynaya girməyə nə vadar etdi? Ukrayna hansı addımla Rusiyanın "qırmızı xətti"ni keçdi?
-Hesab edirəm Ukrayanın mövcud müharibə öncəsi Qərblə əlaqələrini inkişaf etdirməsi və NATO-ya üzv olmaq istəyi rəsmi Kiyev ilə Moskva arasındakı ipləri tamamilə qopardı. Rusiya tərəfi dəfələrlə ABŞ-dan SSRİ zamanında olduğu kimi nüfuz bölgüsü edilməsini istəyirdi. Yəni Rusiya keçmiş MDB ölkələrinin onun təsir dairəsində qalmasını və heç bir halda NATO və Qərbin bu ölkələri öz tərəfinə çəkməsini istəmirdi. Lakin Kremlin unutduğu ciddi bir reallıq var ki, ABŞ nəzdində Rusiya SSRİ deyil.
Ukraynanın NATO-ya üzv olmaq istəməsi faktiki olaraq NATO-nun Rusiya sərhədinə gəlməsi deməkdir. Kreml bununla razı ola bilməzdi. Düzdür ukrayna suveren ölkədir və heç bir kənar ölkənin istəyi ilə oturub-durmayacaqdı. Ancaq Rusiyanın NATO-nu sərhədlərinə buraxması da mümkün deyildi. Hesab edirəm ukrayanın NATO-ya üzv olmaq istəməsi rusiyanın “qırmızı xətti”ni keçməsi demək idi. Rusiya isə öz növbəsində nə qədər ciddi və qərarlı olduğunu Ukraynaya muharibə elan edərək göstərmiş oldu.
-Hazırki situasiyanı tərəflərin durumuna görə, necə şərh etnık olar?
-Mövcud vəziyyət nə Ukrayna, nə də Rusiya üçün ürəkaçan deyil. Rusiya prezidenti Vladimir Putin çox inanırdı ki, Ukraynanı bir neçə günə, hətta bir neçə saata ala biləcək. Daha dəqiq desək 2008-ci ildə Gürcsütanda etdiklərini Ukraynada da edə biləcyini düşünürdü. Rəsmi Moskva ən qısa müddətdə Kiyevi ələ keçirib ya oyuncaq hökümət təyin edərək geri çəkilmək, ya da dnepr çayının sağ sahilində “Novaya Rossiya” adlı yeni bufer ölkə təsis edib geri çəkiləcəkdi. Göründüyü kimi Ukrayna xalqının əzmkar müqaviməti və Qərbin dəstəyi nəticəsinə Putinin bu istəyi fiasko ilə nəticələndi. Ukrayna ordusu hər nə qədər rusların sürətli irəliləməsinin qarşısını alsa da, bunu rəsmi Kiyev üçün uğur saymaq olmaz. Məslə ondadır ki, Ukrayna yaşayış yerləri, hava limanları, strateji obyektlər rus qoşunları tərəfindən ciddi zərər görüb. Ukrayna tarixində sonuncu dəfə belə dağıntı və tələfata ikinci dünya muharbəsi illərində məruz qalmışdı. Onsuz da Ukrayna əhalisi arasında qadın-kişi nisbəti qeyri bərabaər idi. Rusiya ilə muaharibə sonrası bu problem biraz da artacaq. Yəni Ukraynada ən azı Rusiya qədər həm maddi, həm də mənəvi zərər çəkir.
Rusiya indiki mərhələdə geri çəkilə bilməz. Putin bilir ki, belə bir addım onun üçün sonun başlanğıcı ola bilər. Buna görə də o, muharibəni davam etdirməyə inad göstərir. Artıq Belarus da muhairbəyə qoşulub. Belarus qoşunları Ukraynanın Çerniqov vilayətinə daxil olub. Göründüyü kimi Kreml nəinki geri çəkilir, muhairbəyə yeni ölkələr də qoşulur.
Ukrayna tərəfindədə vəziyət az-çox belədir. Avropa isə rəsmi olmasa da, artıq Ukraynaya hərbi dəstək də verir. Prezident Zelenskinin “istəyən hər kəs Ukraynaya gəlib, bizim üçün döyüşə bilər”,- açıqlaması sonrasında Avropa ölkələrinin bir çoxu öz vətəndaşlarına Ukraynaya gedib döyüşmək üçün icazə verib. Kim deyə bilər ki Ukrayanaya gedəcək bu insanlar həmin ölkənin xüsusi təyinatlısı yada hərbçisi deyil. Hesab edirəm ki, müharibəyə yeni ölkələrin qoşulması muharibəni uzada bilər.
-Ukraynanın Avropa İttifaqına üzvlüyü bu ölkənin güclənməsinə necə təsir edə bilər?
-Sualda düzgün qeyd etdiniz. Ukryanın Avropa İttifaqına üzvlüyü... Əlbətdə Avropa İttifaqı Ukrayna, Gürcüstan kimi ölkələr üçün inkişaf vəd edir. Ancaq belə ölkələr Avropa İttifaqına lazım deyil. Onsuz da hazırda ittifaqda kifayət qədər yük mahiyyəti daşıyan ölkələr var. Avropa İttifaqına dağılmış, mühairbədə daha da kasıblaşan ölkə deyil, güclü iqtisadiyata malik ölkə lazımdır. Hesab etmirəm ki, ya indi, ya da müharbə sonrası Ukrayna Avropa İttifaqına üzv qəbul olunsun. Avropa mühairbədən sonra ən yaxşı halda Ukraynaya iqtisadi yardım edə bilər. Hətta Ukraynaya yardımı da hazırda Rusiyanın Avropa banklarında dondurulan pulları ilə edə bilərlər.
-Qərb tərəfindən tətbiq edilən sanksiyalarla bağlı müxtəlif və fərqli fikirlər səsləndirilir. Siz nə düşünürsünüz, sanskiyalar Rusiyanı çökdürə bilərmi?
-Təcrübə göstərir ki, Qərb və ABŞ bunu bir dəfə SSRİ üzərində təcrübə edib və müvəffəq olub. SSRİ də öncə iqtisadi sanksiyalar ilə zəiflədildi, sonra isə Əfqanıstan müharibəsi ilə çökdürüldü. Bənzər ssenari bu gün Rusiyaya tədbiq edilir. Kreml iqtisadi sanksiyalarla onsuz da zəifləyib. Ukrayna ilə müharibə isə bu ölkə iqtisadiyyatının tamamilə çökməsinə gətirib çıxaracaq. Yəni SSRİ üçün Əfqanıstan nə idisə, Rusiya üçün də Ukrayna o olacaq.
-Rusiyanın sanksiyalara alternativ rıçarqları nədən ibarətdir?
-Rusiya sanksiyalar qarşısında Qərbə ənənəvi olaraq mavi qazın nəqli ilə təzyiq edə bilər. Rusiya prezidenti Vladimir Putin onsuz da müharibə öncəsi qeyd etmişdi ki, Avropa Ölkələri Ukraynaya dəstək olsa Rusiya Avropya satdığı qazı kəsəcək. Hazırda yaz fəslidir. Avropanın qaza olan tələbatı azalıb. Ancaq yaz və yay aylarında rezervlərini dolduran Avropa ölkələrinə Rusiya qaz satışını dayandırsa ciddi böhran yarana bilər. Avropa Rusiyadan qaz asılılığına malikdir. Rusiya da bunu yaxşı bilir. Hesab edirəm ki, Kreml məhz bundan istifadə edəcək. Nəticənin effekt verib-verməyəcəyi haqda nəsə demək çətindir. Ancaq Kremlin atacağı ən effektiv adım hazırda budur.
-Qarşıdurma dünyaya və bölgəyə hansı fomada təsir edəcək?
- Qarşıdurma artıq dünyaya bu və ya başqa formada təsir edir. Dünya birjalarında qızılın, neftin, qazın hətta buğdanın belə qiymətində fərqlər hiss olunur. Digər tərəfdən dünyanın fərqli regionlarında donmuş başqa münaqişələrdə də aktivlik müşahidə edilir. Misal üçün Rusiyanın Ukraynaya müdaxiləsi bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükə yaratdığı vaxt NATO öz üzvlərini qorumaq üçün tədbirləri sərtləşdirdikcə, hərbi baxımdan neytral olan İsveç və Finlandiya da öz təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib. Düzdür, İsveç Xarici İşlər Nazirliyi açıqlamasında "Bizim təhlükəsizlik siyasətimiz aydındır. Biz NATO-nun yaxşı və güclü tərəfdaşı olmaq istəyirik, lakin alyansa qoşulmaq niyyətində deyilik",-desə də Finlandiya Baş naziri Sanna Marin bu haqda "Finlandiyanın təhlükəsizliyi tələb edəcəyi təqdirdə üzvlük üçün müraciət etmək hüququ var”,- deyib. Göründüyü kimi, İsveçdən fərqli olaraq Finlandiya NATO-ya üzvlükdə israrlıdır. Onu da qeyd edim ki, hər iki ölkə “soyuq müharibə” dövründə nə NATO-da, nə də Varşava Müqaviləsində iştirak etməyib. İsveç 1814-cü ildən Finlandiyada 1956-cı ildən bitərəfdir. Buna baxmayaraq, həm İsveçdə, həm də Finlandiyada NATO-ya üzvlüklə bağlı müzakirələr vaxtaşırı qızışır.
Rusiya tərəfinin isə məsələyə münasibəti həmişəki kimi sərt və birmənalıdır. Misal üçün Mariya Zaxarova verdiyi açıqlamada hər iki ölkəni hədələyib: "Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ciddi hərbi-siyasi nəticələri olacaq və ölkəmizin cavab addımları atmasını tələb edəcək”. Nəzərə almaq lazımdır ki, Kreml bənzər açıqlamanı Ukrayna ilə bağlı vermişdi və nəticədə fevralın 24-dən etibarən Rusiya Ukraynaya müharibə elan edib.
Fevralın 28-də Çin Xalq Azadlıq Ordusuna aid 8 döyüş təyyarəsi Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənləşdirmə Bölgəsi” elan etdiyi əraziyə daxil olub. Tayvan Müdafiə Nazirliyi rəsmi Tvitter hesabında təyyarələrə xəbərdarlıq edildiyi, hərbi patrul təyyarələri və hava hücumundan müdafiə raket sistemləri ilə müşayiət edildiyi bildirilib. Aydın məsələdir ki, Çin uzun zamandır öz ərazisi olaraq gördüyü Tayvan adasını ələ keçirmək üçün lazımi siyasi vəziyyətin yaranmasını gözləyir.
Fevralın 28-də Yaponiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Hideki Uyama Yaponiya parlamentində müzakirələr zamanı bildirib ki, "Şimal əraziləri” (Tokioda Kuril adalarının cənub hissəsi belə adlanır) Rusiya tərəfindən işğal olunub və biz hesab edirik ki, bu, beynəlxalq hüquqa ziddir. Rusiya hazırda Ukraynaya hücum etməklə hüquqazidd davranışını davam etdirir”.
Hideki Uyamanın Rusiyanın Ukraynaya hücum ilə Kuril adalarının cənub hissəsinin işğalı arasında paralellik aparması təsadüfi deyil. Məsələ ondadır ki, son illərdə Yaponiya hakimiyyəti Kuril adaları ətrafındakı vəziyyəti təsvir edərkən "işğal” ifadəsindən istifadə etməkdən çəkinirdi və "Yaponiyanın suverenliyi bu adalaral da şamil edilir” bəyanatı ilə məhdudlaşırdı. İlk dəfə olaraq yapon hökuməti Rusiyanı işğalçılıqda ittiham edib.
Göründüyü kimi Rusiya-Ukryana müharibəsi bu və ya başqa formada dünyanın digər regionlarına da təsir edir.
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2022.- 3 mart.- S.6.